Məhkəmə qərarları › İş №2(102)-1888/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1888/2019

14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1888/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.S.Səmədov, iş 2(006)-1224/2018) İddiaçı Cavabdeh qarşı “al ğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasının qismən təmin edilməsi, cavabdehdən iddiaçıya məxsus 38 adda olan - çarpayı, matras-qiyməti 300 manat, termo-güzgü, şkaflı-qiyməti 150 manat, şifoner-4 gözlü, qiyməti 100 ABŞ dolları, tumbuçka-2 ədəd, qiyməti 650 manat, pakrıval-dəst bardovıy, qiyməti 250 manat, kreslo-2 ədəd, qiyməti 200 manat, stol-yazı üçün, qiyməti 50 manat, televizor-“Sony” markalı, qiyməti 300 ABŞ dolları, xalça dəst-2 balaca, 1 böyük, qiyməti 100 manat, üzlük-kreslo və divan üçün, qiyməti 200 manat, taxt üçün pakrıval-maxrovka, qiyməti 400 manat, döşək və yorğan-taxt üçün, qiyməti 150 manat, yastıq-8 ədəd, qiyməti 400 manat, lüstur-1 ədəd, qiyməti 30 manat, naçnik-2 ədəd, qiyməti 20 manat, suvenir-qız heykəli fiquru, qiyməti 150 mana t, elektrik sobası-çörək bişirən, qiyməti 70 manat, su qabı-qrafina dəst, qiyməti-250 manat, konfet qabı-1 ədəd, qiyməti 25 manat, tava-1 ədəd tefal, sandıq-əşya yığmağa, qiyməti 25 manat, güldan-2 ədəd sadə, qiyməti 170 manat, elektrik çaydanı-tefal, qiyməti 80 manat, saat-1 ədəd, qiyməti 25 manat, ütü-2 ədəd tefal, qiyməti 160 manat, ventelyator-qiyməti 75 manat, ət çəkən maşın- “Geepas” markalı, qiyməti 50 ABŞ dolları, gödəkcə-qara dəridən, qiyməti 200 manat, tufli- 1 dəst uzunboğaz, qiyməti 50 manat, əl çantası-2 ədəd, qiyməti 60 manat, kitablar-dini və dünya ədəbiyyatı, qiyməti 150 manat, albomlar-2 ədəd İddiaçı şəkillərlə birlikdə albomu, qiyməti 10 manat, cins şalvar-1 ədəd, qiyməti 20 manat, krasovka-1 ədəd, qiyməti 40 manat, gödəkçə-1 ədəd (CƏnin), qiyməti 30 manat, məktəb çantası -tünd qara üzərində xətlər (CƏnin)-18 manat, kalqotka-2 ədəd, qiyməti 20 manat, qətvələr-2 ədəd, uşaq üçün, dəyəri 10 manat olan cehiz əşyalarının alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 avqust 2018-ci il tarixli, 2(103)-7406/2018 saylı qətnaməsi ilə (M.A.Məmmədov (sədrlik edən və məruzəçi), hakimlər X.Ə.Sarıyev, və H.Ü.Həmidov) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2018-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddianın qızıl-zinyət əşyalarına və **-UA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtomobilə aid hissəsinin təmin edilməməsinə aid hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Ca vabdeh qarşı “Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasının qızıl-zinyət əşyalarına aid hissədə təmin edilməsi, Cavabdeh iddiaçıya məxsus dəyəri 1.000 (bir min) ABŞ dolları olan qızıl medalyon (yaxaya vurulan), dəyəri 1.500 (bir min beş yüz) ABŞ dolları olan kolye dəst qızıl-üzük (qolbaq), dəyəri 150 manat olan gül fantaziya - üzük, dəyəri 1.500 (bir min beş yüz) ABŞ dolları olan üzük qolbaq komplekt (qayınatasının aldığı, 4 qram, 750 əyar), dəyəri 70 manat olan aypara qızıl kulon (2 qram, 583 əyar) və dəyəri 150 (bir yüz əlli) manat olan yarpaq üzük ortasında yaşıl qaşla (qız toyunda hədiyyə edilmiş, 3 qram, 750 əyar) qızıl-zinət əşyalarının, onların naturada qaytarılması mümkün olmadıqda isə qeyd edilənlərin dəyərlərinin İddiaçı verilməsi, İddia çı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiası **-UA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobilə aid hissədə rədd edilməsi qət edilmiş, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılmış və qeyd edilmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2018-ci il tarixli qətnaməsinin iddianın təmin edilməsi hissəsi, yəni cavabdehdən iddiaçıya məxsus 38 adda olan (əşyaların adı və təsviri Rayon Məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi göstərilir) - çarpayı, matras-qiyməti 300 manat, termo-güzgü, şkaflı-qiyməti 150 manat, şifoner-4 gözlü, qiyməti 100 ABŞ dolları, tumbuçka-2 ədəd, qiyməti 650 manat, pakrıval-dəst bardovıy, qiyməti 250 manat, kreslo-2 ədəd, qiyməti 200 manat, stol-yazı üçün, qiyməti 50 manat, televizor-“Sony” markalı, qiyməti 300 ABŞ dolları, xalça dəst-2 balaca, 1 böyük, qiyməti 100 manat, üzlük-kreslo və divan üçün, qiyməti 200 manat, taxt üçün pakrıval-maxrovka, qiyməti 400 manat, döşək və yorğan-taxt üçün, qiyməti 150 manat, yastıq-8 ədəd, qiyməti 400 manat, lüstur-1 ədəd, qiyməti 30 manat, naçnik-2 ədəd, qiyməti 20 manat, suvenir-qız heykəli fiquru, qiyməti 150 manat, elektrik sobası-çörək bişirən, qiyməti 70 manat, su qabı-qrafina dəst, qiyməti-250 manat, konfet qabı-1 ədəd, qiyməti 25 manat, tava-1 ədəd tefal, sandıq-əşya yığmağa, qiyməti 25 manat, güldan-2 ədəd sadə, qiyməti 170 manat, elektrik çaydanıtefal, qiyməti 80 manat, saat-1 ədəd, qiyməti 25 manat, ütü-2 ədəd tefal, qiyməti 160 manat, ventelyator-qiyməti 75 manat, ət çəkən maşın- “Geepas” markalı, qiyməti 50 ABŞ dolları, gödəkcəqara dəridən, qiyməti 200 manat, tufli- 1 dəst uzunboğaz, qiyməti 50 manat, əl çantası-2 ədəd, qiyməti 60 manat, kitablar-dini və dünya ədəbiyyatı, qiyməti 150 manat, albomlar-2 ədəd İddiaçı şəkillərlə birlikdə albomu, qiyməti 10 manat, cins şalvar-1 ədəd, qiyməti 20 manat, krasovka-1 ədəd, qiyməti 40 manat, gödəkçə-1 ədəd (CƏnin), qiyməti 30 manat, məktəb çantası-tünd qara üzərində xətlər (CƏnin)-18 manat, kalqotka-2 ədəd, qiyməti 20 manat, qətvələr-2 ədəd, uşaq üçün, dəyəri 10 manat olan cehiz əşyalarının alınaraq iddiaçıya verilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır. İşin halları İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, son nəticədə, 2006-cı il istehsalı olan **-UU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 220 CDİ” markalı avtomobilin alğı-satqısı məqsədilə 30.06.2015-ci il tarixində cavabdeh ilə X6 arasında bağlanmış 30.06.2015-ci il tarixli “Alğı-satqı müqaviləsinin”, X6 ilə X4 arasında bağlanmış 28.04.2016-cı il tarixli “Alğı-satqı müqaviləsinin”, 2011-ci il istehsalı olan **-UA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtomobilin alğı-satqısı məqsədilə 22.08.2015-ci il tarixində Cavabdeh ilə X3 arasında bağlanmış 22.08.2015-ci il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilərək, həmin nəqliyyat vasitələrinin cavabdehin mülkiyyətinə geri qaytarılması, həmin nəqliyyat vasitələri üzərində yetkinlik yaşına çatmayan uşaqların mənafeləri nəzərə alınmaqla 3/5 hissədə iddiaçının və 2/5 hissədə cavabdehin payının müəyyən edilməsi və 121 adda olan əmlakların (əşyaların adı və təsviri iddia ərizəsində qeyd edildiyi kimi göstərilir) – kravat, matras - qiyməti 300 manat, tremo-güzgü, şkaflı - qiyməti 150 manat, şifoner-4 gözlü, qiyməti 100 ABŞ dolları, tumbuçka-2 ədəd, qiyməti 650 manat, pakrıval-dəst bardovıy, qiyməti 250 manat, kreslo-2 ədəd, qiyməti 200 manat, stol-yazı üçün, qiyməti 50 manat, televizor-“Sony” markalı, qiyməti 300 ABŞ dolları, tumbuçka- qiyməti 50 manat, xalça dəst-2 balaca, 1 böyük, qiyməti 100 manat, qızıl medalyon-yaxaya vurulan, qiyməti 1000 ABŞ dolları, kolye dəst qız ıl-üzük, qolbaq, qiyməti 1500 ABŞ dolları, gül fantaziya-üzük, qiyməti 150 manat, üzük qolbaq komplekt (qayınatasının aldığı), 4 qram, 750 əyar, qiyməti 1.500 ABŞ dolları, aypara qızıl kulon, 2 qram, 583 əyar, qiyməti 70 manat, yarpaq üzük ortasında yaşıl qaşla (qız toyunda hədiyyə edilmiş), 3 qram, 750 əyar, qiyməti 150 manat, xalçalar- 2 ədəd, qiyməti 250 manat, xalça-3x4 metrə, qiyməti 250 manat, divar xalçası-101x2.30 metr, qiyməti 250 manat, üzlük-kreslo və divan üçün, qiyməti 200 manat, taxt üçün pakrıval-maxrovka, qiyməti 400 manat, pastel dəsti- 5 ədəd, qiyməti 75 manat, dəsmal dəstləri-20 çay dəsmalı, 5 ədəd adi dəsmal, qiyməti 150 manat, süfrə-onun üzərindəki 4 dəst kleyonkalar, qiyməti 150 manat, süfrə salfeti-3 dəst, qiyməti 150 manat, süfrələr-rəngli, qiyməti 100 manat, yorğ an-6 ədəd, qiyməti 300 manat, döşək-taxt üçün, qiyməti 100 manat, döşək-2 ədəd, qiyməti 100 manat, döşək və yorğan-taxt üçün, qiyməti 150 manat, yastıq-8 ədəd, qiyməti 400 manat, yaslanacaq-divan üçün böyük yastıq, 4 ədəd, qiyməti 80 manat, yaslanacaq-divan üçün balaca yastıq, qiyməti 40 manat, lüstur-2 ədəd, qiyməti 60 manat, naçnik-2 ədəd, qiyməti 20 manat, gül qabı-suvenir, evin künc hissəsinə qoyulan, qiyməti 150 manat, suvenir-qız heykəl fiquru, qiyməti 150 manat, suvenir-2 ədəd, qiyməti 40 manat, pərdə-qapı üçün, qiyməti 15 manat, elektrik sobası-çörək bişirən, qiyməti 70 manat, servis qabları-(komplekt ceyran), obed və çay dəstləri, servis-12 dəst, qiyməti 150 manat, bagemalar-2 ədəd, qiyməti 300 manat, su qabı-qrafina dəst, qiyməti-250 manat, konfet qabı-4 ədəd, qiyməti 100 manat, diplomat-vilka, bıçaq, qaşıqlar, qiyməti 300 manat, qaşıq dəsti, vilka bıçaqlar-12 dəst, qiyməti 250 manat, boşqablar-12 dəst, qiyməti 300 manat, kasturulka-4 ədəd, qiyməti 240 manat, tavalar-tefal və s. hər ölçüdə komplekt, qiyməti 200 manat, vedrə-böyük, qiyməti 55 manat, vedrə-orta ölçüdə, qiyməti 30 manat, qazanlar- 2 ədəd, qiyməti 50 manat, ləyən- 4 ədəd paltar yumağa və 4 ədəd krujka, qiyməti 100 manat, meyvə qabı böyük-2 ədəd, qiyməti 100 manat, meyvə qabı balaca-2 ədəd, qiyməti 50 manat, konfet qabı-2 ədəd, qiyməti 60 manat, konfet qabı balaca ayaqlı-2 ədəd, qiyməti 30 manat, mürəbbə qabı xrustal-4 ədəd, qiyməti 100 manat, stəkan dəsti xrustal-2 dəst, qiyməti 30 manat, su bakalları xrustal-12 ədəd, qiyməti 120 manat, rumkalar-24 ədəd, qiyməti 100 manat, su naboru-2 ədəd, qiyməti 60 manat, su stəkanları-4 cüt hər birində 6 ədəd, qiyməti 108 manat, razetkalar- xrustal 12 ədəd, qiyməti 25 manat, sandıq-əşya yığmağa, qiyməti 25 manat, güldan-2 ədəd sadə, qiyməti 170 manat, güldan-2 ədəd xrustal, qiyməti 330 manat, güldan-2 ədəd bagema, qiyməti 300 manat, malirovi-6 dəst, qiyməti 70 manat, nikkel-6 dəst, qiyməti 70 manat, elektro tava-1 ədəd, qiyməti 70 manat, elektrik çaydanı-tefal, qiyməti 80 manat, samovar-tefal 1 ədəd, qiyməti 120 manat, saat- 4 ədəd, qiyməti 100 manat, dondurma qabı-komplekt, qiyməti 100 manat, ütü-2 ədəd tefal, qiyməti 160 manat, fen- “Bravo” markalı, 30 manat, ventelyator-qiyməti 75 manat, şirəçəkən-tefal, qiyməti 150 manat, radiator-tefal, qiyməti 400 manat, kondisioner-“Samsung” markalı 35-kv.lıq, qiyməti 600 manat, oturacaq-2 ədəd, qiyməti 100 manat, kompüter-stolüstü “Samsung” markalı, qiyməti- 600 manat, ət çəkən maşın- “Geepas” markalı, qiyməti 50 ABŞ dolları, dublyonka-qəhvəyi rəngdə, qiyməti 150 manat, gödəkcə-qara dəridən, qiyməti 200 manat, kostyum-bordovıy, qiyməti 150 manat, hamam dəsti-2 dəst qətvə, xalat, başmaq, və s. qiyməti- 300 manat, tufli- 1 dəst uzunboğaz, qiyməti 50 manat, basanoşqa-3 dəst, qiyməti 90 manat, başmaqlar-ev içi qış və yay üçün, qiyməti 150 manat, çamadan-2 ədəd, qiyməti 100 manat, əl çantası-6 ədəd, qiyməti 180 manat, pejama 3 dəst, qiyməti 150 manat, şərf, papaq və başqa kiçik geyimlər-qiyməti 200 manat, yay geyimləri-20 dəst, qiyməti 400 manat, platya-3 dəst qara, yaşıl və boz rəngdə, qiyməti 150 manat, platya-toy üçün yaşıl rəng, qiyməti 150 manat, kitablar-dini və dünya ədəbiyyatı, qiyməti 15 0 manat, albomlar-3 ədəd İddiaçı şəkillərlə birlikdə albomu, qiyməti 15 manat, diplomlar-İddiaçı “Musiqi müəllimliyi” və “İbtidai sinif müəllimliyi”, saroçqalar-10 ədəd uzun qol və qısa qol (CƏnin), qiyməti 150 manat, cins şalvarlar-5 ədəd, qiyməti 100 manat, krasovka-2 ədəd, qiyməti 80 manat, gödəkçə-2 ədəd sadə 3 ədəd bronjilet formalı (CƏnin), qiyməti 150 manat, məktəb çantası-tünd qara üzərində xətlər (CƏnin)-18 manat, uşaq əşya çantası-3 ədəd mavi rəngdə, qiyməti 20 manat, şəkillər, lasin-10 ədəd (CNin), qiyməti 150 manat, kalqotka-10 ədəd, qiyməti 100 manat, paltar-trap (CNin),qiyməti 50 manat, papaq-8 ədəd (CNin), qiyməti 40 manat, şərf-3 ədəd (CNin), qiyməti 15 manat, hamam xalatı-3 ədəd (CNin), qiyməti 45 manat, balış dəsti-barbi formalı 4 ədəd (CNin), qiyməti 50 manat, pastel-dəs t üzərində dovşan və mişqa şəkilləri var (CNin), qiyməti 30 manat, döşək-uşaq üçün çəhrayı rəngdə (CNin), qiyməti 100 manat, dəst-döşəy, yorğan və s. çəhrayı rəngdə, qiyməti 50 manat, qətvələr-uşaq üçün 5 dəst, qiyməti 5 manat, xalçalar- 2 ədəd, qiyməti 250 manat, xalça-3x4 metrə, qiyməti 250 manat, divar xalçası- 101 x 2,30 metr, qiyməti 250 manat və qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin əmlakların qaytarılması mümkün olmadıqda əmlakların ümumi dəyəri olan 16.816 manat və 3.000 ABŞ dolları məbləğində pulun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya in stansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə icla sın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iş üzrə tərəflər 18.01.2007-ci il tarixdə birgə nikaha daxil olaraq ailə qurmuşlar və iddiaçı cavabdehə məxsus mənzilə köçmüş, birgə nikahlarından üç uşaqları anadan olmuş, ailə münasibətləri pozulduqdan sonra iddiaçı həmin mənzili tərk etmişdir. İş materiallarından məlum olur ki, hazırda iddiaçı ona məxsus əşyaları cavabdehdən tələb edir, həmçinin birgə nikah vaxtı alınmış iki avtomobilin bölünməsi barədə tələb irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 27.10.2017-ci il tarixli, 016-119806-1217 nömrəli məktubuna əlavə edilmiş “Kompüter çıxarışından” görünür ki, **-UU-*** dövlət qeydiyyat nişanlı “Mercedes E220” markalı avtomobil 09.06.2014-cü il tarixdə “Alğı-satqı müqaviləsi” əsasında cavabdehin adına qeydiyyata alınmış və 30.06.2015-ci il tarixdə “Alğı-satqı müqaviləsi” əsasında onun adından qeydiyyatdan çıxarılmışdır. Həmçinin **-UA-*** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtomobil 08.01.2014-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmış və 22.08.2015-ci il tarixdə “Alğı-satqı müqaviləsi” əsasında onun adından qeyd iyyatdan çıxarılmışdır. İş materiallarından görünür ki, cavabdeh tərəf bildirmişdir ki, qeyd edilən avtomobillər cavabdehin adına formal olaraq qeydiyyata alınmışdır, avtomobillərin əsl sahibi o olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şahid ifadələri əsasında müəyyən edilmişdir ki, sözügedən avtomobillər birgə nikah dövründə nə cavabdehin qazancı hesabına, nə də başqa qaydada cavabdeh tərəfindən deyil, onun qardaşı və atası tərəfindən alınmış, habelə qeydiyyatla əlaqədar cavabdehin adına rəsmiləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi şahid ifadələri başqa sübutlarla öz təsdiqini tapmadığı üçün həmin sübutları mötəbər hesab etməmiş və yalnız cavabdehin yaxın münasibətdə olduğu şəxslərin ifadələri ilə avtomobillərin cavabdehə məxsus olmaması qənaətinə gəlmiş birinc i instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, birgə nikah dövründə alınmış hər iki avtomobil cavabdehə məxsus olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mübahisəli avtomobillər cavabdehin adına dövlət reyestrində qeydiyyatdan keçən zaman iş üzrə tərəflər nikahda olduğundan və əmlaklar əvəzli qaydada özəlləşdirmə nəticəsində əldə edildiyindən, onla rın ümumi birgə mülkiyyəti hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin **-UU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 220 CDİ” markalı avtomobilə dair X6 ilə bağladığı 30.06.2015-ci il tarixli və **UA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtomobilə dair X3 ilə bağladığı 22.08.2015-ci il tarixli “Alğı-satqı müqavilələri” bağlanarkən əmlakların ümumi (birgə) mülkiyyətçisi olan iddiaçının ra zılığı alınmalı idi. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Mercedes 220 CDİ” markalı avtomobil 28.04.2016-cı il tarixdə X6 tərəfindən X1. Bu barədə “Alğı-satqı müqaviləsi” bağlanan zaman avtomobil dövlətin müvafiq reyestrində SAa məxsus əmlak kimi qeydə alınmışdır. Başqa sözlə, AB avtomobili satın alan zaman vicdanla hərəkət etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə AB mübahisəli avtomobili vicdanla əldə etdiyindən sözügedən “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. “S.N.Məmmədovanın şikayəti ü zrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında” Avropa Konvensiyasının 1 №-li Protokolunun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından görünür ki, “Toyota Camry” minik markalı avtomobilə dair cavabdeh ilə X3 arasında 22.08.2015-ci il tarixli “Alğı-satqı müqaviləsi” bağlanarkən əmlakların ümumi (birgə) mülkiyyətçisi olan iddiaçının razılığı alınmalı olduğu üçün müqavilə qanunvericiliyin onun üçün müəyyən etdiyi tələbin pozulması ilə bağlanmışdır. Belə pozuntuya yol verilməsinə baxmayaraq, sözügedən müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, iddia ərizəsində cavabdeh qismində yalnız Cavabdeh göstərmiş, öz tələbini həmçinin etibarlılığını mübahisələndirdiyi müqavilənin digər tərəfi olan NHa qarşı da yönəltməmişdir. Qanunvericinin məhkəməyə verdiyi prosessual imkanlar həddində düzgün formalaşdırılmamış tələb əsaslı hesab edilib təmin edilə bilməz. Qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi “Toyota Camry” minik markalı avtomobilə aid hissədə iddianı rədd etsə də qeyd edilən prosessual tələbə diqqət yetirməmiş, iddiaçının müqavilənin bağlanmasına razılığının alınmamasını nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Toyota Camry” markalı avtomobilə aid hissədə qətnamə ləğv edilməli, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməli və iddiaçıya izah edilməlidir ki, o, gələcəkdə həmin avtomobilə dair cavabdeh ilə X3 arasında 22.08.2015-ci il tarixdə bağlanmış “Alqı-satqı müqaviləsinin” etibarsızlığı ilə bağlı müqavilənin hər iki tərəfini cavabdeh qismində göstərməklə ayrıca iddia tələbi ilə yenidən birinci instansiya məhkəməsinə müraciət edə bilər. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, “Müqavilələrin etibarsız hesab edilməsi barədə” tələb əsassız olduğu üçün həmin tələbdən törəmə tələb olan “həmin nəqliyyat vasitələrinin cavabdehin mülkiyyətinə geri qaytarılması, həmin nəqliyyat vasitələri üzərində yetkinlik yaşına çatmayan uşaqların mənafeləri nəzərə alınmaqla 3/5 hissədə iddiaçının və 2/5 hissədə cavabdehin payının müəyyən edilməsi” hissəsində də iddia əsaslı hesab edilə bilməz. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qızıl-zinyət əşyalarının ümumiyyətlə, mövcud olması cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, cavabdeh qızılzinyət əşyaların mövcudluğu, qızıl-zinyət əşyalarının iddiaçıya hədiyyə olaraq verilməsi və qızılzinyət əşyaların toydan sonra onların yaşadığı evdə olması ilə razılaşdığından sübut etmə yükü cavabdehin üzərinə düşür. Qeyd edilmişdir ki, cavabdeh qızıl-zinyət əşyalarının iddiaçı tərəfindən özü ilə aparılması faktını sübuta yetirə bilmədiyindən belə olan halda hesab edilməlidir ki, mübahisəli qızıl-zinyət əşyaları cavabdehdə qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus mübahisəli qızıl-zinyət əşyaları cavabdehin qanunsuz sahibliyində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. -157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı mülkiyyətində olan mübahisəli qızıl-zinyət əşyalarının cavabdehdən alınaraq ona qaytarılmasını, qaytarılması mümkün olmadıqda isə onların dəyərinin iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsinin qızıl-zinyət əşyalarının cavabdehdə olmasını sübut etmə vəzifəsini iddiaçının üzərinə qoyması ilə bağlı mövqeyi yanlış olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi qızıl-zinət əşyalarına dair hissədə ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 31 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar