Məhkəmə qərarları › İş №2(102)-1898/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1898/2019

02.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1898/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı ASCnin vəkili Vəkil2 və Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2018-ci il tarixli, 2(103)-8786/2018 saylı qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri,xxx rayon məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(011)-138/2018 saylı qətnaməs i ilə (sədrlik edən, hakim F.Ə.Məmmədov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Heydər qızı, Cavabdeh3, Cavabdeh4 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka predmetinin boşaldılması” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 05 sentyabr 2014-cü il tarixli “baş kredit müqaviləsi” üzrə əsas borca görə 123.500 manat, hesablanmış faizə görə 63.746 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faizə görə 4.442,57 manat, ödənişin gecikdirilməsi ilə bağlı tətbiq edilmiş cəriməyə görə 2.500 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın 05 sentyabr 2014-cü il tarixli “baş kredit müqaviləsi” üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən, 0,12 ha torpaq sahəsinə və onun üzərində yerləşən, 6 otaqlı, ümumi sahəsi 358,4 kv.metr olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 250.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, həmin bağ evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra boşaldılması, eləcə də 30 oktyabr 2015-ci il tarixli “baş kredit müqaviləsi” üzrə yaranmış əsas borca görə 85.604,71 manat, kreditdən istifadəyə görə hesablanmış faizə görə 18.161,97 manat, ödənişin gecikdirilməsi ilə bağlı tətbiq edilmiş cəriməyə görə 2.000 manat, bildirişlərin qeydə alınması üçün ödənilmiş 210 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ipoteka müqavilələri ilə yüklü edilmiş Cavabdeh3 məxsus olan Bakı şəhəri,xxx rayonu, xxx küçəs i, 9 saylı evin 137-ci mənzilinə, Bakı şəhəri,xxx rayonu, xxx küçəsi, 25 saylı evin 32-ci mənzilinə, Bakı şəhəri,xxx rayonu, Əhmədli qəsəbəsi, xxx küçəsi, 20 saylı evin 26-cı mənzilinə, Bakı şəhəri,xxx rayonu, Neapol küçəsi, 10 saylı evin 11-ci mənzilinə, həmçinin Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, xxx küçəsi, 5 saylı evin 16-cı mənzilinə, cavabdeh xxx məxsus olan Bakı şəhəri,xxx rayonu, xxx küçəsi, 5 saylı evin 21-22-ci mənzilinə yönəldilməsi, Cavabdeh3 məxsus olan 137-ci mənzilin ilkin satış qiymətinin 61.000 manat, 32-ci mənzilin ilkin satış qiymətinin 59.000 manat, 26-cı mənzilin ilkin satış qiymətinin 65.000 manat, 11-ci mənzilin ilkin satış qiymətinin 59.000 manat, Cavabdeh4 məxsus olan 16-cı mənzilin ilkin satış qiymətinin 87.000 manat, cavabdeh xxx məxsus olan 21 -22-ci mənzilin ilkin satış qiymətinin 105.000 manat müəyyən edilməklə onların açıq hərracdan satılması, eləcə də həmin yaşayış sahələrinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra boşaldılması, ipoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcunun ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilmiəsi qət olunmuşdur. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2018-cı il tarixli, 2(103)-8786/2018 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri,xxx rayon məhkəməsinin 01 iyun 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmetinə aid olan hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil1 qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka predmetinin boşaldılması” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli “baş kredit müqaviləsinə” əsasən sonuncuya 24 ay müddətinə, illik 15 faiz ödənilməsi şərti ilə 245.000 manat kredit verilmişdir. Daha sonra həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti qarşılıqlı razılaşması əsasında 24 ay müddətinə uzadılmış və öhdəliklərin icrası müddəti 05 se ntyabr 2017-ci il tarixdə bitmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh2 məxsus olan torpaq sahəsi və bağ evi iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə tərəflər arasında 05 sentyabr 2014-cü il tarixli “ipoteka müqaviləsi” bağlanmışdır. Bundan başqa, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2015-ci il tarixli “baş kredit müqaviləsinə” əsasən sonuncuya 36 ay müddətinə, illik 15 faiz ödənilməsi şərti ilə 290.000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və xxx öz mülkiyyətlərində olan mənzilləri iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə tərəflər arasında 30 oktyabr 2015-ci il tarixli “sonrakı ip oteka müqaviləsi” bağlanmışdır. Cavabdeh1 qeyd edilən müqavilələr üzrə iddiaçı təşkilat qarşısında öhdəliklər götürsə də, bu öhdəlikləri icra etməmiş və nəticədə onun iddiaçı təşkilata borcu yaranmışdır. Cavabdeh1 dəfələrlə iddiaçı təşkilat tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcunu ödəməkdən yayınmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, hər iki müqavilə üzrə qalıq, faiz borclarının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddia tələblərinin rədd edilməsi, eləcə də 4.500 manat dəbbə pulunun və kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün 5 faiz məbləğində hesablanmış 4.442,57 manat pulun silinməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh1 vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Məhkəmə iclasında İddiaçı ASC-nin vəkili Vəkil2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin də yişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədə n, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya baxışının predmetinə aid hissədə Cavabdeh1 münasibətdə dəyişdirmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gə ldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində, təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli “baş kredit müqaviləsinə” əsasən sonuncuya 24 ay müddətinə, illik 15 faiz ödənilməsi şərti ilə 245.000 manat kredit verilmişdir. Daha sonra həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti qarşılıqlı razılaşması əsasında 24 ay müddətinə uzadılmış və öhdəliklərin icrası müddəti 05 sentyabr 2017ci il tarixdə bitmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh2 məxsus olan torpaq sahəsi və bağ evi iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə tərəflər arasında 05 sentyabr 2014-cü il tarixli “ipoteka müqaviləsi” bağlanmışdır. Bundan başqa, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2015-ci il tarixli “baş kredit müqaviləsinə” əsasən sonuncuya 36 ay müddətinə, illik 15 faiz ödənilməsi şərti ilə 290.000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və xxx öz mülkiyyətlərində olan mənzilləri iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü etmiş və bu bar ədə tərəflər arasında 30 oktyabr 2015-ci il tarixli “sonrakı ipoteka müqaviləsi” bağlanmışdır. Cavabdeh1 qeyd edilən müqavilələr üzrə iddiaçı təşkilat qarşısında öhdəliklər götürsə də, bu öhdəlikləri icra etməmiş və nəticədə onun iddiaçı təşkilata borcu yaranmışdır. Cavabdeh1 dəfələrlə iddiaçı təşkilat tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyy ənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, kredit müqavilələri üzrə Cavabdeh1 idd iaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. İşdən görünür ki, Cavabdeh1 qətnamədən kassasiya şikayətini şikayət xatirinə vermişdir və o, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməs ini, kredit müqavilələri üzrə əsas, faiz borclarının düzgün hesablanmamasını, tutmanın ipoteka predmetlərinə yönəldilməsi üçün əsasların olmamasını, dəbbə pulunun və kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün 5 faizin düzgün hesablanmamasını göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, Cavabdeh 1 kassasiya şikayətinin dəlilləri Mülki Məcəllənin 467-ci maddəsinin, eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarının tələbləri baxımdan da əsassızdır. Belə ki, həmin maddənin mənasına görə, işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsasla rdan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş qeyd olunan faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya in stansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2018-ci il tarixli, 2(103)-8786/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar