Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1914/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddət ötürülməklə verilmiş kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlunun məruzəsi ilə, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7837/2022 nömrəli, 13 mart 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə 3 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 08.05.2019-cu il tarixli, BPM**********85 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 24% faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit vermişdir.
2. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 3. iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra -iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 7887.61 manat, 3067.27 manat faiz borcu olmaqla, cəmi 10954.88 manat məbləğində kredit borcunun və ödənilm iş 123.26 manat dövlət rüsumunun, habelə 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e-2(009)-1732/2022 saylı, 5 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
5. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 2(103)-7837/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rəfael Eyvazov) apellyasiya şikayəti təmin e dilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7837/2022 saylı, 13 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Pərviz Hüseynov) kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(103)-7837/22 saylı qətnaməsi “Elektron kabinet”ə 26 dekabr 2022-ci il tarixdə yerləşdirilmiş, yəni tərəflərə, o cümlədən cavabdehə məhkəmənin qətnaməsi elektron kabinet vasitəsi ilə təqdim edilmiş, lakin cavabdeh tərəf k assasiya şikayətini xx.xx.2023-cü il tarixdə vermişdir. Beləliklə, cavabdeh MPM-də (393-cü maddə) kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş iki ay müddəti ötürmüşdür.
10. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş müddətin ötürülməsi ilə verildiyindən, habelə buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmadığından kasassiya şikayəti geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunması xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandırılıb ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsini poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə almasına baxmayaraq, məhkəmə kollegiyası qətnamə üzrə şikayət verə biləcəyi iki aylıq müddəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan “Elektron kabinetə” xx.xx.2022-ci ildə yerləşdirilən tarixdən hesablayıb. Bu da qanunla müəyyən edilmiş müddətin ötürülməsi anlamına gəlib çıxır. Cavabdeh bu ərəfələrdə yaxın gohumunun vəfat etməsi ilə əlaqədar özündə olmadığından bu məqama diqqət yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
16. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
17. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
18. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sis temdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
19. Maddə 405.0.1 Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
20. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə ba xarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
23. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi f aktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Buna görə də qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
27. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
28. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qər arından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
29. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
30. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, mübahisələndirilən qətnamə cavabdehin elektron kabinetinə xx.xx.2022-ci il tarixd ə yerləşdirilmişdir.
31. Qətnamənin elektron kabinetdə yerləşdirilməsi, MPM-nin 135.5 və 135.6-cı maddələrinə əsasən rəsmi qaydada verilmiş hesab edilir.
32. Bu halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti vermə müddətinin axımı sonrakı gündən başlanmış və 2 ay davam etmişdir. Lakin cavabdehin kassasiya şikayəti müddət keçdikdən sonra verilmişdir.
33. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin verilməməsi isə, kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi də məhz bu normay a istinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.
34. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7837/2022 nömrəli, 13 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.