Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1914/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin tədbiqi) 01.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7477/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıda kıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh arasında dost münasibətləri olmuşdur. İddiaçı Cavabdeh 2008-ci 10000 ABŞ dolları borc verdiyini, həmin pulun 9000 ABŞ dollarının qaytarılmadığını göstərir. Cavabdeh isə pulu aldığını etiraf etməklə yanaşı tam qaytardığını göstərir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 10000 ABŞ dolları məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin həcmini azaltmış və cavabdehdən 9000 ABŞ dolları məbləğində vəsaitin Mərkəzi Bankın rəsmi məzənnəs i ilə manat ekvivalentində iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildə Moskva şəhərində olarkən dostluq etdiyi Cavabdeh onunla telefon əlaqəsi quraraq "Binə” ticarət mərkəzində 24 kvadrat metr ölçüdə mağaza satıldığını bildirmiş və onu şərikli qaydada almağı təklif etmişdir. İddiaçı bununla əlaqədar poçt vasitəsi ilə Rusiyadan 10000 ABŞ dollarını cavabdehə göndərmiş, sonuncu isə əlavə vəsait qoymaqla qeyd olunan mağazanı aldığını və öz qohumunun adına müvəqqəti rəsmiləşdirilməsini qeyd etmişdir. Buna baxmayaraq cavabdeh nə mağazanın alınmasını təmin etməmiş, nə də iddiaçının pulunu qaytarmamışdır. İddiaçı, xx xxxxxx 2016-ci il tarixdə Bakı şəhər prokurorluğuna müraciət edərək cinayət işinin başla nılmasını xahiş etmişdir. Polis orqanı tərəfindən araşdırma aparılmış və nəticədə Nəsimi RPİ-nin 21-ci PB-nin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda cavabdehə qarşı cinayət işinin başlanılması o əsasla rədd edilmişdir ki, cinayət məsuliyyətinə cəlb edilməsi müddəti keçmişdir və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh tərəf xx xxxxxxx 2019-cu il tarixdə ərizə ilə müraciət edərək tələb üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüqar Quliyev, iş № 2(005)-3785/19) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.2, 380.1, 389.1, 390.1-ci maddələrinə istinad edərək mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq etmiş və elə bu əsasla da iddianı rədd etmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı və Cavabdeh arasında şifahi razılıq əldə olunmuş və “Binə” ticarət mərkəzində 24 kv.m ölçüdə mağazanın satın alınması məqsədilə iddiaçı tərəfindən cavabdehə 9000 ABŞ dolları məbləğində pul verilmişdir. İddiaçı tərəf müvafiq pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmadığını əsas gətirərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək, öncəliklə həmin pul vəsaitinin iddiaçıya qaytarıldığını bildirmiş, daha sonra isə ərizə verərək iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi daha sonra müəyyən etmişdir ki, mübahisələndirilən pul vəsaiti Cavabdeh verildikdən sonra, yəni 2008-ci ildən 2016-cı ilədək onlar arasındakı münasibətlər davam etmiş, iddiaçı həmin pul vəsaitinin qarşılığında “Binə” ticarət mərkəzində yerləşən mağazanın alınmadığından xəbərdar olsa da 11 il ərzində müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi tərəflərin Moskva şəhərində dəfələrlə görüşdüyünü, hətta cavabdehin onun toy mərasimində iştirak etdiyini, habelə 2008-ci ildən sonra, yəni mağazanın alınması ilə bağlı müvafiq razılıq əldə olunduqdan sonra da şərikli olaraq təndirxana işlətdiklərini inkar etməmişdir. Bütün bu hallar sübut edir ki, İddiaçı mağaza almaq məqsədilə Cavabdeh verdiyi 9000 ABŞ dolları mə bləğində pul vəsaitinin məqsədli təyinatına uyğun olaraq istifadə olunmadığından 2016-cı il tarixinə qədər də xəbərdar olmuş, lakin müvafiq pul məbləğinin geri qaytarılması barədə iddia tələbi ilə müraciət etməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri, o cümlədən hazırkı mübahisənin şifahi müqavilə ilə bağlı münasibətlərdən yaranan mübahisə olduğunu, belə mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinin tətbiq edildiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia müddətinin axımının başlandığı 2008-ci il tarixdən 11 il ərzində iddiaçı tərəfindən öhdəliyin icrası tələb edilmədiyindən cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı hesab edilməli və iddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski-sədrlik edən və məruzəçi, Zaur Əliyev və Rafael Eyvazov, iş № 2(103)-1327/20) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia təmin edilmiş, Cavabdeh 9000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işdə tərəflər arasındakı münasibətlər tapşırıq müqav iləsindən irəli gəldiyi üçün tələbə üç illik iddia müddəti şamil edilir. Bununla belə, mübahisənin düzgün həlli üçün iddia müddətinin axımının başlanma anının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırkı işdə iddia müddətinin axımın başlanığıcı 2016-cı ilin avqust ayının 20-dən hesablanmalıdır. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə görə, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. MM-in 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Baxılan işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsi üzrə öhdəliyin icra müddəti konkret olaraq müəyyənləşdirilməmişdir. Onlar bir-birini xeyli müddət ərzində tanımaqla yaxşı münasibətdə olduqları üçün iddiaçının öhdəliyin icrasını dərhal tələb etməməsi və uzun müddət ərzində cavabdehə güvənməsi ağlabatandır. Eyni zamanda, işin hallarına əsasən iddiaçı daima Azərbaycan Respublikasından kənarda olmuş, cavabdeh isə mağazanın alınmasını bildirməklə, onu arxayın salmışdır. Belə ki, cavabdehin özü xx.xx.2016-cı il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nə verdiyi izahatında bildirmişdir ki, həmin ilin avqust ayında İddiaçı mağazanın sənədlərini tələb etmiş və o, həmin sənədlərin evdə itirildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı, hələ hüquq mühafizə orqanına şikayət edənədək mağazanın cavabdeh tərəfindən alınmasına (tapşırığın icra olunmasına) sonuncunun ona verdiyi vədlər əsasında inanmış, bu səbəbdən də hüquqlarının pozulmasını zənn etməmiş, arxayın olmuşdur. İşin faktiki hallarından görünür ki, tərəflər arasında mübahisə, məsələnin m üsbət həll olunmaması səbəbindən ilk dəfə 2016-cı ilə yaranmışdır. İddiaçı, sözügedən pul məbləği ilə bağlı məhz həmin ilin avqust ayının 20-də prokurorluq orqanına şikayət etmiş və araşdırma başlanmışdır. Qeyd edilənlər birlikdə qiymətləndirildikdə bu nəticəyə gəlməyə əsas verir ki, mübahisəli pul məbləği 2008-ci ildə verilmiş olsa da, tərəflər arasındakı yaxın münasibətə və cavabdehin verdiyi vədlərə görə iddiaçı, hüququnun pozulduğunu 2016-cı ilin avqust ayında bilmiş və həmin ayın 20-də istintaq orqanına şikayət etmişdir. Ona görə də iddia müddətinin başlanması məhz həmin tarixdən hesablanmalıdır. Cavabdeh isə iddiaçının hüququnun pozulduğunu həmin tarixdən daha əvvəl bilməsini və ya bilməli olmasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin xx.xx.2016-cı il tarixdə “nə qədər borcu qalırsa onu dərhal qaytaracağına” dair polis orqanında verdiyi izahat borcu etiraf etməsini göstərən hərəkətdir. Odur ki, iddia müddətinin axımı hətta daha əvvəl başlanmış olsa belə həmin müddət qeyd edilən etirafa görə xx.xx.2016-cı il tarixdən kəsilməklə yenidən başlanmış sayılır. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Beləliklə, iddia müddətinin başlanığıcı xx.xx.2016cı il (yaxud xx.xx.2016-cı il) tarixdən götürüldükdə İddiaçı, xx.xx.2019-cu il tarixdə hazırkı iddianı qaldırmaqla qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürməmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilovsədrlik edən və məruzəçi, Ələsgər Əliyev və Mehparə Əhmədova, iş № 2(102)-3845/20) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin olunaraq apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin iş üzrə xx.xx.2020-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə iddia müddəti başa çatdıqdan sonra borcun etirafı barədə hərəkətlər iddia müddətinin axımını kəsə bilməz. Çünki müddətin axımının kəsilməsindən o vaxt söz gedə bilər ki, müddətin axımı başa çatmamış olsun. d) Apellyasiya instansiya sı məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia müddəti başa çatdıqdan sonra borcun etirafı barədə hərəkətlər iddia müddətinin axımını kəsə bilməz. Çünki müddətin axımının kəsilməsindən o vaxt söz gedə bilər ki, müddətin axımı başa çatmamış olsun. Məhkəmə qeyd etmişdir ki, 2008-ci ildə pul məbləği verilmiş, yazılı razılaşma olmamış, iddiaçı 2019-cu ildə 10000 ABŞ dolları tələbi irəli sürmüş, sonra heç bir izahat vermədən tələbi azaldaraq 9000 ABŞ dolları tələb etmi şdir. Pulun verilməsindən 11 il ötdükdən sonra kimin-kimə nə qədər borclu olması ilə bağlı sübutları tapmaq, və yaxud hansısa tərəfdən sübut təqdim etməyi təklif etmək, tələb etmək, onların mötəbərliyini yoxlamaq həm çətin və həm də qeyri-mümkündür. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsində nəzərdə tutulan borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər dedikdə “nə qədər borcu qalırsa onu dərhal qaytaracağına” söz verməsi barədə izahatlar nəzərdə tutulmur. Bu normada borcun etirafı barədə hərəkətlər dedikdə həmin məbləğin bir qisminin ödənilməsi, borcun əvəzi olaraq əmlak verilməsi, borcun qismən də olsa ödənilməsi ilə bağlı və.s hərəkətlər nəzərdə tutulur. Borclu tərəf müddət məhdudiyyəti qoymadan h ər vaxt borcunu etiraf edə bilər, lakin bu müddətin kəsilməsi kimi başa düşülməməlidir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı saymış və qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının h azırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə kassasiya məhkəməsinin qərarındakı göstərişlərə əməl etməmişdir. Tərəflər arasında olan münasibətlər borc münasibətləri deyil və şihafi olaraq bağlanmış tapşırıq müqaviləsindən irəli gələn münasibətlərdir. Tapşırığın predmetini “Binə" ticarət mərkəzində mağazanın alınması təşkil edib. İddiaçı tərəfindən qaldırılan iddia müqavilə tələbi deyil (İddiaçı müqavilə üzra öhdəliyin icrasını tələb etmir, yəni mağazanın təhvil verilməsini tələb etmir) İddiaçının əmlakının (qanunsuz olaraq cavabdeh tərəfindən saxlanılan) qaytarılması tələbi ilə bağlıdır. Bu cür tələblərə iddia müddəti şamil edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamış dır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müq avilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001ci il tarixli qərarı: “...qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmü ş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: “...iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyə t kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instan siyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçı şikayətində göstərmişdir ki, tərəflər arasında olan münasibətlər borc deyil, tapşırıq münasibətləri olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda belə həmin münasibətlər müqavilə münasibətləri olmaqla həmin tələblərə 3 illik iddia müddəti tədbiq edilir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419 -cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7477/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov