Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1895/2019 29.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçınun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı Sadik oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclası nda baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2018-cı il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublika sı mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı «maddi ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada ona dəymiş 150 000 (yüz əlli min) manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavab deh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2017-ci il hökmü ilə Azərbaycan Respublikası CM-nin 225.2., 308.2. və 313-cü maddələri ilə müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə və digər cəzalara məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 19 oktyabr 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Həmin şəxslərin cinayətkar hərəkətlərinin nəticəsi olaraq 19 may 2015-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 saylı binada yanğın hadisəsi baş vermiş və təkcə ona 150 000 (yüz əlli min) manat dəyərində maddi ziyan dəymişdir. Maddi ziyanın məbləği cinayət işinin istintaqı zamanı keçirilmiş məhkəmə yanğın, əmtəəşünaslıq və digər ekspertizalarının rəy ləri və istintaq materialları ilə sübuta yetirilmişdir. Maddi ziyanın həmin məbləğdə yetirilməsi məhkəmə aktlarında da öz əksini tapmışdır.İstintaqın gedişində təqsirləndirilən şəxslərin müsadirə olunacaq əmlakı siyahıya alınmış və məhkəmə tərəfindən dövlət nəfinə müsadirə olunaraq zərərçəkmiş şəxslərə və o cümlədən ona da dəymiş maddi ziyanın məhkum olunmuş şəxslərdən tələb etmək üçün məhkəməyə vermək hüququnun olması öz əksini tapmışdır. Qeyd oluanları nəzərə alıb, idanın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhk əməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2015-ci il tarixli, 133s saylı sərəncamı ilə mənzil sahiblərinin hər birinə yangın nəticəsində zərər dəymiş əmlaklarına görə ilkin olaraq 20 000 (iyirmi min) manat məbləğində dövlət hesabına birdəfəlik maddi yardım müəyyən edilərək Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən ödənilmişdir. Həmçinin, yanan binada olan bütün evlər dövlət hesabına təmir olunmuş və yeni mebellərlə təmin olunmuşdur. Bundan başqa məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən məlum yanğın hadisənin baş verməsinə cavabdeh qismində göstərilən şəxslər cəzalandırılmışla r. İşin mübahisə edilməyən hallarına görə iddiaçı Bakı şəhəri, Azadlıq prospekti 200/36 saylı 17 saylı mənzilin sakinidir. 19 may 2015-ci ildə həmin binada yanğın hadisəsi baş vermişdir. Baş vermis hadisə nəticəsində həmin binada yerləşən mənzillərə və mənzillərdə yerləşən əşyalara zərər dəymişdir. Baş vermiş hadisəyə görə iş üzrə cavabdehlər təqsirli şəxs hesab edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli hökmü ilə həmin şəxslər müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə və digər cəzalara məhkum olunmuşlar. İddiaçı bildirir ki, baş vermiş yanğın nəticəsində mənzilində olan əmlakların məhv olmasına görə ona 150 min manat məbləğində zərər dəymişdir və həmin zərər baş vermiş hadisəyə görə təqsirkar olan şəxslərdən tutulmalıdır. Azərbaycan Respublikası Mulki Məcəl lənin 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qeyd edilən maddələrin tələblərindən göründüyü kimi zərər dedikdə digər əsaslarla yanaşı şəxsin əmlakından məhrum olması və əmlakının zədələnməsi başa düşülür. Lakin işə baxan məhkəmələr tərəfindən mənzilində olan əmlakının məhv olması və zədələnməsi barədə iddiaçının dəlilləri üzrə heç bir araşdırma aparılmamış, nəticədə baş vermiş hadisə ilə əlaqədar əmlakının məhv olması nəticəsində iddiaçıya dəyən zərərin məbləği müəyyən edilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, müvafiq dövlət orqanları tərəfindən pul kompensasiyasının verilməsi, mənzillərin təmir edilərək yeni mebellə təmin edilməsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləğinin tam həcmdə ə hatə edilməməsi, o cümlədən hadisənin baş verməsində təqsirkar olan şəxslərin cəzalandırılması sonuncuları mülki məsuliyyətdən azad etmir və cavabdehlərə qarşı dəymiş zərərin tutulmasına dair verilmiş iddia tələbinin təmin edilməsini istisna etmir. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Qətnamə maddi və prosesual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1895/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1895/2019
29.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver