Məhkəmə qərarları › İş №2(102)-1899/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1899/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1899/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 2(106)148/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 08 yanvar 2017-ci il tarixli yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 9800 manat pulu borc götürmüş və 08 may 2017-ci il tarixədək qaytarılmasına öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9800 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan 9800 manat məbləğində pul vəsaiti almış və bu barədə qəbz vermişdir. Lakin, həmin puldan cavabdeh heç bir məbləğ qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən həmin pul vəsaitini tələb etməyinə baxmayaraq, pulunu ala bilməmişdir. Cavabdeh müxtəl if bəhanələr gətirərək, pulu qaytarmaqdan yayınır.

4. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, iddianı qismən qəbul edir. Çünki iddia ərizəsi üzrə tələb edilən məbləğ 9800 manat qeyd edilsə də, aldığı məbləğ o qədər olmamışdır. Cavabdeh iddiaçını dostu Rüfət vasitəsi ilə tanımış və bu tanışlıq uzun müddət davam etmişdir. O, iddiaçıdan iddia ərizəsində qeyd edilən 9800 manat məbləği almamış, hissə-hissə olmaqla, ümumilikdə 1500-2000 manat məbləğində borc almış və qarşılığında 6000-7000 manat məbləğində pul qaytarmışdır. İddia tələbində qeyd edilmiş 9800 manat məbləğində pulun alınmasına dair qəbzə özü imza etmişdir. Buna səbəb atasının ağır xəstə olması, habelə iddiaçının onun atasına borclu olmasını deyəcəyi və ailəsinin yanında onu biabır edəcəyi barədə fikirləri olmuşdur. O qəbzi məcbur qalaraq imzalamışdır. Həmin hadisədən uzun müddət keçdiyindən onunla “WhatsApp” vasitəsi ilə yazışma və danışıqlar mobil telefonundan silinmiş və qalmamışdır.

5. Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(049)-1965/2023 nömrəli qətnaməsi ilə (hakim R.A.Məmmədov) iddia təmin edilərək, 9800 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və 9800 manat pulu cavabdehə vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc aldığı 9800 manat pulu qaytarmalı olduğu halda qaytarmamışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddianın əsasını təsdiq edən sübutları, yəni cavabdehlə iddiaçı arasında yazılı borc müqa viləsinin mövcudluğunu təsdiq edən yazılı borc müqaviləsini məhkəməyə təqdim etdiyindən, bunun əksini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, cavabdeh də həmin sübutları məhkəməyə təqdim etməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 442, 445.2.1, 448.1, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 2(106)-148/2024 nömrəli qətnaməsi ilə (hakim V.Ə.Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər Z.M.Allahyarovdan və P.T.Əhmədovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(049)-1965/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, cavabdeh şikayətdə aldığı və ödədiyi pulların qətnamə qəbul edilərkən nəzərə alınmamasını, habelə təqdim etdiyi şahidlərin dindirilməməsini qeyd etsə də, iş materiallarından aşkar görünür ki, o, birinci instansiya məhkəməsində iştirak etmiş, lakin bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş və şahidlərin dindirilməsi bar ədə vəsatət verməmişdir. Xüsusilə, cavabdeh iddiaçıdan 1500-2000 manat məbləğində pul aldığını və aldığı həmin borcun müqabilində iddiaçıya 6000-7000 manat məbləğdə pul vəsaitini qaytarmasını nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində sübut edə bilməmişdir. Eyni zamanda, cavabdeh tərəf məhkəmədə verdiyi izahatda iddiaçı ilə aralarında olmuş “WhatsApp” yazışmalarının hazırda silindiyini üçün onu məhkəməyə təqdim etməyin mümkün olmadığını bildirmiş, bundan əlavə, yeganə sübut olaraq şahid ifadələrinə istinad etmişlər.

12. Cavabdehin birinci instansiya məhkəməsində hər hansı şəxsin şahid qismində dindirilməsi barədə vəsatəti, onun təmin edilməməsi və ya imtina edilməsi məhkəmə iclas protokollarında öz əksini tapmamış, bu barədə hər hansı protokola qeydlər ve rilərək, təsdiq edilməmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin ondan 08 may 2017-ci il tarixədək qaytarmaq şərti ilə 08 yanvar 2017-ci il tarixdə 9800 manat məbləğdə pul vəsaitini borc almasına dair yazılı sənədi (qəbzi) məhkəməyə təqdim etmiş, lakin həmin məbləğin qaytarılmasını sübut etmə cavabdehin üzərinə düşsə də, sonuncu bunu sübut edə bilməmişdir. Hazırkı halda, cavabdeh tərəf öz etiraz və dəlillərinin əsasını təsdiq etmək üçün şahidlərin dindirilməsini istəsə də, apellyasiya instansiya məhkəməsində həmin sübutların təqdim edilməsinə və ya əldə edilməsinə prosessual qanunvericiliyin normaları birmənalı yol vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

13. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarix li, 2(106)-148/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdr ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci, Mülki Məcəllənin 21.1, 21.2, 448.1, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88ci maddələrinin tələbləri pozulmuşdur.

15. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı məhkəməyə gətirdiyi şahidləri məhkəmə başlamamışdan əvvəl hakimə bildirmiş, o isə belə işlərdə şahidə ehtiyac olmadığını bildirmişdir. İddiaçı birinci instansiya məhkəməsində vəkili olmadığı üçün iclas protokoluna qeydlər yazmalı olduğunu bilməmişdir. Apellyasiya inst ansiyası məhkəməsində işə baxılarkən məhkəməyə təqdim etdiyi şahidlər də dindirilməmişdir. Əslində cavabdehin Lənkəran Rayon Məhkəməsində təqdim etdiyi şahidlərin dindirilməməsi onun iradəsindən asılı olmamışdır. Ona görə də təqdim etdiyi şahidlərin dindirilməsi zəruri idi. Cavabdeh iddiaçıdan iddia ərizəsində qeyd edilən 9800 manat məbləği almamış, hissə-hissə olmaqla, ümumilikdə 1500-2000 manat məbləğində borc pul almış və qarşılığında 6000-7000 manat məbləğində pulu qaytarmışdır. Pulun bir hissəsini şəxsən, bir hissəsini isə X1 vasitəsi ilə vermişdir. 9800 manat məbləğində pulun alınmasına dair qəbzi məcburiyyət qarşısında yazmışdır.

16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. Kassasiya şik ayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulma sına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüqu qu vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sə nədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-cu maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci m addəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, o nların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozunt usu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi ü çün əsas yoxdur.

23. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıdan borc alması yazılı sənədlə təsdiq edildiyi halda, həmin pulun qaytarılması və ya cavabdehə qəbzdə göstərilən məbləğdən fərqli vəsaitin verilməsi sübut edilməmişdir. Kassator bu dəlilləri ilə bağlı hər hansı sübutu ümumiyyətlə işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

24. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı madd əsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

25. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 2(106)-148/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar