Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1909/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:pul tələbinə dair) 10.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)3329/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən 260.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.H.Xəzri) iddia təmin edilərək, cavabdehdən 260.000 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 24 noyabr 2016cı il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdeh iddiaçının əri X 24 fevral 2017-ci il tarixədək qaytarmaq şərti ilə 260.000 manat borc pul alıb. 25 oktyabr 2018-ci ildə X ölüb. 27 noyabr 2018-cı il tarixdə notariat orqanı tərəfindən X arvadı İddiaçı adına “Qanun üzrə vərəsəlik hüququ haq qında” Şəhadətnamə verilib. Hazırda iddiaçı iddia edir ki, əri X 2017-ci ilin yanvar ayında ağır xəstəliyə düçar olub və 25 oktyabr 2018-ci il tarixdə vəfat etdiyindən həmin borcun qaytarılmasını cavabdehdən tələb edə bilməyib. Odur ki, mərhum əri X vərəsəsi olduğuna görə, qeyd edilən “kredit müqaviləsi” əsasında yaranmış və cavabdeh tərəfindən ödənilməmiş borcun ödənilməsi məqsədi ilə 260.000 manat kredit borcunun cavabdehdən tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə iddiaya etiraz edərək göstərib ki, X onun arşında bağlanmış kredit müqaviləsi 24 fevral 2017-ci il tarixədək icra edilməli idi və 24 fevral 2020-ci il tarixdə həmin müqavilə üzrə iddia müddəti bitib. Lakin, iddiaçı həmin müddəti ötürməklə məhkəməyə 09 sentyabr 2020-ci il tarixdə müraciət edib. Buna görə də iddia, iddi a müddətinin ötməsi əsası ilə rədd edilməlidir. Hazırki halda iddiaçı, borc öhdəliyinin icrasını cavabdehdən tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iddia müddətinin tətbiqi məsələsini araşdıraraq və bununla bağlı Mülki Məcəllənin yuxarıda qeyd edilən normanın tələblərini nəzərə alaraq qeyd edir ki, cavabdeh ilə X arasında bağlanmış “kredit müqaviləsinin” qüvvədə oma müddəti 24 fevral 2017-ci il tarixdə bitib. Belə olan halda hesab edilməlidir ki, iddia müddətinin axımı da, məhz 24 fevral 2017-ci il tarixdən başlamalı və adi qaydada 24 fevral 2020-ci il tarixdə bitməli idi. Lakin, kreditor X 29 oktya br 2018-cü il tarixdə ölüb və bununla da, onun hüquq qabiliyyətinə xitam verilib (Mülki Məcəllənin 25.2-ci maddəsi). Başqa sözlə, iddia müddətinin axımı həmin tarixdə kəsilib. İş materiallarından görünür ki, X vərəsəsi olan iddiaçıya “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” 27 noyabr 2018-ci il tarixdə verilib və yalnız bundan sonra onun qeyd edilən borcun qaytarılması barədə cavabdehə qarşı iddia irəli sürmək üçün hüququ əmələ gəlib. (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Digər tərəfdən iddiaçıya münasibətdə iddia müddətinin axımı məhz 27 noyabr 2018-ci il tarixdən başlanıb və o, iddia müddəti daxilində, yəni 09 sentyabr 2020-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edib. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 373.1, 377.1, 442, 443.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının premetinə aid hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəmə si iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 373.2, 375.2, 739.1, 740.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayəti və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyas ı məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edil məsi) başa düşülür. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəl lənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşd ırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən m addi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 24 noyabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdeh iddiaçının əri X 24 fevral 2017-ci il tarixədək qaytarmaq şərti ilə 260.000 manat borc pul alıb. 25 oktyabr 2018-ci ildə X ölüb. 27 noyabr 2018-cı il tarixdə notariat orqanı tərəfindən X arvadı İddiaçı adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. Hazırda iddiaçı iddia edir ki, əri X 2017-ci ilin yanvar ayında ağır xəstəliyə düçar olub və 25 oktyabr 2018-ci il tarixdə vəfat etdiyindən, həmin borcun q aytarılmasını cavabdehdən tələb edə bilməyib. Odur ki, mərhum əri X vərəsəsi olduğuna görə, qeyd edilən “kredit müqaviləsi” əsasında yaranmış və cavabdeh tərəfindən ödənilməmiş borcun ödənilməsi məqsədi ilə 260.000 manat kredit borcunun cavabdehdən tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə iddiaya etiraz edərək göstərib ki, X onun arşında bağlanmış kredit müqaviləsi 24 fevral 2017-ci il tarixədək icra edilməli idi və 24 fevral 2020-ci il tarixdə həmin müqavilə üzrə iddia müddəti bitib. Lakin, iddiaçı həmin müddəti ötürməklə məhkəməyə 09 sentyabr 2020-ci il tarixdə müraciət edib. Buna görə də iddia, iddia müddətinin ötməsi əsası ilə rədd edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşy alara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, hazırki halda iddiaçı, borc öhdəliyinin icrasını cavabdehdən tələb etməkdə haqlı olub. Çünki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin hazırki mülki mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət v erib düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin axımını da düzgün müəyyən edib. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırki halda cavabdeh ilə X arasında bağlanmış “kredit müqaviləsinin” qüvvədə oma müddəti 24 f evral 2017-ci il tarixdə bitib. Belə olan halda iddia müddətinin axımı da məhz 24 fevral 2017-ci il tarixdən başalmalı və adi qaydada 24 fevral 2020-ci il tarixdə bitməli idi. Lakin, kreditor X 29 oktyabr 2018-cü il tarixdə ölüb və bununla da, onun hüquq qabiliyyətinə xitam verilib (Mülki Məcəllənin 25.2-ci maddəsi). Başqa sözlə, iddia müddətinin axımı həmin tarixdə kəsilib və mülki iş materiallarından görünür ki, X vərəsəsi olan iddiaçıya “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” 27 noyabr 2018-ci il tarixdə verilib və yalnız bundan sonra onun qeyd edilən borcun qaytarılması barədə cavabdehə qarşı iddia irəli sürmək hüququ əmələ gəlib (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Bu baxımdan iddiaçıya münasibətdə iddia müddətinin axımı məhz 27 noyabr 2018-ci il tarixdən hesablanmalıdır. Göründüyü kimi iddiaçı iddia müddəti daxilində, yəni 09 sentyabr 2020-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edib. Ona görə də cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərdiyi digər dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)-3329/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1909/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1909/2022
10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver