Məhkəmə qərarları › İş №2(102)-1912/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1912/2019

27.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1912/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı Bank VTB ASC-nin Cavabdeh Xna qarşı “avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(103)-10366/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Bank VTB (Azərbaycan)» ASC Cavabdehə qarşı “avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin 2016-cı il tarixə banka borclu olduğu 9.714 ABŞ dolları 22 sent məbləğində əsas borc, 1.147dlolları 85 sent məbləğində faiz, 62 ABŞ dolları 60 sent məbləğində cərimə olmaqla, cəmi 10924 ABŞ dolları 67 sent məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndan «Bank VTB (Azərbaycan)» ASC-nin xeyrinə tutulması, tələbin Cavabdehnun mülkiyyətində olan və bank qarşısında ipoteka ilə yüklü «Kia Cerato» markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, qeyd olunan avtomobilin saxlanaraq Azərbaycan Respublikası DİN BDYPİ-nin c ərimə meydançasına gətirilməsi və avtomobilin açıq hərracdan satılması, avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsait hesabına qeyd edilən pul məbləğinin və ödənilmiş dövlət rüsumunun ««Bank VTB (Azərbaycan)» ASC-nə ödənilməsi, «Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında bağlanmış 20.05.2013-cü il tarixli 113132-1-6699 saylı avtomobil krediti müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Bank VTB (Azərbaycan)» ASC Azərbaycan Respublikası MPM-in 53-cü nə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdehnun 29.06.2016-cı il tarixə banka borclu olduğu 9.714 ABŞ dolları 22 sent məbləğində əsas, 1.147 ABŞ dolları 85 sent məbləğində faiz 62 ABŞ dolları 60 sent məbləğində cərimə cəmi 10.924 ABŞ dolları 67 sent məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh Xndan “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh Xnun mülkiyyətində olan və bank qarşısında ipoteka ilə yüklü edilmiş «KİA Cerato» markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, avtomobilin açıq hərracdan satışından əldə edilən vəsait hesabına qeyd edilən pul məbləğinin və ödənilmiş dövlət rüsumunun «Bank VTB (Azərbaycan)» ASC-nə ödənilməsi, «Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh X arasında bağlanmış 20.05.2013-cü il tarixli, 113132-1-6699 saylı krediti müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Rəşad Məmmədov) 2(002)-4592/2017 saylı, 03 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh X arasında bağlanmış 113132-1-6699 saylı 25.05.2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh Xndan 9714, 22 ABŞ dolları əsas borc, 1147,85 ABŞ dolları faiz borcu və 62 ABŞ dolları 60 (altmış) sent məbləğində cərimə borcu olmaqla, cəmi 10924 ABŞ dolları 67 (altmış yeddi) sent borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq "Bank VTB (Azərbaycan)" ASC-nə ödənilməsi, borcun ödənilməsi üçün Cavabdeh Xnun mülkiyyətində olan "Kia Cerato" markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, kredit borcu tam ödənildikdən sonra satışdan qalan məbləğ Cavabdeh Xna qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İsmayıl Vəliyev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 31 oktyabr 2018-ci il tarixli, 2(103)-10366/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4592/2017 saylı, 03 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsin xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN D ƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Xna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməmişdir. Ona məhkəmə prosesində iştirak etmək, çıxış etmək, məhkəməyə öz mülahizələrini bildirmək üçün zəruri şərait yaradılmamışdır. Nəticədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən Cavabdeh Xnun maraqlarına zidd, qeyriqanuni və əsassız qətnamə qəbul edilmişdir. Mübahisələndirilən qətnamə maddi və prossesual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması ilə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməm ələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, "Bank VTB (Azərbaycan)" ASC ilə cavabdeh arasında 20.05.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, bank cavabdehə avtomobil alınması məqsədi ilə 21582 ABŞ dolları məbləğində kredit vermiş, borclu isə öz növbəsində götürdüyü krediti 48 ay müddətində qaytarmağı və kreditdən istifadə ilə bağlı illik 17 faiz ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə borcu yaranmışdır. Kredit müqaviləsindən yaranan öhdəliyin icrasını təmin etmək məqsədilə Cavab deh Xnun mülkiyyətində olan "Kia Cerato" markalı **-EH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qətnamənin qanuniliyini Cavabdeh Xnun kassasiya şikayəti əsasında yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi i lə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka y önəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Kassasiya şikayətində cavabdeh məhkəmə iclasları barədə xəbərdar edilmədiyini qeyd etmişdir, lakin şikayətin bu dəlili iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh X hər iki instansiya məhkəmələrində məhkəmə iclaslarının y eri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdir. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti verən şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən ka ssasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Xnun oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(103)10366/2018 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar