Məhkəmə qərarları › İş №2(102)-1885/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1885/2019

18.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1885/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1885/2019 18 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli, 2(103)11682/2018 nömrəli qətnaməsindən İddiaçı-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı-nin cavabdehlər “xxxx” MMC-yə, X2, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 1.300.000 manat əsas borcun, 1.040.001 manat faiz borcu olmaqla, cəmi 2.340.001 manat məbləğində pul vəsaitinin, 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.N.Abbasova) 18 iyul 2018-ci il tarixli, 2(011)-847/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh “xxxx” MMC-dən kredit müqaviləsi üzrə 1.300.000 manat əsas borcun, 1.040.001 manat faiz borcu olmaqla, cəmi 2.340.001 manat məbləğində pul vəsaitinin, 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Bakı Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.A.Cəmilova, A.Q.Hüseynov və İ.K.Xəlilov) 07.11.2018-ci il tarixli, 2(103)-11682/2018 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qətnaməsi cavabdehdən 1.040.001 manat faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdeh “xxxx” MMC-dən İddiaçı-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 591501 (beş yüz doxsan bir min beş yüz bir) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmış, cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilmişdir. İddiaçı və vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayət i vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən, "özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur". Mülki Məcəllənin qeyd olunan maddəsindən aydın olur ki, kreditin qaytarılma müddətindən asılı olmayaraq kreditdən istifadəyə görə faizlər əsas borcun banka ödənildiyi günədək hesablanmalıdır. İşə baxan apellyasiya ins tansiya məhkəməsi nədənsə maddi hüquq pozuntusuna yol verərək, hazırki iş üzrə fazilərin hesablanması ilə bağlı həmin maddəni tətbiq etməmişdir. Faiz borcu kredit öhdəliyinin icra müddətinin son tarixinədək deyil, müqavilənin ləğvi barədə məhkəmə qərarının qüvvəyə minməsi tarixinədək, yəni müqavilənin ləğvi anınadək hesablanmalıdır. Qətnamənin qəbul edildiyi tarixdən onun qanuni qüvvəyə minməsinə qədər keçən müddət üçün tərəflərin kredit müqaviləsi üzrə öhdəlikləri qüvvədə olacağından Bank qeyd edilən dövr ücün də kredit faizinin ödənilməsini tələb etmək hüququna malikdir. Tərəflər arasında müqavilə hələ də ləğv olunmadığından birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələri hələ də qanuni qüvvəsini almadığından öhdəlik qüvvədə olduğundan bank faiz borcunu müqavilənin müddəti nin bitdiyi tarixdən sonrakı tarixə də tələb etməyə haqlıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması, cavabdeh tərəfindən verilmiş kassasaiya şikayətinin isə təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 vəkilinin dediklərinə uyğun izahat vermişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olma dan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İlk növbədə kassasiya kollegiyası qeyd edir ki, kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini tələb etsə də, şikayətin məzmunundan görünür ki qətnamə yalnız faiz borcunun təmin edilməmiş hissəsi ilə bağlı olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, qətnaməni məhz faiz borcu tələbinin təmin edilməmiş hissəsində yoxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 07.11.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qətnaməsini dəyi şdirərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 01.08.2013-cü il tarixli 923 H №-li kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən illik 15 % olmaqla, 36 ay müddətinə “xxxx” MMC-yə ******* manat məbləğində kredit verilmişdir. “xxxx” ASC ilə “xxxx” MMC və X3 arasında bağlanmış 22.05.2013cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən X2 məxsus olan *** ünvanında istifadədə olan, 0.17889 ha torpaq sahəsində yerləşən 3241.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (ipoteka predmeti 0.17889 ha torpaq sahəsi ilə birlikdə) və X2 məxsus olan *** ünvanında istifadədə olan, 0.37905 ha to rpaq sahəsində yerləşən 4469.1 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (ipoteka predmeti 0.37905 ha torpaq sahəsi ilə birlikdə) bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş əmlaklar 10.993.100 manat məbləğində qiymətləndirilmişdir. “xxxx” ASC ilə “xxxx” MMC və Cavabdeh3 arasında bağlanmış 22.05.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən X5 məxsus olan ***ünvanında istifadədə olan, 0.07505 ha torpaq sahəsində yerləşən 1624.7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi (ipoteka predmeti 0.07505 ha torpaq sahəsi ilə birlikdə) bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş əmlak 3.035.080 manat məbləğində qiymətləndirilmişdir. “xxxx” ASC- si ilə “xxxx” MMC və Cavabdeh2 arasında bağlanmış 01.08.2013-cü il tarixli ipoteka müqaviləsinə görə Cavabdeh2 məxsus olan Şəki rayonu, İnçə kəndində yerləşən 1.2 ha torpaq sahəsi bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş əmlak 156000 manat məbləğində, Şəki rayonu, İnçə kəndində yerləşən 5.0 ha torpaq sahəsi bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş əmlak 650000 manat məbləğində, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 6.009 ha torpaq sahəsi bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş əmlak 420600 manat məbləğində və Şəki rayonu, Baş Şabalıt kəndində yerləşən 5.0 ha torpaq sahəsi b ank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş əmlak 600000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışlara əsasən ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklar üzərindəki hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə ünvanlanmış məktublardan məlum olur ki, İddiaçı tərəfindən qeyd olunan ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına al ınması xahiş edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş hesabatdan görünür ki, X2 məxsus***ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 5.835.420 manat, ***ndə yerləşən 1.2 ha torpaq sahəsinin - 42000 manat, ***ndə yerləşən 5.0 ha torpaq sahəsinin - 175.000 manat, Şəki rayonu Baş Göynük kəndində yerləşən 6.009 ha torpaq sahəsinin - 210315 manat, Şəki rayonu Baş Şabalıt kəndində yerləşən 5.0 ha torpaq sahəsinin - 175000 manat, Cavabdeh3 məxsus *** ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 3.736819 manat, X2 məxsus ***C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 12.513.480 manat təşkil edir. “xxxx” ASC-nin cavabdehlərə ünvanladığı xəbərdarlıqlara əsasən məlum olur ki, bank tərəfindən cavabdehlərə borcun ödən ilməsi təklif edilmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əl avə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Bununla bağlı apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin sadalanan normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə düzgün o laraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, cavabdehlərdən kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün müqavilədən yaranan əsas və faiz borcu cavabdeh «xxxx» MMC-dən tutulmalıdır. Bununla belə apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi kredit borcu üzrə yaranmış faiz borcunun məbləğinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş AB MD-11-01938 saylı 07.11.2018-ci il tarixli arayışa əsasən müəyyən olundu ki, cavabdeh “xxxx” MMC-nin 01.08.2013-cü il tarixli kredit müqaviləsinin müddətinin başa çatdığı tarixə, yəni 01.08.2016-cı il tarixə banka olan faiz borcu 59150 1 manat təşkil edir. Kassasiya kollegiyası müqavilə şərtlərinə uyğun olan faiz həddində borcun tutulması hissəsində aşağı instansiyası məhkəməsinin qənaəti ilə razılaşsa da, gecikdirilmiş qalan müddət üzrə qanunla müəyyən edilmiş faiz həddində borcun tutulmamasından ibarət qənaətini qanunvericiliyin tələblərinə zidd hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusi ya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsində isə belə bir şərt nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətin in bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hes ablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə ge cikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi müqavilə şərtinə uyğun faiz məbləği yalnız kredit müqaviləələrinin icra müddətinin bitdiyi tarixədək hesablanmalı, qalan gecikdirilmiş müddət üzrə isə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun həddə faizlərin tutulması bununla bağlı ayrıca tələb olmadan mümkündür. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcunun tutulması tələbinin təmin edilməmiş hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmə nin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli, 2(103)- 11682/2018 nömrəli qətnaməsi faiz borcunun tutulması tələbinin təmin edilməmiş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün B akı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar