Məhkəmə qərarları › İş №2(102)-19/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-19/2019

10.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-19/2019 10.01.2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 10 yanvar2019-cuil İş№ 2(102)-19/2019 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi ilə, cavabdeh x2 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1655/2018 saylı 10 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Əlizadə, iş № 2(014)-92/2018)iddiаç ı x1cavabdeh x2na qarşı “borcun məcburi qaydada alınması” barədə iddiаsı qismən təmin edilmişdir. Həmin qətnаməyə əsаsən, cavabdeh x2ndan 2600 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı x1xeyrinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.F.Quliyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli, iş № 2(107)-1655/2018) iş üzrə Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tаrixli qətnaməsi cаvаbdeh x2nа münаsibətdə dəyişdirilmədən, оnun apellyasiya şikayəti isə təmin edilmədən sаxlаnmışdır. Göstərilən qətnamədən cavabdeh x2 kassasiya şikayəti vermişdir. İşin halları: İddiаçı öz tələbini belə əsаslаndırmışdır ki, onun övladı hərbi xidmət də olarkən barəsində cinayət işi açılmış və ona cəza təyin edilmişdir. O, bir ata kimi oğlunu qurtarmaq üçün səy göstərsə də iş işdən keçmişdir. Bir gün baldızının qonşusu Gülnarə ilə onlara gəlmişdir. Onlar oğlunun tutulduğunu öyrəndikən sonra Gülnarə dedi ki, onun həyat yoldaşı bu işlə məşğul olur və ona desə o köməklik edər. Cavabdeh axşam onlara gəlmiş və Qulu işlə tanış olduqdan sonra ona “sənin oğlunu 12 günə qurtaracağam, sən mənə pul tap ver” demişdir. O isə gedib 1600 manat qayınatasının adına, 1000 manat dostunun adına və 400 manat oğlu Rəşadın adına kredit götürmüşdür. Cavabdeh x2na 2600 manat nağd pul vermişdir. Sonra yenə cavabdeh pul istəmiş və onda da 400 manat, cəmi cavabdehə 3000 manat pul vermişdir. Cavabdeh x2 ona yalan danışa-danışa 3000 manat pula nə oğlunu qurtardı nə də pulu geri qaytardı. Bu barədə rayon polis şöbəsinə də müraciət etmişdir, lakin iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsini bildirmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı x1iddia tələbinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Eyni zamanda iddiаçı x1məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, x2ə verdiyi pulu borc kimi verdiyini bildirərək, iddiasına 3000 manat borc həddində baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh x2 məhkəməyə ərizə təqdim edərək iddiaçıya 2600 manat borcu olduğunu bildirərək, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 və vəkili E.V.Abdullayev kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Konstitusiyanın 25, 60, 71, 72, MPMnin 77.1, 77.3, 88, 217.3, 218.2, 220.4-cü maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassı z qətnamə qəbul etmişdir. Prosessual məsələlər: İddiaçı x1 Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyinə görə işin kassasiya baxışında iştirak etməmişdir. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmaların abaxmayaraqişdə iştirak edən digər şəxslər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (MPM-nin 2.1-ci maddəsi). MPM-nin 88 və 217.2-ci maddələrinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh x2 tərəfindən yazılmış ərizədən görünür ki, o, iddiaçıdan 2600 manat məbləğində borc almış, maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməmişdir. Beləliklə, iddiaçı x1 2600 manat məbləğində borcu olduğunu etiraf etmişdir. x1 2600 manat pulun alınmasını x2 Ağdaş RPŞ-də, həmçinin, məhkəmə iclas zalında etiraf etmişdir. Lakin qalan 400 manatın verilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəs indən azad edir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri poz maqla icra edilməsi) başa düşülür. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2-ci maddələri). Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (Mülki Məcəllənin 740-cı maddəsi). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh x2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1655/2018 saylı 10 iyul 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar