Məhkəmə qərarları › İş №2(102)-4167/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4167/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4167/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx qızının iştirakı ilə, Sumqayıt Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2021-ci il tarixli, 2(105)982/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 12 yanvar 2015-ci il tarixli, 1641/15 saylı kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin təminatı olaraq 12 yanvar 2015-ci il tarixli, 1641/15 saylı ipoteka müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan ünvan 1i ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmiş və yüklülük daşınmaz əmlakın dövlət re yestrində qeydiyyata alınmışdır. İddiaçının təqdim etdiyi Maliyyə arayışlarına əsasən Cavabdeh "xxxx" ASC-yə 12 yanvar 2015-ci il tarixli 1641/15 saylı kredit müqaviləsi üzrə 29150,43 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə hesablanmış 19484,33 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 03 sentyabr 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 2393,55 manat borc, cəmi 65926,29 manat məbləğində borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23 may 2019-cu il tarixli rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 12 yanvar 2015-ci il tarixli 1641/15 saylı kredit müqaviləsində qeyd edilən şərtləri nəzərə alaraq Cavabdeh 10 may 2018-ci il tarixinə (maliyyə arayışında göstərilən tarixə) "xxxx" ASC-yə olan borc u cəmi 50922,24 manat məbləğində müəyyən edilir, o cümlədən 29142,83 manat əsas, 21779,41 manat faiz borcu. Qeyd edilir ki, iş materiallarında 12 yanvar 2015-ci il tarixli 1641/15 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamışdır. “xxx” hüquq və qiymətləndirmə şirkətinin 15 iyul 2019-cu il tarixli rəyinə əsasən ünvan 1 ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinin bazar dəyərinin 60000-65000 manat olduğu müəyyən edilir. "xxxx" MMC-nin 12 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyinə əsasən ünvan 1 ünvanında 0,0 222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinin dəyəri 35000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin 14 avqust 2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən ünvan 1 ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinin orta bazar dəyəri 58000 manat, likvid dəyəri 42000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 yanvar 2015-ci il tarixli 1641/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 29150,43 manat əsas borcu n, 25190,52 manat faiz borcunun, 477,74 manat dəbbə borcunun, cəmi kredit üzrə 54818,69 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh ilə bağlanmış 12 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1i ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışd ır ki, cavabdeh müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(012)-2997/2019 nömrəli qətnaməsi ilə (hakim C.İ.Şəfiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 12 yanvar 2015-ci il tarixli 1641/15 saylı kredit müqaviləsinə əsasən 29142,83 manat əsas borc, kredit müqaviləsinin müddətinin bitmə tarixinə 19484,33 manat faiz borcu, 200 manat cərimə, müqavilənin bitdiyi tarixdən 03 sentyabr 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 2393,55 manat olmaqla, cəmi 51220,71 manat məbləğində kredi t borcuna görə, 20 manat rüsuma görə və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün dövlət rüsumu üçün 30 manat pulun alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tutmanın kreditin təminatı olan ünvan 1 ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin boşaldılsın, açıq hərracda satılması, fərdi yaşayış evinin satışından əldə edilən vəsait hesabına Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət ed ilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanma Fondu vasitəsi ilə apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(012)-2997/2019 nömrəli qətnaməsinin qismən – cərimə borcunun azaldılması hissəsində ləğv edilərək, iddianın həmin hissədə tam təmin olunması, ipoteka predmetinin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi hissəsində ləğv edilərək, iş üzrə əmlakın likvid dəyəri əsasında ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(012)-2997/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2021-ci il tarixli, 2(105)-982/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qaffaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(012)2997/2019 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh məxsus ünvan 1ndəki 0,0222 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinin açıq hərracdakı ilkin satış qiymətinin 42000 manat müəyyən edilməsi, qət namənin Cavabdeh 12 yanvar 2015-ci il tarixli, 1641/15 saylı kredit müqaviləsinə əsasən 29142,83 manat əsas borc, kredit müqaviləsinin müddətinin bitmə tarixinə yaranmış 19484,33 manat faiz borcu, 200 manat cərimə, müqavilənin bitdiyi tarixdən 03 sentyabr 2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 2393,55 manat, cəmi 51220,71 manat məbləğində kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tutmanın kreditin təminatı olan ünvan 1 ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin boşaldılması, açıq hərracdan satılmas ı, fərdi yaşayış evinin satışından əldə edilən vəsait hesabına Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın Cavabdeh alınaraq məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bankdan kredit götürsə də xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmiş, onun əsas borcu, faiz borcu və cərimə borcu yaranmışdır. Məhkəmə tərəflərin apellyasiya şikayətində kredit, ona hesablanmış faiz və cərimə məbləği barədəki dəlilləri ilə razılaşmamış, qət edilmiş kredit borcunun məbləği ilə razılaşmı şdır. Çünki borcun bu məbləğdə olmasını işdəki ekspert rəyi təsdiq edir. İddiaçının apellyasiya şikayətində mübahisələndirdiyi cərimə borcunun məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək hesab etmişdir ki, kredit müqaviləsi üzrə dəbbə borcunun 200 manata endirilməsi barədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlı olmuşdur. Daha sonra apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin orta bazar qiymətini 60000 manat müə yyən etmiş, lakin əmlakın likvid dəyərini müəyyən etməmişdir. Məhkəmə "xxxx" MMC-nin tərtib etdiyi 14 avqust 2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatı əsas götürərək hesab etmişdir ki, mübahisəli yaşayış sahəsi açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti məlum qiymətləndirmə rəyinə müvafiq olaraq likvid dəyərində, yəni 42000 manat məbləğində müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2021-ci il tarixli, 2(105)-982/2021 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəb ul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən olunmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi məqsədi ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili xxx qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə k ollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayəti qismən təmin olunsa da, iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Kassasiya şikayətini cavabdehlərdən Cavabdeh verdiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunmuş hissəsində kassasiya şikayətinin dəlillərinə uyğun yoxl anılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, ə mlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də ba ğlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra e tməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daş ınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məh kəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə borcu keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (etdiyi, lakin ekspert tərəfindən nəzərə almadığı ödənişlə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmiş, təkrar ekspertizanın keçirilməsinə dair vəsatət verməmişdir. Qeyd olunmalıdır ki, cavabdeh apellyasiya şikayətində üm umiyyətlə kredit müqaviləsi üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan borcu mübahisələndirmədiyindən kassasiya şikayətində həmin dəlilin irəli sürülməsinə yol verilmir. Eyni ilə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarına əsasən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə apellyasiya məhkəməsi tərəfindən müstəqil qiymətləndirmə həyata keçirilmişdir. Müəyyən olunan ilkin satış qiyməti cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilsə də, onun aşağı olmasını təsdiq edən sübut işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsinə təqdim olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini alınmış rəy əsasında müəyyən etməklə, Azərbaycan Respubl ikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişlər. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlil ləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2021-ci il tarixli, 2(105)-982/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar