Məhkəmə qərarları › İş №2(102)-1885/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1885/2024

23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1885/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 İB-yə və “Azərsu“ ASC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2024-cü il t arixli, 2(103)76/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 İB-yə və “Azərsu“ ASC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçıya məxsus torpaq sahəsinin əldən çıxmasına görə dəymiş ziyan olaraq 72200 manat pulun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(011)3117/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 İB-dən və “Azərsu“ ASC-dən müştərək qaydada 55000 manat məbləğində maddi ziyanın tutularaq, İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2(103)-76/2023 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddianın təmin olunan “cavabdehlər Cavabdeh1 İB-dən və “Azərsu“ ASC-dən müştərək qaydada 55000 manat maddi ziyan İddiaçı ödənilməsi” hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin olunmamışdır.

4. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2024-cü il tarixli, 2(103)-7 6/2023 nömrəli qərardadı ilə (hakim E.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər E.E.Rəhimovdan və F.İ.Əyyubovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi qərardadı belə əsaslandırmışdır ki, iddiaçının vəkili tərəfindən kassasiya şikayəti verilərkən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, iş materiallarında olan “azərpoçt.az” saytından çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(103)-76/2023 nömrəli qətnaməsi 02 oktyabr 2023-cü il tarixdə iddiaçıya çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddət ində verilə bilər. Göründüyü kimi iddiaçının vəkili tərəfindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və kassasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət əlavə edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

7. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2024-cü il tarixli, 2(103)-76/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 134.1.5, 135, 405.0.1, 408.1.4-cü maddələri pozulmuşdur.

9. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıya ümumiyyətlə rəsmi qaydada təqdim olunmamışdır. Halbuki, qanunvericilikdə məhkəmə sənədlər inin rəsmi qaydada alınmasının qaydaları nəzərdə tutulmuşdur. Həmçinin, çatdırma “azərpoçt.az” saytından çıxarışla təsdiq olunur, iddiaçının sayta daxil olaraq ona çatdırılmasını bilmək kimi bir vəzifəsi yoxdur. Qanuna əsasən, 2 aylıq şikayət müddətinin axımı, məhkəmə qətnaməsinin rəsmi qaydada təqdim olunduğundan sonra başlanılır. Bu baxımdan sözügedən qətnamə iddiaçı tərəfə rəsmi qaydada təqdim olunmadığından, onun tərəfindən bərpa üçün müddətin bərpasına dair ərizənin verilməsi zərurəti yaranmamışdır.

10. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

11. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsas ən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulm uş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəz ərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdə n sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyas iya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının kassasiya şikayətini geri qaytaran apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürmüşdür.

14. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində sonuncu məhkəmə baxışı iddiaçı tərəfin iştirakı olmadan keçirilmiş və qətnamə elan olunmuşdur. Qətnamənin əsaslandırılmış surətinin iddiaçının ünvanında göndərilməsi barədə 18 sentyabr 2023-cü il tarixli məktub iş materiallarına əlavə edilmişdir.

15. Lakin, həmin məktubun faktiki olaraq hansı ünvanda təqdim edilməsini, iddiaçı tərəfindən qəbul olunu b-olunmamasını təsdiq edən hər hansı sənəd (poçt xəbərnaməsi) iş materiallarına əlavə olunmamışdır.

16. Apellyasiya məhkəməsi mübahisələndirilən qərardadında “azərpoçt.az” saytından çıxarışa istinad etmişdir ki, kassasiya kollegiyasının qənaətinə görə həmin çıxarış məhkəmə qətnaməsinin lazımi qaydada çatdırılmasının sübutu kimi qiymətləndirilə bilməz.

17. Belə ki, internet saytından çıxarışdan görünür ki, “SX006975589AZ” nömrəli məktub 02 oktyabr 2023-cü ildə saat 10.04-də çatdırılmışdır. Lakin, həmin çıxarışda və əlavə olunan sənədlərdə məktubun hansı ünvanda və kimə verilməsi qeyd olunmamışdır.

18. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə qeyd olunan çıxarış Mülki Prosessual Məcəllənin 135-ci maddəsinin tələlərinə əsasən məhkəmə sənədinin rəsmi qaydada verilmiş hesab edilməsinin sü butu kimi qiymətlədirilə bilməz.

19. İş materiallarından müəyyən olunur ki, iddiaçının nümayəndəsi, Vəkil məhkəməyə müraciət edərək 08 fevral 2024-cü il tarixdə iş materialları ilə tanış olmuşdur.

20. Beləliklə, məhkəmə qətnaməsinin iddiaçı tərəfə başqa vaxtda çatdırılmasını təsdiq edən sübut iş materiallarında mövcud olmadığından, kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı məhz qeyd olunan tarixdən hesablanmalı və qətnamədən kassasiya şikayətinin 24 fevral 2024-cü il tarixdə verildiyi nəzərə alınmaqla bu müddətin buraxılmaması müəyyən edilməlidir.

21. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti prosessual müddət ötürülmədən verildiyindən, kassasiya şikayətinin geri qaytarıl malı olmasına dair apellyasiya kollegiyasının mövqeyi düzgün olmamışdır.

22. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və kassasiya şikayəti ilə bağlı sonrakı prosessual hərəkətlər görülməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2024-cü il tarixli, 2(103)-76/2023 nömrəli qərardadı ləğv edilsin və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2(103)-76/2023 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə sonrakı prosessual hə rəkətlər görülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar