Məhkəmə qərarları › İş №2(102)-1892/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1892/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1892/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mənzilin sahəsinə görə ödənilmiş pulun qaytarılması, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “pul tələbi”nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1546/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MTK-nın kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X4 16 iyul 2015-ci il tarixdə "xxxx" MTK-nın Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilini (59 kv.m) 41300 manata almışdır. İlkin ödəniş kimi X4 6200 manat ödəmiş, mənzilin dəyərinin qalan hissəsi isə "xxxx" ASC-dən ipoteka krediti alınaraq ödənilmişdir. 2. "xxxx" MTK 04 noyabr 2016-cı il tarixdə tərəflərin razılığı ilə S.Ələkbərovanın adına olan mənzil alqı-satqısı müqaviləsini dəyişərək İddiaçı adına sənədləşdirmişdir.

3. Mübahisə mənzilin sahəsinə görə ödənilmiş pul məbləği ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" Mənzil Tikinti Kooperativinə (bundan s onra “cavabdeh” və ya “MTK”) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A, ev 7 mənzil 145 A ünvanda aldığı yaşayış sahəsinin (bundan sonra – mübahisəli mənzil) çatışmayan 12 kv.metrinin dəyəri olan 18687 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, 29 yanvar 2016-cı il tarixdə "xxxx" ASC X3 verdiyi ipoteka kreditini dolların manata olan məzənnəsinə uyğun çevirərək 40280,84 manat olmasını müəyyən etmiş, həmin məbləğdə S.Ələkbərova ilə kredit müqaviləsi bağlanmış, sonuncunun hər ay 618 manat məbləğində pul ödənməsi müəyyən edilmişdir. S.Ələkbərova xx.xx.2016-cı il tarixə kimi mütəmadi olaraq ipoteka kreditini ödəmişdir. 04 noyabr 2016-cı il tarixə S.Ələkbərovanın "xxxx" ASC-yə 39.060 manat kredit borcu qalığı olmuşdur.

6. İddiaçının S.Ələkbərova ilə olan razılaşmasına görə ona 11000 manat nağd pul verməli, (onun banka ödədiyi pulun əvəzi kimi) bundan sonra onun adına olan ipoteka krediti müqaviləsi bank razılaşmasına əsasən iddiaçının adına keçirilməli və ipoteka kreditinin qalan hissəsini iddiaçı ödəməli olmuşdur. "xxxx" ASC-nin tələbi əsasında ilkin olaraq banka 5000 manat nağd pul ödədikdən sonra kreditin qalan 34060 manatı iddiaçının adına sənədləşdirilib və iddiaçı kredit ödəməyə başlayıb.

7. Eyni zamanda, 04 noyabr 2016-cı il tarixdə MTK tərəflərin razılığı ilə S.Ələkbərovanın adına olan mənzilin alqı-satqısı müqaviləsini dəyişərək iddiaçının adına sənədləşdirmişdir. Mübahisəli mənzilin yaşayış sahəsinin alqı-satqı müqaviləsində, eləcə də digər sənədlərdə 59 m2 ölçüdə olması göstərilmişdir. 2017-ci ilin noyabr ayında mənzildə təmir işləri yekunlaşdırılarkən tikinti ustaları tərəfindən mənzil ölçülmüş və mənzilin yaşayış sahəsinin faktiki olaraq 47 m2 olması müəyyən edilmişdir.

8. İddiaçı alıcı kimi mənzil satıcısı olan cavabdeh tərəfindən aldadılmışdır. Belə ki, mənzilin yaşayış sahəsi 47 m2 olduğu halda, mənzil iddiaçıya 59 m2 yaşayış sahəsi olan mənzil kimi satılmışdır.

9. İddiaçı ipoteka kreditini illik 13 faiz olmaqla 8 il 2 ay müddətinə (106 ay) almış, bu müddət ərzində banka 57193 manat 30 qəpik pul ödəməli, bundan 34060 manatı əsas borc kimi, 23133,30 manat isə faiz kimi ödəməlidir. Bundan başqa, iddiaçının ilkin ödədiyi pullar, yəni 11.000 manat S.Ələkbərovaya verdiyi, 5.000 manat banka ilkin ödədiyi pullar nəzərə alınarsa, ümumilikdə hesablayanda məlum olur ki, həmin mənzilin dəyəri 73193,30 manat təşkil edir. Başqa sözlə, 106 ay ərzində iddiaçı 57193,30 manat pul ödəməli, üstəlik, əvvəlcədən ödədiyi 16000 manat pul da nəzərə alınarsa, mənzili 73193,30 manata almış olur. Həmin məbləği də 47 m2 sahəyə böləndə mənzilin 1 kvadrat metri iddiaçıya 1.557 manata başa gəlmiş olur. Halbuki Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə ist inad etmişdir.

11. Birinci instansiya məhkəməsi mübahisəli mənzilin ölçüləri ilə bağlı məqamlara aydınlıq gətirilməsi məqsədilə 08 avqust 2018-ci il tarixli qərardadla tikinti texniki ekspertizası təyin etmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin 25137 saylı, 22 yanvar 2019-cu il tarixli ekspert rəyinə əsasən mübahisəli mənzilin ümumi sahəsinin 48,9 m2-dir. Eyni zamanda mübahisəli mənzilin yerləşdiyi binanın inşasına dair müvafiq layihə-smeta və digər texniki sənədlər olmadığından mənzilin tikinti-texniki normalara uyğun olması barədə suala cavab verilməyib.

13. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməyib.

14. Abşeron Rayon Məhkəməsinin 2(012)-1337/2019 nömrəli, 01 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 18.687 manat pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. (hakim Sevin Quliyeva)

15. Birinci instansiya məhkəməsi qənaəti onunla əsaslandırmışdır ki, ekspert rəyinə əsasən “mübahisəli mənzilin ümumi sahəsinin 48,9 m2 olduğu müəyyən edilir. (Mənzilin çatışmayan yaşayış sahəsi 12 m2 x 1557 manat=18687 manat)

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 21 və 421-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri: - qətnamə qəbul edilərkən Mülki Məcəllənin 385.1, 385.2, 425.1, 425.2, 398.2-ci maddələrinin və Mülki Prosessual Məcəllənin 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı və cavabdeh arasında mənzilin alqı-satqısı barədə müqavilə olmayıb. İddiaçı mənzilin ilkin sahibi olmuş Sevinc Ələkbərova ilə mənzilin alınması barədə razılığa gəlmiş və sonuncunun razılığı və ipoteka saxlayan bankın verdiyi sənədlər əsasında mənzil iddiaçının adına keçirilmişdir. MTK iddiaçıya mənzil təklif etməmiş, iddiaçıya mənzil satmamışdır. İddiaçı özü mənzilə baxıb, mənzilin sahəsinə uyğun olaraq qiymətini razılaşmışdır; - mənzilin sahəsi 59 m2, hər kvadratmetrinin də qiyməti 700 manat olmaqla, ümumi dəyəri 41300 manatdır; - ekspertiza keçirilərkən cavabdehin iştirakı təmin edilməmişdir. Ekspertiza tədqiqatı layihə sənədləri əsasında deyil, otağın faktiki vəziyyəti üz rə aparılmışdır. Halbuki istənilən obyektin texniki göstəriciləri layihə sənədləri üzrə müəyyən edilir. Əslində, mənzilin sahəsi layihə sənədlərinə uyğundur. Sadəcə olaraq, iddiaçı arakəsmə divarlar hörməklə 1 otaqlı mənzili 2 otaqlıya çevirib, nəticədə evin sahəsi azalıb.

19. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin ölçüləri ilə bağlı iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin etmişdir.

20. Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 10/4000 saylı ekspert rəyinə əsasən mübahisəli mənzilin faktiki sahəsi 48,7 m2 təşkil edir (balkona azalma əmsalı tətbiq olunmadan). Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı il ə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, mənzilin ümumi sahəsi 46,1 m2 təşkil edir. Mənzilin iç divarların yerləşdiyi sahə (arakəsmələr, şaxtalar) hesablamaqla sahəsinin faktiki olaraq 53,1 m2, bayır divarlardan hesablamaqla sahəsi faktiki olaraq 58,6 m2təşkil edir. Mənzilin yerləşdiyi binanın işçi layihəsi və təsdiq olunmuş eskiz layihəsi ekspertlərə təqdim olunmadığı üçün mənzilin çöl yan divarlarının qalınlığı, həmin divarların və daxili arakəsmə divarların qalınlığının (eninin) qısaldılması nəticəsində mənzilin yaşayış sahəsinin süni surətdə nə qədər artdığı barədə sual üzrə tədqiqat aparılmamışdır.

21. Cavabdehin nümayəndəsi apellyasiya baxışında yaşayış binasının layihə sənədlərinin hazırda MTK-da deyil, Dövlət Şəhərsalma və Arxit ektura Komitəsindədir.

22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-62/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamışdır. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Lətifə Məmmədova)

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə mənzilin faktiki sahəsinin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş sahəsindən az olması ilə bağlı olduğundan və bu sahədə hüquqi tənzimləmə Mülki Məcəllə, Şəhərsalma və Tikinti Məcəlləsi, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydaları ilə tənzimləndiyindən birinci instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edərkən hazırkı mübahisəyə qeyd edilən normativ hüquqi aktların müddəalarını düzgün tətbiq etməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, iddiaçı və cavabdeh arasında yuxarıda qeyd edilən mənzilin alqı-satqısı ilə bağlı əvvəldən heç bir müqavilə olmamış, sonradan mənzilin ilkin sahibi X4 ilə razılaşmalarına, sonuncunun rəsmi müraciətinə və ipoteka saxlayan bankın verdiyi sənədlərə əsasən MTK tərəfindən mənzil iddiaçının adına rəsmiləşdirilmişdir. Sözügedən mənzil binanın layihəsinə uyğun olaraq 1 otaqdan ibarət olmuş, Sevinc Ələkbərovaya müqavilənin şərtlərində göstərildiyi kimi 1 o taqdan ibarət layihədə təhvil verilmiş və bundan sonra MTK tərəfindən mənzilə heç bir müdaxilə edilməmişdir. Lakin hazırda mənzil 2 otaqdan ibarət olmaqla strukturunda dəyişiklik edilmişdir. Göründüyü kimi, müqavilə ümumi məbləği 41300 manat olmaqla, 1 kv.metr üçün 700 manat qiymətə bağlandığı və qiymətin dəyişməsi barədə müqavilədə nəzərdə tutulmadığı halda birinci instansiya məhkəməsinin 1 kv.metr üçün 1557 manat hesablaması, həmin alqı-satqı müqaviləsinin qüvvədə olduğu bir vaxtda iddiaçının pul tələbinə dair iddiasının təmin edilməsi qanuni və əsaslı sayıla bilməz.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 421.1, 421.2, 404.1, 404.2, 425-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3-cü maddələrinə, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 217.1, 217.4, 385.1.1-385.1.3-cü maddələrinə istinad etmişdir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

26. İddiaçı (vəkili X6) kassasiya şikayəti verərək, qətnamənin, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin 404-cü maddəsinin tətbiq edilməli olmasını əsaslandırmamış və işgüzar adətlərin mübahisə ilə əlaqəsini müəyyən etməmişdir, iş üzrə cavabdehin haqsız, qanunsuz və ədalətsiz arqumentlər i əsasında qətnamə qəbul etmiş və bununla da Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh özü də apellyasiya şikayətində apellyasiya instansiyasının sadaladığı arqumentlərə (işgüzar adət və s.) istinad etməmişdir. Apellyasiya instansiyası məhkəməsi aydın və dəqiq şərtləndirilmiş həmin müqaviləyə, sanki şərtləndirilməmiş müqavilə prizmasından yanaşmış və bu əsasa görə də işgüzar adət adı altında cavabdehi haqlı çıxarmışdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1913/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.

29. Ali Məhkəmənin mövqeyi: - apellyasiya instansiyası məhkə məsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin tələblərinə riayət olunmamışdır: - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bir sıra mülki qanunvericilik normalarını sadaladıqdan sonra iddianın rədd olunması barədə gəldiyi qənaəti istinad etdiyi maddi hüquq normaları və işin müəyyən edilmiş halları ilə əlaqəli şəkildə əsaslandırmamış və ziddiyyətli nəticələrə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi əvvəlcə haqlı olaraq qeyd etmişdir ki, mübahisənin düzgün həlli üçün müqavilənin mənzil sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olması, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil v eriləcək sahənin hesablanması ilə bağlı formalaşmış işgüzar adətlər nəzərə alınmalıdır; - hazırkı iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normalarının (daha dəqiq Mülki Məcəllənin 752.1, 766-cı maddələri) təşkil etdiyi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı hesab edir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər; - oxşar mübahisələr üzrə işin düzgün həlli üçün əhəmiy yət kəsb edən mübahisəli hal- podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi ilkin olaraq gəldiyi qənaətə zidd olaraq şəhərsalma və tikinti qanunvericiliyinin normalarının da hazırkı mübahisəyə tətbiq edilməli olduğu barədə qənaətə gəlmişdir. Halbuki Şəhərsalma və Tikinti Məcəlləsinin təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etməkdən ibarətdir. Buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının m üəyyən etdiyi qaydalar da məhz yuxarıda istinad olunan məqsədlərə nail olunmasına xidmət edir. Qeyd olunan tənzimləmənin fiziki və hüquqi şəxslər arasında bağlanmış podrat münasibətlərinə eyni qaydada tətbiq edilməsi mülki qanunvericiliyin müqavilə hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinin pozulmasına səbəb ola bilər; - bu baxımdan, hazırkı mübahisənin həlli üçün araşdırılması zəruri olan hal tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə hansı həcmdə mənzilin sifarişçiyə təhvil verilməli olması və həmin öhdəliyin faktiki yerinə yetirilib-yetirilmədiyi olmalıdır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarla rın altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər; - eyni zamanda nəzərə alınmalıdır ki, sifarişçi tərəfindən məhsul qəbul edildikdən sonra onun tərəfindən mənzilin yenidən qurulması və ya yenidən planlaşdırılması həyata keçirildiyi halda tərəflərin müqavilə öhdəliyini hansı dərəcədə yerinə yetirdiyi barədə məsələ yalnız müqavilə öhdəlikləri çərçivəsində, o cümlədən layihə sənədlərinə əsasən həll edilməlidir. Çünki sifarişçinin sonradan öz mənzilində apardığı əlavə təmir və tikin ti işləri nəticəsində mənzilin işçi sahəsinin bir hissəsinin tikinti altı sahəyə çevrilməsi podratçının ziyanına qiymətləndirilə və onun üçün əlverişsiz nəticələr yarada bilməz; - iş materiallarına əsasən sonuncu dəfə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə 3-cü sualın bir hissəsi məhz mənzildə yenidənqurma işlərinin (arakəsmələr tikilməsi və ya arakəsmələrin yerinin dəyişdirilməsi və s.) aparılıb-aparılmadığı ilə bağlı olmuş, lakin ekspert tərəfindən bu sual cavablandırılmamışdır. Halbuki apellyasiya şikayətinin əsas dəlillərindən biri də məhz mənzilin sahəsinin layihə sənədlərinə uyğun olduğu, sadəcə olaraq, iddiaçının arakəsmə divarlar hörməklə 1 otaqlı mənzili 2 otaqlıya çevirməsi nəticəsində mənzilin sahəsinin azaldığı olmuşdur. Ekspert rəyində hə min hissənin və layihə sənədlərinə baxış keçirilməsi tələb edən digər sualların cavablandırılmaması məhz layihə sənədlərinin məhkəməyə təqdim edilməməsi ilə bağlı olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında layihə sənədlərinin məhkəməyə təqdim olunmamasını həmin sənədlərin onlarda olmaması ilə əsaslandırmışdır. Halbuki bina tikintisi həyata keçirən tikinti şirkətində layihə sənədlərinin və ya onlarının surətlərinin olmaması ağlabatan və məntiqli görünmür; - apellyasiya instansiyası məhkəməsi mövcud vəziyyətdə yaranmış qeyrimüəyyənliyi faktiki olaraq iddiaçının ziyanına həll etməkdə haqlı olmamış və Mülki Prosessual Məcəllənin tətbiq edilməli olan 97.5-ci maddəsini tətbiq etməmişdir. Həmin maddəyə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keç irilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər; - podrat müqaviləsinin ilkin olaraq iddiaçı ilə deyil, üçüncü şəxsə bağlandığı barədə hal da iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığı barədə nəticəyə gəlmək üçün əsas ola bilməz. Çünki işin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli mənzilin ilk alıcısı (sifar işçisi) X4 olmuş, sonuncu podrat müqaviləsi üzrə bütün hüquqlarını (tələblərini) iddiaçıya güzəşt etmiş və bundan sonra iddiaçı və cavabdeh arasında mənzilə dair eyni şərtlərlə yeni müqavilə bağlanmışdır. Bununla da Mülki Məcəllənin 193.1-ci maddəsinə əsasən X2 podrat müqaviləsi üzrə tələbləri və hüquqları iddiaçıya olduğu vəziyyətdə keçmişdir. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

30. İşin təkrara apellyasiya baxışı zamanı mübahisəli mənzilin ölçülərinin müəyyən edilməsi məqsədilə iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir.

31. Məhkəmə Ekspertizası Mərkəzinin 10/4613 saylı, 15 noyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilinin faktiki s ahəsi 48,7 m2 təşkil edir, (balkona azalma əmsalı tətbiq olunmadan) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, mənzilinin ümumi sahəsi 46,1 m2 təşkil edir. Mənzilin iç divarların yerləşdiyi sahə (arakəsmələr, şaxtalar) hesablamaqla sahəsinin faktiki olaraq 53,1 m2, həmin mənzilin bayır divarlardan hesablamaqla sahəsinin faktiki olaraq 58,6 m2 təşkil etdiyi müəyyən olunur.

32. Rəydə həmçinin qeyd olunub ki, xx.xx.2022-ci il tarixli ekspert vəsatətində qeyd olunan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240A ünvanı nda inşa edilən 7 saylı binanın layihə sənədləri təqdim olunmadığından mübahisəli mənzilin ümumi sahəsinin həmin binanın layihə sənədləri əsasında nə qədər olub-olmamasını, həmin mənzildə yenidənqurma işləri (arakəsmələr tikilməsi ya arakəsmələrin yerinin dəyişdirilməsi və.s.) aparılıb-aparılmaması, aparılıbsa bu işlərdən sonra mənzilin sahəsinin iç və bayır divarlardan hesablamaqla faktiki olaraq nə qədər təşkil etməsini və mənzildə yenidənqurma işləri aparıldıqdan sonra mənzilin ümumi sahəsinin iç divarlardan hesablamaqla faktiki olaraq nə qədər təşkil etməsinin müəyyən olunmasına dair tədqiqat aparılmadı. Lakin aparılmış hesablamalara əsasən mənzilin daxilində yerləşən arakəsmə divarların altında qalan sahənin 3.5 m2 təşkil etdiyi müəyyən olunur.

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1546/2022 nömrəli, 30 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 6580 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 300 manatın cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Hökümə Babayeva və Zahid Məmmədov)

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaş mayaraq qeyd edib ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Oxşar mübahisələr üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir.

35. Apellyasiya instansiyası məhkəməsi sonuncu ekspert rəyinə istinadən göstərib ki, layihə sənədlərinin cavabdeh tərəfindən təqdim edilməməsi ilə əlaqədar olaraq ekspert tərəfindən mənzilin ümumi sahəsinin həmin binanın layihə sənədləri əsasında nə qədər olub-olmaması, həmin mənzildə yenidənqurma işləri (arakəsmələr tikilməsi ya arakəsmələrin yerinin dəyişdirilməsi və.s.) aparılıb-aparılmaması, aparılıbsa bu işlərdən sonra mənzilin sahəsi iç və bayır divarlardan hesablamaqla faktiki olaraq nə qədər təşkil etməsi və mənzildə yenidənqurma işləri aparıldıqdan sonra mənzilin ümumi sahəsinin iç divarlardan hesablamaqla faktiki olaraq nə qədər təşkil etməsinə dair tədqiqat aparılmamışdır. Apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, sözügedən mənzil binanın layihəsinə uyğun olaraq, 1 otaqdan ibarət olmuş, S.Ələkbərovaya müqavilənin şərtlərində göstərildiyi kimi, 1 otaqdan ibarət layihədə təhvil verilmiş və bundan sonra tərəflərindən mənzilə heç bir müdaxilə edilməmişdir. Lakin hazırda mənzil 2 otaqdan ibarət olmaqla strukturunda dəyişiklik edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin göstərilən dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdeh mənzilin sahəsinin layihə sənədlərinə uyğun olduğunu, iddiaçının arakəsmə divarlar hörməklə 1 otaqlı mənzili 2 otaqlıya çevirməsi nəticəsində mənzilin sahəsinin azaldığını bildirsə də, binanın layihə sənədlərini məhkəməyə təqdim etmədiyindən iş üzrə təyin edilmiş ekspertizalar üzrə qeyd edilən məsələ ilə bağlı tədqiqat aparılmamışdır.

37. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, binanın layihə sənədlərinin məhkəməyə təqdim edilməsi barədə cavabdehə məktub göndərilsə də, həmin sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş m ateriallarından görünür ki, əvvəlki apellyasiya baxışı üzrə məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi layihə sənədlərinin məhkəməyə təqdim olunmamasını həmin sənədlərin onlarda olmaması ilə əsaslandırmışdır. Halbuki, bina tikintisi həyata keçirən tikinti şirkətində layihə sənədlərinin və ya onlarının surətlərinin olmaması ağlabatan və məntiqli görünmür.

38. Ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəs b etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

39. Qeyd edilən halı nəzərə alan apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4613 saylı, 15 noyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən hesab edib ki, mənzilin müqavilə üzrə göstərilən sahəsi ilə faktiki sahəsi arasında fərq olduğundan həmin fərqə görə yaranmış məbləğ iddiaçının xeyrinə tutulmalıdır.

40. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, müqaviləyə əsasən mübahisəli mənzilin sahəsi 59 m2, ekspert rəyinə əsasən isə iç divarlarının yerləşdiyi sahə hesablanmaqla faktiki olaraq 53,1 m2 təşkil edir. Lakin mənzilin daxilində yerləşən arakəsmə divarların altında qalan sahə (3,5 m2) nəzərə alındıqda, m ənzilin sahəsi 49,6 m2 (53,1-3,5=49,6 m2) olur. Belə olan halda, mənzilin müqavilə üzrə göstərilən sahəsi ilə faktiki sahəsi arasında 9,4 m2 fərq (59-49,6=9,4) yaranmış olur. Mənzilin 1 m2-nin qiyməti 700 (41300 manat: 59 m2 ) manat təşkil edir.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab edib ki, 9,4 2 m fərqə görə iddiaçıya 6580 (9,4 m2x700 manat) manat məbləğində pul vəsaiti qaytarılmalıdır.

42. İddia tələbinin digər hissələri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasındakı ikitərəfli müqavilənin şərtlərinə görə mənzilin ümumi sahəsi və icra edilməli olan pul öhdəliyinin məbləği göstərilmişdir. Lakin iddiaçının üçüncü şəxslər qarşısında öhdəliyinə görə cavabdehin hər hansı məsuliyyət daşıması halı şərtləndirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə ləğv edilməmiş, onun icrasından imtina edilməmiş, mənzil iddiaçı tərəfindən qəbul edilmiş və hazırda da onun istifadəsindədir. Digər tərəfdən işdən görünür ki, ilkin olaraq mənzilin pay dəyərinin 15%-i nəğd olaraq ödənilmişdir. Odur ki, iddiaçının pul tələbi ilə bağlı digər hissədə iddiası təmin edilməməlidir.

43. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddiaçı ilə hər hansı müqavilənin bağlanmaması, ilkin alıcı S.Ələkbərovaya münasibətdə müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə dəlili ilə bağlı isə göstərmişdir ki, podrat müqaviləsinin ilkin olaraq iddiaçı ilə deyil, üçüncü şəxslə bağlandığı barədə hal da iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığı barədə nəticəyə gəlmək üçün əsas ola bilməz. Çünki işin mübahi səsiz hallarından göründüyü kimi mübahisəli mənzilin ilkin alıcısı (sifarişçisi) X4 olmuş, sonuncu podrat müqaviləsi üzrə bütün hüquqlarını (tələblərini) iddiaçıya güzəşt etmiş və bundan sonra iddiaçı və cavabdeh arasında mənzilə dair eyni şərtlərlə yeni müqavilə bağlanmışdır. Bununla da Mülki Məcəllənin 193.1-ci maddəsinə əsasən X2 podrat müqaviləsi üzrə tələbləri və hüquqları iddiaçıya olduğu vəziyyətdə keçmişdir

44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 193.1, 385.1, 386.1, 421.2, 425.1, 442, 752.1, 766, 773-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 1, 59.1, 59.2, 59.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.2, 3.8-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edilməyən hissəsində ləğv, iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

46. İddiaçı kassasiya şikayətini belə əsaslandırıb: - təhlil aparılarkən müəyyən edilir ki, (6200:895,88=6.92m2) ilkin olaraq 6,92 m2 sahənin pulu kimi 6200 manat, qalan 39,18 m2 sahənin dəyəri kimi 33318 ABŞ dolları ödənmişdir. 33318:39,18=850,39 ABŞ dolları. 850,39x1,70=1445,67 manat təşkil edir; - mənzilin sahəsi müqavilədə göst ərilən 59 m2 sahədən 12,9 m2 az olaraq 46,1 m2 sahə təşkil etmişdir 59-46,1=12,9x1445,67=18649,91 manat; - ekspert rəyinə əsasən mənzilin daxilində yerləşən arakəsmə divarların altında qalan sahə 3,5 m2 təşkil edir. Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzilin daxilində yeləşən arakəsmə divarlarının altında qalan sahə mənzilin ümumi yaşayış sahəsinə daxil edilə bilməz; - mənzilin sahəsi müqavilədə göstəriləndə 12,9 m2 azdır, bu da 18649,91 manat təşkil edir.

47. Cavabdeh (vəkil: Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsin in qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

48. Cavabdehin kassasiya şikayəti əsaslandırılıb: - işdə olan sənədlərdən və sübutlardan görünür ki, iddiaçı ilə cavabdeh arasında hər hansı alqı-satqı və ya hər hansı digər müqavilə bağlanmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdehi müqavilə tərəfləri kimi qəbul edib öhdəlilklə bağlı münasibətləri tətbiq etmişdir. Cavabdeh yalnız iddiaçı ilə mənzilin ilkin alıcısı arasındakı razılaşmaya uyğun olaraq mənzilin sənədlərinin iddiaçının adına rəsmiləşdirilməsini təmin etmişdir ki, bu da tərəflər arasında müqavilə öhdəlikləri yaratmır; - məhkəmə kollegiyası hazırkı mübahisəyə heç bir aidiyyəti olmayan podrat müqaviləsinin şərtlərini tətbiq etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında nəinki podrat, ümumiyyətlə, hər hansı müqavilə olmamış və onların arasında hər hansı sifarişçi və podraçının öhdəlikləri ilə bağlı nə yazılı, nə də şifahi razılaşmani təsdiq edən əlamət mövcud olmamışdır. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə Podrat müqaviləsi ilə bağlı müqavilənin şərtlərini tətbiq etmişdir ki, bununla da maddi hüquq norması düzgün tətbiq edilməmişdir; - eyni zamanda iş üzrə mübahisə olunan mənzillə bağlı müvafiq icra hakimiyyəti orqanı, yəni DƏDRX tərəfindən qeydiyyat aparılmamış və müvafiq çıxarış verilməmişdir. Yəni mənzilin layihə üzrə qəbul edilməsi və ölçülərinin müəyyən edilməsi qeyd olunan səlahiyyətli orqan tərəfindən aparılmamışdır. Bu hal isə işə baxan məhkəmələr tərəfindən, ümumiyyətlə, nəzərə alınmamışdır; - bundan əlavə, iddiaçı digər şəxslə aralarında olan müqavilə ilə bağlı aldadıldığını hesab edərək, həmin müqavilə tərəfi olmayan cavabdehdən pul tələb etmişdir və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız digər şəxsdən aldığı mənzilin sahəsinin ölçülərinin müqavilədə göstərilən ölçülərlə uyğun olmadığına istinad etmişdir ki, bunun da təsdiqi konkret faktlarla sübut olunmamışdır; - məhkəmə iş üzrə alınmış ekspert rəyinə əsaslanıb iddianı təmin etmişdir ki, həmin ekspert rəyi mötəbər sübut kimi qəbul oluna bilməzdi. Belə ki, ekspert rəyindən görünür ki, ekspertlər qoyulmuş bütün suallara cavab verməmiş və bunu mənzilin layihə sənədlərinin olmaması ilə əlaqələndirmişlər. Buna baxmayaraq, məhkəmə mənzilin layihə sənədlərinin ekspertlərə təqdim olunmasını təmin et məmiş və natamam rəyi sübut kimi qəbul etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicda nlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqda n sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi Maddə

1. Şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (san itar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” Bənd 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Bənd 3.8. Mənz illərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməl i hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamən in yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Kassasiya şikayətlərində iddiaçı qətnaməni iddianın təmin edilməyən hissədə, cavabdeh isə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

52. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

55. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3443-cü bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

56. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, eləcə də ekspert rəyini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

54. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətlərinin dəlilləridir.

55. Məhkəmə kollegiyası iddiaçının ekspert rəyinə əsasən mənzilin daxilində yerləşən arakəsmə divarların altında qalan sahənin 3,5 m2 olması, Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzilin daxilində yeləşən arakəsmə divarlarının altında qalan sahənin mənzilin ümumi yaşayış sahəsinə daxil edilə bilməməsi barədə kassasiya ş ikayətinin dəlili bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mənzilin daxilində yerləşən arakəsmə divarların altında qalan 3,5 m2 sahəni çıxmaqla məbləği müəyyən etmişdir. Buna görə də bu dəlil əsaslı sayıla bilməz.

56. İddiaçının kassasiya şikayətinin digər dəlilləri isə (ilkin ödənişin məbləği, ABŞ dollarını manata məzənnəsini hesablanması) əvvəla, qeyri-müəyyəndir. Həmçinin bu dəlillərlə əlaqəli olan iddiaçının pul tələbi ilə bağlı digər hissədə iddiasının nəyə görə təmin edilməməli olmasını apellyasiya instansiyası məhkəməsi qətnamədə əsaslandırıb. (bax:42-ci bənd)

57. Cavabdehin kassasiya şikayətinin dəlilləri də əsaslı deyil. Cavabdeh kassasiya şikayətində iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmaması, hazırkı mübahisəyə heç bir aidiyyəti olmayan podrat mü qaviləsinin şərtlərinin tətbiq edilməsinin səhv olması, ekspert rəyinin natamam olması, mənzilin layihə sənədlərinin ekspertlərə təqdim olunmasının təmin edilməməsini göstərmişdir.

58. İlk iki dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillər üzrə işin hallarına tam qiymət vermiş və bu qiymətləndirmə hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında şərh edilən göstərişlərə də uyğun olmuşdur.

59. Ekspert rəyinin natamam olması barədə dəlilə gəldikdə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini MPM-in 97.5-ci maddəsi baxımından qiymətləndirib və əsas kimi onu göstərib ki, cavabdeh binanın layihə sənədlərini ekspertə təqdim etməyib. (bax:37-38-ci bəndlər)

60. Mənzilin layihə sənədlərinin ekspertlərə təqdim olunmas ını məhkəmənin təmin etməməsi barədə dəlil isə əsassız olmaqla yanaşı, məntiqli də deyil. Çünki binanın tikintisini həyata keçirən şəxs kimi cavabdeh özü həmin sənədləri təqdim etməyə borclu olub, lakin təqdim etməyib və məhz buna görə də apellyasiya instansiyası məhkəməsi MPM-in 97.5-ci maddəsini tətbiq edib.

61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh "xxxx" MTK-nın kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1546/2022 saylı, 30 de kabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar