Məhkəmə qərarları › İş №2(102)-1900/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1900/2019

13.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1900/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10638/18 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabde h1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 ilə bağlanmış 25.11.2014-cii il tarixli 103-1254/FQ saylı kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borca görə 51495,31 manat, faiz borcuna görə 12207,78 manat, cəriməyə görə 4086,96 manat olmaqla cəmi 67790,05 manat borcun, məhkəmə xərclərinə görə 90 manatın tutulmasına, Cavabdeh1 məxsus Qəbələ rayonu Çarxana kəndində 0,60 ha torpaq sahəsində yerləşən sahəsi 112,36 m2 olan fərdi yaşayış evinə və Cavabdeh2 məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi A.Ələsgər küçəsi 2 saylı evin 6 saylı mənzilinə tutma yönəldilməsinə, ipoteka predmetlərinin açıq hərracdan satılmasına və satışdan ə ldə olunan vəsait hesabına borcun ödənilməsinə, cavabdehlərin, ailə üzvlərinin və ipoteka predmetlərində qeydiyyatda olan digər şəxslərin ipoteka predmetlərindən məcburi çıxarılmalarına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Qəbələ filialı ilə Cavabdeh1 arasında bağlanmış 25.11.2014-ci il tarixli 103-1254/FQ №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 17% dərəcəsi ilə 80000 manat kredit verilmişdir. Kredit müqaviləsinin 4.1-4.2-ci bəndinə əsasən Cavabdeh1 bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 36 ay ərzində qeyd-şərtsiz olaraq qaytarmağı və müqaviləyə 1 saylı əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Ödəmə cədvəlinə görə kredit üzrə əsas və hes ablanmış faizlər hər ay bərabər hissələrlə banka ödənilməlidir. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə, ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi günədək əlavə faizi hesablanır və cərimə faizinin məbləği kredit faizinin 2 mislinə bərabərdir. Kredit müqaviləsinin təminatı olaraq, 14.11.2014-cü il tarixli 103-12İ/FQ №-li ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Qəbələ rayonu Çarxana kəndində yerləşən birmərtəbəli 3 otaqlı sahəsi 112,36 m2 olan fərdi yaşayış evi (0.60 ha torpaq sahəsi ilə birlikdə) və 14.11.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi A.Ələsgər küçəsi 2 saylı evin 6 saylı mənzili bankın ipoteka hüquqları ilə yüklü edilm işdir. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kredit üzrə faizlərin hər ay bərabər hissələrlə ödənilməsi şərtlərini pozmuş, nəticədə onun banka əsas borc üzrə manat, faiz borcu üzrə 12207,78 manat və gecikdirilmiş kredit borcu üzrə dəbbə pulu 4086,96 manat olmaqla cəmi 67790,05 manat borcu yaranmışdır. İpoteka qoyulmuş əmlaklar Cavabdeh1 məxsus həmin fərdi yaşayış evinin bazar dəyəri 98000 manat, likvid dəyəri 78400 manat, X1 məxsus mənzilin isə bazar dəyəri 86000 manat, likvid dəyəri 68800 manat olmaqla İntegrisconsulting MMC tərəfindən qiymətləndirilmişdir. Tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə hər iki cavabdehə xəbərdarlıq göndərilmişdir. Ona görə də Cavabdeh1 ilə bağlanmış 25.11.2014-cti il tarixli 103-1254/F Q №-li kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə məcburi qaydada əsas borc üzrə 51495,31 manat, faiz borcu üzrə 12207,78 manat və gecikdirilmiş kredit borcu üzrə dəbbə pulu (pərimə) 4086,96 manat olmaqla cəmi 67790,05 manat kredit borcunun, 30 manat dövlət rüsumunun, (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumları və 40 manat xidmət haqlarının ümumilikdə 67880.05 manatın tutulmasına, Cavabdeh1 məxsus Qəbələ rayonu Çarcana kəndində 0.60 ha torpaq sahəsində yerləşən birmərtəbəli 3 otaqlı sahəsi 112,36 m2 olan fərdi yaşayış evinə və Cavabdeh2 məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi A.Ələsgər küçəsi 2 saylı evin 6 saylı mənzilinə tutma yönəldilməsinə, ipoteka predmetlərinin açıq hərracdan satılmasına və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 67880,05 manat borcun ödənilməsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onlarla birlikdə yaşayan ailə üzvlərinin, həmçinin tutma yönəldilən fərdi yaşayış evində və mənzildə qeydiyyatda olan digər şəxslərin həmin ev və mənzildən məcburi çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Səadət Səlimova) 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilərək, Cavabdeh1 25.11.2014-cü il tarixli 1031254/FQ saylı kredit müqaviləsi üzrə əsas borca görə 51495,31 manat, faiz borcuna görə 12207,78 manat, cəriməyə görə 500 manat olmaqla cəmi 64203,09 manat borcun və məhkəmə xərclərinə görə 90 manat İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ipote ka predmetlərinin qiymətləndirilməsinə çəkilən xərcə görə 200 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 145 manat dövlət nəfinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu Çarxana kəndində 0,60ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 110000 manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi A.Ələsgər küçəsi 2 saylı evin 6 saylı mənzilinin ilkin satış qiyməti 95000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitindən 64293, 09 manat İddiaçı ASC-nin hesabına, 200 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına, 145 manat dövlət nəfinə keçirilməsi, Qəbələ rayonu Çarxana kəndində 0,60 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi satıldıqdan ən geci bir ay ərzində evi tərk etmədikdə Cavabdeh1 evdən çıxarılması, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi A.Ələsgər küçəsi 2 saylı evin 6 saylı mənzil satıldıqdan ən geci bir ay ərzində mənzili tərk etmədikdə Cavabdeh2 mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Etibar Nəbiyev, Raqib Qurbanov, Azad İmanov) 08.10.2018-ci il tarixli 2(103)-10638/2018 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayə ti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli qətnaməsinin “cavabdeh - Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Aşıq Ələsgər küçəsi 2 saylı evin 6 saylı mənzilini ilkin satış qiyməti 95.000 manat olmaqla açıq hərracda satılması" hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi və iddianı təmin etməyən hissəsində isə qətnamənin dəyişdirilmədən saxlanılması b arədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25 Noyabr 2014-cü il tarixli 103-1254/FQ saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 17% olan, 80 000 (səksən min) manat məbləğində kredit vermişdir. Baxmayaraq ki, borcalan öhdəliyini xeyli yerinə yetirmişdir bank əsassız olaraq faiz dərəcəsini şişirtmişdir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, lakin cavabdeh tərəf ekspertin rəyi ilə razılaşmayaraq təkrar ekspertiza keçirilməsini tələb etmiş, məhkəmə bu vəsatəti təmin etməmişdir və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdehlərdən cəriməyə görə 500 manat, məhkəmə xərcləri nə görə 90 manat vəsait tutulması qət edilmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə də razı olmamışlar. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Lakin iddiaçı bu iddiasını sübut edə bilməmiş və tərəflər arasında bağlanmış müqavilədə də öz əksini tapmamışdır. Həmçinin ipoteka predmeti əsassız olaraq aşağı qiymətə qiymətləndirilmişdir. Qəbələ rayonunda yerləşən əmlakın dəyəri təxmini olaraq 300.000 manatdan yuxarıdır, lakin qiymətləndirmə şirkəti həmin əmlaka cəmi 110.000 manat qiymət qoymuşdur. Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən maddi hüquq normalar ının tətbiqində səhvə yol verib, tətbiq edilməli qanunu tətbiq etməyərək iddia tələblərini Cavabdeh2 aid olan hissədə rədd etmək əvəzinə, tətbiq edilməməli qanunu tətbiq edərək iddia tələblərini təmin edib. Eyni zamanda kobud prosessual pozuntulara yol verilib ki, bu da nəticədə düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olub. Qeyd edilənlər isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə həmin qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, məhkəmənin qətnaməsi ilə ipoteka predmetlərinin hər ikisinin sözügedən rəylərdə göstərilən ilkin satış qiymətləri ilə hərraca çıxarılması qət edilib. Halbuki, məhkəmənin bu mövqeyi mövcud qanunvericiliyə, işin faktiki hallarına və ədalətin bərpa olunması prinsipinə uyğun gəlmir. Belə ki, sözügedən qiym ətləndirici rəylərdən də göründüyü kimi, əsas borclu - Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından əldə ediləcək məbləğ iddia tələbinin təmin olunmuş hissəsində qeyd edilmiş bütün borcu ödəyir. Lakin buna baxmayaraq, işə baxan məhkəmə ilk növbədə tutmanı əsas borclu - Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş əmlaka yönəltmədən, növbəsiz olaraq hər iki əmlaka yönəldib. Bununla da məhkəmə əslində zaminin subsidiar məsuliyyətin nəzərə almayıb. Əsas cavabdeh - Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu Çarxana kəndində 0.60 ha torpaq sahəsində yerləşən sahəsi 123,36 m2 olan fərdi yaşayış evi ilk hərracda 110.000 manat ilkin satış qiyməti ilə satılmadıqda, bundan sonra satış qiyməti 15 faiz endirilməklə 93.500 manata ilkin satış qiyməti ilə i kinci hərraca çıxarılacaqdır. İkinci hərrac da baş tutmadıqda təkrar hərracdakı ilkin satış qiyməti 93.500 manat maksimum 25 faiz endirilməklə 70.125 manat məbləğlə ipoteka saxlayana təklif ediləcəkdir. Nəticə etibarilə, tutma birinci növbədə əsas borclu Cavabdeh1 ipoteka ilə yüklü edilmiş əmlakına yönəldiyi halda, həmin əmlakın minimum satış qiymətindən əldə olunmuş gəlir bütün borcu hətta hərrac xərclərini belə ödəməyə yetəcəkdir. Buna baxmayaraq məhkəmənin növbəsiz şəkildə tutmanı hər iki əmlaka yönəltməsi yol verilməzdir. Çünki bunun edilməməsi yaxın gələcəkdə cavabdeh - Cavabdeh2 öz mülkiyyətindən məhrum olmasına əsassız şərait yaradacaq. Halbuki, mövcud qanunvericilikdə, ipoteka qoyanların növbəliliyini nizamlayan birbaşa norma olmasa da, bu şəkildə qətnamənin qəbul edilməsi hüququ n ümumi prinsiplərinə ziddir. Hətta məsələyə başqa bir aspektdən yanaşaraq, hesab etsək ki, ipoteka ilə yüklü edilmiş hər iki əmlak əsas borcluya məxsus olsaydı, məhkəmə yenə də tutmanı ipoteka predmetinə yönəldərkən növbəliliyi gözləməli idi. Belə ki, bu halda da məhkəmə ilk növbədə tutmanı dəyəri daha çox olan və bütün borcu qarşılayan əmlaka yönəltməli olacaqdı. Bunun əksi baş verdikdə isə borclu hər İki əmlakını itirmək riski ilə qarşılaşacaqdı. Lakin yuxarıda qeyd edilən faktlardan da görünür ki, işə baxan məhkəmə qətnamə qəbul edərkən nə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə əsaslanmayıb, nə də cavabdehin istinad etdiyi faktiki və hüquqi əsasları rədd etmək üçün heç bir dəlil gətirməyib. Həmçinin həqiqəti müəyyən etmək üçün iş üçün əhəmiyyətli o lan arqumentlərin heç birini aydınlaşdırmayıb. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasında Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X2 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını dinləməmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir: İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 25.11.2014-cü il tarixli 103-1254/FQ saylı kredit müqaviləsindən müəyyən olunu r ki, bank borcalana 36 ay müddətinə qaytarmaq, illik 17% ödəmək şərti ilə 80000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.1-ci bəndindən müəyyən olunur ki, borcalan bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 36 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.2-ci bəndindən müəyyən olunur ki, borcalan kredit müqaviləsi üzrə hesablanmış faiz borcunu kredit müddəti bitənədək hər ay ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 7.1-ci bəndindən müəyyən olunur ki, bu müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilmiş ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə növbəti gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək əlavə cərimə faizləri hesablanır və bu faizlər ilkin faiz dərəcəs inin iki mislinə bərabərdir. Kredit müqaviləsinin 9.2-ci bəndindən müəyyən olunur ki, borcalan kreditdən kredit müqaviləsində göstərilmiş məqsədli təyinatına uyğun istifadə etmədikdə bank müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə, verdiyi krediti bu günə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və cərimə faizinin ödənilməsini borcalandan tələb etmək hüququna malikdir. Kredit müqaviləsinin 14.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə borcaların əsas borcu və faizləri tam ödədiyi tarixədək qüvvədədir. İddiaçı ASC-nin 25.11.2014-cü il tarixli 103-1254/FQ saylı kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 25.12.2014-cü il tarixdən 25.11.2017-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 80000 manat, faiz borcuna görə 22679,85 manat olmaqla cəmi 102679,85 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.06.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışın surətinə əsasən Qəbələ rayonu Çarxana kəndində 0,60 ha torpaq sahəsində yerləşən sahəsi 112,36 m2 olan fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 saylı reyestr kitabının 164 saylı vərəqində qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı ASC, ipoteka verən Cavabdeh1 arasında bağlanmış 14.11.2014-cü il tarixli 103-12İ/FQ saylı ipoteka müqaviləsinə əsasən ipoteka verən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Qəbələ rayonu Ça rxana kəndində 0,60 ha torpaq sahəsində yerləşən sahəsi 112.36 m2 olan fərdi yaşayış evini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.11.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 2 saylı reyestr kitabının 164 saylı vərəqində qeydiyyata alınmış Qəbələ rayonu Çarxana kəndində 0,60 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 14.11.2014-cü il tarixli 103-1254/FQ saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 36 ay müddətinə İddiaçı ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Res publikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.05.2006-cı il tarixli MH seriyalı ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi A.Ələsgər küçəsi 2 saylı evin 6 saylı mənzilini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.12.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışına əsasən Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 48 saylı reyestr kitabının 44429 saylı vərəqində qeydiyyata alınmış Bakı şəhər i Xətai rayonu Əhmədli qəsəbəsi A.Ələsgər küçəsi 2 saylı evin 6 saylı mənzili 14.11.2014cü il tarixli 103-1254/FQ saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 36 ay müddətinə İddiaçı ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. İddiaçı ASC-nin 10.07.2017-ci il tarixli arayışına əsasən borcalan Cavabdeh1 25.11.2014-cü il tarixli 103-1254/FQ saylı kredit müqaviləsinə əsasən 10.07.2017-ci il tarixə əsas borca görə 51495,31 manat, faiz borcuna görə 12207,78 manat, cəriməyə görə 4086,96 manat olmaqla cəmi 67790,05 manat borcu vardır, ödənilmiş əsas borcu 28504,69 manat, faiz borcu 14217,58 manat təşkil edir. İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinə ünvanlad ığı 01.06.2017-ci il tarixli 1123/12 saylı ərizəsində aparılmış qeydə əsasən bankın ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakım Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin 13.06.2017-ci il tarixli **********75 saylı məktubuna əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsi A.Ələsgər küçəsi 2 saylı evin 6 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İddiaçı ASC-nin Cavabdeh1 ünvanladığı 09.03.2017-ci il tarixli 486/12 saylı və Cavabdeh2 ünvanladığı 09.03.2017-ci il tarixli 487/42 saylı bildiriş-xəbərdarlıqlarına əsasən bank ipoteka verənlərə kredit müqaviləsi üzrə borc 17.03.2017-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC-nin Cavabdeh1 ünvanladığı 31.05.2017-ci il tarixli 1115-1/12 saylı və Cavabdeh2 ünvanladığı 31.05.2017-ci il tarixli 1115-/12 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərə əsasən bank ipoteka verənlərə kredit müqaviləsi üzrə borc 12.06.2017-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 19.02.2018-ci il tarixli 11 saylı rəyinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi A.Ələsgər küçəsi 2 saylı evin 6 saylı mənzilinin bazar qiyməti 95000 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin ilə ba ğlı əmlakın qiymətləndirilməsi ilə bağlı 19.02.2018-ci il tarixli 11/1 saylı rəyinə əsasən Cavabdeh1 məxsus Qəbələ rayonu Çarxana kəndində 0,60 ha torpaq sahəsində yerləşən sahəsi 112,36 m2 olan fərdi yaşayış evinin bazar qiyməti 110000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2018-ci il tarixli 5277 saylı rəyinə əsasən 25.11.2014-cü il tarixli 103-1254/FG saylı müqaviləsi üzrə Cavabdeh1 10.07.2017-ci il tarixədək (maliyyə arayışında göstərilən tarix) banka olan cəmi borcu 63703,09 manat müəyyən olunur. O cümlədən əsas borc üzrə 51495,31 manat, faiz borcu üzrə 12207,78 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, Cavabdeh1 tərəfindən banka ümumilikdə 10.07.2017-ci il tarixədək 42722,27 manat ödəniş aparılmış, həmin ödənil miş 42722,27 manat pulun 28504,69 manatı əsas borcdan, 14217,58 manatı isə faiz borcundan silinmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin araşdırılmış hallarından da göründüyü kimi Cavabdeh1 müqavilə üzrə öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya əsas borca görə 51495,31 manat, faiz borcuna görə 12207,78 manat borcu yaranmışdır və bu öz təsdiqini məhkəmə araşdırması zamanı tapmışdır. Apellyasiya instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayış və ödəniş cədvəlindəki məlumatları, ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 385.1, 425.1, 445.1, 442, 448 və 465-ci maddələrinə əsaslanaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 317-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddələrinə əsaslanaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan əmlaklara yönəldilməsini tələb etməkdə haqlı olduğunu və məhkəmənin bu hissədə də düzgün nəticəyə gəldiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz e dilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor un isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində d əbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kredit ora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Cavabdeh1 kassasiya şikayətində kredit borcu üzrə faizlərin əsassız yerə şişirdilməsini və ona məxsus olan kredit borcunun təminat üsulu kimi girov qoyulmuş Qəbələ rayonu Çarxana kəndində 0,60 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini real bazar qiymətinin daha yüksək olmasını qeyd etsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Re spublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa kassasiya şikayətində qətnamədə maddi hüquq normalarını səhv təfsir edildiyini və tətbiqində səhvə yol verildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu göstərməmişdir. Həmçinin ekspert rəyi ilə razılaşmadığını qeyd etsə də, ekspert rəyinin düzgün olmamasını təsdiq edən heç bir sübuta, onun tərəfindən daha artıq ödəniş edilməsinə istinad etməmişdir. Cərimə borcunun azaldılması ilə əlaqədar olaraq isə qeyd edilməlidir ki, cavabdehdən tələb edilən 4086,96 manat dəbbə pulu kifayət qədər azaldılaraq 500 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kredit müqaviləsi iki ipo teka ilə təmin edilmişdir. İpoteka predmetinə tutma yönəldilərkən tutmanın birinci növbədə borcun ödənilməsi üçün yetərli dəyəri olan və ya borcluya məxsus ipoteka predmetinə yönəldilməsi barədə qanunvericilikdə hər hansı norma müəyyən edilməmişdir. Hər iki əmlak kreditin təminatı kimi çıxış etdiyindən məhkəmə qətnaməsi ilə onlardan birinin qabaqcadan ipotekadan azad edilməsi düzgün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 kassasiya şikayətində göstərdiyi məsələlər (əmlakın birinin dəyərinin borcun ödənilməsinə yetərli olması, digərinin satılmasına ehtiyac olmaması və ya satış zamanı ardıcıllığın müəyyən edilməsi) icra mərhələsində həll edilməli məsələlərdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassa siya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103 )-10638/18 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar