Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1913/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: aktiv borcun olmaması barədə məlumatın verilməsi öhdəliyinin icrası barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 fevral 2024-cü il tarixli, 2(103)1195/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 2 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 22 noyabr 2018-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Ağayev X1 60 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 2.400 manat məbləğində kredit götürmüşdür.
2. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 9 iyul 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Ağayev X1 84 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 9.464,75 manat məbləğində kredit götürmüşdür.
3. Cəlilabad Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(073)-325/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı 22 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9,96 manat, faiz borcuna görə 384 manat olmaqla, cəmi 9,96 manat; 9 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9.020,50 manat, faiz borcuna görə 1.251,97 manat olmaqla, cəmi 10.272,47 manat; habelə ödənilmiş dövlət rüsumuna görə 120,84 manat məbləğində pulun tutulub Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. 4. 26 avqust 2022-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Binəqədi” filialı tərəfindən verilmiş 753 saylı arayışdan görünür ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 26 avqust 2022-ci il tarixə heç bir aktiv borc öhdəliyi yoxdur. 5. 22 fevral 2023-cü il tarixdə İddiaçı ərizə ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək, 9 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə aktiv öhdəliyinin olmamasına dair məlumatın "xxxx" MMC-nə göndərilməsini xahiş etmişdir. 6. 31 avqust 2022-ci il tarixdə Cavabdeh Açıq Səh mdar Cəmiyyəti tərəfindən Filiallarla iş şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Bankda baş vermiş texniki problem nəticəsində “Excel” faylda qeyd olunan müştərilərin kredit borcları silinmiş, daha sonra problem aradan qaldırılmış və kreditlər bərpa olunmuşdur. Buna baxmayaraq müştərilərə “kredit borcunuz tam bağlandı” məzmunlu SMS-lər göndərilmişdir. Nəticə etibarı ilə bəzi müştərilərin yaxınlaşaraq “kredit borclarının olmaması” haqqında arayışlar əldə etmələri müəyyən olunmuşdur. Bu səbəbdən 25 avqust 2022-ci il tarixdən bu günə kimi əlavə edilən fayl üzrə arayış verilmiş müştərilərin siyahısı 5 sentyabr 2022-ci il tarixədək DL ERM “kapitalbank.az” mail ünvanına mütləq şəkildə təqdim edilməlidir. 6. 16 fevral 2023-cü il və 24 fevral 2023-cü il tarixlərdə Cavabdeh Açıq Səhmdar Cəmiyyət i tərəfindən İddiaçı ünvanlanmış məktublardan görünür ki, onun 22 fevral 2023-cü il tarixli müraciətinə baxılmış və qeyd edilmişdir ki, 26 avqust 2022-ci il tarixdə texniki çətinlik nəticəsində müqavilə üzrə onun borcu sistemdə əks olunmadığı üçün, ona təmizlik arayışı verilmişdir. Lakin sonradan Bank əməliyyat sistemində baş vermiş texniki xəta aradan qaldırılmış və 29 avqust 2022-ci il tarixdə müqavilə üzrə qalıq borcu bərpa edilmişdir. 6 fevral 2023-cü il tarixə onun müqavilə üzrə qalıq borcu 10.254,47 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra-iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 9 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəl iyinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Cavabdeh ASC-nin Binəqədi filialı tərəfindən “aktiv borc öhdəliyinin olmamasına” dair 26 avqust 2022-ci il tarixli, 753 saylı arayış təqdim olunmuşdur. Buna baxmayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının “Mərkəzləşdirilmiş Kredit Reyestrin”də hələ də adında aktiv borc öhdəliyi haqqında məlumat mövcuddur. Bu o deməkdir ki, cavabdeh üzərinə düşən müvafiq öhdəliyi yerinə yetirməmişdir və problemin məhkəmədən kənar həlli qeyrimümkün olmuşdur. Məhz bundan sonra cavabdehə müraciət edərək üzərinə düşən öhdəliyi icra etməsini xahiş etmişdir. Cavabdeh isə qeyd etdiyi kimi üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Bu da məhkəməyə müraciət etməsinə s əbəb olmuşdur. Cavabdehlə onun arasında yaranmış hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində artıq xitam verilmişdir. Lakin cavabdeh tərəflər arasında hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilməsinə baxmayaraq müvafiq məlumatı "xxxx" MMC-nə “Məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarına uyğun olaraq verməmişdir. Bu səbəbdən də borcunun olmaması sözügedən arayışla öz təsdiqini tapdığından 9 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə aktiv borc öhdəliyinin olmamasına dair məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
9. Cavabdeh isə iddiaya etiraz edərək qeyd etmişdir ki, Bankın əməliyyat sistemində baş vermiş texniki xəta nəticəsində 26 avqust 2022-ci il tarixdə kredit müqaviləsi üzrə qalıq borc silinmiş, məsələ ilə bağlı müvafiq düzəlişlər icra edilərək 29 avqust 2022-ci il tarixdə müqavilə üzrə qalıq borcu bərpa edilmişdir. 6 fevral 2023-cü il tarixə müqavilə üzrə qalıq borc 10254,47 manat təşkil edir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(006)3294/2023 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin “Binəqədi” filialı tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli, 753 saylı arayışı mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sənədlərlə təsdiq olunmuşdur ki, həmin arayış real vəziyyəti əks etdirmir və Bankın əməliyyat sistemində yaranmış nasazlıqla bağlı olaraq iddiaçıya təqdim olunmuşdur. Əksinə, təqdim olunmuş sənədlərə əsasən, iddiaçının cavabdehə 9 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə aktiv borcu mövcuddur, kredit müqaviləsi üzrə yalnız 1.718 manat 40 qəpik ödəniş edilmiş, qalan borc ödənilməmişdir.
12. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının sözügedən kredit müqaviləsi üzrə 6 fevral 2023-cü il tarixə qalıq borcu 10.254,47 manat təşkil edir. İşin qeyd olunan halı Cəlilabad Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(073)-325/2022 saylı qətnaməsi (icra edilməmişdir), habelə Cavabdeh ASC-nin 16 fevral 2023-cü il tarixli, 20xx/xx/1360 saylı məktubu, eləcə də, təqdim edilmiş digər sənədlərlə də təsdiq olunur.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.2, 425.2ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 7 7.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə məhkəməyə təqdim edilmiş “aktiv borc öhdəliyi”nin olmamasına dair arayış olmasına baxmayaraq məhkəmə bu hala düzgün hüquqi qiymət verməmiş və bununla da göstərilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuna, sübutlara və faktlara əsaslanmadan tərəflərin hüquqi bərabərliyi təmin edilmədən qəbul edilmişdir.
16. Bak ı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 fevral 2024-cü il tarixli, 2(103)-1195/2024 saylı qətnaməsi ilə (hakimlər Elşən Kazımov - sədrlik edən, məruzəçi, Kamran Əkbərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(006)3294/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçı borcunun olmamasına dair Cavabdeh ASC-nin Binəqədi filialının verdiyi 26 avqust 2022-ci il tarixli, 753 saylı arayışdan başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə qeyd olunan arayışın verilməsi səbəbini qeyd etmişdir. Əksinə, işdə olan digər sübutlar iddianın əsassızlığını təsdiq edir. Yəni, işdə olan digər sübutlar, o cümlədən qan uni qüvvəyə minmiş Cəlilabad Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(073)-325/2022 saylı qətnaməsi ilə iddiaçıdan 9 iyul 2020-ci il tarixli kredit müqaviləsi 9.020,50 manat əsas, 1.251,97 manat faiz, cəmi 10272,47 manat borcun tutularaq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bu qətnamə ilə qət olunan məbləğin ödənilməsi isə təsdiq olunmur. Əksinə, borclu İddiaçı Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 28 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərarından verdiyi şikayəti Cəlilabad Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və həmin qərardad Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 dekabr 2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi məhz bu prinsipi əsas götürərək qeyd etmişdir ki, məhkəmə aktı ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni iddiaçının cavabdehə borcunun mövcud olması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən, yəni iddiaçının borcu olmadığına dair istinad etdiyi kredit müqaviləsi üzrə borcunun qaldığı və ödənilmədiyi təsdiq edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.
19. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442.1, 448.2, 528, 529.1, 739.1,739.2-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək iş üzrə a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr qərəzli şəkildə onun təqdim etdiyi mötəbər yazılı sübuta heç bir hüquqi qiymət vermədən, qarşı tərəfin verdiyi əsassız və həqiqətə uyğun olmayan məlumata əsaslanaraq qanunsuz və əsassız qətnamə qəbul etmişlər. Belə ki, onun 9 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə borcu olmadığı halda, Bank bu barədə məlumatı "xxxx" MMCyə verməməklə qanunverciliyin tələblərini pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə etiraz ərizəsində qeyd edilmişdir ki, kassasiya şikayəti formal xarakterli əsaslarla yazılmışdır. Buna görə də kassasiya şikayə tinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Kassasiya baxışının hədləri
23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli mə hkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçın tərəfindən tam mübahisələndirildiyində, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
26. Maddə 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.
27. Maddi
528. Öhdəliyə o nun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
28. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
29. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
30. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
31. Maddə 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir.
32. Maddə 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu
33. Maddə
1. Bu Qanunun məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkə mləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək verilməsidir.
34. Maddə 2.0.8. Məlumat istifadəçisi - kredit bürosundan kredit hesabatlarını almaq hüququ olan bu Qanunun 13.2-ci maddəsində göstərilən subyektlər hesab olunur.
35. Maddə 2.0.11. Pozitiv məlumat- kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını müsbət xarakterizə edən hər hansı məlumat başa düşülür.
36. Maddə 10.1. Kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir.
37. Maddə 12.1...Kredi t təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.
38. Maddə 12.2. Kredit tarixçələrini təşkil edən məlumatı kredit bürolarına aşağıdakılar təqdim edə bilərlər: maddə 12.2.6. kredit bürosunu fərdi məlumatlarla təchiz edən digər subyektlər (o cümlədən pozitiv məlumat verərkən bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları).
39. Maddə 17.1. Məlumat təchizatçısı kredit bürosuna kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosu ilə bağladığı müqaviləyə əsasən təqdim edir. Məlumat təchizatçısı bir və ya bir neçə kredit bürosu ilə müvafiq məlumatın təqdim edilməsi barədə müqavilə bağlaya bilər.
40. Maddə 17.3. Məlumat təchizatçısı kredit bürosu ilə bağlanmış müqavilədə müəyyən olunmuş müddətdə, la kin dəyişiklikliyin baş verdiyi gündən 30 gündən gec olmayaraq borcun vəziyyəti (və ya digər hal üzrə son vəziyyət) barədə məlumatı kredit bürosuna təqdim etməlidir.
41. Maddə 17.4. Kredit bürosuna kredit tarixçələrini təşkil edən məlumatlar elektron formada təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Kassasiya instansiyası məhkəməsi he sab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları araşdıraraq işin hallarını düzgün müəyyən etmiş olsa da, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verib.
50. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bank, borcluya (iddiaçıya) 22 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 60 ay müddətinə illik 25 faizlə 2.400 manat; 09 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 84 ay müddətinə illik 20 faizlə 9.464,75 manat kredit verib. Sonradan Banakın tələbinə əsasən Cəlilabad rayon məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə borcludan (iddiaçıdan) 22 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 9,96 manat; 09 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə isə cəmi 10.272,47 manat pul un tutulub Banka ödənilməsi qət edilib.
51. Hazırda iddiaçı, Bankın ona “aktiv borc öhdəliyinin olmamasına” dair 26 avqust 2022-ci il tarixli, 753 saylı maliyyə arayışı təqdim etdiyini, buna baxmayaraq Mərkəzi Bankın “Mərkəzləşdirilmiş Kredit Reyestrin”də hələ də adında aktiv borc öhdəliyi haqqında məlumatın qaldığını, Bankla arasında olan öhdəliyə lazımınca icra nəticəsində artıq xitam verildiyi halda, bu barədə müvafiq məlumatın Bank tərəfindən "xxxx" MMC-nə təqdim edilmədiyini göstərib, 09 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə aktiv borc öhdəliyinin olmamasına dair məlumatın "xxxx" MMC-nə verilməsi barədə öhdəliyin Banka həvalə edilməsini iddia edir.
52. Bank isə əməliyyat sistemində baş vermiş texniki xəta nəticəsində 26 avqust 2022-ci il tarixdə sözügedən kredit müqaviləsi üz rə qalıq borcnun silindiyini, məsələ ilə bağlı müvafiq düzəlişlər icra edilərək 29 avqust 2022-ci il tarixdə həmin müqavilə üzrə qalıq borcunun bərpa edildiyini və 06 fevral 2023-cü il tarixə iddiaçının müqavilə üzrə qalıq borcnun 10254,47 manat təşkil etdiyini göstərib, iddiaya etiraz edir.
53. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükü bilavasitə iddiaçının öhdəsinə düşür. Lakin iddiaçı, istinad etdiyi hallara dair, yəni Banka borcunun olmamasına dair Bankın Binəqədi filialının verdiyi 26 avqust 2022-ci il tarixli, 753 saylı arayışdan başqa məhkəməyə heç bir sübut təqdim etməyib. Bank isə qeyd olunan arayışın verilməsi səbəbini göstər ir. Əksinə, işdə olan digər sübutlar iddianın əsassızlığını təsdiq edir. Belə ki, qanuni qüvvəyə minmiş Cəlilabad Rayon məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçının 09 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə Banka ödənilməmiş 10.272,47 manat borcu vardır. Həmin borcun ödənilməməsi iddiaçının icra məmurunun qərarını məhkəmə qaydasında mübahisədəndirməsi ilə də təsdiq olunur. Beləliklə də iddiaçının cavabdehə borcunun olması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən, yəni sözügedən kredit müqaviləsi üzrə borcun tam ödənilmədiyi təsdiq edildiyindən, iddiaçının istinad etdiyi halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.
54. Əvvəla, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nətic ə ilə razılaşmır və hesab edir ki, hazırkı mülki mübahisənin hüquqi əsası kimi ilk növbədə Mülki Məcəllənin 527, 528-ci maddələrinin tələbləri nəzərdə keçirilməlidir.
55. Sözügedən normaların mənasına görə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilir, yəni öhdəliyə icra nəticəsində o, halda xitam verilir ki, borclunun tələbi ilə kreditor onun adına icranı tamamilə qəbul etdiyini təsdiqləyən sənəd versin.
56. Hazırkı halda, iddiaçının tələbi ilə Bank onun adına icranı tamamilə qəbul etdiyini təsdiqləyən sənəd, yəni 26 avqust 2022-ci il tarixli, 753 saylı maliyyə arayışı verib. İddiaçı isə həmin maliyyə arayışına əsaslanaraq hazırkı iddianı qaldırıb.
57. Belə olan halda öhdəliyin icrası kimi iddiaçı tərəfindən təklif olunmuş hərəkəti qəbul edən Bank, əgər 26 a vqust 2022-ci il tarixli, 753 saylı maliyyə arayışını öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, məhz Bank sübut etməlidir ki, öhdəliyə icra nəticəsində xitam verilməyib.
58. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbinin əsası kimi istinad olunan halları sübut etmək yükünü bilavasitə iddiaçının üzərinə qoymaqla qeyd olunan normaların tələblərini pozub.
59. Digər tərəfdən işdən görünür ki, sözügedən kredit müqaviləsi üzrə kredit borcunun tutulmasına dair məhkəmə aktının qəbul olunmasından 4 ay sonra, yəni 26 avqust 2022-ci il tarixdə Bank iddiaçıya 26 avqust 2022-ci il tarixə heç bir aktiv borcunun olmadığına dair maliyyə arayışı verib. Lakin, sonradan Bank, bunu Bank əməliyyət sistemində baş vermiş hər hansı texniki xəta ilə əlaqələndirsə də, işdə bu barədə heç bir mötəbər yazılı subut, texniki rəy yoxdur.
60. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan məhkəmə aktı ilə müəyyən edilən halın hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıdığı qənatinə gələrkən, Bankın məhz qətnamənin qəbulundan 4 ay sonra iddiaçıya, 26 avqust 2022-ci il tarixə heç bir aktiv borc öhdəliyinin olmamasına dair maliyyə arayışı verməsini nəzərə almayıb.
61. Göründüyü kimi, tərəflər arasında bağlanmış 09 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyə iddiaçı tərəfindən onun Bankın xeyrinə lazımınca icrası nəticəsində artıq xitam verilib.
62. Ona görə də iddiaçı, cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olub və onun tələbi əslində mahiyyət etibrilə Banka olan borc məbləği haqqında məlumatın kred it reyestrində həqiqi vəziyyətə uyğun olaraq yerləşdirilməsi məqsədi daşıyır. Bu cür məlumatların verilməsi isə Bankın birbaşa vəzifəsidir.
63. Belə ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən...kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.
64. Həmin Məcəllənin 12.2, 12.2.6-cı maddələrinin mənasına görə, kredit tarixçələrini təşkil edən məlumatı kredit bürolarına kredit bürosunu fərdi məlumatlarla təchiz edən digər subyektlər (o cümlədən pozitiv məlumat verərkən bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları) təqdim edirlər.
65. Həmin Məcəllənin 17.3-cü maddəsinə əsasən, məlumat təchizatçısı kredit bürosu ilə bağlanmış müqavilədə müəyyən olunmu ş müddətdə, lakin dəyişiklikliyin baş verdiyi gündən 30 gündən gec olmayaraq borcun vəziyyəti (və ya digər hal üzrə son vəziyyət) barədə məlumatı kredit bürosuna təqdim etməlidir.
66. Həmin Məcəllənin 17.4-cü maddəsinə görə, kredit bürosuna kredit tarixçələrini təşkil edən məlumatlar elektron formada təqdim edilir.
67. Habelə Azərbaycan Respublikası X2 Heyətinin 03 noyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci bəndinə görə, Banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanların kreditləri barədə MKR-ə məlumat verirlər.
68. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış e htiyat məbləğləri çıxılmadan) təqdim edilir (Qaydaların 2.2-ci bəndi).
69. Qaydaların 2.5-ci bəndinin tələbinə görə Banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir.
70. Göründüyü kimi MKR məlumatları və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil etmiş olduğu elektron portal məlumatları, mühasibat registrindəki hesabatlara əsasən icbari qaydada vaxtaşırı yenilənən məlumatlardır. Bu məlumatlar mötəbər əsaslara söykənməldir.
71. Hazı rkı haldı iddiaçı, cavabdehin sözügedən kredit borcu haqqında məlumatlarının həqiqətə uyğun olmadığını bildirir və bunun sübütu kimi məhkəməyə Bankın onun adına verdiyi kredit borcunun olmamasına dair 26 avqust 2022-ci il tarixli, 753 saylı maliyyə arayışını təqdim edib.
72. Apellyasiya instansiyası məhkəməsi, Bank əməliyyat sistemində baş vermiş texniki xəta haqqında Bankın formal mülahizəsinə, habelə qeyd olunan maliyyə arayışının verilməsindən 4 ay əvvəl qəbul olunmuş məhkəmə aktına istinad edərək, sözugedən kredit müqaviləsi üzrə öhdəliyə icra nəticəsində xitam verilməməsinə dair əsassız nəticəyə gəlib.
73. Halbuki, mülki iş materialları, habelə apellyasiya və kassasiya şikayətlərinin dəlilləri ilə müəyyən olunur ki, tərəflər arasında uzun müddət kredit münasibətləri olub və sonda ümum i borc məbləği restrukturizasiya edilərək 9.464,75 manat kredit borcuna dair onlar arasında 09 iyul 2020-ci il tarixli müqavilə bağlanıb. Həmçinin iddiaçının izahatına görə, borc öhdəliyi hər ay onun əmək haqqından məcburi qaydada tutulub. Bu hal iddiaçının adına olan ödəniş kartından 01 yanvar 2016-cı il tarixdən 28 mart 2024-cü il tarixədək kredit borcu üzrə silinmiş məbləğlərlə də təsdiq olunur.
74. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin izahatları da sübut növü hesab edilir və həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları da iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
75. Bu baxımdan, sözügedən maliyyə arayı şının, habelə iddiaçının izahatının sübut növü kimi təhlili bu nəticəyə gəlməyə əsas verir ki, kredit reyestrində iddiaçının borclu olması barədə məlumatların mötəbərliyi müəyyən olunmur və kredit reyestrində xitam verilmiş öhdəlik barədə məlumatın qalması, kredit reyestrinin təyinatına uyğun gəlmir. Ona görə də iddia təmin edilməlidir.
76. Azərbaycan Respublikası MPM-in 417.1.4-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
77. Həmin Məcəllənin 417.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 fevral 2024-cü il tarixli, 2(103)- 1195/2024 saylı qətnaməsi ləğv olunsun, yeni qərar qəbul edilsin. İddia təmin olunsun, 9 iyul 2020-ci il tarixli, RGTK ******* A 162 saylı kredit müqaviləsi üzrə İddiaçı kredit borcunun olmamasına dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin öhdəsinə qoyulsun. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.