Məhkəmə qərarları › İş №2(102)-1904/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1904/2019

01.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1904/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)4617/2018 nömrəli iş üzrə 17 avqust 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Yasamal rayon məhkəməsinin (ha kim Aytən Mirzəzadə) 06 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 21.11.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 22152,35 manat əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 1986,96 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 765 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh “xxxx” ASC-nin xeyrinə tutulması; tutmanın ipoteka predmeti olan “BMW X6” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsini və bu məqsədlə avtomobilin açıq hərracdan satılması qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər M əmməd Məmməov sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Həmid Həmidov) 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş İddiaçı Əmanətlərin Sığortalanması Fondu Bank ilə cavabdeh arasında 21.11.2013-cü il tarixdə bağlanmış 180 №-li “Kredit müqaviləsinə” xitam verilməsi, həmin müqavilə üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 22152,35 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 3553,62 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edil miş cərimənin ödənilməsi məqsədi ilə 10867,77 manat, cəmi isə 36573,74 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzinin - 32 məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulması; tələbin, ipoteka ilə yüklü edilmiş və cavabdehə məxsus olan “BMW X6” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi; avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında 21.11.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 19 faiz dərəcəsi i lə 36 ay müddətinə 36000 manat məbləğində kredit verilmişdir. “Kredit müqaviləsi” üzrə cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə tərəflər arasında 21.11.2013-cü il tarixdə 180 №-li “İpoteka müqaviləsi” bağlanmışdır. Cavabdeh, “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə öhdəlik götürsə də, öhdəliyi icra etməmiş və nəticədə, onun Banka 22152,35 manat məbləğində əsas borcu, 3553,62 manat məbləğində əsas borc məbləğinə hesablanmış faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə cərimə tətbiq edilmişdir ki, bu cərimənin məbləği 10867,77 manat təşkil edir. Bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməm iş qalmışdır. Bu səbəbdən Bank iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu, 32 manat məbləğində isə bildirişin qeydə alınması üçün dövlət rüsumu və bank xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkə mənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Faiz və vərimə borcu şişirdilmiş, məhkəmə bu hala qiymət verməmişdir. Tərəflərin izahatları: Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəməyə teleqram göndərərək xəstəliyi ilə əlaqədar olaraq mülki işə baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin səhhəti ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılma sını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Cavabdeh Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, tərəflər arasında razılaşdırılmış qrafik üzrə ödənişlər aparmamış, borcunu tam ödəməmişdir. Bankın təqdim etdiyi 27.09.2017-ci il tarixli 02-07/4402-17 №-li “Maliyyə arayışından” görünür ki, cavabdehin müqavilə müddəti üçün (21.11.2016-cı il tarixə) Banka olan əsas borcu 22152,35 manat, faiz borcu 1986,96 manat təşkil edir. İş materiallarından görünür ki, Bank tərəfindən cavabdehə borcun ödənilməsi tələbi barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcu ödəməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli ilə əlaqədar qeyd etmişdir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – hazırki halda cavabdeh tərəfin üzərinə düşür. Cavabdeh isə apellyasiya şikayətində göstərmişdir ki, iş materiallarında olan 21.11.2013-cü il tarixli “Kredit müqaviləsinə” Əlavə №1-də əks olunmuş ödəniş cədvəli i lə Bankın təqdim etdiyi “Maliyyə arayışı” arasında ziddiyyət var və əslində onun Banka hər hansı bir faiz borcu yoxdur. Əsas borc isə hesablanan məbləğdən daha azdır. Lakin birinci instansiya məhkəməsi bu xüsusatları araşdırmaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlili ilə əlaqədar qeyd etmişdir ki, tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” 9.1-ci bəndinə görə, borc öhdəliyi vaxtında icra edilmədikdə və tərəflər bu müqaviləsinin 7.1-ci bəndində nəzərdə tutulmuş müddətin (22.11.2016-cı il) uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Müqavilə şərtindən aydın olur ki, cavabdehin müqavilə ilə nəzərdə tutulan vaxt ərzində öhdəliyi icra etm əməsi əlavə olaraq gecikdirilmiş borc da yaradır. Lakin görünür ki, cavabdeh hesablama apararkən müqavilənin bu şərtini nəzərə almamışdır. İşin obyektiv həllinə nail olmaq və əsas və faiz borcunun düzgün məbləğini müəyyən etmək üçün apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi 20.04.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi 24.07.2018-ci il tarixli, 16800 nömrəli rəydən görünür ki, cavabdehin Banka olan əsas borcu 22705,35 manat, faiz borcu isə 3130,96 manat məbləğindədir. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən edilmiş məbləğ ilə Bankın tələb etdiyi məbləğ arasında aşkar bir fərq var və s onuncu daha azdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki iş üzrə verilmiş ekspert rəyinə istinad edilməməlidir. Çünki MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, müəyyən məhkəmə müəyyən etmişdir ki, cavabdehin Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və o, bu öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci madd əsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdehin Bank qarşısında icra edilməmiş öhdəliklərinin mövcud olması müəyyən edildiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən qətnamədə göstərilən mə bləğlərdə borcun tutulması barədə düzgün nəticəyə gəlmişdir. Qətnamənin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən apellyasiya instansiya məhkəmə qətnamənin o hissəsinə qiymət verməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kolle giyası qeyd edir ki, cavabdeh faiz və dəbbə pulunun şişirdilməsini qeyd etsə də, etirazının əsası kimi istinad etdiyi bu halı əsaslandırmamış, borcun əslində nə qədər olması, hansı məbləğdə ödənişlərinin nəzərə alınmadığını adi riyazi hesablama ilə belə olsa göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək iddiaçının tələb etdiyi 10867,77 manat dəbbə pulun azaldaraq 765 manat məbləğinə endirmişdir. Həmin maddəyə görə, məhkəmə işin hall arını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4617/2018 nömrəli iş üzrə 17 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar