Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7204/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkilin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı İKB ASC-nin və vəkili Vəkil, Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətn aməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdeh1 32718,57 ABŞ dolları əsas borcun, 18466,26 ABŞ dolları faiz borcunun, 50 ABŞ dolları cərimə borcunun (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi, qeyd olunan məbləğlərin ödənişinin ipoteka predmetinin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi, ipoteka predmeti satıldıqda cavabdehlərin həmin mənzildən 1 aydan gec olmayaraq çıxarılmaları qət edilmiş, ilk iddia qalan hissədə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi A.H üseynov, hakimlər A.İmanov və V.Sadıqov, iş № 2(103)850/2019) İddiaçı İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi kredit faizinin (pul vəsaitindən istifadə haqqının) tutulması və ipoteka predmetinə tutma yönəldilməsi hissələrində dəyişdirilərək, Cavabdeh1ndan İddiaçı İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 19617 (on doqquz min altı yüz on yeddi) ABŞ dolları 47 (qırx yeddi) sent müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən mənzilinin açıq hərracda ilkin satış qiyməti 110000 (yüz on min) manat müəyyən edilməsi, Cavabdeh1, üçüncü şəxslər X9 olunun və X3 birlikdə verdikləri apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin apellyasiya şikayəti vermiş şəxslərə aid qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Bank) cavabdehlə rCavabdeh1 və X4 qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndan 32718,57 ABŞ dolları əsas borcun, 21740,79 ABŞ dolları faiz borcunun, 482,56 ABŞ dolları cərimə borcunun, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, habelə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatın və 20 manat xidmət haqqının tutulmasına, tutmanın Cavabdeh2 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanda yerləşənmənzilinə (bundan sonra - ipoteka predmeti) yönəldilməsinə, mənzilin açıq hərrac dan satılmasına, satışdan əldə olunmuş vəsait hesabına tələbin ödənilməsinə, satışından əldə olunacaq məbləğ qətnamənin icrasına kifayət etmədikdə qalan məbləğin ümumi qaydada tutulmasına, mənzil satıldıqda cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə, cavabdehlərin həmin mənzildən çıxarılmasına, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə, həmçinin Cavabdeh1 ilə Bank arasında 29 dekabr 2014-cü ildə bağlanmış kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X9 oğlu və X6 Banka,Cavabdeh1 və X4 qarşı iddia verərək 29 dekabr 2014-cü il tarixli, 15-G-1-01005-14 nömrəli ipoteka müqaviləsinin ləğv edilməklə etibarsız sayılmasına dair qətnamə çıxarılması nı xahiş etmişdirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı İKB ASC və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi kreditorun əmlak və əsaslı mənafelərini nəzərə almayaraq, əsaslandırılmamış ekspertiza rəyinə istinad edərək cavabdehlərin kredit borcunun faiz hissəsini iddia tələbinə uyğun dəyişməmiş, cavabdehin cərimə borcunun olmasına baxmayaraq, ekspert rəydə ümumiyyətlə cərimə məsələsinə toxunmamış, bununla da rəylə düzgün olmayan nəticəyə gəlinmişdir. Bundan əlavə mənzilin qiymətləndirilməsi ilə bağlı ekspert rəyində mübahisəli mənzilin 110.000,0 manat məbləğində qiymətləndirilməsi zamanı əvvəlki illərlə müqayisədə mənzillərin qi ymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsi nəzərə alınmamış, mənzilin dəyəri həddən artıq yüksək məbləğdə qiymətləndirilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsinin qismən (qətnamənin Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X1 və X2nin apellyasiya şikayətinin təmin olunmaması hissəsi istisna olmaqla) ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində tərəflərin bağladığı müqaviləyə düzgün hüquqi qiymət verilə bilməmiş, mülki dövriyyə iştirakçılarının iradə ifadəsi düzgün qiymətləndirilməmiş, tərəflərin iradəsinin hə qiqi halları, iradə sərbəstliyi düzgün təfsir edilə bilməmiş və sonda düzgün olmayan nəticəyə gəlinmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə razılaşmayaraq qeyd edir ki, ödənilmiş aylıq ödənişlərin müqavilə şərtlərinə uyğun çıxılıb-çıxılmaması müəyyənləşdirilməmiş, tələb olunan məbləğ süni surətdə şişirdilmiş faiz puludur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək mülki işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil qarşı tərəfin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli qətnaməsindən ver dikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, üçüncü şəxs X2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul e tdiyi 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, banklaCavabdeh1 arasında bağlanmış 29.12.2014- cü il tarixli, *********saylı kredit müqaviləsinə əsasən, Bank borc alana 72 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 38200 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli və saylı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı olaraq cav abdeh X4 məxsus mənzil ipoteka ilə yüklü edilmiş və yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İpoteka müqaviləsində mənzil 90000 manat qiymətləndirilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə ekspertiza mərkəzinin 29.12.2017-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 08.06.2017-ci il tarixinə (maliyyə arayışının tərtib olunduğu) cavabdehin Banka olan əsas borcu 36226,71 ABŞ dolları, faiz borcu 13557,35 ABŞ dolları, ekspert rəyinin tərtib olunduğu 29.12.2017-ci il tarixə əsas borcu 36226,71 ABŞ dolları, faiz borcu 18466,26 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1, 317, 319.1, 385.1, 442, 443.1, 448.1, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respub likası Qanununun 10, 59-cu maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan ekspert rəyi ilə müəyyən olunan məbləğdə əsas, faiz və azaldılmış 50 ABŞ dolları cərimə borcu cavabdehlərdən bankın xeyrinə tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş materialları əsasında cavabdeh Şahzadə İsmayılova kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyi üçün əsas borcu həmin cavabdehdən tutmaqla və tənasübsüz yüksək dəbbə pulunu azaltmaqla düzgün qənaətə gəlsə də, faiz borcu hissəsində əsaslı nəticəyə gəlməmişdir. Belə ki, birinci instan siya məhkəməsi iş üzrə 18.10.2017-ci il tarixdə ekspertiza təyin etmiş, qərardadda iş materiallarında olan maliyyə arayışının tərtib olunduğu 08 iyun 2017-ci il tarixinə və rəyin verildiyi tarixə Banka yaranmış əsas, faiz və cərimə borcunun hesablanması barədə suallar qoyulmuşdur. Bank işə birinci instansiya məhkəməsində baxılarkən 13.02.2018-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş və həmin tarixə yaranmış borcun tutulmasını xahiş etmişdir. İşin apellyasiya baxışı zamanı keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 29.01.2019-cu il tarixli rəyi ilə müəyyən olmuşdur ki, 13.02.2018-ci il tarixə cavabdehin Banka 36266,71 ABŞ dolları əsas, 19617,47 ABŞ dolları faiz borcu mövcuddur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instans iya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, faiz borcunun məbləği 19617,47 ABŞ dolları müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinə tutma yönəldilməsi barədə nəticəyə gələrkən ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir ( maddə 39.3.3). Apellyasiya baxışı zamanı təyin edilmiş qiymətləndirmə üzrə “xxxx” MMC tərəfindən verilmiş 13.09.2018-ci il tarixli, G-09/18-388 nömrəli rəyə əsasən ipoteka predmetinin hazırkı dövrə real bazar qiyməti 110000 manat təşkil etdiyindən apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi hissəsində də dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 110000 manat müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin belə nəticəyə gəlmişdir ki, bankın apellyasiya şikayətinin digər dəlilləri, iddiaçının və üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri açıq-aşkar əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi üçüncü şəxslərin mübahisəl i mənzillə bağlı hər hansı hüquqlarının olduğu, həmçinin həmin mənzildə yaşadıqları barədə sübutlar təqdim edilmədiyindən onların tələbini haqlı olaraq təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı cavabdeh Şahzadə İsmayılovanın və üçüncü şəxslərin iştirakı ilə keçirilmişdir. Şahzadə İsmayılova üçüncü şəxslərin tələbi üzrə cavabdeh olduğu halda həmin şəxslərin birgə apellyasiya şikayəti verməsi də şikayətin formal təqdim olunduğuna dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası İddiaçı İKB ASC-nin ipoteka predmeti olan mənzilin dəyərinin həddən artıq yüksək məbləğdə qiymətləndirilməsi ilə bağl ı dəlililə əlaqədar qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəmə-tikinti ekspertizası təyin edilmiş, qiymətləndirmə üzrə “xxxx” MMC tərəfindən verilmiş 13.09.2018-ci il tarixli, G-09/18-388 nömrəli rəy əsasında ipoteka predmetinin hazırkı dövrə real bazar qiyməti 110000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən kassasiya şikayətinin qeyd edilən dəlili ilə əlaqədar məhkəmələrə hər hansı sübut təqdim edilməmiş və əsaslandırılmamışdır. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək faiz borcunun məbləği 19617,47 ABŞ dolları müəyyən edilməlidir. Belə ki, apellyasiya baxışı zamanı ə lavə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və həmin ekspertiza rəyi iləCavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və kredit müqaviləsinin şərtləri əsas götürülməklə banka olan borc müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin kassasiya şikayətlərinin digər dəlilləri ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş materiallarında olan iddiaçı tərəfin iddiasının əsası və cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallar və təqdim edilmiş sənədlər üzrə keçirilmiş ekspertizanın nəticələrinə işin digər sübutları ilə yanaşı huquqi qiymət verməklə həm həmin rəyə, həm işin faktiki hallarına, həm tərəflərin qarşılıqlı münasibətinə, həm də mülki işin materiallarına istinad edərək gəldi yi nəticəsi əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1, 317, 319.1, 385.1, 442, 443.1, 448.1, 467-ci maddələrinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10, 39.3.3, 59-cu maddələrinin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 no yabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxardığından kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC-nin və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellya siya Məhkəməsinin MK-nın iş üzrə 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7204/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7204/2019
13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver