Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1891/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdeh Zamin1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması 13.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2(105)-419/2023 saylı qətnaməsindən İddiaçı QSC-nin verdiyi kassasiya şikayəti üzrə işə “13“ iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 24 dekabr 2012- ci il tarixdə İddiaçı QSC-nin Quba filialı ilə Cavabdeh arasında 32L000000042 saylı kredit xətti müqaviləsi bağlanmış, sonuncuya 120 ay müddətinə 100.000 ABŞ dolları kredit xətti açılmışdır. Müqaviləyə görə borcluya hissələrlə veriləcək kreditin məbləği və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. 13 noyabr 2013-cü il tarixli, 32L000001371 saylı kredit razılaşmasına əsasən, Cavabdeh aylıq 2,1667% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 18.000 ABŞ dolları kredit verilmişdir. İddiaçı QSC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsi üzrə 13 noyabr 2013-cü il tarixli, 32L000001371 saylı kredit razılaşmasına və ödəniş planına 09 aprel 2015-ci il tarixli, 32R000001371S saylı və 17 iyun 2015-ci il t arixli, 32R000001371SA saylı sazişlərlə dəyişikliklər edilmiş və kredit son qaytarılma müddəti 15 may 2018-dək uzadılmışdır. AccessBank” QSC-nin Quba filialı ilə Zamin1 arasında bağlanmış 32S000000104 saylı, 24 dekabr 2012-ci il tarixli, Zamin4 arasında bağlanmış 32S000001909 saylı, 13 noyabr 2013-cü il tarixli, Zamin3 arasında bağlanmış 32S000000101 saylı, 24 dekabr 2012-ci il tarixli, Zamin2 arasında bağlanmış 32S000000106 saylı, 24 dekabr 2012-ci il tarixli və Zamin5 arasında bağlanmış 32S000000102 saylı, 24 dekabr 2012-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclu nun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı QSC-nin 26 fevral 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 noyabr 2013-cü il tarixli, 32L000001371 saylı kredit razılaşması üzrə 22 fevral 2018-ci il tarixə əsas borcu 12683.93 ABŞ dolları, faiz borcu 7339.09 ABŞ dolları, cərimə 11940.28 ABŞ dolları olmaqla, cəmi 31.963,3 ABŞ dolları təşkil edir. "xxxx" QSC tərəfindən Zamin1, Zamin2, Zamin3, Zamin4 göndərilmiş 29 sentyabr 2017-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, onlar kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdar edilmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4 və Zamin5 (cavabdehlərdən) müştərək qaydada iddiaçının xeyrinə 32R000001371 saylı kredit razılaşması üzrə müqaviləyə xitam verməklə 12.683,93 ABŞ dolları kredit borcu, 7.339,09 ABŞ dolları faiz borcu və 11.940,28 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 31.963,30 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarma mışdır. Cavabdeh götürdüyü kredit borcundan 5316,07 ABŞ dolları ödəmiş, onun 12683,93 ABŞ dolları kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 22 fevral 2018-ci il tarixə 800 gün üçün hesablanmış faiz borcu 7339,09 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 22 fevral 2018ci il tarixə 800 gün üçün hesablanmış cərimə 11.940.28 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin ic rası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə-mühasibatlıq ekspertizasının 05 aprel 2019-cu il tarixli, 24740 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış, “kreditin statusu” vərəqəsi məlumatları, 13 noyabr 2013-cü il tarixli, 32R000001371 saylı kredit razılaşması, 09 aprel 2015-ci il tarixli saziş və 17 iyun 2015-ci il tarixli sazişin şərtlərinə müvafiq olaraq Cavabdeh 22 fevral 2018-ci il tarixə (iddia verilən tarixə) banka olan borcu 20.023,02 ABŞ dolları, o cümlədən əsas borc üzrə 12.683,93 ABŞ dolları, faiz borcu 7.339,09 ABŞ dolları təşkil edir. Quba Rayon Məhkəməsinin 29 may 201 9-cu il tarixli, 2(027)-173/2019 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4 və Zamin5 müştərək qaydada 32R000001371 saylı kredit razılaşması üzrə müqaviləyə xitam verilməklə 12.683.93 ABŞ dolları kredit borcu, 7339.09 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 20.123,02 ABŞ dolları borcunun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 449.1, 449.4, 462.1, 463.1, 466, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh Zamin1 apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi və dövlət rüsumunun iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bir neçə iclasına getsə də, hər dəfə məhkəmə iclası təxirə salınmış və qətnamə qəbul edilən tarixdə iclasın vaxtı barədə xəbərdar olunmamışdır. Barəsində belə qətnamənin qəbul edilməsini bu ilin avqust ayında Quba rayon İcra və probasiya şöbəsindən ona məlumat vermişlər. O, Şabran rayonunda qeydiyyatda ola-ola barəsində icra vərəqəsinin Quba rayon İcra və probasiya şöbəsinə göndərilməsini qanunsuz hesab edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 oktyabr 2021-ci il tari xli, 2(105)-3260/2021 saylı qətnaməsi ilə (hakimlər T.Məmmədov sədrlik edən, məruzəçi, Ş.Abasov və S.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsi cavabdeh Zamin1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının mövqeyinə görə, cavabdehin kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz Cavabdeh təqsiri üzündən pozulması işdə iştirak edən şəxsin izahatı və mülki işin materialları ilə də inkar edilmədiyindən və Cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi qətnaməsi zamin kimi cavabdeh Zamin1 münasibətdə qanuni və əsaslıdır. Cavabdeh Zamin1 apell yasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin ona aid hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 449.1, 449.4, 462.1, 463.1, 466, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh Zamin1 kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(105)-3260/2021 saylı qətnaməsinin qismən iddianın təmin edilən hissəsində ləğv edilməsi,İddiaçı ASC ilə onun arasında bağlanmış 24 dek abr 2012-ci il tarixli zaminlik müqaviləsinin həmin hissədə ləğv edilərək, iş üzrə icraata həmin hissədə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(102)-4289/2022 saylı qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən, məruzəçi, E.Y.Şamayev və A.Ə.Abbasov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(105)-3260/2021 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassatorun zamin kimi məsuliyyət götürdüyü müqavilə kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış, h əmin müqavilədə isə kreditin illik faiz dərəcəsinə dair şərtlər öz əksini tapmamış, həmin müqavilədə borcluya veriləcək kreditin məbləği, faiz dərəcəsi, məqsədi və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunması şərtləşdirilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci inatsniya məhkəməsinin qətnaməsini Zamin1 şikayəti əsasında yoxlayarkən zaminin 13 noyabr 2013-cü il tarixli kredit razılaşmasında nəzərdə tutulan illik faiz dərəcəsi ilə bağlı razılığını təsdiqləyən hər hansı sənədin mülki iş materiallarında mövcud olmamasına, bu halın zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməsinə və Mülk Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin xitamına əsas olmasına diqqət yetirməmiş, belə razılığın olub-olmamasını araşdırmamış, həmin hissədə iş üzrə gəlinən nəticəni qanunvericiliyin tələblərinə və iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2(105)-419/2023 saylı qətnaməsi ilə (hakimlər İ.K.Dəmirov sədrlik edən, məruzəçi, Z.İ.Məmmədov və L.E.Rəhimli) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Quba Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(027)-173/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə, yəni qismən– cavabdeh Zamin1 aid hissədə ləğv edilməsi və iddianın cavabdeh Zamin1 aid hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 24 dekabr 2012-ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsi bağlandıqdan sonra həmin tarixdə cavabdeh Zamin1 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh 13 noyabr 2013-cü il tarixdə, 32R000001371 saylı kredit razılaşması üzrə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 ABŞ dolları kredit vermişdir. İddiaçı ilə Cavabdeh arasında 24 dekabr 2012-ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsinin 1.3-cü bəndinin tələblərinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşması ilə müəyyən edilmişdir. İddiaçı Bankla borcalan Cavabdeh arasında bağlanmış “kredit xətti müqaviləsi” sa dəcə iki nüsxədə tərtib edilmiş və zaminlə razılaşdırılmamışdır. Cavabdeh Zamin1 ilə iddiaçı arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmiş və eyni zamanda müqavilənin 4.1-ci bəndində qeyd olunmuşdur ki, “bu müqavilə borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir”. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilədə belə şərtin özünün göstərilməsi yolverilməzdir və müddət anlayışına uyğun olmadığından zaminliyin müddəti kimi də qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə zaminlik müqaviləsində borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıması göstərilsə də, orada faiz göstərilməmiş, sonradan bağlanmış kredit müqaviləsi zaminin razılığı alınmadan bağlanmışdır ki, bu da zaminnin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrin yaranmasına səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh ilə bağlanmış kredit müqaviləsi zamin olan Zamin1 razılığı alınmadan bağlandığı, bununla da zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğu müəyyən edildiyindən Zamin1 iddiaçı qarşısında məsuliyyət daşımır, buna görə də Bank ona qarşı hazırkı iddianı irəli sürməkdə haqlı olmamışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayət i verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, iddianın cavabdeh Zamin1 aid hissədə də təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə mübahisəyə Mülki Məcəllənin 477.0.1-ci maddəsini və Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarını tətbiq edərək, iddianı Zamin1 münasibətdə rədd etməkdə haqlı olmamışdır. Bununla da, məhkəmə kollegiyası tərəfindən maddi hüquq normalarının pozuntusuna yol verilmiş və nəticədə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmişdir. Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respuöblikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın cavabdeh Zamin1 münasibətdə də rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi t ərəfindən müəyyən edilmiş hallarına görə, 24 dekabr 2012-ci il tarixdə iddiaçı ilə Cavabdeh arasında 32L000000042 saylı kredit xətti müqaviləsi bağlanmış, sonuncuya 120 ay müddətinə 100.000 ABŞ dolları kredit xətti açılmışdır. Müqaviləyə görə borcluya hissələrlə veriləcək kreditin məbləği və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. 13 noyabr 2013-cü il tarixli, 32L000001371 saylı kredit razılaşmasına əsasən, Cavabdeh aylıq 2,1667% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 18.000 ABŞ dolları kredit verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsi üzrə 13 noyabr 2013-cü il tarixli, 32L000001371 saylı kredit razılaşmasına və ödəniş planına 09 aprel 2015-ci il tarixli, 32R000001371S saylı və 17 iy un 2015-ci il tarixli, 32R000001371SA saylı sazişlərlə dəyişikliklər edilmiş və kredit son qaytarılma müddəti 15 may 2018-dək uzadılmışdır. Həmçinin iddiaçı ilə Zamin1 arasında bağlanmış 32S000000104 saylı, 24 dekabr 2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən, iddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclu Cavabdeh kredit xətti müqaviləsindən irəli gələn öhdəliyinin icra edilməsi üçün Zamin1 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu Cavabdehlə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 477.0-ci maddəsinə əsasən, zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zamin in razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4- cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci ma ddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir...” Apellyasiya instansiyası məhkəməsi, cavabdeh Zamin1 apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas ö hdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Apellyasiya instansiyası məhkəməsi, Zamin1 münasibətdə iddia tələbinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, borclu Cavabdeh iddiaçı ilə bağladığı 24 dekabr 2012-ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsi “borcverənin” kredit vermək vədini ifadə etməməklə yanaşı Bankla cavabdeh Zamin1 arasında bağlanmış zaminlik müqaviləsinin müddəalarına əsasən zamin olan şəxsin Bankla Cavabdeh arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi ola n ayrıca razılaşma üçün ayrılmış bütün vəsaitlərin qaytarılmasının təminatı kimi çıxış etdiyi qeyd edilsə də, bu öhdəliyin vacib şərtini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərini araşdırıb qeyd etmişdir ki, hazırki iş üzrə zaminlik müqaviləsində borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıması göstərilsə də, orada faiz göstərilməmiş, sonradan bağlanmış kredit müqaviləsi zaminin razılığı alınmadan bağlanmışdır ki, bu da zaminnin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrin yaranmasına səbəb olmuşdur. Sadalanan xüsusatlara və istinad olunan maddi hüquq normalarına əsaslanaraq apellyasiya instansiyası mə hkəməsi hesab etmişdir ki, borclu Cavabdehlə bağlanmış kredit müqaviləsi zamin olan Zamin1 razılığı alınmadan bağlandığı, bununla da zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğu müəyyən edildiyindən, Zamin1 Bank qarşısında mülki məsuliyyət daşımır, buna görə də Bank ona qarşı hazırki iddianı irəli sürməkdə haqlı olmamışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2(105)-419/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.