Məhkəmə qərarları › İş №2(102)-1900/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1900/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1900/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bərdə rayonu 1 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət, kassasiya şikayətinin qanunla müəyyən edilmiş formada tərtib edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bərdə rayonu 1 saylı Notariat Kont oruna qarşı “alqı-satqı müqavilələrinin, həmin müqavilə əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2448/2022 nömrəli, 8 fevral 2023-cü il tarixli qərardadından iddiaçıların birgə verdikləri kassasiya şikayətinə 01 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bərdə rayonu 1 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4Ə-102 saylı 7 aprel 2005-ci il tarixli və 4Ə-560 saylı 17 mart 2021-ci tarixli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş sənədlərin e tibarsız hesab edilməsi və Cavabdeh3 Bərdə rayonu 2-ci Nazırlı kəndində yerləşən 2,46 ha pay torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

3. Bərdə Rayon Məhkəməsinin 2(021)-803/2022 nömrəli iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Elsun Əhmədov)

4. İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2448/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qətna məsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, İslam Həsənov)

6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (Vəkil) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2448/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılıb. Əsas ondan ibarət olub ki, şikayətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olunması göstərilməyib.

8. İddiaçılar apellyasiya instansiyası məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərardadından kassasiya şikayəti vermişlər.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2448/2022 nömrəli, 8 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev, İslam Həsənov)

10. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, həmin məhkəmənin 20 dekabr 2022-ci il tarixli qərardadını iddiaçılar 10 yanvar 2023-cü il tarixində almış, lakin qərardaddan kassasiya şikayətini 1 fevral 2023-cü il tarixdə poçt orqanına təqdim etməklə, qərardaddan şikayət verilə bilməsi üçün qanunla müəyyən e dilmiş 10 günlük müddəti ötürmüşlər.

11. Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, iddiaçılar şikayətlərinə "xxxx" MMC-nin Bərdə rayon poçt filialının 1 fevral 2023-cü il tarixli arayışını təqdim etməklə, qərardadı 27 yanvar 2023-cü il tarixdə almalarını iddia etsələr də, iş materiallarında olan poçt göndərişinin verilməsinə dair xəbərnamədə qərardadın İddiaçı1 tərəfindən 10 yanvar 2021-ci il tarixdə qəbul edilməsi müəyyən edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsi onu da vurğulayıb ki, kassasiya şikayəti MPM-in 3 saylı Əlavəsində nəzərdə tutulmuş formaya uyğun deyil. olmaması müəyyən edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 135, 407.1, 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın də lilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçılar (Vəkil) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 8 fevral 2023-cü il tarixli qərardadının ləğv, kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişlər.

15. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərardadı onlara xx.xx.2023-cü ildə deyil, xx.xx.2023-cü il tarixdə verilmişdir. Bunu "xxxx" MMC-nin Bərdə poçt filialının xx.xx.2023-cü il tarixli BPF 12/06 nömrəli apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış məktubu da təsdiq edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəy yən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qay tarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 405.0.2. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayə tində aşağıdakılar göstərilməlidir: Maddə 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; Maddə 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; Maddə 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; Maddə 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci mad dəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; Maddə 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

17. K assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qərardadı tam yoxlayır.

19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya məhkəməsi iddiaçının kassasiya şikayətini geri qaytararkən iki əsasa – müddətin ötməsinə və şikayətin MPM-in 3 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməməsinə istinad etmişdir.

22. Kassasiya şikayətini müddətin ötməsi əsası ilə qaytarmaqla apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

23. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, 20 dekabr 2022-ci il tarixli qərardadı iddiaçılar 10 yanvar 2023-cü il tarixində almış, lakin qərardaddan kassasiya şikayətini 1 fevral 2023-cü il tarixdə poçt orqanına təqdim etməklə, qərardaddan şikayət verilə bilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürmüşlər. Halbuki Mülki prosessual Məcəllənin 405.0.2-ci maddəsinə görə qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan kassasiya şikayəti verilə bilər.

24. Apellyasiya instansiya məhkəməsi iddiaçıların "xxxx" MMC-nin Bərdə rayon poçt filialının 1 fevral 2023-cü il tarixli arayışına istinadən qərardadı 27 yanvar 2023-cü il tarixdə almaları barədə dəlillərin i əsassız saymış və göstərmişdir ki, poçt göndərişinin verilməsinə dair xəbərnamədə qərardadın İddiaçı1 tərəfindən 10 yanvar 2021-ci il tarixdə qəbul edilməsi müəyyən edilmişdir.

25. Buna görə də, məhkəmə kollegiyası işin müəyyən edilmiş halları baxımından kassasiya şikayətinin müddətin ötməsi əsası ilə geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticəni qanuni və əsaslı edir.

26. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini qaytararkən həmçinin MPM-in 407.1-ci maddəsinə əsasən şikayətin həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməməsinə də (3 saylı Əlavədə müəyyən olunmuş) istinad etmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şikayətin MPM ilə müəyyən edilmiş formada verilməməsi (3 saylı Əlavədə müəyyən olunmuş) barədə gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişikliklər edilmişdir. Dəyişikliklərdən biri də kassasiya şikayətinin MPM-in 3 saylı Əlavəsində müəyyən olunmuş formada verilməli olması tələbidir.

28. Nəzərə alınsa ki, prosessual qanunvericiliyin tələbinə görə şikayətin kassasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir və belə əsaslardan biri də şikayətin qanunla müəyyən edilmiş formada (3 saylı Əlavədə müəyyən olunmuş) verilməsidir, belə olan halda, şikayətin forma tələblərinə əməl edilməməsi əsası ilə geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də qanuni və əsaslı olmuşdur. Belə ki, şikayətdə işin faktiki halları sadalanıb, qətnamədən verilən kassasiya şikayətinin qaytarılması barədə qərardad üzrə hansı prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi və ya pozulmasının nədən ibarət olması şərh edilməyib, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmayıb.

29. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2448/2022 nömrəli, 8 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar