Məhkəmə qərarları › İş №2(102)-1901/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1901/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1901/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1901/2023 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1302/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 01 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16.360 ABŞ dolları məbləğində, ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının Azərbaycan manatına olan məzənnə kursuna uyğun olaraq, borc pulun və məhkəmə icraatı ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 174 manat məbləğində pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.700 ABŞ dolları məbləğində ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollar ının Azərbaycan manatına olan məzənnəsi ilə borc pulun və 174 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5197/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia təmin edilmiş, cavabdehdən 14.700 ABŞ dolları pul vəsaiti (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə) və ödənilmiş 174 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

4. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiy ası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1302/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qət edilmişdir.

6. Apellyasiya instansiya məhkəməsi gəldiyi həmin nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş formaya) əməl edilmədən verilmişdir. Belə ki, Əlavə 2-də nəzərdə tutulmuş qrafanın 12-ci bəndində qeyd olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq göstərməlidir. İşin materiallarından isə görünür ki, apellyasiya şikayətində şikayətçi tələblərini aydın göstərməmiş, məhkəmə aktının ləğv edilməsini qeyd etsə də, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələbini dəqiq göstərməmişdir.

7. Qərardaddan cavabdehin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün apellyasiya məhkəməsində icraata qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1302/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kassator tərəfindən verilmiş kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Ümumiyyətlə şikayətdə kassator Bakı Apellyasiya Məhkəməsinin 2(103)1302/23 saylı iş üzrə 10 yanvar 2023-cü il tarixli qərardadında göstərilən hallara münasibət bildirilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiy a şikayətinin dəlilləri

10. Qərardaddan cavabdeh (Vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin 2(103)-1302/2023 saylı, 02 fevral 2023-cü il tarixli “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1302/2023 saylı, 10 yanvar 2023cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması barəsində” qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 740-cı maddəsinə edilən dəyişikliyə görə vətəndaşlar bir-birinə 3 min manatdan artıq borc verdiyi zaman borc müqaviləsi bağlanmalıdır. Müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə pretenziya tərəfə göndərilməmişdir. Bu hallar apellyasiya şi kayətində də qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi formal mülahizə ilə yeni qaydada şikayətin tərtib olunmamasını əsas gətirmişdir. Əslində isə şikayət yeni qaydada verilmiş və bütün tələblərə əməl edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

12. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

13. Maddə 407.1. Kassasiya şikayət i bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.

14. Maddə 407.1.4. Şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması əsaslandırılmalıdır.

15. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 16. 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə.

17. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ib arət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

18. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

19. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır.

21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

22. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Cavabdehin apellyasiya instansiyası məhkəməsinin formal mülahizə ilə yeni qaydada şikayətin tərtib olunmamasını əsas gətirməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.

27. İlk əvvəl qeyd olunmalıdı r ki, apellyasiya instansiya məhkəməsi 10 yanvar 2023cü il tarixli qərardadında birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin qanunla müəyyən edilmiş formaya əməl edilmədən verilməsini, yəni apellyasiya şikayətində şikayətçinin tələblərini aydın göstərmədiyini, məhkəmə aktının ləğv edilməsini qeyd etsə də, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələbini dəqiq göstərmədiyini aydın şəkildə göstərmişdir.

28. Lakin cavabdeh apellyasiya instansiya məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərardadında göstərilən nöqsanı aradan qaldıraraq təkrarən qətnamədən apellyasiya şikayəti vermək əvəzinə həmin qərardaddan kassasiya şikayəti versə də, kassasiya şikayətində də maddi və prosessual hüquq n ormalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmiş, kassasiya şikayətdə apellyasiya instansiya məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərardadında göstərilən hallara münasibət belə bildirilməmişdir.

29. Eyni zamanda cavabdeh apellyasiya instansiya məhkəməsinin 10 yanvar 2023cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin qaytarılması haqqında apellyasiya instansiya məhkəməsinin 2(103)-1302/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətində də maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmiş, əksinə təhrif olunmuş şəkildə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə istinad etməklə birinci instansiya məhkəməsinin qət naməsi ilə bağlı işin hallarına istinad etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1302/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qənaətə gəlmişdir.

31. Bu səbəbdən kassasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, ap ellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1302/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar