Məhkəmə qərarları › İş №2(102)-1913/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1913/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1913/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4nə, Cavabdeh1, Cavabdeh5nə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, zaminliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7371/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh4 MMC arasında bağlanmış 112828-1-7032 saylı 05 iyun 2013-ci il tarixli baş kredit razılaşmasına əsasən, sonuncuya Bank tərəfindən 1.000.000 ABŞ dolları məbləğində 120 ay müddətinə, 05 iyun 2013-cü il tarixədək kredit xətti açılmışdır. Bankla Cavabdeh4 MMC arasında bağlanmış 05 iyun 2013-cü il tarixli 112828-17032/1 saylı kommersiya krediti müqaviləsi ilə Bank tərəfindən sonuncuya kredit xətti daxilində 60 ay müddətinə, illik 16% olmaqla 310.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış 07 iyun 2013-cü il tarixli 113710- NEDVİJ1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən, sonuncuya məxsus ünvan 1 ünvanında istifadədə olan 0.02271 ha torpaq sahəsində yerləşən 446,36 kv.m ümumi, 302,52 kv.m yaşayış, 143,84 kv.m yardımçı sahədən ibarət 8 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi və 26,2 kv.m hasar (tikinti altı sahə) (bundan sonra – ipoteka predmeti) Bank qarşısında baş kredit razılaşması üzrə öhdəliklərinin icrasının təminatı qismində ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, Bankla Cavabdeh5 MMC ilə 113711-7-G_RAN-76 saylı 05.06.2013cü il tarixli, Cavabdeh2 ilə 113736-7-4204 saylı 05.06.2013-cü il tarixli, Cavabdeh1 ilə 113710-7-4203 saylı 05.06.2013 -cü il tarixli və Cavabdeh3 ilə 112826-7-4205 saylı 05.06.2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh5 MMC, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh4" MMC-nin müqavilə üzrə 08 yanvar 2015-ci il tarixə Banka borclu olduğu 264.365,71 ABŞ dolları məbləğində əsas borc, 17.010,68 ABŞ dolları məbləğində faiz borcu və 2489,50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 283.865,89 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka pr edmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq Banka ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ilkin satış qiyməti 550.000 manat müəyyən edilməklə, əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin Banka ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq borcunu ödəməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-871/2015 nömrəli iş üzrə 23 aprel 2015-ci il tarixli qətnaməsi ilə (hakim S.Quliyeva) iddia təmin edilmişdir. Birinci instan siya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu kredit vəsaitindən istifadə etsə də, müqavilə üzrə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə Banka tələb olunan məbləğdə borcu yaranmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 295, 296.1, 279, 385.1, 421.2, 424.5, 443.1, 448.1-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 47.5-ci maddəsinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Məhkəmə kollegiyasının 03.09.2015-ci il tarixli, 2(103)-5087/2015 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq eks pertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.11.2015-ci il tarixli 20228 nömrəli ekspert rəyi ilə 14.01.2015-ci il tarixə (iddia verilən tarixə) olan əsas borcun 252.363,06 ABŞ dolları, faiz borcunun 9.648,53 ABŞ dolları, cərimə borcunun isə 1920,49 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. xxxxnin ƏEM/D 12-499 nömrəli 07 dekabr 2015-ci tarixli rəyinə əsasən, ipoteka predmetinin həmin tarixə ilkin satış qiyməti 580.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının 24.12.2015-ci il tarixli 2(103)-5087/2015 nömrəli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.10.2016-cı il tarixli 2678 nömrəli ekspert rəyinə əsasən, borclunun 05.03.2015-ci il tarixə (iddia ərizəsinə əlavə ver ilən tarixə) olan əsas borcun 255.128,79 ABŞ dolları, faiz borcunun 13.133,39 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının 01.12.2016-cı il tarixli, 2(103)-753/2016 nömrəli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.12.2017-cı il tarixli, 1760 nömrəli ekspert rəyinə əsasən, borclunun 05.03.2015-ci il tarixə (iddia ərizəsinə əlavə verilən tarixə) olan əsas borcun 257,392,09 ABŞ dolları, faiz borcunun 15.961,86 ABŞ dolları, cərimə borcunun isə 3988,64 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1878/2018 nömrəli iş üzrə 12 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışi nksi (sədrlik edən və məruzəçi), R.Eyvazov və S.Hacıyev) cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza xərcini təşkil edən 200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Məhkəmə apel lyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mühasibatlıq sahəsində müxtəlif ekspert rəylərində olan ziddiyyətlər, hesablama üsulu və ardıcıllığı ekspertin sonuncu rəyində açıqlanmamış, əmtəəşünaslıq ekspertizası üzrə keçirilən rəydə əmlakın ilkin satış qiymətinin 580.000 manat, ipoteka müqaviləsində bazar dəyərinin 550.000, likvid dəyərinin 275.000 manat olması qeyd olunsa da, məhkəmə müqavilə razılaşmasına üstünlük verir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1, 269.4, 269.7, 270.1, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 470, 471, 472, 474, 475, 476, 477, 739, 741, 743, 744-cü maddələrinə, “İpoteka haqqında” Qanunun 33, 34.1,36.1, 36.3, 47.4, 59.3.1, 59.4-cü maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4782/2018 nömrəli iş üzrə 13 iyul 2018-ci il tarixli qərarı ilə (hakimlər – V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev) cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh1 kassasiya şikayətləri təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2(103)-1878/2018 nömrəli iş üzrə 12 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq e dilmiş Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 7.10-cu bəndinə istinadla qeyd etmişdir ki, daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, habelə müəssisələrin qanunvericilikdə müəyyən edilmiş qaydada qiymətləndirilməsi bu qurumun səlahiyyətinə aid edilmişdir. Ona görə də, əmlakın real dəyəri ilə bağlı şübhələrin aradan qaldırılması üçün mübahisəli əmlakın (ipoteka predmetinin) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qiymətləndirilməsi məqsədəmüvafiq hesab olunmalıdır. Kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hansı əsasla ilkin satış qiymətinin 550.000 manat müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşdığını göstərməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Yeni apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətinə əlavə verərək, hazırkı mübahisə üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli Qərarlarını tədbiq edərək, onun zaminliyinə və ipoteka müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1671/2019 nömrəli iş üzrə 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 113710-7-4203 saylı, 05.06.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh1 zaminliyinə xitam verilmiş, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 07 iyun 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmamış hesab edilmiş, iddiaçının hesabına ödənilməli əsas borcun məbləği 257,392,09 ABŞ dolları, faiz borcunun məbləği isə 15.961,86 ABŞ dolları həddində müəyyən edilmiş, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri 200 manat (50+50+100) təşkil etdiyindən, həmin məbləğin Cavabdeh4 MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, məhkəməəmtəəşünaslıq ekspertiza tətqiqatının dəyəri 200 manat təşkil etdiyindən, həmin məbləğin iddiaçıdan tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə MPM-in 420-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürülmüş hüquqi mövqe ilə bağlı qeyd etmişdir k i, ipoteka predmetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və həmin ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi qərara alındığından ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hazırkı iş üzrə hər hansı əhəmiyyət daşımır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya instansiyası məhkəməsinin 2(102)-2634/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər – G.Quliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Z.Əliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işə ilk dəfə baxan kassasiya instansiyası məhkəm əsi şikayətin yalnız ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə dəlili ilə razılaşmaqla, yalnız əmlakın real dəyəri ilə bağlı şübhələrin aradan qaldırılması üçün mübahisəli əmlakın Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qiymətləndirilməsi barədə göstəriş qoymuş, zaminlik və ipoteka müqavilələrinin qanuniliyinin yoxlanılması barədə ümumiyyətlə göstəriş verilməmişdir. Məhkəmə qeyd etmişdir ki, işə yenidən baxan apellyasiya məhkəməsinin səlahiyyətləri kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmiş qanun pozuntularının həmin məhkəmənin göstərişləri əsasında yoxlanılması ilə məhdudlaşdığı halda, apellyasiya instansiyası məhkəməsi həmin göstərişlər əsasında ipoteka predmeti olan əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşü naslıq ekspertizası təyin etsə də, sonradan Cavabdeh1 apellyasiya şikayətinə əlavəsində irəli sürdüyü dəlillər əsasında birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yoxlamışdır. Halbuki, Cavabdeh1 həmin dəlilləri nə apellyasiya şikayətində, nə də kassasiya şikayətində irəli sürməmiş və həmin dəlillər ümumiyyətlə müzakirə edilməmişdir. Kassasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində apellyasiya şikayətinin qismən təmin edilməsi göstərilsə də, birinci instansiya məhkəməsinin qətnaməsinə ümumiyyətlə münasibət bildirilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə tələb irəli sürülmədiyi halda zaminlik müqaviləsinə xitam verilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi qət edilmişdir. Digər tərəfdən birinci ins tansiya məhkəməsi tərəfindən təmin edilmiş tələblərə münasibət bildirilmədən borcun məbləğinin müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə öz mövqeyini MPM-nin 218.3, 384, 392, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-7371/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) Cavabdeh4 MMC-nin direktoru (həm də zamin) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan əsas və faiz borcunun məbləğinə aid hissədə dəyişdirilmiş, iddiaçının hesabına ödənilməli əsas borcun məbləği ödəniş günü Az ərbaycan manatının məzənnəsinə uyğun olaraq 257.392,09 ABŞ dolları, faiz borcunun məbləği isə 15.961,86 ABŞ dolları həddində müəyyən edilmiş, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması və tutmanın ona məxsus yaşayış evinə yönəldilməsinə aid hissədə ləğv edilmiş və həmin hissədə iddia tələbi rədd edilmiş, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri 200 manatın Cavabdeh4 MMCdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertiza tətqiqatının dəyəri 200 manatın iddiaçıdan tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya mə hkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh4 MMC-nin kredit öhdəliyini pozması (lazımınca icra etməməsi) barədə düzgün nəticəyə gəlmiş olsa da, tutulmalı olan əsas və faiz borcunun məbləği hissəsində səhvə yol vermişdir. Məhkəmə sonuncu ekspert rəyini əsaslı saymış və hesab etmişdir ki, qətnamə həmin hissədə dəyişdirilməklə, əsas borc 257.392,09 ABŞ dolları, faiz borcu isə 15.961,86 ABŞ dolları məbləğində müəyyən edilməlidir, cərimə hissəsində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdeh (ipoteka qoyan və zamin) Cavabdeh1 münasibətdə apellyasiya instansiyası məhkəməsinin 2(103)-1671/2019 nömrəli iş üzrə 03 dekabr 2019-cu il tarixli qətnaməsində irəli sürülmüş hüquqi mövqe i lə eyni mövqe irəli sürərək qeyd etmişdir ki, Cavabdeh1 ilə bağlanmış zaminlik və ipoteka müqavilələrində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədiyindən və sonradan bağlanmış kredit müqaviləsində də belə şərtlər barəsində zamin və ipoteka qoyan kimi Cavabdeh1 razılığı alınmadığından, 05.06.2013-cü il tarixli Baş kredit razılaşması üzrə onun zaminliyinə bütövlükdə xitam verilmiş, ipoteka müqaviləsi isə bağlanmamış qalmışdır. Buna görə də ipoteka müqaviləsi 05.06.2013-cü il tarixli Kommersiya krediti müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Məhkəmə kassasiya instansiyası məhkəməsinin sonuncu qərarında qeyd olunanlara münasibətdə qeyd etmişdir ki, əvvəlki kassasiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2018-ci il tarixli 2(103)-1878/2018 saylı qətnaməsini bu və ya digər hissədə yox, tam ləğv edərək, işi yenidən baxılması üçün qaytarmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən Cavabdeh1 həmin mübahisə üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il və 25.07.2019-cu il tarixli qərarlarının tətbiq olunaraq, onun zaminliyinə və ipoteka müqaviləsinə xitam verilməsi barədə apellyasiya şikayətinə əlavə vermişdir. Apellyasiya məhkəməsi göstərmişdir ki, Cavabdeh1 həmin əlavəni Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarları qəbul edildikdən sonra vermişdir, yəni sonuncu, 08.06.2015-ci il tarixdə apellyasiya şikayəti, 18.05.2018-ci il tarixdə isə kassasiya şikayəti verərkən belə bir hüquq i mövqe olmamışdır (Konstitusiya Məhkəməsinin məlum qərarları müvafiq olaraq 31.05.2018-ci il və 25.07.2019-cu il tarixdə qəbul edilmişdir). Digər tərəfdən, Cavabdeh1 apellyasiya şikayətinə bu məzmunda əlavə, yaxud qarşılıqlı və ya müstəqil iddia verməsinə ehtiyac yoxdur, bunun üçün hətta iddiaya şifahi etiraz etmək də kifayətdir, çünki hazırkı iş müstəvisində müzakirə edilən zaminlik müqaviləsinin xitamı üçün hər hansı məhkəmə aktı və sair tələb olunmur, bu, qanunun imperativ göstərişidir, yəni məhkəmə belə halda iddianı həmin zaminə münasibətdə təmin etməməlidir. Eyni qayda ipoteka müqaviləsinə də aiddir, yəni hazırkı işdə ipoteka müqaviləsi bağlanmış hesab edilmir, belə vəziyyətdə isə həmin ipoteka müqaviləsinə istinadən tutmanın ipoteka predmetinə yönəldilməsi yolverilməzdir və məhkəmə də bu məzmunda iddianı rədd etməlidir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 apellyasiya şikayətinə verdiyi əlavə yeni tələb yox, ona qarşı yönəlmiş tələbə etirazdır. Başqa sözlə, iddiaya yönəlmiş etirazın ifadə etmə formasından asılı olmayaraq, Bankın tələbinin zaminə və ipoteka predmetinə yönəldilməsi üçün zaminlik və ipoteka təminatının yaranması əsasları mövcud olmalıdır, yəni Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən zaminlik və ipoteka müqavilələri (təminatları) mövcud və qüvvədə olmalıdır. Hazırkı işdə isə 05.06.2013-cü il tarixli Kommersiya krediti müqaviləsi bağlanarkən faiz və sair barədə zamin və ipoteka qoyan kimi Cavabdeh1 razılığı alınmadığından, elə həmin tarixdən zaminlik müqaviləsinə xitam verilmiş, ipoteka müqaviləsi isə bağlanmamış qalmışdır, yəni Bank məhkəməyə m üraciət edərkən artıq zaminlik və ipoteka təminatı mövcud olmamışdır. Belə olan halda isə iddiaçının həmin müqavilələrə istinadən Cavabdeh1 qarşı yönəlmiş tələbi təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 apellyasiya şikayətini təmin edərkən, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, hüququn tətbiqində səhvə yol vermişdir. Kassasiya şikayətinə görə, qanunvericilikdə əsas öhd əliyin mahiyyəti, ölçüsü və icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalı olduğu qeyd edilir. Əsas öhdəliyin təyinatının, məqsədinin dəyişməsinə görə ipotekanın əlavə dövlət qeydiyyatı nəzərdə tutulmamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin təyinatın və məqsədin dəyişməsinə görə əlavə qeydiyyatın aparılması qənaətinə gəlməsi qanunsuz və əsassızdır. Şikayətdə qeyd olunmuşdur ki, ipoteka müqaviləsinin əsas öhdəliyi olan 05.06.2013cü il tarixli baş kredit müqaviləsinin mahiyyəti, ölçüsü və ya icra müddəti, hətta məqsəd və təyinatı da dəyişməmişdir. Çünki həmin kredit müqaviləsi bağlandığı tarixdən müqaviləyə heç bir əlavə və dəyişiklik olunmamışdır. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında kredit müqaviləsində faiz dərəcəsi barədə zaminin razılığının alınması ilə bağlı hər hansı qayda və ya forma müəyyən olunmamışdır. Plenumun qərarında kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığının olması qeyd olunmuşdur. Bankla “xxxx” MMC arasında bağlanmış kredit müqaviləsinin mühüm şərtləri - məbləğ, müddət və valyuta müqavilədə yetərli dərəcədə aydın göstərilmişdir. Faiz dərəcəsi göstərilməsə də, zaminlərin bu barədə məlumatları olmuş və bu hal Zaminlik müqaviləsinin 2.5-ci bəndində öz əksini tapmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 faiz dərəcəsi barədə razılığının alınmaması barədə əsassız nəticəyə gəlmişdir. Kassator həmçinin qeyd etmişdir ki, Konsitusiya Məhkəməsi Plenumunun müvafiq qərarına görə, istənilən dəyişikliyə görə zaminliyin xitamı nəzərdə tutulmamışdır. Bu yalnız o halı nəzərdə tutur ki, dəyişiklik zamanı zaminin məsuliyyəti artır, yaxud da onun üçün başqa əlverişsiz nəticələrə səbəb olur. Lakin hazırkı halda, zaminin öhdəliyi dəyişməmişdir. Onun məsuliyyətinin artması, onun üçün digər əlverişsiz şərait yaranması barədə iş materiallarında heç bir sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq cavabdehə qarşı iddia tələbini tam şəkildə təmin etməmişdir, onun əsas borca dair öhdəliyini nəzərə almamışdır. Məhkəmə qətnamədə Bankla Cavabdeh1 arasında bağlanmış ipoteka və zaminlik müqavilələrinə əsasən, sonuncunun Cavabdeh4 MMC-nin Bank qarşısında bağlanmış baş kredit razılaşması üzrə öhdəliklərinə birgə məsuliyyət d aşımağı öhdəsinə götürməsini qeyd etmiş, beləliklə də, bağlanmış ipoteka və zaminlik müqavilələri üzrə təmin edilən öhdəliyin bank kredit razılaşması olmasını qəbul etmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış ipoteka və zaminlik müqavilələri baş kredit müqaviləsinə bağlıdır və həmin müqavilənin təminatıdır. Cavabdehlərdən tutulmalı olan məbləğlə bağlı kassasiya şikayətində qeyd olunmuşdur ki, borcun hesablanması ilə bağlı məhkəməyə detallı maliyyə arayışı və hesabdan çıxarışlar təqdim edilmişdir. Ekspert rəyində müştərinin ödənişləri gecikdirməsi halları və ödəniş edilən zaman cərimə və gecikdirilmiş əsas borca hesablanmış faizləri də ödəməli olduğu nəzərə alınmamışdır. Kassator həmçinin qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə Ali Məhkəmənin g östərişlərini nəzərə almamış, nöqsanları aradan qaldırmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (ma ddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının qismən – iddianın təmin olunmayan hissədə ləğvini xahiş etdiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Mə cəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470). Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasın a və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir ( maddə 477.0.1). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarı... zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, ba ğlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə a lınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələr inin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarı...müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürür və borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Zaminlik müqaviləs i qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli h üquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qi ymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7371/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar