Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1902/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili Vəkil A, Cavabdeh və cavabdehin vəkili Tİnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 oktyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)- 2337/2018 saylı mülki iş) iddia qismən təmin edilərək, 01.11.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.408,17 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.082,57 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 450 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 10 manat məbləğində pulun Cavabdeh Bankın xeyrinə tutulmasını; tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsini; avtomobilin açıq hərracdan satılmasını; satışdan əldə oluna biləcək pul vəsaiti hesabına Cavabdeh Banka olan bor cunun ödənilməsini; borc ödənildikdən sonra avtomobilin satışından qalan məbləğin Cavabdeh qaytarılmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən, məruzəçi), X.Mərdanova və X.Sarıyev, 2(103)-10074/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla Cavabdeh arasında 01.11.2013-cü il tarixdə bağlanmış 17-A-1-05841-13 №-li “Kredit müqaviləsi” üzrə 01.11.2016-cı il tarixə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.408,17 manat, kreditdən istif adəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.082,57 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1.279,31 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 10 manat məbləğində pulun Cavabdeh tutularaq Banka ödənilməsi; tələbin ipoteka predmetinə - Cavabdeh məxsus olan “Saipa 131 EX” markalı, **FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə (bundan sonra – avtomobil) yönəldilməsi; avtomobilin açıq hərracdan satılması; satışdan əldə oluna biləcək pul vəsait hesabına Cavabdeh Banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstəril ən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və cavabdehin vəkili Tİ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil A kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instan siyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Bank ilə Cavabdeh arasında 01.11.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik 16 faiz dərəcəsi ilə, 48 ay müddətinə 6.700 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin tərkib hissəsi olan “1 saylı Əlavə”dən görünür ki, borcalan Cavabdeh kredit məbləğini illik 16 faizlə, 48 ay müddətinə aylıq 190 manat annuitetlə öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən görünür ki, kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə Bank ilə onun arasında 01.11.2013-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmış, bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə AA s eriyalı, 107372 №-li “Çıxarış” verilmişdir. İşin hallarından müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, Banka olan borcunu ödəməmişdir. Bank tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 27.04.2018-ci il tarixli “Arayışdan” görünür ki, Cavabdeh 01.11.2017-cı il tarixə Banka olan əsas kredit borcu 5.408,17 manat, faiz borcu 2.082,57 manat, cərimə borcu isə 1.279,31 manat təşkil edir. İşdə olan sənədlərdən görünür ki, Bank tərəfindən Cavabdeh borcun ödənilməsi tələbi barədə xəbərdarlıq məktubları göndərilmiş, lakin o, borcu ödəməmişdir. Bank tərəfindən cavabdehə ünvanlanmış 30.08.2017-ci il tarixli bildirişdən görünür ki, Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi proseduru na başlanıldığı cavabdehə bildirilmişdir. İş materiallarından görünür ki, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş” BDYPİ-də 06.09.2017-ci il tarixdə qeydə alınmışdır. “Ödəniş qəbzlərindən” görünür ki, Bank, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün isə 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – hazırki halda Cavabdeh üzərinə düşür. Cavabdeh isə şikayətində bildirmişdir ki, Bank tərəfindən hesablanmış məbləğ şişirdilmiş, cavabdehin apardığı ödənişlər nəzərə alınmamış, onun müxtəlif vaxtlarda həyata keçirdiyi ödənişlər isə əsassız olaraq şişirdilmiş faiz borcuna və dəbbə puluna silinmişdir. İş materiallarına əlavə edilmiş 14.05.2018-ci il tarixli “Arayışdan” görünür ki, Cavabdeh tərəfindən “Kredit müqaviləsi” üzrə cəmi 2.490 manat məbləğində pul ödənilmişdir ki, onun 1.291.83 manat hissəsi əsas borca, 996,78 manat hissəsi faiz borcuna, 201,39 manat hissəsi isə dəbbə puluna silinmişdir. Qeyd edilən məbləğdən əlavə cavabdehin ödəmiş olduğu hansı məbləğin nəzərə alınmaması halını sübuta yetirmək cavabdehin üzərinə d üşür. Lakin o, nə bu xüsusatı, nə də tələb olunan borc məbləğinin şişirdildiyini təsdiq edə biləcək, Bankın hesablamasını şübhə altına ala biləcək sübutları, ən azından özü tərəfindən aparılmış adi riyazi hesablamanı məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ödənilən məbləğlərin faiz borcuna və dəbbə puluna yönəldilməsi ilə bağlı isə Məhkəmə zəruri olaraq bildirmişdir ki, bu, qanunauyğun davranışdır. Belə ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun öd ənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Borc məbləğinin düzgün hesablanması məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə məsələyə gəlincə isə Məhkəmə qeyd etmişdir ki, bu məsələ yeni sübutun əldə edilməsi və son nəticədə yeni sübutun tədqiq edilməsi ilə bağlıdır. Müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən öhdəlik vaxtında və lazımi qaydada icra edilməmişdir, buna görə də o, Bank qarşısında mülki məsuliyyət daşıyır. Çünki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlər də qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh “Kredit müqaviləsi” üzrə Bank qarşısında icra edilməmiş öhdəliyinin mövcud olması müəyyən edildiyindən əsas borc olaraq 5.408,17 manat, faiz borcu olaraq 2.082,57 manat məbləğində pul Cavabdeh tutularaq Banka ödənilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilməlidir. İddiaçı Bank borcun ödənilməsini gecikdirdiyi üçün cavabdehə tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərini əsas götürməklə cərimə də tətbiq etmişdir ki, onun məbləği 1.279,31 manat təşkil etmişdir. Rayon Məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulan səlahiyyətindən istifadə etməklə bu cərimənin məbləğini azaltmış və 450 manat məbləğində müəyyən etmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yeti rilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icr a olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki h allara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1902/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1902/2019
23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver