Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1907/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə yönəldilməsi, zaminin razılığı olmadan məsuliyyətinin artmasına görə zaminliyə xitam verilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 03.12.2013-cü il tarixli, 27L000001367 saylı kredit xətti müqaviləsinə əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh1 oğluna 120 ay müddətə 100.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
2. Borclunun xətt müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh2 arasında 13.12.2013-cü il tarixli, 27S000002445 saylı zaminlik müqaviləsi bağlanmışdır.
3. Cavabdeh2 05.12.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi ev 6, 6 nömrəli mənzili ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. İpoteka daşınmaz əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır. 4. 13.12. 2013-cü il tarixli 27R000002311 kredit razılaşmasına əsasən, X1 36 ay müddətinə, aylıq faiz 1.8333% dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 38.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 5. 20.05.2015-ci il tarixli 27R000002311S saylı və 19.01.2016-cı il tarixli 27R000002311SA saylı, 08.07.2016-cı il tarixli 27R000002311SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 yalnız 20.05.2015-ci il tarixli dəyişikliklə tanış olaraq ödəniş planını imzalamışdır.
6. Cavabdeh1 borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. Bank borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində q eydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiаçı İddiaçı QSC, 10.06.2019-cu il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Vəkil müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 27R000002311 saylı kredit razılaşması üzrə 15998.91 ABŞ dolları kredit borcu, 9528.79 ABŞ dolları faiz borcu və 17090.58 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 42618 ABŞ dolları 28 sent məbləğində borcun, məhkəmədə iddia aldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması; tələbin Bakı şəhəri Xətai rayonu Abbas Səhhət küçəsində 6 saylı evin 6 saylı mənzilinə yönəldi lməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına 42618 ABŞ dolları 28 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması; Bakı şəhəri Xətai rayonu Abbas Səhhət küçəsində 6 saylı evin 6 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. (iddia tələbi dəqiq şləşdirilmişdir)
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-6) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc onlardan tutulmalı və ipoteka predmetlərinə yönəldilməlidir.
9. Cavabdehlər birinci instansiya məhkəməsinin icraatı zamanı iddia tələbinə qarşı yazılı etiraz verməmişlər.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.12.2019-cu il tarixli, 20480 saylı rəyinə əsasən, hesabdan çıxarış məlumatları və 06.04.2012-ci il tarixli 17R000001538 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 İddiaçı QSC-yə 11.04.2019-cu il tarixə olan borcu əsas borc üzrə 16.41 7.57 ABŞ dolları, faiz borcu üzrə 6.626,09 ABŞ dolları olmaqla ümumi borcu 23.043,66 ABŞ dolları təşkil edir. Həmin rəydən görünür ki, Cavabdeh1 tərəfindən 13.05.2019-cu il tarixdən sonra 100,03 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 13.05.2019-cu il tarixə göstərildiyindən 100,03 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. 11. “xxxx” MMC tərəfindən verilmiş 11.02.2020-ci il tarixli MB13/119 saylı mənzilin qiymətləndirilməsinə dair hesabata əsasən, Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi ev 6, 6 nömrəli mənzilin 10.02.2020-ci il tarixinə hesablanmış bazar dəyəri 57.000 (əlli yeddi min) manat təşkil edir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) 04 mart 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 27R000002311 saylı kredit razılaşması üzrə 15898.88 (100.03 ABŞ dollar çıxılıb) ABŞ dolları kredit borcun, 6626.09 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23024 ABŞ dolları 97 sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Xətai rayonu Abbas Səhhət küçəsində 6 saylı evin 6 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin açıq hərracdan satılması və satışd an əldə olunan vəsait hesabına borcun ödənilməsi, Bakı şəhəri Xətai rayonu Abbas Səhhət küçəsində 6 saylı evin 6 saylı mənzilin dəyəri 57000 manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri Xətai rayonu Abbas Səhhət küçəsində 6 saylı evin 6 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir.
13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər kredit xətti, razılaşmalar, zaminlik və ipoteka müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onların bank qarşısında icra edilməmiş borc öhdəlikləri vard ır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) 24 sentyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, keçirilmiş heç bir ekspertiza rəyi ilə razı deyil, çünki girov qoyulmuş Bakı şəhəri A.Səhhət küçəsi, 6 saylı binanın 6 saylı mənzilin real bazar qiyməti 150.000 manat civarındadır. Mənzilin bu qiymətinə (dəyərinə) görə Bankla razılaşmışdır və 100.000 ABŞ dolları kredit xətti açılmış və ona 38.000ABŞ dolları kredit verilmişdir. Xətai rayon məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh2 ilə girov-zaminlik müqaviləsi 13.12.2013-cü ildə bağlanmışdır. İddiaçı isə məhkəməyə 2019-cu ildə iddia ərizəsini verib. Belə olan halda qanunun mənasına görə iddia tələbi üzrə iddia müddəti ötürülmüş hesab edilməklə tələb rədd edilməli idi. Lakin məhkəmə maddi hüquq normasını tətbiq etməkdən imtina etmişdir. Bank Cav abdeh2 məhkəməyə verib kredit, faizi, dəbbə, cəriməni və s. tələb edib, etirazı verərək tələb edilən məbləğin dəfələrlə şişirdildiyini əsas gətirmiş və məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etsə də, məhkəmə ekspertizası keçirilməsi üçün işi müvafiq dövlət qurumuna göndərmiş və iddiaçının əsassız tələbinə uyğun rəy əldə edilmişdir. Məhkəmələr hesablamada səhvə yol vermişlər, kredit borcu əsassız olaraq dəfələrlə şişirdilmişdir. Ödənilmiş vəsaitin hamısının (37.449ABŞ dolları) faizə çıxılması Cavabdeh2 ipoteka ilə yüklü edilmiş əmlakının ələ keçirilməsinə yönəlib. Eyni zamanda girov əmlakın qiymətinin bilərkdən dəfələrlə aşağı salınması da bu məqsədlə edilmişdir. Qanunla bu yolverilməzdir. Məhkəmə qətnaməsi ilə mənzilin bir ay ərzində boşaldılması göstərilib, halbukı haz ırda həmin mənzildə cavabdehin 8 nəfər ailə üzvü yaşayır, iddia tələbi onlara qarşı yönəlməyib və onlar cavabdeh qismində işə cəlb edilməyiblər, belə olan halda həmin şəxslərdən mənzilin boşaldılmasını necə tələb etmək olar? Məhkəmə cavabdehin ailə üzvlərinin mənzildən çıxarılmasını qeyd etsə də, onları heç bir keyfiyyətdə işə cəlb etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmə lərinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
22. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
23. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
24. Madd ə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
25. Maddə 470.1 və 472.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
26. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.
27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müv afiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanunu:
29. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
30. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
31. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
32. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
33. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqavilə si bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun ol masının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bankla Cavabdeh1 arasında kredit xətti müqaviləsi bağlanmışdır. Cavabdeh2 isə həm zamin durmaqla, həm də mənzilini ipoteka ilə yüklü etməklə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat vermişdir. Bank 13.12.2013-cü il tarixli kredit razılaşması üzrə öhdəliyini icra edərək 38.000 ABŞ dolları pul vəsaitini Cavabdeh1 borc vermişdir. Tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş qrafiklərində razılaşdırmış, daha sonra öhdəliyin icra müddətini bir neçə dəfə uzatmışlar. Buna baxmayaraq Cavabdeh1, borcunu vaxtında qaytarmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, iddiaçının borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının (§ 21-24, 27-28, 29-31) dispozisiya şərtləri ilə uzlaşır. Ona görə də, həmin iddia tələblərinin təmin edilməsi qanuni və əsaslıdır, bu hissələrdə kassasiya şikayətləri təmin edilə bilməz.
40. Kolle giya kassatorun borcun məbləğlərinə və ipoteka predmetinin ilkin satış qiymətinə dair dəlillərini əsaslı saymır. Ona görə ki, həmin xüsusatlar birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.12.2019-cu il tarixli, 20480 saylı rəyi və “xxxx” MMC-nin qiymətləndirmə hesabatı ilə yoxlanılmışdır (§ 10-11, 32).
41. Kollegiya nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir.
42. Kredit borcunun tələb edilməsi ilə bağlı iddia müddəti isə keçməmişdir, ona görə ki, əsas borclu ilə bank arasındakı 08.07. 2016-cı il tarixli sazişə görə ödənişin son müddəti 26.05.2021ci il olaraq razılaşdırılmışdır. İddia ərizəsi isə 10.06.2019-cu ildə məhkəməyə daxil olmuşdur.
43. Digər tərəfdən mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulması halında ipoteka qoyulmuş həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri qanunda nəzərdə tutulmuşdur (§ 33).
44. Məhkəmə kollegiyası nəzərə alır ki, tərəflər arasında bağlanmış kredit xətti və ipoteka müqavilələrində kredit borcunun faizi göstərilməsə də, 20.05.2015-ci il tarixli ödəniş planına dəyişiklik Cavabdeh2 imzalatdırılmışdır.
45. Bu fakt ona dəlalət edir ki, öz daşınmaz əşyası ilə təminat verd iyi borc öhdəliyinin həcmi faizlərlə birlikdə Cavabdeh2 məlum olmuşdur. Onun tanış olaraq imzası ilə təsdiqlədiyi 20.05.2015-ci il tarixli qrafikdə aylıq ödənişlər üzrə sonuncu ödənişin aparılmalı olduğu 28.03.2017-ci ilədək cəmi məbləğin 30.245,03 ABŞ dolları olduğu açıqca qeyd edilmişdir.
46. Odur ki, kredit xətti və ipoteka müqavilələrində kredit borcunun faizi göstərilməsə də, qeyd olunan ödəniş planının Cavabdeh2 ilə razılaşdırılması ipoteka müqaviləsinin etibarlı şəkildə qurulmasına və hüquqi nəticəyə səbəb olmasına dəlalət edir.
47. Sözügedən kredit razılaşması üzrə ödəniş qrafikinin sonradan yenidən dəyişdirilməsi və bu dəyişikliklərin Cavabdeh2 ilə razılaşdırılmaması ipotekanı aradan qaldırmır. Çünki, Cavabdeh2 ipoteka qoyan kimi öz əşyası ilə bank qarşısında ən azı təminat verdiy i 30.245,03 ABŞ dolları həcmində məsuliyyət daşıyır.
48. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarında göstərmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.
49. Hazırkı işdə tutulan və ipoteka predmetinə yönəldil ən ümumi borc, ipoteka qoyan Cavabdeh2 təminat verdiyi məbləğdən artıq olmadığına görə tutmanın ipoteka predmetinə yönəldilməsi maddi hüquq normalarına uyğundur.
50. Bununla belə, məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, borcun həm də zamin kimi Cavabdeh2 tutulması hissəsində hüquq normaları düzgün tətbiq edilməmişdir.
51. Belə ki, iddiaçı, Cavabdeh2 borcun tutulması tələbini onun zamin olması barədə 13.12.2013cü il tarixli müqaviləyə əsaslanmaqla irəli sürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə görə, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.
52. Göründüyü kimi, bankla Cavabdeh2 arasında zaminlə əsas borclu nun birgə məsuliyyətini özündə ehtiva edən müstəqil zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilədə və kredit xətti müqaviləsində borcun illik faiz dərəcəsi göstərilməsə də, Cavabdeh2 sonuncu dəfə 20.05.2015-ci il tarixli kredit razılaşması üzrə ödəniş planını imzalamış, bununla da həm də şəxsi təminat verdiyi borc öhdəliyinin həcmi ona məlum olmuşdur. Bu səbəbdən adları çəkilən tərəflər arasında etibarlı bir zaminlik münasibəti qurulmuşdur.
53. Bununla belə, iş materiallarından görünür ki, əsas borclu Cavabdeh1la bank arasında kreditin qaytarılma müddətləri 19 yanvar və 08 iyul 2016-cı il tarixlərdə yenidən dəyişdirilmiş və bu dəyişikliklər zamin Cavabdeh2 ilə razılaşdırılmamışdır. Belə olan halda, Cavabdeh2 zamin kimi məsuliyyətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.
54. Çünki, Konstitusiya Məhkəməsinin Plenumu 25 iyul 2019-cu il tarixli qərarında öhdəliyin həcminin sonradan dəyişdirilməsi halında ipoteka qoyanın məsuliyyətinə yuxarıda qeyd edilən qaydada şərh verdiyi halda, zaminin məsuliyyətinə fərqli yanaşmışdır.
55. Həmin qərarın 1-ci bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zam inin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.
56. Belə olan halda, zamin Cavabdeh2 razılıq verdiyi ödəniş planından sonra edilmiş və ona imzalatdırılmamış dəyişikliklərin onun məsuliyyətini ağırlaşdırması və bu halın Mülki Məcəllənin 477.0.1-ci maddəsi ilə zaminliyə xitam verilməsi üçün əsas olması apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır (§ 26).
57. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərba ycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
58. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh2 zamin kimi borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul olunmaqla, iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmdən saxlanılma lıdır.
59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi borcun Cavabdeh2 tutulması hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar çıxarılmaqla iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.