Məhkəmə qərarları › İş №2(102)-1900/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1900/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1900/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “İddiaçı” QSC-nin cavabdehlər Cavabdeh3-yə, Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və vəkili X4, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-369/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarix li qətnaməsindən iddiaçı “İddiaçı” QSC və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, “İddiaçı” QSC 27 dekabr 2012-ci il tarixli, 78344 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3-yə 24 ay müddətinə illik 14% ödəmək şərti ilə 180000 manat məbləğində kredit vermişdir.

2. Cavabdeh3-yə verilmiş 78344 saylı kreditin təminatı olaraq 27 dekabr 2012ci il tarixli ipoteka müqaviləsinə əsasən 2012-ci il buraxılış tarixli, “Power Poc” T-35-12 markalı, zavod nömrəsi X013152DE olan, qeydi almaq üçün əsas YGBB577740, 23.10.2012-ci il tarixli, qaimə N:471738, 03.12.2012-ci il tarixli, qeydiyyat şəhadətnaməsi TH N:021895 olan və A z 10-X-636 qeydiyyat nişanlı yerqazan maşın “İddiaçı” QSC qarşısında ipoteka ilə yüklü edilmişdir.

3. Eyni zamanda iş materiallarından görünür ki, “İddiaçı” QSC 01 may 2013-cü il tarixli, 78344-042013 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3-yə 24 ay müddətinə illik 14% ödəmək şərti ilə 205800 ABŞ dolları kredit vermişdir.

4. Cavabdeh3-yə verilmiş 78344-042013 saylı kreditin təminatı olaraq 01 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən 2012-ci il buraxılış tarixli, 2012-ci il HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W yük markalı nəqliyyat maşınları “İddiaçı” QSC qarşısında ipoteka ilə yüklü edilmişdir

5. Həmçinin iş materialları ilə müəyyən edilir ki, “İddiaçı” QSC 08 may 2013-cü il tarixli, 78344-052013 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3-yə kredit xətti açır, kredit xəttinin məbləği 120000 manat təkşil edir, kredit xətti üzrə borcalana kredit 08 may 2013-cü il tarixindən 08 may 2016-cı il tarixinədək verilir. 08 may 2013-cü il tarixli kredit müqaviləsinə dair 27 dekabr 2013-cü il tarxili, 2 saylı kredit Sazişə əsasən Cavabdeh3-yə, 120000 manat məbləğində 06 ay müddətinə kredit vermişdir. Bu sazişə əsasən verilmiş kreditin qaytarılması 08 may 2013-cü il tarixli, 78344- 052013 saylı kredit xəttinin açılması barədə müqavilə ilə müəyyən edilmiş qaydada təmin edilir.

6. Cavabdeh3 verilmiş 78344-052013 saylı kreditin təminatı olaraq 08 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində xxxx küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisind ə 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 120000 manat məbləğində qiymətləndirilmişdir.

7. Bundan başqa Cavabdeh3 verilmiş 78344-052013 saylı kreditin təminatı olaraq 08 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində xxx küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 60000 manat məbləğində qiymətləndirilmişdir. 8. 27 dekabr 2012-ci il, 01 may 2013-cü il, 08 may 2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən, Cavabdeh1 və Cavabdeh2 borcalan Cavabdeh3nin 78 344052013, 78344-042013 və 78344 kredit müqavilələri üzrə bank qarşısında olan bütün öhdəliklərinin yerinə yetirilməsinə zamin durmuşlar.

9. Maliyyə arayışına əsasən borclu Cavabdeh3-nin kredit müqavilələri üzrə banka 28 dekabr 2016-cı il tarixinə 101991,58 ABŞ dolları əsas, 37204,25 ABŞ dolları faiz, 55246,71 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 194442,54 ABŞ dolları borcu və 124710,09 manat əsas, 41525,20 manat faiz, 73449,01 manat cərimə borcu olmaqla, cəmi 239684,30 manat borcu yaranmışdır.

10. Məhkəmə mühasibatlıq ekspertizasının 05 dekabr 2016-cı il tarixli rəyində qeyd edilmişdir ki, Cavabdeh3” MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 27.12.2012-ci il tarixli, 7834 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh3 t ərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 27.12.2012-ci il tarixli, 78344 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh3-nin banka olan borcu 46540,72 manat məbləğində müəyyən olunur, o cümlədən: 27.12.2014-cü il tarixə əsas borc üzrə 44.350, 31 manat, faiz borcu üzrə 2.190,41 manat. Kredit müqaviləsinin 5.1. bəndinə əsasən Borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir nəzərdə tutulmuş lakin bank tərəfindən təqdim edilmiş sənədlərdə bu müqavilə üzrə bank müştərisinə cərimə tətbiq edilməmişdir. 01.05.2013-cü il tarixli, 78324-042013 saylı kredit müqa viləsi üzrə Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 01.05.2013-cü il tarixli, 78344-042013 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh3-nin banka olan borcu 113.738,59 ABŞ dolları kimi müəyyən olunur, o cümlədən: 01.05.2015-cü il tarixə əsas borc üzrə-103.623,76 ABŞ dolları, faiz borcu üzrə-10.114,83 ABŞ dolları. Kredit müqaviləsinin 5.1. bəndinə əsasən Borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir nəzərdə tutulmuş lakin bank tərəfindən təqdim edilmiş sənədlərdə bu müqavilə üzrə bank müştərisinə cərimə tətbiq edilməmişdir. 27.12.2013- cü il tarixli, 2 №-li saziş üzrə Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 27.12.2013-cü il tarixli, 2 №-li sazişin şərtlərini əsas götürülməklə Cavabdeh3-nin sualda göstərilən tarixlərə banka olan borcu müəyyən edilmir, o cümlədən: 27.04.2014-cü il tarixə əsas və faiz borcu 0,00 manat.

11. Əlavə məhkəmə mühasibatlıq ekspertizasının 05 noyabr 2018-ci il tarixli rəyində qeyd edilmişdir ki, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 27.12.2012-ci il tarixli, 7834 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 27.12.2012-ci il tarixli, 78344 saylı kredit müqaviləsinin şərtlərini əsas göt ürülməklə Cavabdeh3-nin banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: 27.12.2014-cü il tarixə əsas borc üzrə 44.350, 31 manat, faiz borcu üzrə 2.190,41 manat, 28.12.2016-cı il tarixə 44.350,31 manat, faiz borcu üzrə 14.625,75 manat, Kredit müqaviləsinin 5.1. bəndinə əsasən Borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir nəzərdə tutulmuş lakin bank tərəfindən təqdim edilmiş sənədlərdə bu müqavilə üzrə bank müştərisinə cərimə tətbiq edilməmişdir. 01.05.2013-cü il tarixli, 78324-042013 saylı kredit müqaviləsi üzrə. “xxxx” MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə a rayışı və 01.05.2013-cü il tarixli, 78344-042013 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh3-nin banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: 01.05.2015-cü il tarixə əsas borc üzrə103.623,76 ABŞ dolları, faiz borcu üzrə-10.114,83 ABŞ dolları, 28 dekabr 2016-cı il tarixə əsas borc üzrə-103.623,76 ABŞ dolları faiz borcu üzrə- 34.172, 81 ABŞ dolları. Kredit müqaviləsinin 5.1. bəndinə əsasən Borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir nəzərdə tutulmuş lakin bank tərəfindən təqdim edilmiş sənədlərdə bu müqavilə üzrə bank müştərisinə cərimə tətbiq edilməmişdir. 27.12.2013-cü i l tarixli, 2 №-li saziş üzrə. Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 27.12.2013-cü il tarixli, 2 №-li sazişin şərtlərini əsas götürülməklə Cavabdeh3-nin sualda göstərilən tarixlərə banka olan borcu müəyyən edilmir, o cümlədən: 27.04.2014-cü il tarixə əsas və faiz borcu 0,00 manat, 28.12.2016-cı il tarixə əsas və faiz borcu 0,00 manatdır İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı “İddiaçı” QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, yekun olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3-dən, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 101991,58 ABŞ dolları əsas kredit borcunun, 37204,25 ABŞ dolları əsas mə bləğə hesablanmış faiz borcunun, 55246,71 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 194442,54 ABŞ dolları məbləğində borcunun və 124710,09 manat əsas kredit borcunun, 41525,20 manat məbləğində əsas məbləğə hesablanmış faiz borcunun, 73449,01 manat məbləğində hər gecikdirilmiş günə görə cərimə borcunun, 20 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehlərə bildirişin göndərilməsi üzrə poçt xərcləri 7,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin əmlak sahiblərinə göndərilməsi üzrə poçt xərci 05 manat və 30 manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun, cəmi 239746,80 manat borcun “İddiaçı” QSCnin xeyrinə tutulması habelə, cavabdehlərdən həmin məbləğlərin tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan xxxx küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin (ipoteka predmetinin) ilkin satış qiyməti 27.02.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən 08.05.2013-cü il tarixli ipoteka müqaviləsi ilə tərəflər arasında razılaşdırılmış 120000 manat olmaqla və ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan X8 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin (ipoteka pr edmetinin) ilkin satış qiyməti 27.02.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən 08.05.2013-cü il tarixli ipoteka müqaviləsi ilə tərəflər arasında razılaşdırılmış 60000 olmaqla açıq hərracdan satılmasına, habelə, ipoteka qoyulmuş mülkiyyət hüququ ilə “xxxx” MMC-yə məxsus olan 2012-ci il buraxılış tarixli, “Power Poc” T-35-12 markalı, zavod nömrəsi X013152DE olan, qeydi almaq üçün əsas YGBB577740, 23.10.2012-ci il tarixli, qaimə N:471738, 03.12.2012-ci il tarixli, qeydiyyat şəhadətnaməsi TH N:021895 olan və Az 10-X-636 qeydiyyat nişanlı yerqazan maşının hərracdan satılmasına, habelə, ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh3-yə məxsus olan 2012-ci il buraxılış tarixli, şassi/ban nömrəsi LZZ5EXSD5CN659795 olan, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli HOWO ZZ3317N3867W yük mar kalı nəqliyyat vasitəsi, 2012-ci il buraxılış tarixli, şassi/ban nömrəsi LZZ5EXSD6CN659790 olan, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli HOWO ZZ3317N3867W yük markalı nəqliyyat vasitəsi, 2012-ci il buraxılış tarixli, şassi/ban nömrəsi LZZ5EXSD3CN659794 olan, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli HOWO ZZ3317N3867W yük markalı nəqliyyat vasitəsi, 2012-ci il buraxılış tarixli, şassi/ban nömrəsi LZZ5EXSD8CN659791 olan, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli HOWO ZZ3317N3867W yük markalı nəqliyyat vasitəsi, 2012-ci il buraxıhş tarixli, şassi/ban nömrəsi LZZ5EXSDXCN659792 olan, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli HOWO ZZ3317N3867W yük markalı nəqliyyat vasitəsi və 2012-ci il buraxılış tarixli, şassi/ban nömrəsi LZZ5EXSD1CN659793 olan, **-JD-*** dövlət qeydiyyat niş anlı, ağ rəngli HOWO ZZ3317N3867W yük markalı nəqliyyat vasitəsinin hərracdan satılmasına və açıq hərracdan satılmasından əldə edilən məbləğlərdən tələb olunan məbləğ həcmində tutularaq, “İddiaçı” QSCnin xeyrinə ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsini cavabdehlərin digər vəsaitləri və əmlakları hesabına ödənilməsi, ipoteka müqavilələrinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan xxx küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m asas, 4.9 kv.m köməkçi sahədan ibarət qeyri yaşayış sahəsi və xxx küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9. 2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 dekabr 2012-ci il tarixində “İddiaçı” QSC ilə Cavabdeh3 arasında 78344 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3-yə 24 ay müddətinə, illik 14% olmaqla 180000 manat məbləğində kredit verilmişdir. 01 may 2013-cii il tarixində “İddiaçı” QSC ilə Cavabdeh3 arasında 78344-042013 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3-yə 24 ay müddətinə, illik 14% olmaqla 205800 ABŞ dollarl məbləğində kredit verilmişdir. 08 may 2013-cü il tarixində “İddiaçı” QSC ilə Cavabdeh3 arasında 78344-052013 saylı kredit müqaviləsi bağlanmışdır. Kredi t müqaviləsinin şərtlərinə görə Cavabdeh3-yə 08 may 2016-ci il tarixinədək, 36 ay müddətinə 120000 manat məbləğində kredit xətti açılmışdır. 27 dekabr 2013-cü il tarixdə "İddiaçı” QSC ilə Cavabdeh3 arasında 08 may 2013-cü il tarixli 78344-052013 saylı kredit müqaviləsinə dair 2 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh3-yə 06 ay müddətinə, illik 14% olmaqla 120000 manat məbləğində kredit verilmişdir. Borcalanın 78344 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 27 dekabr 2012-ci il tarixində bank ilə borcalan və ipoteka qoyan Cavabdeh3 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh3-yə məxsus olan 2012-ci il buraxılış tarixli, “Power Poc” T-35-12 markal ı, Az 10-X-636 qeydiyyat nişanlı yerqazan maşın "İddiaçı” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair 09 yanvar 2013-cü il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafıq rəsmi reyestrindən çıxarış təqdim edilmişdir. Borcalanın 78344052013 saylı kredit müqaviləsindən irəli gələn ödəliyinin icrasının təmin edilməsi məqsədi ilə 01 may 2013-cü il tarixində bank ilə borcalan və ipoteka qoyan 'Cavabdeh3” MMC ipoteka müqaviləsi bağlanılmışdır. Bağlanılmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh3-yə məxsus olan 2012-ci il buraxılış tarixli, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli yük markalı nəqliyyat vasitəsi, 2012-ci il buraxıhş tarixli, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli yük markalı nəqliyyat vasitəsi, 2012-ci il buraxılış tarixli, **-JD*** dövlət qeydiyyat nişanlı, ağ rəngli yük markalı nəqliyyat vasitəsi, 2012-ci il buraxılış tarixli, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli yük markalı nəqliyyat vasitəsi, 2012-ci il buraxıhş tarixli, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli yük markalı nəqliyyat vasitəsi və 2012-ci il buraxılış tarixli, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli yük markalı nəqliyyat vasitəsi “İddiaçı” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair 01.05.2013-cü il tarixili ipoteka müqaviləsinin q eydiyyata alınması ilə əlaqədar daşınar əmlakların müvafiq rəsmi reyestrindən çıxarış təqdim edilmişdir. Borcalanın 78344-052013 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 08 may 2013-cü il tarixində bank ilə borcalan Cavabdeh3 və ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqavilələri bağlanmışdır. Bağlanmış ipoteka müqavilələrinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan xxxx küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və X8 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi “İddiaçı” QSC-nin xeyrinə ipot eka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbavcan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair 10.05.2013-cü il tarixili yüklülük barədə çıxarışlar təqdim edilmişdir. Bununla yanaşı borcalanın 78344 saylı, 78344-042013 saylı və 78344-052013 saylı kredit müqavilələrindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 və X10 ilə bank arasında 27 dekabr 2012-ci il, 01 may 2013-cü il və 08 may 2013-cü il tarixlərində zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşıdıqlarına dair öhdəlik götürmüşlər. “İddiaç ı QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh3 kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin verilməsin baxmayaraq, kredit müqaviləsi üzrə öhdıliklərini icra etməmişlər və bu günə kimi banka olan borclarını ödəməmişlər.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim X.A.Mərdanova) 01 may 2017-ci il tarixli, 2(006)-17/2017 saylı qətnaməsi ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 01 may 2013-cü il tarixli, 78344-042013 saylı kredit müqaviləsi üzrə 103623 (yüz üç min altı yüz on üç) ABŞ dolları 76 (yetmiş altı) sent əsas kredit bo rcunun, 10114 (on min yüz on dörd) ABŞ dolları 83 (səksən üç) sent əsas məbləğə hesablanmış faiz borcunun, 3000 (üç min) ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 116738 (yüz on altı min yeddi yüz otuz səkkiz) ABŞ dolları 59 (əlli doqquz) sent məbləğində borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, 27 dekabr 2012-ci il tarixli 78344 saylı kredit müqaviləsi üzrə 44350 (qırx dörd min üç yüz əlli) manat 31 (otuz bir) qəpik məbləğində əsas kredit borcunun, 2190 (iki min yüz doxsan) manat 14 (on dörd) qəpik məbləğində əsas məbləğə hesablanmış faiz borcunun, 3000 (üç min) manat məbləğində hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 49540 (qırx doqquz min beş yüz qırx) manat 45 (qırx beş) qəpik borc, 20 mana t ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehlərə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərcləri 7,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin əmlak sahiblərinə göndərilməsi üzrə poçt xərci 05 manat və 30 manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi «İddiaçı» QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh3 məxsus olan “Power Poc” T-35-12 markalı, Az 1Q-X-636 qeydiyyat nişanlı yerqazan maşına, HOWO 3317N3867W yük markalı **-JD-***, **-JD-***, **-JD-***, **-JD-***, **-JD-***, **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərə və Cavabdeh1 məxsus olan xxxx küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və X8 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahələri, yük və yerqazan maşınları açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti olan xxxx küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 120000 (yüz iyirmi min) manat müəyyən edilməsi, ipoteka predmeti ol an X8 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilməsi, kredit borcu tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh3-yə və Cavabdeh1 qaytarılması, girov qoyulmuş əmlakların satışından əldə olunacaq vəsait qətnamənin icrasına yetərli olmadığı halda, qalan məbləğin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «İddiaçı» QSC-yə ödənilməsi, xxx küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə və X8 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisin də 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda, qeyri-yaşayış sahələrinin 1 ay müddətində boşaldılması, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 50 manat ekspertiza xərci tutularaq, dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, rəydə qeyd olunmuş cavabdehdən iddiaçının xeyrinə tutlmalı olan borc məbləğinini işin hallarına uyğun olmaqla ağlabatan və ədalətlidir.

16. Ona görə də borclu kredit müqaviləsi üzrə üzərinə düşən ö hdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən və zaminlər öhdəliyin icrası ilə bağlı borclu ilə birgə məsuliyyət daşıdığından, cavabdehlərdən 27 dekabr 2012-ci il tarixli 78344 saylı kredit müqavilə üzrə 44350,31 manat əsas və müqavilə müddətinin sonuna hesablanmış 2190,41 manat faiz borcu, 01 may 2013-cü il tarixli 78344-042013 saylı kredit müqaviləsi üzrə 103623,76 ABŞ dolları əsas və müqavilə müddətinin sonuna hesablanmış 10114,83 ABŞ dolları faiz borcu tutularaq “xxxx” QSC-yə ödənilməlidir.

17. Bundan başqa məhkəmə işin hallarını, əsas borcun məbləğinə nisbətdə dəbbə pulu məbləğinin yüksək olduğunu nəzərə alaraq, 3000 ABŞ dolları və 3000 manat həddinədək azaldılmasını ədalətli hesab etmişdir.

18. Həmçinin məhkəmə hesab etmişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik bo rclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş qeyri-yaşayış sahələrinə, yük və yerqazan maşınlara yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borc ödənilməli, kredit borcu tam ödənildikdən sonra satışdan qalan məbləğ Cavabdeh3 və Cavabdeh1 qaytarılmalı, girov qoyulmuş əmlakın satışından əldə olunacaq vəsait qətnamənin icrasına yetərli olmadığı halda, qalan məbləğ cavabdehlərdən tutularaq “xxxx” QSC-yə ödənilməlidir.

19. Eyni zamanda “İddiaçı” QSC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanılarkən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetlərinin məbləği müvafiq olaraq 120000 manat və 60000 manat müəyyən edildiyindən, ipoteka predmeti Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi satışa çıxarıldıqda ilkin satış qiyməti 120000 manat, X8 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi isə 60000 manat məbləğində müəyyən edilməlidir.

20. Bundan başqa ipoteka predmeti olan qeyri-yaşayış sahələrinə tutma yönəldildikdə və o satıldıqda, qeyri-yaşayış sahələri 1 ay müddətində boşaldılmaldır.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.7, 295, 317, 319.1, 385.1, 386.1, 442, 443.1, 445.2, 448.1, 448.2, 462, 467, 470.1, 472.2, 739.1, 740-cı, “İpoteka haqqında” Qanunun 34.1.1, 59.3.1-ci, Mülki Prossesual Məcəllənin 88, 101.3, 103.1, 107, 115.0.1, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Qətnamədən iddiaçı “İddiaçı” QSC və Cavabdeh3 apellyasiya şikayətləri vermişlər.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) 21.12.2018-ci il tarixli, 2(103)-181/2018 nömrəli qətnaməsi ilə Cavabdeh3-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli qətnaməsi qismən, yəni “tələb Cavabdeh3 məxsus olan “Power Poc” T-35-12 markalı, Az 10-X-636 qeydiyyat nişanlı yerqazan maşına, HOWO 3317N3867W yük markalı **-JD-***, 99-JD134, **-JD-***, **-JD-***, **-JD-***, ** JD-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərə və Cavabdeh1 məxsus olan xxx küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi və X9 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahələri, yük və yerqazan maşınları açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti olan xxx küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsini n ilkin satış qiyməti 120000 (yüz iyirmi min) manat müəyyən edilməsi, ipoteka predmeti olan X8 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilməsi, kredit borcu tam ödənildikdən sonra satışdan qalan məbləğ Cavabdeh3-yə və Cavabdeh1 qaytarılması, girov qoyulmuş əmlakların satışından əldə olunacaq vəsait qətnamənin icrasına yetərli olmadığı halda, qalan məbləğ Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «İddiaçı» QSC-yə ödənilməsi, xxx küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi nə və X8 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda, qeyri-yaşayış sahələri 1 ay müddətində boşaldılsın"hissəsində ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, 27 dekabr 2012-ci il tarixli 78344 saylı kedit müqaviləsi üzrə tələb 27 dekabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyətə məxsus 2012-ci il buraxılış tarixli, “Power Poc” T-35-12 markalı və Az 10-X-636 qeydiyyat nişanlı yerqazan maşına yönəldilmiş və yerqazan maşın açıq hərrac vasitəsi ilə satılsın, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, artıq məbləğ qalarsa ipoteka qoyana qa ytarılması, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə, qalan borcun Cavabdeh3-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “İddiaçı” qapalı səhmdar cəmiyyətinə ödənilməsi, 01 may 2013-cü il tarixli 78344-042013 saylı kredit müqaviləsi üzrə tələb 01 may 2013- cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyətə məxsus 2012-ci il buraxılışlı, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W (cəmi 6 ədəd) yük markalı özüboşaldan avtomobillərə yönəldilməsi və həmin avtomobillərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, artıq məbləğ qalarsa, ipoteka qoyana qaytarılması, satışdan əldə edilm iş vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə, qalan borc Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyətindən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “İddiaçı” qapalı səhmdar cəmiyyətinə ödənilməsi, qətnamənin, Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyətin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə, dəyişdirilmədən saxlanılması, iddiaçı “İddiaçı” qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayətinin təmin edilməməsi, qətnamə, iddiaçı “İddiaçı” qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə, dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza xərci – 150 (yüz əlli) manat, iddiaçı “İddiaçı” qapalı səhmdar cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** M üxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE**********0020885 01 hesabına ödənilməsi qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər onun mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas olmasa da, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər tələbin ipoteka predmetlərinə yönəldilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi üçün əsasdır.

25. Əvvəla, iddiaçı cavabdehlərdən 27 dekabr 2012-ci il tarixli, 78344 saylı, 01 may 2013-cü il tarixli, 78344-042013 saylı kredit müqavilələrinə və 08 may 2013-cü il tarixli, 78344-052013 saylı kredit xətti müqaviləsinə dair 27 dekabr 2013-cü il tarxli, 2 saylı k redit Sazişi üzrə kredit borcunu tələb edərək, tələbin həmdə Cavabdeh1 mülkiyyətində X8 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi və xxx küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsini və o satıldıqda, qeyri-yaşayış sahələri 1 ay müddətində boşaldılmasını tələb etsə də, qeyd olunan qeyri yaşayış sahələrinin 27 dekabr 2012-ci il tarixli, 78344 saylı, 01 may 2013-cü il tarixli, 78344-042013 saylı kredit müqavilələri üzrə ipoteka müqaviləsinə əsasən yüklü edilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, iş materia lları həmin qeyri yaşayış sahələrinin yalnız 08 may 2013-cü il tarixli, 78344-052013 saylı kredit xətti müqaviləsi üzrə verilmiş kreditin təminatı kimi ipoteka müqaviləsi əsasında yüklü edildiyi və ipoteka müqaviləsinin də yalınz həmin kredit müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı təsdiq olunur. Birinci instansiya məhkəməsi isə 08 may 2013-cü il tarixli, 78344052013 saylı kredit xətti müqaviləsi üzrə 27 dekabr 2013-cü il tarxli, 2 saylı kredit Sazişi üzrə verilmiş kredit üzrə borcalanın iddiaçıya hər hansı bir məbləğdə borcu qalmadığı qənaətinə gəlsə də, borcalanın digər kredit müqavilələri üzrə qalan borcuna görə tələbin həmdə Cavabdeh1 mülkiyyətində olan, başqa kredit müqaviləsi üzrə yüklü edilən qeyriyaşayış sahələrinə yönəldilməsi barədə əsassız qənaətə gəlm işdir.

26. İkincisi, işdən görünür ki, 27 dekabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3-yə verilmiş 78344 saylı kreditin təminatı olaraq 2012-ci il buraxılış tarixli, “Power Poc” T-35-12 markalı, Az 10-X-636 qeydiyyat nişanlı yerqazan maşın, 01 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən isə Cavabdeh3-yə verilmiş 78344042013 saylı kreditin təminatı olaraq 2012-ci il buraxılış tarixli, 2012-ci il HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W yük markalı özüboşaldan avtomobillər “xxxx” QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin, birinci instansiya məhkəməsi hər iki kredit müqaviləsi üzrə olan kredit borcuna görə, tələbin ipoteka predmetlərinə yönəldilməsini, yüklü edildiyi kredit müqaviləsi üz rə deyil, ümumi şəkildə, yəni hər iki kredit müqaviləsi üzrə olan borca görə, həmin kredit müqavilələri üzrə ipoteka müqaviləsi ilə yüklü edilməyən ipoteka predmetlərinə yönəldilməsinə dair düzgün olmayan nəticəyə gəlmişdir. Çünki, birinci kredit müqaviləsi üzrə yalnız yerqazan maşın, ikinci kredit müqaviləsi üzrə yalnız 6 ədəd yük markalı özüboşaldan avtomobil, üçüncü kredit müqaviləsi üzrə isə yalnız 2 qeyri yaşayış sahəsi ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

27. Üçüncüsü, iddiaçı birinci instansiya məhkəməsinin kredit müqavilələri üzrə tələb edilən əsas və faiz borcu məbləğinin məhkəmə mühasibatlıq ekspertizasının rəyində müəyyən edilən məbləğləri əsas götürməsini mübahisələndirmiş və əlavə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini tələb etmişdir. Birinci instansiya məhkəmə si bu vəsatəti təmin etməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin təkrar vəsatəti əsasında əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyi də ilkin rəylə eyni olmuşdur. İddiaçı yenə də narazı qalaraq təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini istəyir, lakin bunun zəruriliyini hər hansı bir formada əsaslandırmır. Belə ki, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Lakin nə ilkin, nədə əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəylərində bu halların mövcudluğu məhkəmədə hər hansı bir şü bhə doğurmamışdır, iddiaçının nümayəndəsi də ekspert rəyi ilə müəyyən edilən əsas və faiz borcun məbləğinin düzgün olmadığına dair hansısa ciddi dəlil irəli sürmədi. Ona görə də, ekspert rəylərinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur.

28. İddiaçı əsas və faiz borcu ilə yanaşı cərimə də tələb etmişdir. Cərimə məbləği birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan məbləğdə azaldılmış, iddiaçı azaldılmasını, cavabdeh isə çox olmasını apellyasiya şikayətlərində mübahisələndirmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq hesab etmişdir ki, dəbbə pulu azaldıla bilər və bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Belə ki, tələb edilən cərimənin məbləğinin nə qədər olması barədə ekspert q arşısında sual qoyulsa da, ekspert bununla bağlı rəy verə bilməmiş yaxud bunun üçün xüsusi biliyi kifayət qədər olmamışdır. Bu hal özü də cərimənin azaldılmalı olmasını zəruri və əsaslı edir. Çünki, qeyd olunan məbləğdə, o cümlədən manatla olan kredit müqaviləsi üzrə əsas və faiz borcun məbləğindən artıq məbləğdə cərimənin tələb edilməsi açıq-aşkar işin hallarına uyğun olmamışdır. İddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən cərimənin qeyd olunan məbləğdə azaldılması işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğundur. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

30. Qətnamədən iddiaçı “İddiaçı” QSC kassasiya şikayəti vermişdir.

31. Azərbaycan Res publikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.05.2019cu il tarixli, 2(102)-3391/2019 saylı qərarı ilə (sədrlik edən-S.Hacıyev, hakimlər-Q.Əsgərov və E.Vəliyeva) iddiaçı "İddiaçı" QSC-nin kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21,12.2018-ci il tarixli, 2(103 181/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

32. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, iddiaçı iş üzrə keçirilmiş ekspertiza rəylərinin nəticələrindən narazı qalmış, habelə ekspertizanın keçirilməsi zamanı ilkin ekspertizanın əsassızlığı ilə bağlı qeyd etdiyi dəlillərin əlavə ekspertizanın keçirilməsi zamanı nəzərə alınmadığını, habelə əlavə ekspertizanın keçirilməsi zam anı təklif etdiyi sualların qərardadda əks olunmadığını və nəticədə əlavə ekspertiza rəyi ilə mühüm məqamların qeyri-müəyyən şəkildə qalmasını qeyd etmişdir.

33. Kassasiya kollegiyası istinad edilən dəlillərin əsaslı olması qənaətinə gələrək hesab etmişdir ki, həqiqətən də həm birinci instansiyası məhkəməsində işə baxılarkən iddiaçının ilkin məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı təqdim etdiyi vəsatətdə qeyd edilən əsaslar, həm apellyasiya şikayətində əks olunmuş dəlillər, həmçinin də apellyasiya instansiyası məhkəməsində təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatətdəki suallar məhkəmələr tərəfindən hər hansı əsaslandırma təqdim etmədən nəzərə alınmayaraq müvafiq ekspertizalar keçirilmişdir.

34. Bundan başqa iddiaçı tərəf ekspertizanın keçirilməsi zamanı aydınlaşd ırılmalı məsələlər dair suallarını təqdim etsə də, apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin tələbləri zidd olaraq ekspertizanın keçirilməsi zamanı nə sulları nəzərə almış, nə də sulların rədd edilməsini əsaslandırmamışdır.

35. Halbuki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar ta rixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

37. Həmçinin kassasiya kollegiyası hesab etmişdir ki, iddia tələbinin borcun ipotekaya yönıldilməsi, ipoteka premdetinin satışı və boşaldılması tələbi borcun tutulması tələbindən irəli gəldiyindən və hazırda iddianın borcun tutulması tələbi hissəsi üzrə yekun nəticəyə gəlinməsi mümkünsüz olduğundan qətnamə tam şəkildə ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-369/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən- F.Talışinski, hakimlərV.Sadıqov və Z.Şirinov) iddiaçı “İddiaçı” QSC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-17/2017 saylı işi üzrə 01 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsinin qismən təmin edilməsi, 01 may 2013-cü il tarixli, 78344-042013 saylı kredit müqaviləsi üzrə 29470 ABŞ dolları 44 sent əsas kredit borcunun, 37204 ABŞ dolları 25 sent əsas məbləğə hesablanmış faiz borcunun, 6000 ABŞ dolları cərimə borcunun, cəmi 72674 (yetmiş iki min altı yüz dörd) ABŞ dolları 69 sent məbləğində borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə cavabdehlər Cavabdeh3-dən, Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada iddiaçı “İddiaçı” QSC-nin xeyrinə tutulması, tələbin HOWO 3317N3867W yük markalı **-JD-***, **-JD-***, **-JD-***, **-JD-***, 99-JD137, **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərə yönəldilməsi, 27 dekabr 2012-ci il tarixli 78344 saylı kredit müqaviləsi üzrə 1975.73 manat məbləğində əsas məbləğə hesa blanmış faiz borcunun, 26.95 manat məbləğində cərimə borcunun, cəmi 2002.68 (iki min iki manat altmış səkkiz qəpik) manat pulun, cavabdehlər Cavabdeh3-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı “İddiaçı” QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh3-yə məxsus olan "Power Poc" T-35-12 markalı, Az 10-X-636 qeydiyyat nişanlı yerqazan maşına yönəldilməsi, 08 may 2013 (27.12.2013)-cü il tarixli, 78344-052013 saylı kredit xətti müqaviləsi üzrə 32813.26 manat əsas məbləğə hesablanmış faiz borcunun, 3000 manat cərimə borcunun, cəmi 35813.26 manat pulun cavabdehlər Cavabdeh3-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “İddiaçı” QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus olan, ilkin satış qiyməti 120000 (yüz iyirmi min) manat müəyyən edilməklə - xxxx küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə və ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilməklə- X8 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.rn köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin, yük və yerqazan maşınların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetlərinin açıq hərracda satışından qalan və ya borcların ödənilməsinə yetməyən pul vəsaitlərinin müvafiq kredit və ipoteka müqavilələri üzrə borclular, ipotekaqoyan və ipotekasaxlayanlar vasitəsi ilə icra qaydası nda həll edilməsi, qeyri-yaşayış sahələrinin hərracda (ipotekaqoyan istisna olmaqla başqa şəxslərə) satıldıqdan sonra bir ay müddətində boşaldılması, cavabdehlər “Cavabdeh3" MMC-dən, Cavabdeh1 və Cavabdeh2 350 (üç yüz əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

39. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılsa da borcun yaranması və faizlərin tutulması, habelə hər kredit müqaviləsi üzrə müvafiq olaraq ipoteka müqaviləsindən irəli gələn ipoteka predmetinə yönəldilmə hissəsində səhvə yol verdiyindən bu hissədə dəyişdirilməli, tələb həddində audit rəyində tələb edilən – 28.12.2016-cı i l tarixə əsas borc, faiz borcu və cərimə tutulmalı, müvafiq ipoteka müqavilələrdən irəli gələn ipoteka predmetinə yönəldilmə həyata keçirilməlidir. Apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumu və digər xərclər üçün məhkəmə xərci ödəyən tərəflərə aid edilməli, ekspertiza xərcləri cavabdehlər - əsas borclu və zaminlərdən tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı “İddiaçı” QSC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin 01 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcunun müəyyən olunması hissəsində ləğv edilməsini və həmin hissədə faiz borcunun Audit Palatasının rəyinə əsasən 68,910.28 ABŞ dolları (altmış səkkiz min doqquz yüz on A BŞ dolları, 28 sent) məbləğində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını faiz borcunun tutulması hissəsində düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.

42. Cavabdeh3 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətl ərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

45. İddiaçının nümayəndəsi X5 və vəkili X6 izahat verərək, kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin 01 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcunun müəyyən olunması hissəsində ləğv edilməsini və həmin hissədə faiz borcunun Audit Palatasının rəyinə əsasən 68,910.28 ABŞ dolları (altmış səkkiz min doqquz yüz on ABŞ dolları, 28 sent) məbləğində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

46. Cavabdehin vəkili izahat verərək, kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

47. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

48. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

49. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh3 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

52. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

53. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

54. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

55. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

56. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

57. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

58. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

59. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

60. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 462.1)

61. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o c ümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. (maddə 465.2)

62. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467)

63. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kr editoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (maddə 470.1)

64. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) “İpoteka haqqında” Qanun

65. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)

66. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldi lməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)

67. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)

68. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. (maddə 39.3.3)

69. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirl ər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1). Mülki Prossesual Məcəllə

70. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

71. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

72. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

73. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarıl malıdır. (maddə 217.2)

74. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

75. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

76. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

79. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətl əri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

80. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “İddiaçı” QSC və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-369/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar