Məhkəmə qərarları › İş №2(102)-1900/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1900/2024

26.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1900/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (deliktdən irəli gələn mübahisələr; real zərər; lizinq müqaviləsi; müqavilə tələbləri üzrə kəsici müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-236/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfin dən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış "Kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli Müqaviləyə əsasən 1 ədəd Sampo Rosenlew SR-2065 markalı 18ABl62 dövlət qeydiyyat nişanlı taxılyığan kombayn xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün 7000 min manat müqabilində Cavabdeh istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.2.5, 2.2.6 və 2.2.8-ci bəndlərinə əsasən cavabdeh həmin kombaynı saz və dəst halda lizinq verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə görə, yalnız qeydə alınmış qarşısıalınmaz hadisənin meydana gəlməsi səbəbindən tərəflər müqavilədən irəl i gələn öhdəliklərini yerinə yetirmədiklərinə görə məsuliyyətdən azad edilirlər.

2. Kombayn xx.xx.2021-ci il tarixdə Qusar rayonu Piral kəndində yamacdan fırlanaraq aşmışdır.

3. ASC-nin Sabirabad Regional Nümayəndəliyinin Hacıqabul Rayon Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixdə qüsur aktı tərtib edilmiş və göstərilmişdir ki, kombaynın biçən aparatının (xeyder) cəhrəsi, biçən aparatın üstündən gedən turbası qırılıb və əyilib, biçən aparatın şkifləri yararsız hala düşüb, kabinanın üstü əyilmişdir, kabinanın yan və qabaq şüşələri qırılmışdır, elektrik avadanlığı yararsız hala düşüb, şinlər diskdən çıxıb, arxa peredok ramadan qırılıb düşüb, bunker əyilib, yan kapotlar əyilib, kombaynda elektrik sistemi işləmədiyi üçün mühərriki yoxlamaq mümkün deyil, arxa doskaların ikisi əyilib və qırılıb, kombayn arxa tərəfdən burulub.

4. İddiaçı tərəfindən dəymiş zərər 20920 manat məbləğində qiymətləndirilmiş, bu barədə arayış tərtib edilmiş və zərərin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixli pretenziya göndərilmişdir.

5. ETSN yanında Milli Hidrometrologiya Xidməti tərəfindən təqdim edilmiş arayışa əsasən xx.xx.2021-ci il tarixdə hava dəyişkən buludlu (7/6), meteoroloji görünüş məsafəsi 2-10 km, havanın orta temperaturu 23,2ºC, minimal temperaturu 21,3ºC, Şimal-Şimal-Şərq istiqamətli küləyin maksimal sürəti 6 m/san (4 bal) olmuşdur. 4 bal – Bosfor şkalasına əsasən mülayim küləkdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə keçən gecə ildırım çaxmış, leysan xarakterli yağış və yağış yağmış, yağıntının miqdarı 12,3 mm olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə müraciət edərək, kombaynın tam bərpası üçün hesablanmış 20920 manat dəymiş maddi ziyanın və 152,76 manat ödənilmiş dövlət rüsumunun, cəmi 21072,76 manat vəsaitin cavabdehdən tutulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin istifadəsinə verilmiş SR2065 markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 20920 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətinə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib edilmişdir. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdi r.

8. Cavabdeh iddia tələbinə etiraz edərək dəymiş ziyanın iş vaxtı deyil, təbii fəlakət nəticəsində baş verməsini bildirərək iddia tələbinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5774 - 8/2145 saylı məhkəmə-əmtəəşünaslıq və məhkəmə avtotexniki ekspertizasının rəylərindən görünür ki, nəzəri hesablamalar yolu ilə İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı SR 2065 Sampo markalı kombaynın 2021-ci ilin avqust ayına təmir-bərpa xərci təxminən 11750 manat müəyyən edilir. O cümlədən - dəyişməli hissələrin qiyməti – 9550 manat, təmir-bərpa işlərinin qiyməti – 2200 manat təşkil edir. Avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış illi, eyni modelli, təmir olunmamış taxılyığan kombaynın bazar qiymətinə nisbətən təmirə məruz qalmış 2019-cu il buraxılışlı, “SR-2065 Sampo” markalı taxılyığan kombaynın bazar qiymətində 10 faizədək fərq olması istisna edilmir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Yolnəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilərkən onun zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitəsində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitəsi ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisəsi ekspertizası tədqiqat aparmır.

10. Sabirabad Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(056)-17/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəymiş zərərin əvəzi - 11750 (on bir min yeddi yüz əlli) manat və iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun 85,80 (səksən beş manat səksən qəpik) manat, ümumilikdə isə 11835,80 (on bir min səkkiz yüz otuz beş manat səksən qəpik) AZN məbləğində pul vəsaitinin Cavabd eh tutulub (alınıb) İddiaçı ASC-yə ödənilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-trasoloji və əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsinin İddiaçı ASC-dən, 50 manat hissəsinin isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə cavabdeh tərəfindən texnikaya zərər vurulmasını mülki hüquq pozuntusu hesab etmiş və iddianı qismən təmin edərək, zərərin əvəzini cavabdehdən tutmuşdur.

12. Öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının nümayəndəsinin izahatını və aktı işin faktiki hallarına uyğun gəldiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/5774 - 8/2145 s aylı məhkəmə-əmtəəşünaslıq və məhkəmə avtotexniki ekspertizasının ekspert rəyində göstərilən məbləğdə mötəbər hesab edir.

13. Məhkəmə həmçinin vurğulamışdır ki, cavabdeh məhkəmə iclasında kombayna dəymiş ziyanın onun təqsirli hərəkətləri nəticəsində deyil, məhz təbii fəlakət nəticəsində yaranmasını bildirsə də, həmin halı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 1096, 1097.1, 1115, 1110, MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzr ə iddiaçı, cavabdehin hansı hüquqa zidd və təqsirli əməli ilə tələb etdiyi zərərin meydana gəldiyini sübut etməyib, məhkəmə də bunu müəyyən etməyib. Belə olan halda məhkəmənin Mülki Məcəllənin 1096-cı maddəsini tətbiq etməsi qəbul edilməzdir. Bundan başqa cavabdeh bildirib ki, kombayna zərər qarşısıalınmaz qüvvə (fors major olay), yəni sel basqını səbəbi ilə meydana gəlib.

17. Məhkəmə cavabdehin təqsirli olaraq törətdiyi hansı hüquqa zidd hərəkəti səbəbi ilə kombayna zərər dəydiyini müəyyən etmədiyi kimi, iddiaçı da cavabdehin hansı təqsirli hüquqa zidd hərəkəti ilə kombayna zərər dəydiyini sübut etməyib. Bu durum Mülki hüquq pozuntusunun hüquqi anlayışı və Mülki Məcəllənin 1096-cı maddəsinin imperativ tələbi ilə ziddiyyət təşkil edir.

18. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.İmanov sədrlik edən və məruzəçi, hakimlər P.Əhmədov və T.Kərimov) cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

20. Texnika xx.xx.2021-ci il tarixdə texniki cəhətdə saz vəziyyətdə cavabdehə təhvil verildiyi, 03 sentyabr 2021-ci il tarixdə isə cavabdeh tərəfindən (akt imzalanmaqla) nasaz vəziyyətdə qaytarıldığı müəyyən olunur. Bundan sonra iddiaçı 13 iyun 2022-ci il tarixdə iddia ərizəsini məhkəməyə göndərmişdir.

21. Beləliklə, xx.xx.2021-ci il tarixdə texnika iddiaçı tərəfə təhvil verilmişdir. İddiaçı qanunvericiliyin tələbinə əsasən hazırkı iddia ilə 6 ay müddəti ndə məhkəməyə müraciət edə bilərdi, buna baxmayaraq iddiaçı iddianı 6 aydan çox müddət keçdikdən sonra məhkəməyə təqdim etmişdir. Bununla da iddiaçının iddiası müddətin keçməsinə görə qüvvədən düşmüş hesab edilir və iddia verməsi əsassızdır.

22. Qanunvericiliyin tələbinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.

23. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.1, 747-1.2, 747-1.3, 747-1.4, 747-1.5, 751, 700.3, 697.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, həm Mülki Məcəllənin 748-7.1-ci maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən açıqca görünür ki, lizinq alanın məsuliyyəti hər hans ı bəlli bir müddətlə məhdudlaşdırılmamışdır. Apellyasiya instasiyası məhkəməsi isə bu hallara lazımi diqqət yetirməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

26. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən görünür ki (bax: səh. 7, 3-cü və 10-cu abzaslar), məhkəmə qətnaməsi özü daxilən ziddiyyətlidir. Belə ki, məhkəmə bir tərəfdən 6 ay müddət ərzində məhkəməyə müraciət edilməli olmasını göstərmiş, digər tərəfdən isə iddianın 3 aydan çox müddət keçdikdən sonra məhkəməyə təqdim edildiyini göstərmişdir. Məhkəmə özü də qətnamə ilə iddianın nəzərdə tutulmuş müddətdə qaldırıldığını dolayısı ilə deyil, birbaşa göstərmiş olsa da yekunda dü zgün olmayan nəticəyə gəlmişdir.

27. Sabirabad Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixdə qəbul edilsə də cavabdeh apellyasiya şikayətini oktyabr ayında vermişdir. Bu barədə məlumat Şirvan Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində məhkəmənin diqqətinə çatdırılsa da əhəmiyyət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əla və olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

31. Maddə 697.4 kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən dü şür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.

32. Maddə 747.1 lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

33. Maddə 747-1.1 lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir).

34. Maddə 747-1.2 lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.

35. Maddə 747-1.3 lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.

36. Maddə 747-1.4 satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir.

37. Maddə 747-1.5. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər, 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.

38. Maddə 700.3 əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmü ş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə Kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, MM-in 751-ci maddəsi, lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin MM-in 747750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqinə imkan verdiyindən, hazırkı mübahisə MM-in əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Sözügedən normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilmə z. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... Kəsici müddətlə r hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

49. İddiaçının cavabdehin istifadəsinə verilmiş lizinq obyektinin pisləşməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddiası üçün kəsici müddətin başlanğıc anı iddiaçının lizinq obyektini geri aldığı andır.

50. Beləliklə, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya istansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi n əticə və əsaslandırma ilə razılaşır.

51. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-236/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar