Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1885/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının X Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:məhkəmə aidiyyət üzrə işə hissəvi xitam verilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)718/2021 saylı qərardadından üçüncü şəxs İsaqov Qüdrət İsaq oğlunun kassasiya şikayəti üzrə işə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müə yyən etdi: İşin halları İddiaçı X Cavabdeh qarşı “sökülmüş tikililərin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus ünvan 1 binanın zirzəmisinin 90,2 kv.metr hissəsində 0,6x0.6 metr ölçüdə olan 6 ədəd və 1,0x0,6 metr ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0 metr və 2,4x0,8 metr ölçüdə qapı boşluqlarının cavabdehin vəsaiti hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməklə binanın zirzəmisinin ilkin birtipli layihəyə uyğun olaraq bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Üçüncü şəxs X Cavabdeh və digərlərinə qarşı “çıxarışın etibarsız hesab edilməsi, binanın qəzalı vəziyyətdən çıxarılaraq ilkin layihəyə qaytarılması, qanunsuz tikilinin sökülməsi, restoranın və restoranın borusunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək, özəlləşdirilməsi qanunvercilikdə qadağan edilmiş texniki zirzəmilərin Reyestr Xidməti tərəfindən cavabdehin adına özəlləşdirilməsini təsdiq edən Çıxarışın etibarsız hesab edilməsi, binanın qəzalı vəziyyətdən çıxarılması, orada yaşayan 48 ailənin həyatını xilas etmək üçün dağıntıların və söküntülərin ekspertizası sahəsində əsas dövlət qurumu olan Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin aktında göstərilən bütün dağıntı və söküntülərin cavabdehin vəsaiti hesabına bərpa edilərək ilkin layihəyə qaytarılması, binanın həyətinin qanunsuz zəbt edilməsinin qarşısını almaq məqsədi ilə cavabdehin tikdiyi çardağın və saldığı gül kolluqlarının sökülməsi, binada baş verə biləcək gələcək yanğınların, mənzillərə dolan tüstünün, digər mənş əyi məlum olmayan iyi-qoxunun qarşısını almaq, insanların sağlamlığını qorumaq məqsədi ilə cavabdehin tikdiyi restoranın və onun 13 mərtəbəli evin hündürlüyünə qaldırdığı borusunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 7 avqust 2018-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilib və Məhkəmə Ekspertiza Mərkəzinin 04 yanvar 2019-cu il tarixli rəyinə əsasən, ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi üzrə baxış zamanı müəyyən olunmuş məlumatlarla mülki iş materiallarında olan Reyestr Xidməti tərəfindən tərtib edilmiş 03 fevral 2015-ci il tarixli Texniki pasportun məlumatları müqayi sə edilərkən, həmin qeyriyaşayış sahəsinin 4, 5 və 6 saylı tikililərində, küçə tərəfə olan divarda (0,58x1,1) metr, (0,57x1,12) metr və (0,5x1,5) metr ölçüdə nəfəsliklər açıldığı və həmin nəfəsliklərin texniki pasportda əks olunmadığı müəyyən edilir. Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən, tikililərin inşa edilməsi, həmçinin binalarda hər hansı dəyişikliklərin və yenidənqurma işlərinin aparılması, layihə smeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidiyyatı orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. İşə əlavə edilmiş fotoşəkillərdə və tədqiq olunan qeyri-yaşayış sahəsinə dair layihə sənədlərinin konstruksiya hissəsində, həmin qeyri-yaşayış sahəsinin divarlarında açılmış nəfəsliklərin həmçinin mövcud qapı boşluqlarının ətrafında müvafiq gücləndirmə işləri aparıldığı göstərilir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 15 oktyabr 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən, binanın zirzəmisində 90.2 kv.metr hissəsində aparılan təmir bərpa işləri və konstruksiyasında edilmiş dəyişikliklər, müvafiq dövlət orqanlarından icazə alınmadan, konstruktiv hesabata, layihə həllinə əsaslanmadan, tikinti norma və qaydalarına əməl olunmadan aparılıb, aparılan təmir-bərpa işləri zamanı fasad hissədə “E” oxu üzrə 2-3 oxları arası hissəsində 1.0x2.0(h) metr ölçüdə 1 ədəd qapı boşluğu arxa və yan fasadlarda yükdaşıyan divar panellərində 4 ədəd 0.6mx0.6(h) metr və 3 ədəd 1.0 mx0.6(h) metr ölçülərdə nəfəsliklər, daxili orta divarda “b” oxu üzrə 2-3 oxları arasında 0.8 mx2.4(h) metr ölçüsündə qapı boşluğu açılıb. E və B oxları arasında, 3, 4, 5 və 6 oxlarındakı 4 ədəd divar panelində mövcud boşluqların yuxarı hissəsi 40 sm ölçüsündə oval formada dağıdılıb, təmir və bərpa işlərindən əvvəl arxa və yan fasad panellərində heç bir boşluq olmayıb. Təmir və bərpa işlərindən sonra divar panellərində 2 ədəd qapı və 7 ədəd nəfəslik üçün boşluqlar açılıb, binanın zirzəmisində aparılan yenidənqurma işləri zamanı yükdaşıyan konstruksiyaların dağıldığından binanın gələcəkdə istismarı zamanı hər hansı bir seysmiki və dinamiki təsirlərə qarşı dayanıqlığı zəiflədilib və binanın sakinlərinin həyatı üçün təhlükəli vəziyyət yaranıb. Gələcəkdə binanın dayanıqlığını təmin etmək üçün sökülüb və dağıdılmış konstruksiyalarda instrumental müayinə aparılmalı, müvafiq layihə əsasında bərpa-gücləndirmə işləri yerinə yetirilməli, binanın zirzəmisi ilkin birtipli layihəsinə uyğun olaraq bərpa edilməlidir. Tədqiq olunan binaya baxış zamanı həmin binanın küçə tərəfə olan yükdaşıyan divarında beton konstruksiyanın (0,58x1,1) metr, (0,57x1,12) metr və (0,5x1,5) metr ölçüdə kəsilərək nəfəsliklər açıldığı, eyni zamanda ayrı-ayrı konstruktiv elementlər üzərində, o cümlədən yükdaşıyan divarlarda çat, qabarma, çökmə, deformasiya əlamətləri olmadığı müəyyən edilib. Qeyd oluna nları nəzərə alaraq, tədqiq olunan zirzəmidə aparılmış təmir-bərpa işlərinin binanın dayanıqlığına hər hansı təsir göstərib-göstərməməsi, mütəxəssis rəyində qeyd olunduğu kimi, həmin bina üzrə aidiyyatı təşkilatlar tərəfindən müvafiq müayinətədqiqat işləri aparılmaqla müəyyən edilə bilər. Lakin ekspertizaya təqdim olunmuş sənədlərdə binanın zirzəmisində aparılmış təmir-bərpa işlərinin binanın dayanıqlığı baxımından təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi üçün mütəxəssislər tərəfindən instrumental müayinələr və konstruktiv hesabatlar aparılmayıb. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilib və Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2019-cu il tarixli rəyinə əsasən, ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi üzrə baxış zamanı müəyyən olunub ki, Reyestr Xidməti tərəfindən tərtib edilmiş 03 fevral 2015-ci il tarixli Texniki pasportun məlumatları müqayisə edilərkən, həmin qeyri-yaşayış sahəsinin 4, 5 və 6 saylı tikililərində, küçə tərəfə olan divarda (0,58x1,1) metr, (0,57x1,12) metr və (0,5x1,5) metr ölçüdə nəfəsliklər açıldığı və həmin nəfəsliklərin texniki pasportda əks olunmadığı müəyyən edilib. Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hak imiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən, tikililərin inşa edilməsi, həmçinin binalarda hər hansı dəyişikliklərin və yenidənqurma işlərinin aparılması, layihə smeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidiyyətı orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. İşə əlavə edilmiş fotoşəkillərdə və tədqiq olunan qeyri-yaşayış sahəsinə dair layihə sənədlərinin konstruksiya hissəsində, həmin qeyri-yaşayış sahəsinin divarlarında açılmış nəfəsliklərin həmçinin mövcud qapı boşluqlarının ətrafında müvafiq gücləndirmə işləri aparıldığı göstərilib. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.Hətəmzadə) ilk iddia tam, üçüncü şəxsin iddiası qismən təmin edilərək, cavabde hə məxsus ünvan 1 binanın zirzəmisinin 90,2 kv.metir hissəsində 0,6x0,6 metr ölçüdə olan 6 ədəd və 1,0x0,6 mter ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0 metr və 2,4x0,8 metr ölçüdə qapı boşluqlarının cavabdehin hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməklə, binanın zirzəmisinin ilkin birtipli layihəsinə uyğun bərpa edilməsi, üçüncü şəxsin iddiasının qalan hissədə təmin edilməməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdehə məxsus ünvan 1 binanın zirzəmisinin 90,2 kv.metr hissəsində 0,6x0,6 metr ölçüdə olan 6 ədəd və 1,0x0,6 metr ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0 metr və 2,4x0,8 metr ölçüdə qapı boşluqları açılması ilə aparılan təmir bərpa işləri və konstruksiyasında edilmiş dəyişikliklər, müvafiq dövlət orqanlarından icazə alınmadan, kon struktiv hesabata, layihə həllinə əsaslanmadan, tikinti norma və qaydalarına əməl olunmadan aparılıb və bu yenidənqurma işləri zamanı yükdaşıyan konstruksiyalar dağıldığından binanın gələcəkdə istismarı zamanı hər hansı bir seysmik və dinamik təsirlərə qarşı dayanıqlığı zəiflədilib və binanın sakinlərinin həyatı üçün təhlükəli vəziyyət yaranıb. Belə olan halda ilk iddia tələbi və üçüncü şəxsin iddiası binanın qəzalı vəziyyətdən çıxarılaraq ilkin layihəyə qaytarılması hissəsində təmin edilməli, cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 39 “A” saylı binanın zirzəmisinin 90,2 kv.metr hissəsində 0,6x0,6 metr ölçüdə olan 6 ədəd və 1,0x0,6 metr ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0 metr və 2,4x0,8 metr ölçüdə qapı boşluqları cavabdehin hesabına bərpa-gücləndirmə işləri yer inə yetirilməklə, binanın zirzəmisi ilkin birtipli layihəyə uyğun olaraq bərpa edilməlidir. Üçüncü şəxsin iddiasının qalan hissəsi ilə bağlı qeyd edilməlidir ki, mübahisə üzrə ünvan 2 ünvanda yerləşən 90,2 kv.metr zirzəminin (qeyri-yaşayış sahəsi) tam mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmasının etibarlığını şübhə altına alan qanunla müəyyən edilmiş heç bir əsas müəyyən edilmir. Həmin qeyri-yaşayış sahəsi alqı-satqı müqaviləsi əsasında onun adına qeydə alınıb və müqavilə qanuna müvafiq olaraq bağlanıb və bu müqavilənin etibarlılığını şübhə altına alacaq heç bir hal müəyyən edilmir. Sözügedən müqavilə etibarsız hesab edilmədiyindən onun əsasında qanunvericiliyin tələblərinə riayət edilməklə cavabdehin adına verilmiş Çıxırış da etibarsız sayıla bilməz. Həmçinin mübahisəli qeyri-y aşayış sahəsinin istifadəsi nəticəsində digər daşınmaz əmlakın mülkiyyətçilərinin öz sahələrindən istifadə etmələrinə maneçilik yaranmadığı üçün üçüncü şəxsin iddiası qalan hissələrdə rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 127-ci maddələrinin, həmçinin Mülki Məcəllənin 146.2, 152, 170.2, 171.1, 227.1-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk və üçüncü şəxsin iddialarının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Üçüncü şəxs apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək, idd iasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov sədrlik edən, məruzəçi, Ş.Məmmədova və X.Sarıyev) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu tarixli qətnaməsi cavabdehə və üçüncü şəxsə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, sözügedən obyektdə cavabdeh tərəfindən qapı və pəncərə boşluqların açılması zamanı, həmçinin aparılmış dəyişikliklə bağlı buna səlahiyyəti olan orqanlardan razılıq alınmayıb və bu barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı yoxdur. Həmin sahələrin texniki pasportda qeyd edilməsi özlüyündə belə razılığın alınmasını özündə əks etdirmir. Tikilinin texniki pasportu mülkiyyəti təsdiq edən sənəd hesab edilə bilməz. Texniki Pasportda tikilinin faktiki vəziyyətinin əks etdirilməsi tikilinin yenidən qurulması, tikilməsi üçün əsas hesab edilə bilməz. Tikilinin əldə edilərkən eyni vəziyyətdə olmasına dair dəlilə gəlincə isə qeyd edilməldir ki, icarə müqaviləsinin 1992-ci ildən bağlanması tikilinin hazırkı vəziyyətdə olması və hazırkı vəziyyətdə əldə edilməsi qənaətinə gəlməyə əsas vermir. Bundan başqa, mübahisəli obyektə dair Çıxarışın verilməsinə əsas olan sənədlər qüvvədə olmaqla mübahisələndirilməyib. Həmin qeyri-yaşayış sahəsinin əldə edilməsinə əsas olan hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi mümkündür. Lakin, Mülki Prossesual Məc əllənin 218.3-cü maddəsi yalnız irəli sürülmüş tələblər həcmində işə baxılmasını mümkün sayır. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi haqlı olaraq irəli sürülmüş tələblər həcmində işə baxmış və iddia tələbindən kənara çıxmağı zəruri edən heç bir müstəsnalığın olmaması nəticəsinə gəlir. Hazırkı halda iddiaçının çıxarış verilməsinə əsas olan sənədləri mübahisələndirmədiyi və iddia tələblərinin digər hissələrini tələb etmək üçün subyektiv hüququnun olmadığı aşkardır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 127-ci maddələrinin, həmçinin Mülki Məcəllənin 146.2, 152, 170.2, 171.1, 227.1-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh kassasiya şikayəti ve rərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddiaçının tələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanıması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Üçüncü şəxs kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək iddiasının tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev sədrlik edən, məruzəçi, M.Əhmədova və İ.Xəlilov) kassasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi ilk iddianı əsaslı hesab edərkən mübahisə predmeti olan boşluqların binanın təhlükəsizliyi baxımından bərpa edilməsinin məhz hansı işlərin görülməsi ilə təmin edilməli olduğunu göstərməyiblər. İş üzrə məhkəmə aktlarında yalnız ümumi şəkildə bərpa-gücləndirmə işlərinin aparılmasını göstərib, lakin bərpa- güləndirmə işlərinin nədə ifadə olunması nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsində əsaslandırılmayıb. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin iddia tələbinin “çıxarışın etibarsız hesab edilməsi, binanın qəzalı vəziyyətdən çıxarılaraq ilkin layihəyə qaytarılması, binada baş verə biləcək gələcək yanğınların, mənzillərə dolan tüstünün, digər mənşəyi məlum olmayan iyi-qoxunun qarşısını almaq, insanların sağlamlığını qorumaq məqsədi ilə cavabdehin tikdiyi restoranın və onun 13 mərtəbəli evin damına qaldırdığı borunun ləğv edilməsi” hissələri ilə bağlı araşdırma aparılıb və həmin hallara hüquqi qiymət verilib. Qeyd edilən hissələrlə bağlı araşdırılma aparılsa da iddia tələbinin “binanın həyətinin qanunsuz zəbt edilməsinin qarşısını almaq məqsədi ilə cavabdehin tikdiyi çardağın və saldığı gül kolluqlarının sökülməsi” hissəsinə münasibətdə nə birinci nə də apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılma aparılmayıb və həmin tələblərə hüquqi qiymət verilməyib. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün aydınlaşdırılmalı olan mühüm hallardan biri Reyestr Xidmətinin mübahisə predmeti olan zirzəmini dövlət əmlakı kimi özgəninkiləşdirmək səlahiyyətinin olub-olmamasının müəyyənləşdirilməsidir. Apellasiya instansiyası məhkəməsi bu halı araşdırmayıb və mübahisəyə düzgün hüquqi qiymət verməyib. Bununla yanaşı qeyd edilməlidir ki, araşdırma nəticəsində Reyestr Xidmətinin belə bir səlahiyyətinin olmaması müəyyən edilərsə, yəni əqdin– çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin – əhəmiyyətsiz əqd olması məlum olarsa bu zaman həmin çıxarışın etibarsızlığı ilə bağlı mübahisənin məhkəmə aidiyyəti məsələsi də müəyyənləşdirilməlidir. Reyestr Xidmətinin mübahisə predmeti olan zirzəmi üzərində sərəncam vermə səlahiyyətinin olmadığının müəyyən edilmə si onu ehtiva edir ki, Xidmətin həmin zirzəmi barəsində cavabdehin bağladığı alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqddir. Qeyd edilən əqd əhəmiyyətsiz olduqda isə üçüncü şəxs həmin əqdi mübahisələndirmədən onun əsasında verilmiş çıxarışı mübahisələndirə bilər. Cavabdeh tikilinin texniki pasportda mövcud nəfəsliklərdən dördünün və qapı boşluqlarının isə hamısının öz əksini tapması barədə qeyd edilməlidir ki, tikilinin texniki pasportu mülkiyyəti təsdiq edən sənəd deyil. Texniki pasport tikilinin faktiki vəziyyətini əks etdirir və tikilinin yenidən qurulması və yenidən quraşdırılması üçün əsas hesab edilə bilməz. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.3cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya in stansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər İ.Şirinov sədrlik edən, məruzəçi, T.Səmədov və A.Tanrıverdiyev) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi- ünvan 1 binanın zirzəmisinin Reyestr Xidməti tərəfindən cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsihissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi, üçüncü şəxsə “ünvan 1 binanın zirzəmisinin Reyestr Xidməti tərəfindən cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi” barədə tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilib. Apellyasiy a instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, üçüncü şəxsin iddia tələblərindən biri- texniki zirzəmilərin, yəni Reyestr Xidməti tərəfindən cavabdehin adına özəlləşdirilməsini təsdiq edən Çıxarışın etibarsız hesab edilməsindən ibarətdir. Belə olan halda həmin tələb mahiyyət etibarı ilə ünvan 1 binanın zirzəmisinin Reyestr Xidməti tərəfindən cavabdehin adına özəlləşdirilməsinin (hərrac nəticəsində) etibarsızlığı ilə bağlıdır. Ona görə də üçüncü şəxsin sözügedən zirzəminin Reyestr Xidməti tərəfindən cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi ilə bağlı tələbə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı qərarının 5.1-ci b əndinə əsasən məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Eyni zamanda qeyd olunan zirzəminin Reyestr Xidməti tərəfindən cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi barədə məsələ həll edilənə qədər həm iddiaçının iddiası, həm də üçüncü şəxsin iddiası ilə bağlı digər tələblərə baxmaq mümkün olmadığından, həmin tələblərə dair hissədə iş üzrə icraat dayandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin, habelə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı qərarının tələbləri ilə əsaslandırıb. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətini n dəlilləri Üçüncü şəxs kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual normaların tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 261.0.1-ci maddəsində göstərilir ki, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 417.1.1-ci maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Həmin Məcəllənin 2.2.1-ci maddəsində göstərilir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Kassa siya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Üçüncü şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, məhkəmə aidiyyətinin düzgün müəyyən edilmədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, üçüncü şəxsin iddia tələblə rindən biri- texniki zirzəmilərin, yəni Reyestr Xidməti tərəfindən cavabdehin adına özəlləşdirilməsini təsdiq edən Çıxarışın etibarsız hesab edilməsindən ibarətdir. Belə olan halda həmin tələb mahiyyət etibarı ilə ünvan 1 binanın zirzəmisinin Reyestr Xidməti tərəfindən cavabdehin adına özəlləşdirilməsinin (hərrac nəticəsində) etibarsızlığı ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydası nda baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”na əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanlar hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aid iyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraci ətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayətinin dəlillərini əsassız hesab edib belə qənaətə gəlir ki, üçüncü şəxsin cavabdehə və digərlərinə qarşı tələbi mahiyyət etibarı ilə ünvan 1 binanın zirzəmisinin Reyestr Xidməti tərəfindən cavabdehin adına özəlləşdirilməsinin (hərracın nəticələrinin) etibarsızlığı ilə bağlı olduğundan, apellyasiya instansiyası məhkəməsi həmin tələbə məhkəmə ai diyyəti üzrə inzibati məhkəmədə baxılmalı olmadığını qeyd edib həmin hissədə işin icraatına xitam verməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, hakim iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 417.1.1-ci maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu baxımdan kass asiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi qərara aldı: Üçüncü şəxs X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)-718/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1885/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1885/2022
17.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver