Məhkəmə qərarları › İş №2(102)-1890/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1890/2019

29.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1890/2019 29.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili Əliyeva Könül Nəriman qızı və cavabdeh “xxxx” MMC-nin vəkili Məmmədov Fikrət Məhəmmədəli oğlunun iştirakı ilə, Cavabdeh “xxxx” MMC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10009/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim P.A.Hüseynov) 2(006)-8730/2017 nömrəli, 25 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdeh “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat və bank rüsumu 1 manat, cəmi 31 manatın 25 manatının iddiaçıya aid edilməsi, 6 manatının isə cavabdeh “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi, iddianın digər hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.K.Xəlilov) 2(103)-10009/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2( 006)-8730/2017 saylı 25 dekabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2016-cı il tarixli 1(101)-510/2016 saylı hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirli bilinmiş, 8 il müddətində azadlıqdan məhrumetmə cəzasına və 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etməyə məhkum edilmişdir. Məhkum edilməyə səbəb onun “xxxx” MMC ilə bağladığı subpodrat müqaviləsinə əsasən işlərin icrası za manı İddiaçı əri X6 cəlb etdiyi tikintidə təhlükəsizlik qaydalarına əməl etməməsi olmuş, nəticədə iddiaçının əri faciəli şəkildə 17 noyabr 2015-ci il tarixdə 9-cu mərtəbədən düşərək ölmüşdür. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC ilə X9 arasında 06 mart 2015-ci il tarixdə subpodrat müqaviləsi bağlanmış və Seymur Abbasov “xxxx” MMC-nin Bakı şəhəri. Nərimanov rayonu, 900-cu məhəllədə 4 binadan ibarət olan yaşayış kompleksində dəmir beton işlərinin həyata keçirilməsini öz üzərinə götürmüşdür. İstintaqla həmçinin müəyyən edilmişdir ki, iddiaçının əri X10 12 noyabr 2015-ci il tarixdə əmək müqaviləsiz və heç bir sənədləşməsiz X8 tərəfindən işə qəbul edilmiş, 12 noyabr 2015-ci il tarixdən 17 noyabr 2015-ci il tarixədək “xxxx” MMC-nin ünvan 1də 4 binadan ibarət olan y aşayış kompleksində həyata keçirdiyi tikinti işləıində işə cəlb edilmiş və tikinti gedişində də ölmüşdür. Cinayət işinin istintaqı gedişində iddiaçı ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə X9 “xxxx” MMC-nin ünvan 1də 4 binadan ibarət olan yaşayış kompleksində həyata keçirdiyi dəmir-beton, yəni tikinti işlərinin görülməsinə subpodrat müqaviləsi əsasında rəhbərlik edən zaman cavabdeh şəxs kimi təhlükəsizlik texnikası və sair qaydalara əməl edilməməsi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə heç bir təlimatlandırma keçmədən, təhlükəsizlik kəmərindən istifadə edilməsinə nəzarət etməməsi nəticəsində iddiaçının ərinin ölümünə ehtiyatsızlıqdan səbəb olduğuna görə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi təyin edilmişdir. Cinayət işi gedişində iddiaçı “xxxx” MMC-və qarşı mülki iddia versə də, istintaqın qərarına əsasən həmin mülki iddiası qəbul edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2016-cı il tarixli hökmündən də görünür ki, iddiaçının “xxxx” MMC-yə qarşı mülki iddiası olmuş, lakin iddianın əsaslarını təmin edəcək kifayət qədər dəlillər təqdim edilmədiyindən və iddia ərizəsi müvafiq qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən, yəni iddianın qeyri-müəyyənliyi baxımından iddia baxılmamış saxlanılmış, mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Cinayət işinə baxış gedişində X9 tərəfindən zərərçəkmiş şəxs olaraq iddiaçıya dəymiş ziyan məbləği ödənildiyi üçün iddiaçı ona qarşı mülki iddia verməkdən və şikayətindən imtina etmişdir. İddiaçı hesab edir ki, “xxxx” MMC də ərinin ölümünə görə məsuliyyət daşıyır. X9 ilə tikinti işləri üzrə subpodrat müqaviləsi bağlayan “xxxx” MMC iddiaçının ərinin tikinti işlərinə Seymur Abbasov tərəfindən cəlb edilməsi zamanı tikintidə təhlükəsizlik texnikasına əməl edilməsinə ümumi nəzarət etməli idi. Belə ki, “xxxx” MMC Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfındən lisenziya almış şirkət olaraq məhz həmin tikinti üzrə tikinti quraşdırma işlərini tam həcmdə həyata keçirməyi öhdəsinə götürdüyü “xxxx” MMC ilə bağladığı 19 dekabr 2014-cü il tarixli tikinti işləri üzrə müqavilənin 7.2-ci bəndinə əsasən ona həvalə edilmiş vəzifələri yerinə yetirmək üçün elə işçi qüvvəsindən istifadə edir ki, onların ixtisas, bilik və təcrübəsi icraçının öz üzərinə götürdüyü işlərin yerinə yetirilməsini təmin edir. MMC-nin tikintisini üzərinə götürdüyü kompleksdə “Tikintidə Təhlükəsizlik texnikası” və “tikinti norma və qaydaları”na əməl edilməməsinin nəticəsində iddiaçının əri ölmüş, iddiaçıya və 2 yetkinlik yaşına çatmayan uşağına maddi və mənəvi ziyan dəymişdir. “xxxx” MMC vergi ödəyicisi olmayan, işləri istehsalatda bədbəxt hadisələrdən sığortalamayan, əvvəllər tikinti təcrübəsi olmayan, tikinti üzrə lazımi heç bir şərtlərə cavab verməyən öz işçisi olmuş Seymur Abbasovla subpodrat müqaviləsi bağlamaqla iddiaçının ərinin həyatını təhlükə altında qoymuş, onun ölümünə səbəb olmuşdur. Hadisə baş verdikdən sonra, yəni 17 noyabr 2015-ci il tarixdən sonra 19 noyabr 2015-ci il tarixdə subpodrat müqaviləsi üzrə işlər başa çatmadan və müqaviləyə xitam verilmədən MMC Seymur Abbasovla əmək müqaviləsi bağlamışdır. Eləcə də hadisənin baş verdiyi zaman X9 “xxxx” MMC-nin işçisi olmuşdur. İddiaçıya dəymiş maddi ziyan ərinin öldüyü gündən hazıra kimi ili də daxil olmaqla yas mərasimlərinə görə 5000 manat, mənəvi ziyan tələbi isə 50000 manatdır. İddiaçı cavabdehdən 55000 manat ziyan məbləği tələb edir. Göstərilənlərə əsasən, ərinin ölümü nəticəsində ona və öhdəsində olan yetkinlik yaşına çatmayan uşaqlarına dəymiş 55000 manat maddi və mənəvi ziyan məbləğinin, eləcə də iş üzrə ödənilmiş dövlət rüsumu və bank xərci olaraq 31 manat məhkəmə xərcinin cavabdeh “xxxx” MMC-dən onun xeyrinə alınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıd a göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)10009/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün işi apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən cavabdeh “xxxx” MMC-nin vəkili Məmmədov Fikrət Məhəmmədəli oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı və vəkili Əliyeva Könül Nəriman qızı kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-10009/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, X9 06.03.2015-ci il tarixdə “xxxx” MMC ilə bağladığı “Dəmir-beton işləri üzrə subpodrat müqaviləsi”nə əsasən ünvan 1 ünvanında 5 binadan ibarət yaşayış kompleksinin dəmir-beton tikinti işlərinin görülməsinə “Tikintidə təhlükəsizlik texnikası” İİİ-480 saylı “Tikinti norma və qaydaları”nın 1.19, 1.20, 2.26-cı bəndlərinin tələblərini pozub X6 fəhlə qismində işə cəlb edərək ona əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə heç bir təlimatlandırmalar keçmədən sərbəst işə b uraxmış, M.Nəcəfov tərəfindən iş yerində təhlükəsizlik kəmərindən istifadə olunmasına nəzarət aparmamış, nəticədə iddiaçının əri- X10 17.11.2015-ci il tarixdə işlədiyi yaşayış kompleksinin 3 №li binasının 9-cu mərtəbəsinin pilləkən meydançasında qəlibçi işlərini icra edərkən orada olan ayaqaltının kənarından yerə yıxılaraq aldığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlərdən hadisə verində ölmüş, bununla da S.Abbasov ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan tikinti-quraşdırma işlərinin aparılmasına dair təhlükəsizlik qaydalarını pozma cinayətini törətmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2016-cı il tarixli 1(101)-510/16 saylı hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törə tməkdə təqsirli bilinərək 02 il müddətinə dövlət və ya özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2016-cı il tarixli 1(103)1025/2016 saylı qərarı ilə məhkum X9 və müdafiəçisi X1 verdikləri apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2016-cı il tarixli hökmü “X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəza sını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə miiəssisəsində çəkməsi” hissələrində dəyişdirilməsi, məhkum X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona təyin edilmiş 8 il müddətiə azadlıqdan məhrum etmə cəzasının 5 ilə endirilməsi, S.Abbasovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin müddəalarının hökmdən xaric edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qə rara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, Sifarişçi “xxxx” MMC ilə İcraçı “xxxx” MMC arasında imzalanmış 19.12.2014-cü ıl tarixli Tikinti- quraşdırma işləri üzrə müqavilənin 7.5-ci bəndinə əsasən İcraçı Sifarişçi ilə razılaşdırmaqla müqavilə üzrə öz vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə subpodratçıları cəlb edə bilər. Eyni zamanda həmin müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilə ilə ona həvalə edilən vəzifələri yerinə yetirmək üçün İcraçı elə işçi qüvvəsindən istifadə edir ki, onların ixtisas, bilik və təcrübəsi İcraçının işlərin müqaviləyə uyğun və vaxtında yerinə yetirilməsini təmin edir. Göründüyü kimi, işlərin lazımi səviyyədə, o cümlədən təhlükəli yerinə yetirilməsi cavabdehin məsuliyyəti və nəzarəti altında həyata keçir ilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, Sifarişçi “xxxx” MMC ilə İcraçı “xxxx” MMC arasında imzalanmış 19.12.2014-cü ıl tarixli Tikinti-quraşdırma işləri üzrə müqavilənin 7.5-ci bəndinə əsasən İcraçı Sifarişçi ilə razılaşdırmaqla müqavilə üzrə öz vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə subpodratçıları cəlb edə bilər. Eyni zamanda həmin müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilə ilə ona həvalə edilən vəzifələri yerinə yetirmək üçün İcraçı elə işçi qüvvəsindən istifadə edir ki, onların ixtisas, bilik və təcrübəsi İcraçının işlərin müqaviləyə uyğun və vaxtında yerinə yetirilməsini təmin edir. Lakin cavabdeh “xxxx” MMC həmin müqavilənin şərtlərini yerinə yetirməmiş, belə ki, müqavilə ilə ona həvalə edilən vəzif ələri yerinə yetirmək üçün müvafiq ixtisas, bilik və təcrübəsi olan işçiləri işə cəlb edə bilməmiş, həmçinin işlərin təhlükəsiz yerinə yetirilməsi onun nəzarəti altında olmasına baxmayaraq bu öhdəliyini lazımi şəkildə həyata keçirməmişdir. Bu faktı təkzib edə biləcək hər hansı sübutu cavabdeh nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilmişdir. Bununla da cavabdeh MPM-nin 77.1-ci maddəsinə əsasən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. İş materiallarından görünür ki, birinci instansiyası məhkəməsi iddiaçının mənəvi ziyanla bağlı tələbini qismən təmin edərək, cavabdehdən 10000 manat məbləğində pul vəsaitinin mənəvi ziyan olaraq tutulması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin nəticəsini əsaslı bilmişdir. Qeyd etmişdir k i, iddiaçının mərhum əri X5 cavabdeh müəssisə tərəfindən həyata keçirilən tikinti işlərində tikintidə təhlükəsizlik texnikası, tikinti norma və qaydalarının tələbləri pozulmaqla hündür mərtəbədən yıxılaraq aldığı xəsarətlərdən ölməsi ailə üzvü kimi iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə, ona mənəvi ziyan dəyməsinə səbəb olmuşdur. Mənəvi zərərin məbləğinin iddia tələbində 50000 manat göstərilməsi çox olmaqla real qiymətləndirilmir, iddiaçının mənəvi iztirab və sarsıntılarının xarakteri və dərəcəsi, zərərvuran hüquqi şəxsin təqsiri və əmlak vəziyyəti, habelə işin digər diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərər 10000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır. «Mənəvi zərərin ödənilməsi barədə qanunveri ciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsdən və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və ya qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirabalara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Buna müvafiq olaraq apellyasiya məhkəməsi işin sadalanan hallarını iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alaraq hesab etmişdir ki, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 10000 manat pulun tutulması ağlabatan və ədalətli olmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin vəkili tərəfindən təqdim edilmiş iltizamdan müəyyən olunmuşdur ki, cavabdeh şirkət iddiaçıya baş vermiş bədbəxt hadisə ilə əlaqədar olaraq 20000 manat məbləğində pul ödəmişdir. İddiaçı həmin iltizamda “xxxx” MMC-yə qarşı maddi iddiasının olmadığı qeyd olunmuşdur. Həmin iltizama münasibətdə apellyasiya məhkəməsi nəzərə almışdır ki, sözügedən iltizama əsasən cavabdeh şirkət tərəfindən iddiaçıya 20000 manat pulun ödənilməsi cavabdehin hərəkətlərinin baş vermiş bədbəxt hadisə ilə səbəbli əlaqədə olduğuna dəlalət edir. Cavabdehin vəkili apellyasiya baxışı zamanı şirkətin baş vermiş bədbəxt hadisə ilə səbəbli əlaqədə olmadığını bildirsə də, hansı səbəbdən iddiaçıya 20000 manat pulun ödənilməsini əsaslandıra bilməmişdir. Apellyasiya məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, sözügedən iltizam iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran sənəd kimi nəzərə alına bilməz. Belə ki, həmin iltizamda İddiaçı “xxxx” MMC-yə qarşı maddi iddiasının olmadığını bildirmişdir ki, bu da onun gələcəkdə mənəvi ziyanla bağlı iddia qaldırmaq hüququnun qarşısını ala bilməz. MPM-nə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır (4.1 və 4.2-ci maddələr). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hal lara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10009/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdı r. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10009/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar