Məhkəmə qərarları › İş №2(102)-1906/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1906/2019

14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1906/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim:K.F.Əmirxanova; 2(025)-2953/2018)İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:E.M.Həsənov; (sədrlik edən və məruzəçi) X.A.Mərdanov və X.Ə.Sarıyev 2(103)-10482/2018)iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdehla 29 aprel 2014-cü il tarixdə bağladığı kredit müqaviləsinə əsasən sonuncunun ona 24 ay müddətində hər ay 1340 manat qaytarması şərti ilə 32 150 manat məbləğində borc pul verməyi öhdəsinə götürdüyünü, lakin öhdəliyini yerinə yetirmədiyini irəli sürmüş, buna görə də Cavabdeh kre dit müqaviləsi üzrə borc verməyi üzərinə götürdüyü 32 150 (otuz iki min yüz əlli) manat məbləğində pulun, həmçinin ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış 29 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh hər ay 1340 manat ödəmək şərti ilə 24 ay müddətində 32150 manat məbləğində pul verməyi öhdəsinə götürsə də, bu günə qədər yernə yetirməmişdir. İddiaçının qardaşı X4 ilə X3 arasında biznes əlaqələri olmuş, Ş6 şirkətlərin birində sürücü işləyən qardaşına “sən bu sürücülük ilə çətin dolanırsan. Mən sənə pul buraxım, sən də özünə normal bir yer tap, Arif də sənə kömək etsin, şərikli bir dükan götürüb işlədək. Ancaq mən sənə pulu notar ius vasitəsilə verə bilərəm” kimi təklif etmiş, qardaşı müəyyən vaxt fikirləşdikdən sonra Ariflə məsləhətləşərək Ş6 Nərimanov metrosu yaxınlığında yerləşən “MADO” restoranında görüşmüş, bir neçə gündən sonra müqavilə bağlamağa razılaşmışlar. 29 aprel 2014-cü il tarixində E6 ona zəng vuraraq müqavilə bağlayacaqlarını demiş, qardaşı Ş6 mesaj yazıb müqavilə bağlamaq üçün niyə özünün gəlmədiyini soruşduqda sonuncu Azərbaycanda olmadığını, buna görə də işçisi olan Cavabdeh göndərdiyini, onunla müqavilə bağlamağını məsləhət görmüş və müqaviləni kiminlə bağlamasının heç bir əhəmiyyət kəsb etmədiyini, əsas məsələnin məbləğin verilməsi olduğunu, onu da bir neçə günə göndərəcəyini bildirmişdir. Bundan sonra qardaşı Cavabdeh ilə 21 saylı notariat kontoruna gedib orada müqavilə bağlasalar da, ona heç bir məbləğ verilməmiş, bu hadisələrdən bir müddət sonra Ş6 A6 arasına işlə əlaqədar mübahisə düşmüş, daha sonra Ş6 və E6 müqavilədə göstərilən məbləği qardaşına verməkdən imtina etmişlər. Beləliklə, Cavabdeh müqavilə üzrə İddiaçı 32150 manat məbləğində pulu verməyi öz üzərinə götürsə də, bu öhdəliyi yerinə yetirməmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcələsinin 14-cü maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 9, 77.1,88, 217-cı maddələrinin tələb lərinin pozulması ilə çıxarılmış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təs ir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədənBakı şəhəri 21 saylı notariat kontorunda təsdiq edilmiş və Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 29 aprel 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 32 150 manat borc pul vermiş, İddiaçı isə həmin pulu 20 iyun 2014-cü il tarixdən 20 iyun 2016-cı il tarixinədək hər ay 1340 manat ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə toplanmış sübutları araşdıran apellyasiyası instansiyası məhkəməsi olaraq hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.Tərəflər arasında bağlanmış 29.04.2014-cü il tarixli müqavilənin 4-cü bəndinə görə, həmin müqavilə imzalandığı andan qüvvəyə minmişdir; bu isə o deməkdir ki, borc məbləği müqavilə qüvvəyə mindiyi anda borcalana verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Aapellyasiya baxışı zamanı tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı qarşı29.04.2014-cü il tarixli müqaviləyə istinadla irəli sürdüyü “borcun ödənilməsi” tələbi məhkəmələr tərəfindən təmin olunmuş, İddiaçı “müqavilənin etibarsız hesab edilməsi” tələbi isə rədd edilmişdir. Beləliklətərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşıən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzər də tutur. İnsan hüquqlarıüzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı işüzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işətəkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkə məsinin qətnaməsi ilə razılaşaraq Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tаrixliqətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin e dilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 28 sentyabr 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar