Məhkəmə qərarları › İş №2(102)-1909/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1909/2019

14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1909/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehlərin vəkili EQnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən haki m E.Rəhimov, 2(009)-428/2018 saylı mülki iş) İddiaçı İKB ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 16.01.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 16.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 16.01.2018-ci tarixə banka yaranan 42.585,82 ABŞ dolları əsas, 23.949,86 ABŞ dolları faiz, 597,56 ABŞ dolları cərimə, ümumilkdə 67.133,24 ABŞ dolların (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) borc, 30 manat ödənilmiş dövlət rüsumun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumun və 40 manat xidmət haqqının tutularaq İddiaçı İKB ASC-nə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, ÜNVANndə yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə və Bakı şəhəri, ÜNVAN1, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, Bakı şəhəri, ÜNVANndə yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin və Bakı şəhəri, ÜNVAN1, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borc məbləğinin İddiaçı İKB ASC-nə ödənilməsi, Bakı şəhəri, ÜNVANndə yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiymətinin 85.000 manat, Bakı şəhəri, ÜNVAN1, 23 ünvanında yerləşən, 179, 2 kv/m üm umi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinin ilki satış qiymətinin 55.000 manat müəyyən olunması qət edilmişdir. İddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən, məruzəçi), İ.Şirinov və E.Kazımov, 2(103)11110/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhər Səbail rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək, Cavabdeh1 16.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan 42.585,82 ABŞ dolları əsas, 20.781,9 ABŞ dolları faiz, 2.637,09 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 66.004,81 ABŞ dolları borc məbləğinin, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, ÜNVANndə yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, ÜNVANndə yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, ÜNVAN1, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin müəssisənin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda kifayət qətnamənin qalan hissədə icrası ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, ÜNVANndə yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ÜNVANndə yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 2 0 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, ÜNVAN1, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin müəssisəyə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin müəssisənin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı İKB ASC iddia tələbinin həcmini dəyişdirmiş və Cav abdeh1 16.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 16.01.2018-ci il tarixə banka olan 42.585,82 ABŞ dolları əsas, 23.949,86 ABŞ dolları faiz, 3.597,56 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 70.133,24 ABŞ dolları borc məbləğinin, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, ÜNVANndə yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, ÜNVANndə yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənz ilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, ÜNVAN1, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin müəssisənin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda kifayət qətnamənin qalan hissədə icrası ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, ÜNVANndə yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ÜNVANndə yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, ÜNVAN1, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin müəssisəyə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin müəssisənin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasi ya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili EQ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişd ir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər Səbail Rayon Məhkəməsinin hazırkı iş üzrə 13 iyun 2018-ci il tarixli qətnaməsini cavabdehlərdən iddiaçının xeyrinə faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirdiklərindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmışdır. Belə ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarınd an biridir. İşin müəyyən olunmuş hallarından görünür ki, İşdə olan "xxxx" ASC-i ilə X1 arasında bağlanmış 26.04.2012-ci il tarixli № KAF 775 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya BMW X6 markalı avtomobil alınması məqsədi üçün illik 19 (on doqquz) % olmaqla, 36 ay müddətinə, 70 000 (yetmiş min) ABŞ dolları məbləğində kredit verilmişdir. 16.01.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 16.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 26 % 36 ay müddətinə 53600 ABŞ doları məbləğində kredit verilmişdir. 16. 01.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, ÜNVANndə yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzil və Bakı şəhəri, ÜNV AN1, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksi kredit təminatı olaraq ipoteka ilə bank qarşısında yüklü edilmişdir. 16.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka müqavilə müddətinin sonuna yəni 16.01.2018-ci il tarixə 42.585,82 ABŞ dolları əsas, 23.949,86 ABŞ dolları faiz, 3.597,56 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 70.133,24 ABŞ dolları borc məbləği yaranmışdır. Kollegiya qeyd etmişdir ki, kreditor, pul vəsaitindən istifadə haqqının (faizlərin) ödənilməsini kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək tələb edə bilər. Bununla belə, məhkəmə, iddiaçı tərəfindən faiz borcunun kredit müqavilələrinin müddətinin başa çatdıqdan sonrakı günlər üçün də tələb edild iyini nəzərə alaraq, bu xüsusatla bağlı haqlı olaraq bildirmişdir ki, kreditor, borc müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra ed ilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı). Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, dig ər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Kollegiya hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Cavabdeh1 16.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 16.01.2018-ci tarixə banka yaranan 23.949,86 ABŞ dolları faiz borcunun tutularaq İddiaçı İKB A SC-nə ödənilməsini qət etməklə haqlı olmuşdur. Kollegiya ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə münasibətdə isə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 13 dekabr 2017-ci il tarixli qərardad ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və işə əlavə edilmiş "xxxx" MMC-nin 04.04.2018-ci il tarixli Qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, ÜNVANndə yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahə sindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin bazar qiyməti 85.000 manat və Bakı şəhəri, ÜNVAN1, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinin qiyməti 55.000 manat müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi, ipoteka müqavilələrində müəyyən edilmiş ilkin satış qiymətlərinin cavabdehlər tərəfindən mübahisələndirildiyini, eləcə də ədalət mühakiməsinin səmərəliyini tə min etmək məqsədilə müvafiq ekspertiza təyin etmişdir. "xxxx" MMC-nin 04.04.2018-ci il tarixli, Ç-313 saylı rəyində Bakı şəhəri, ÜNVANndə yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin bazar qiyməti 85.000 manat və Bakı şəhəri, ÜNVAN1, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinin qiyməti 55.000 manat müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq hesab etmişdir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti ekspertiza rəyində göstərilmiş məbləğlərdə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin qətnaməsini cavabdehlərdən iddiaçının xeyrinə faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin M K-nın hazırkı iş üzrə 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar