Məhkəmə qərarları › İş №2(102)-1912/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1912/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1912/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin keçməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onların vəkili Vəkil2 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” ilk iddiasına, iddiaçı Cavab deh1 cavabdeh “xxxx” MMC, X3, X6 və X2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7702/2020 nömrəli, 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 124 nömrəli evin 63,93 kv.m. ümumi sahədən ibarət 3 otaqlı, 153 nömrəli mənzilini ipoteka ilə yüklü edərək kredit almaq üçün Cavabdeh1 etibarnamə vermişdir. Bu etibarnamənin əsasında Cavabdeh1 17.01.2012-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MMC-dən 2 ay müddətinə aylıq 5%-lə 30000 manat borc almışdır. Bu borcun təminatı olaraq qanunla müəyyən edilmiş qaydada etibarnamədə göstərilən mənzili ipoteka ilə yüklü etmək əvəzinə, Cavabdeh1 ilə X6 arasında Bakı şəhəri 9 nömrəli xüsusi notariat kontorunda mənzilin alğı-satqı müqaviləsi bağlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 2. “xxxx” MMC-nin ilk iddia ərizəsində tələb olunub ki, 17.01.2012-ci il tarixli, 099 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 30.000 manat, faiz borcu kimi 147.000 manat, dəbbə pulu kimi 97.200 manat, cəmi 274.200 manat Cavabdeh1 MMC-nin xeyrinə tutulsun və tutma ipoteka predmeti olan, Cavabdeh2 məxsus mənzilə - Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, ev № 124-də y erləşən 153 №-li mənzilə yönəldilsin.

3. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində tələb olunub ki, ona vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi 1.535.520 manat “xxxx” MMC, Hikmət Xudiyev, Ziya Mehdiyev və Samir Məmmədov tərəfindən ödənilsin.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim K.Əsədov) 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 17.01.2012-ci il tarixli 099 nömrəli kredit müqaviləsinə əsasən 30000 manat əsas, 147000 manat faiz və 9700 manat dəbbə pulunun “xxxx” MMC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 124 nömrəli evin 63,93 kv.m ümum i sahədən ibarət 3 otaqlı 153 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq borcun əvəzinə ödənilməsi, mənzilin satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması, mənzilin ilkin satış dəyərinin 110.000 manat müəyyən edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi, Cavabdeh1 “xxxx” MMC, X4, X6 və X2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini qismən təmin, qarşılıqlı iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 296, 279, 317, 467,739-cu maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1-ci maddəsinə stinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının (sədrlik edən X.Mərdanova, hakimlər F.Babayev və Vəkil1) 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti isə qismən təmin olunaraq Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində apellyatora münasibətdə dəyişdirilmiş, ilk iddia üzrə Cavabdeh1 ilk iddia üzrə iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı olan borc 39144 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 462, 467-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi ilə əsaslandırılmışdır. Kassasiya insiyasiy asında İ icraat

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən A.İsgəndərov, hakimlər Ə.Əhmədov və İ.Dəmirov) 08 oktyabr 2019-cu il tarixli 2(102)-6069/2019 saylı Qərarı ilə iddiaçı “xxxx” MMC-nin kasasiya şikayəti tamamilə, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kasasiya şikayəti isə qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 23 aprel 2019-cu il tarixli 2(103)-3356/19 saylı qətnaməsi qismən – iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddiasına aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir

9. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə əsas borcun, faiz borc unun (müqavilə müddəti ərzində və müqavilə müddəti bitdikdən sonra), dəbbə pulunun hesablanması üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq işə apellyasiya qaydasında yenidən baxılarkən məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması məsələsi müzakirə olunmalı və borcun məbləği ekspert rəyinə əsasən dəqiq müəyyən edilməlidir. Həmçinin iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, mənzilin boşaldılması hissəsində təmin olunarkən ipoteka predmeti olan mənzilin paylı mülkiyyətçilərindən biri olan İsmayılov Azər İsmayıl oğlu işdə iştirak etməyə cəlb edilməmiş və nəticədə onun hüquq və vəzifələrinə dair hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsində İİ icraat

10. Bakı Apellyasiya Məh kəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli (sədrlik edən V.Sadıqov, hakimlər A.Hüseynov və A.İmanov) qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh1 “xxxx” MMC-nin xeyrinə tutulmalı olan faiz borcunun 24.958,33 manat (18.000 manat müqavilə müddətinin bitdiyi 17.01.2013-cü il tarixədək aylıq 5 faizlə hesablanan normal faiz borcu və 6.958,33 manat müqavilə müddəti bitdiyi vaxtdan iddia qaldırılanadək olan dövr üçün illik 5 faizlə hesablanan faiz borcu), dəbbə pulunun isə 100 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Apelyasiy a instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385, 442, 448.1, 739.1, 739.2-ci maddələri ilə əsaslanılmışdır. Kassasiya insiyasiyasında İİ icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən Ə.Əliyev, hakimlər M.Əhmədova və İ.Xələfov) 25 avqust 2020-ci il tarixli 2(102)-3257/2020 saylı Qərarı ilə iddiaçı “xxxx” MMC-nin, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1, İsmayılov Azər İsmayıl oğlunun kasasiya şikayətləri təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alındı.

13. Ali Məhkəmə qərarını onunl a əsaslandırmışdır ki, iddiaçı mübahisəli evə dair Cavabdeh1la “xxxx” MMC-nin işçisi X6 arasında bağlanmış 17 yanvar 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı andan alqı-satqı deyil, ipoteka müqaviləsi olduğundan xəbərdar olduğu halda, o cümlədən Ali Məhkəmə tərəfindən yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edildiyi tarixdə iddia müddəti ötmədiyi halda iddiaçı hazırkı iş üzrə iddia ərizəsi ilə həmin məhkəmə aktı qəbul edildikdən 10 ay sonra məhkəməyə müraciət etmişdir. Lakin işin mahiyyətinə aid olduğu halda apelyasiya instansiyası məhkəməsi qeyd edilən halları araşdırmamış və həmin hallara hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsində İİİ icraat

14. Bakı Apelyasiya Məhkəməsi MK-nın 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- N.Cəfərov (sərlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) Binəqədi Rayon Məhkəməsinin 03.10.2018-ci il tarixli qətnaməsi iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” ilk iddiasına aid hissədə ləğv edilərək, həmin iddia rədd olunmuşdur.

15. Apelyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı “xxxx” MMC kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

1. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onların vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

20. Digər iddiaçılar və digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir.

22. Həmin Məcəlləsinin 375.2. maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Apellyasiya instansiyası məhkəməsi qətnaməni ilk iddiaya aid hissədə iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair hissədə yoxlamışdır. Hazırkı icraatda da şikayət qətnamənin qeyd olunan hissəsi ilə bağlıdır. Qətnamənin qarşılıqlı iddiaya aid hissəsi bundan əvvəl yoxlanılıb və həmin hissədə dəyişdirilmədən saxlanılıb.

28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilməli və iddia rədd olunmalıdır.

29. Məhkəmə tələbə iddia müddətini tətbiq etməklə onun təmin olunmam ası qənaətinə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Kredit verən “xxxx” MMC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 17.01.2012-ci il tarixli, 099 №-li kredit müqaviləsinə görə 30.000 manat məbləğində borc 12 ay müddətinə verilib. Göründüyü kimi, borcun qaytarılması müddəti 17.01.2013-cü il tarixdə bitib. Müvafiq olaraq 3 illik iddia müddətinin axımı 17.01.2013-cü il tarixdə başlayıb və 17.01.2016-cı il tarixdə bitib. İddia ərizəsi isə 7 aya yaxın vaxt keçdikdən sonra - 16.08.2016-cı il tarixdə verilib. Kredit alan Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə verib (cild 3, iş v. 67). O cümlədən ipoteka qoyan Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə verib (cild 3, iş v. 22). Mülki Məcəllənin 375.2-ci maddəs inə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

30. Tərəflərin arasında bundan əvvəlki məhkəmə çəkişmələri (ipoteka ilə bağlı çəkişmələr) iddia müddətinin axımına təsir etməyib. Belə ki, tərəflər mənzilə dair əvvəlcə ipoteka müqaviləsi deyil, alqı-satqı müqaviləsi bağlamışlar, bununla bağlı məhkəmə çəkişmələrinin sonunda Ali Məhkəmə tərəfindən qəbul edilmiş 19.10.2015-ci il tarixli qərarla alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, tərəflər arasındakı müqavilə münasibətinə ipoteka qaydalarının tətbiq edilməsi qərara alınmışdır. “xxxx” MMC hesab edir ki, məhz bu qərardan sonra onun ipoteka predmetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranmış, ona görə də id dia müddəti həmin qərarın tarixi nəzərə alınmaqla hesablanmalıdır.

31. Lakin işə baxan apellyasiya məhkəməsi haqlı olaraq həmin dəlili qəbul etməmişdir.

32. Əvvəla, kredit münasibəti ipoteka münasibətindən asılı deyil, ona görə də ipoteka ilə bağlı məhkəmə çəkişməsi kredit borcunun tutulması üçün iddia verilməsinə mane olmayıb. Yəni, kredit verən əvvəlcə kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsinə nail ola, daha sonra ipoteka predmetinə tutma yönəldilməsi üçün ayrıca iddia verə bilərdi.

33. İkinci, tərəflərin arasındakı münasibətə ipoteka qaydalarının tətbiq edilməsi barədə qərar Ali Məhkəmə tərəfindən 19.10.2015-ci il tarixdə qəbul edilib, həmin vaxt iddia müddəti bitməmişdi, iddia müddəti bu tarixdən 3 aya yaxın vaxt keçdikdən sonra 17.01.2016-cı il tarixdə bitib. Yəni Al i Məhkəmənin qərarından sonra kredit verənin iddia müddəti daxilində məhkəməyə müraciət etməsi üçün kifayət qədər vaxtı olub, lakin o, Ali Məhkəmənin qərarından 10 ay sonra məhkəməyə müraciət edib.

34. Üçüncü, Ali Məhkəmə hazırkı iş üzrə qəbul etdiyi sonuncu qərarı ilə iddia müddətinin keçdiyini müəyyən edib, bu əsasla apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək iş yeni baxışa qaytarmışdır.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İd diaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7702/2020 nömrəli iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsi iddiaçı “xxxx” MMC-nin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar