Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1892/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsi (icarə haqqı tələbi), borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “icarə haqqı borcu və faiz borcu” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-170/2024 nömrəli 5 fevral 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayə tinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, X14 Naxçıvani küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (bundan sonra icarə obyekt sahəsi) tam mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra iddiaçı ) məxsusdur.
2. X5 və X8 xx.xx.2014-cü il tarixdə yazdıqları əlyazısında X1 20 000 manat pul aldıqlarını və 2014-cü ilin sonuna qədər qaytaracaqlarını bildirmişlər.
2. X5 xx.xx.2014-cü il tarixdə yazdığı əlyazısında göstərmişdir ki, xx.xx.2014-cü il tarixdə X1 götürdüyü 25 000 dollar pulu ilin sonuna qədər qaytaracaqdır.
3. X2 və X6 X3 və X4 onlardan aldıqları pulu qaytarmamaları ilə bağlı şikayətləri əsasında Bakı şəhəri Nəsimi RPİ-də araşdırma aparılmış, 24 avqust 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd olunaraq Lətifə İsmayılovaya və Natavan Abbasovaya mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişd. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, cavabdeh MMC-dən 20 may 2019-cu il tarixli icarə müqaviləsi üzrə 12.378 manat icarə haqqı borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olan 618.9 manat faiz borcu, vəkilin göstərdiyi yardıma görə 200 manat, döv lət rüsumu olaraq ödənilmiş 131 manat və yekun olaraq 13.32806 (on üç min üç yüz iyirmi səkkiz manat altı qəpik) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq əlavə olaraq onu qeyd etmişdir ki, 2022-ci ilin yanvar ayında icarəçi MMC müqavilədə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı imzalamaqla icarə obyektini təhvil verməli olduğu halda, sadəcə obyektin açarlarını vermiş və icarə müqaviləsi üzrə borcları ödəyəcəyinə dair söz versə də, buna əməl etməmişdir. İcarə haqqının “Beynəlxalq Bank”da açılmış hesaba köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 5. 20 may 2019-cu il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixinə kimi icarəçi MMC aylıq icarə haqqını ödəmiş, lakin xx.xx.2020-ci il tarixindən başlayaraq müqavilə üzrə öhdəliyini tam yerinə yetirə yetirməmişdir.
6. Belə ki xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi cəmi 350 manat icarə haqqı ödənilmiş, 5250 manat borc yaranmışdır; 7. 01.10.2020-ci ildən xx.xx.2021-ci ilə kimi cəmi 172 manat icarə haqqı ödənilmiş, 3028 manat borc yaranmışdır; 8. 01.02.2021-ci ildən xx.xx.2021-ci ilə kimi cəmi 300 manat icarə haqqı ödənilmiş, 500 manat borc yaranmışdır; 9. 01.03.2021-ci ildən xx.xx.2021-ci ilə kimi cəmi 400 manat icarə haqqı ödənilmiş, 400 manat borc yaranmışdır; 10. 01.04.2021-ci ildən xx.xx.2021-ci ilə kimi cəmi 350 manat icarə haqqı ödənilməmiş, 1600 manat borc yaranmışdır. 11. 20 may 2019-cu il tarixli müqavilə üzrə borc – 10.778 manat olmuş, 9 iyun 2021-ci il tarixdə müqaviləyə edilmiş dəyişiklik üzrə sazişə görə heç bir icarə haqqı ödənilməmiş, ona görə də 7 ayın icarə haqqı 300 x 7 ay = 2100 manat əlavə borc yaranmışdır. Beləliklə, cəmi borc: 10778 + 2100 = 12.878 manat olmuşdur. 12. 19 oktyabr 2022-ci il tarixində iddiaçı pretenziya məktubu ilə MMC-yə müraciət olunaraq xahiş olunmuşdur ki, bir həftə ərzində 12.878 manat borcu icarəyə verənin bank hesabına köçürsün, əks halda məhkəməyə müraciət ediləcəkdir.
13. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2 fevral 2023 -ci il tarixli, 2(006)-610/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Abidova ) iddianın qismən təmin edilməsi, cavabdeh MMC-dən 20 may 2019-cu il tarixli icarə müqaviləsi və icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli əlavə müqavilə (saziş) üzrə 12378 manat icarə haqqı borcu, 618.9 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, 200 manat hüquqi xidmət xərci, 131 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, 13327.9 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, icarə sahəsi iddiaçıya məxsusdur. İddiaçı xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsi əsasında icarə obyektini cavabdeh MMC-yə icarəyə verilmiş, cavabdeh aylıq 800 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2021-ci il tarixində sözügedən müqaviləyə dəyişiklik edilməsi barədə saziş imzalanmış və sazişə müvafiq olaraq icarə haqqının məbləği dəyişdirilərək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə dək 300 manat təşkil etmişdir. Təqdim edilmiş materiallara əsasən cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş və iddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq, icarə haqqını tam şəkildə ödəməmişdir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12378 manat icarə haqqı borcunu, gecikdirilmiş vaxt üçün illik beş faiz olan 618.9 manat faiz borcunu, vəkilin göstərdiyi yardıma görə 200 manat xərci, dövlət rüsumu olaraq ödənilmiş 131 manat xərci, yekun olaraq 13328.06 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
15. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ay ərzində cavabdeh tərəfindən iddiaçıya aylıq 800 manat olmaqla, cəmi 18.400 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021- ci il tarixədək 8 ay ərzində aylıq 300 manat olmaqla, cəmi 2400 manat, ümumilikdə 20800 manat məbləğində ödəniş edilməli idi. Təqdim edilən hesabdan çıxarışdakı məlumatlara əsasən cavabdeh tərəfindən iddiaçıya cəmi 8422 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya müvafiq icarə müqaviləsi və ona dəyişiklik edilməsi ilə əlaqədar bağlanmış saziş üzrə icarə haqqına görə 12378 manat məbləğində borcu yaranmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbinin icarə haqqı hissəsində haqlıdır və tələb təmin edilmişdir.
16. Məhkəmə iddiaçının tələb etdiyi ümumi məbləğlə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının tələb etdiyi məbləğlərin cəmi 13327.90 manatdır, lakin iddiaçı tərəfindən texniki hesablama səhvi olaraq 13328.06 manatın cavabdehdən tutulması məhkəmədən xahiş edilmişdir. Buna görə də iddiaçının ayrı-ayrılıqda tələb etdiyi bütün məbləğlərin təmin edilməsinə baxmayaraq, cəmi məbləğ səhv qeyd edildiyindən məhkəmə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir.
17. Belə olan halda məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC-dən 20 may 2019-cu il tarixli icarə müqaviləsi və icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli əlavə müqavilə (saziş) üzrə 12378 manat icarə haqqı borcu, 618.9 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, 200 manat hüquqi xidmət xərci, 131 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, 13.327.9 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 36.1, 385.1, 386.1, 442, 443.1, 445, 700, 701.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək mübahisəli qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Cavbadehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçının adına açılmış bank hesabına köçürülməyən icarə haqqı nəğd şəkildə iddiaçının özünə ödənilmişdir. Bu hal danılmazdır. Ona görə ki, bu müddət ərzində iddiaçı bir dəfə də olsun cavabdeh ilə bağlanılmış icra müqaviləsinin icarə haqqının ödənilməməsinə görə icarə müqaviləsinin ləğvi ilə bağlı tələb qaldırmamış, sus muş, artıq icarə müqaviləsi bitdikdən sonra və cavabdeh MMC icarə sahəsini tərk edəndən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbində qeyd etmişdir ki, 01 mart 2020-ci ildən 21 sentyabr 2020-ci ilə kimi 5250 manat borc yaranmış; 01 fevral 2021-ci ildən 02 fevral 2021-ci ilə kimi 3028 manat borc yaranmış, 01 fevral 2021-ci ildən 02 fevral 2021-ci ilə kimi 500 manat borc yaranmış, 01 mart 2021-ci ildən 31 mart 2021-ci ilə kimi 400 manat borc yaranmış, 01 aprel 2021-ci ildən 31 may 2021-ci ilə kimi 1600 manat borc yaranmışdır. Halbuki, bu hal həqiqətə uyğun deyil, bu müddət ərzində həmin məbləğlər cavabdeh MMC iddiaçıya nəğd şəkildə ödəmişdir. Belə olan halda sual yaranır: «Əgər cavabdeh iddiaçıya bu müddət ərzində icarə haqqını ödəmirdisə, nəyə görə iddi açı həmin müddət ərzində susmuş, icarə haqqını tələb etməmiş, və yaxud cavabdeh tərəfindən icarə haqqı ödənilmədiyi üçün icarə müqaviləsinin ləğvi ilə bağlı tələb qaldırmamışdır?» Bundan başqa gecikdirilmiş vaxt üçün illik beş faizinin ödənilməsinə gəldikdə, iddiaçı həmin məbləği tam şişirtmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyi səbəbindən sübutları və vəsatətləri məhkəməyə təqdim etmək imkanında olmamışdır. 1-ci instansiya məhkəməməsi cavabdehin məhkəmədə iştirak etməyini təmin etməmişdir. Ona görə də, faizlərin düzgün və dəqiq müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi ilə bağlı cavabdeh tərəfindən vəsatət qaldırmağa imkanı olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələblərinə uyğun olaraq, öz təşəbbüsü il ə ekspertiza təyin edə bilərdi.Lakin, 1-ci instansiya məhkəməsi yalnız iddiaçı tərəfindən təqdim etdiyi sənədlər əsasında faiz borcunu müəyyən etmiş, halbuki, həmin faiz borcu xüsusi biliyə tələb olunan mütəxəssis tərəfindən müəyyən olunmalı idi. Bu hal işin həlli üçün ziddiyyət yaradır. Lakin, məhkəmə həmin ziddiyyəti aradan qaldırmamışdır. Birinci instansiya məhkəməsi öz qətnaməsində çoxsaylı qanun normalarını qeyd etsə də, lakin işin hallarına zidd olaraq qətnamə qəbul etmişdir. Beləliklə,1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş, qeyd etdiyi maddi hüquq normalarını səhv təvsir etmişdir. Məhkəmə cavabdehin iştirakını təmin etməmiş, bununla da cavabdeh öz hüquqlarını lazımınca müdafiə etməyə, sübutlarını təqdim etməyə məhrum olmuşdur. 1-ci instansiya məhkəməsi işdə olan sənədləri sa dalamaqla kifayətlənmiş, onları hərtərəfli və tam tədqiq etməmişdir. Məhkəmə hazırki mübahisənin düzgün həlli üçün şərait yaratmamış və nəticədə əsassız olaraq iddia tələbini təmin etmişdir. Məhkəmə formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir. Qətnamə qəbul edərkən çoxsaylı normalara istinad edilsə də, faktiki olaraq həmin normalar işin hallarına uyğun olmamışdır.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 sentyabr 2023-cü il tarixli, 9/4087 nömrəli ekspert rəyinə əsasən icarəçi tərəfindən icarəyə verənə 20 may 2019-cu il tarixli icarə müqaviləsi və icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli əlavə müqavilə (saziş) üzrə ödənilməli olan 20800 manatdan faktiki ödənilmiş 20647 manat çıxıldıqda, icarə haqqı üzrə mövcud borc məbləği 153 manat müəyyən edilmişdir.
22. İddiaçı təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət təqdim etmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2023-cü il tarixli, 9/9401 nömrəli ekspert rəyinə əsasən xx.xx.2019- cu il tarixli icarə müqaviləsi və icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli əlavə müqavilə (saziş) üzrə ödənilməli olan 20800 manatdan faktiki ödənilmiş 8422 manat çıxılmaqla, icarə haqqı üzrə ödənilməmiş qalıq borc məbləğinin 12378,00 manat olması müəyyən edilmişdir.Əlavə olaraq iş üzrə xx.xx.2023-cü il tarixdə ekspert X7 tərəfindən 9/4087 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyin nəticəsi ilə hazırkı rəyin nəticəsi arasında yaranmış fərqin səbəbi hesabdan çı xarış məlumatlarında oxşar əməliyyatların (BLC MMC və BLC AND PARTNERS MMC tərəfindən aparılmış ödənişlər) aparılması qeyd edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-170/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin olunmayaraq,birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmiş. Gecikdirilmiş vaxt üçün illik beş faizinin məbləğinin tam şişirdilməsi və ekspertiza təyin edilməməsi olmuşdur. Məbləğlərin cavabdeh tərəfindən iddiaçıya nəğd şəkildə ödənilməsi və gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin tam şişirdilməsi barədə sübutedici dəlillər müzakirəyə təqdim edilməmiş, məhkəmə kollegiyası tərəfindən keçirilən ekspertiza ilə isə borcun fərqli olması müəyyən edilməmişdir.
26. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 442, 443.1, 443.2, 443.3, 443.4, 443.4, 44.5, 443.6, 443.7, 443.8, 443.9, 443.10, 445.1, 445.2, 445.2, 445.2.2, 445.3, 445.4, 445.5, 445.6, 445.7, 675, 697.2, 700.1, 700.2, 700.3, 705-ci,MPM-in 14.2, 77, 80, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh MMC (vəkili Nümayəndə2 ) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, 20 may 2019-cu ilin icarə müqaviləsinə dair 09 iyul 2021-ci ilin dəyişiklik edilmiş müqavilədə 20 may 2019-cu ilin icarə müqaviləsinə aid olan icarə haqqı üzrə borc ümumiyyətlə qeyd olunmamışdır. Bu halın olması təsdiq etmişdir ki, iddiaçı 09 iyul 2021-ci tarixdə cavabdeh ilə müqavilə bağladığı zaman 20 may 2019-cu il tarixli icarə müqaviləsinə dair icarə haqqı üzrə borcun olmaması ilə razılaşmışdır. Lakin, hər ik i instansiya məhkəməsi bu halı nəzərə almamış, hansı ki, işin həlli üçün böyük əhəmiyyət təşkil etmiş, bununla bağlı qətnamədə formal əsaslar göstərmiş, həmin ziddiyyəti aradan qaldırmamışdır. Bundan başqa da şikayətçi icarə haqqının bir hissəsini iddiaçıya nəğd şəkildə ödəmişdir. Bu hal ilə bağlı hər iki instansiya məhkəməsi ümumiyyətlə araşdırma aparmamış, formal olaraq bu məsələyə yanaşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olaraq mübahisəli qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xi dmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur;
32. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir;
33. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır;
34. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kredi torun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır;
35. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər;
36. Maddə 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur;
37. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan e dilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur;
38. Maddə 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir;
39. Maddə 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır;
40. Maddə 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır;
41. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümk ünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
42. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
43. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
44. Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
45. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
46. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədə r öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.
47. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
48. Maddə 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.
49. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər;
50. Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə ve rənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
51. Maddə 697.2. əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir;
52. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
53. Maddə 700.2. icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər;
54. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
55. Maddə
705. Əgər icarə üzrə hüquq münasibətlə rinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir..
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
65. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının qismən ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı mübahisəli hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
69. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
70. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
72. Yuxarı da göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
73. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-170/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.