Məhkəmə qərarları › İş №2(102)-1915/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1915/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1915/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərardadından qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs XXX tərəfindən verilmiş k assasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Ağcabədi Rayon Məhkəməsinin 22 dekabr 2011-ci il tarixli qətnaməsi ilə (hakim Z.İbrahimov, iş № 2(017)-819/11) iddiaçı “KapitalBank” Açıq Səmd ar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş və qətnamə icraya yönəlmişdir. Həmin qətnamədən hüquq və vəzifələrinə toxunulan şəxs XXX apelyasiya şikayəti vermişdir. Ağcabədi Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakim E.Quliyev, iş № 2(017)-819/11) apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan XXX şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər T.Kərimov-sədrlik edən və məruzəçi, T.Heydərov və Cavabdeh, iş № 2(106)-3841/2019) şikayət təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdir ilmədən saxlanılmışdır. Həmin qərardaddan narazı qalan K.İsmayılova kassasiya şikayəti vermiş, lakin Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərardadı ilə (T.Kərimovsədrlik edən və məruzəçi, T.Heydərov və Cavabdeh, iş № 2(106)-3841/2019) kassasiya şikayəti geri qaytarılmışdır. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs XXX kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 13 yanvar 2020-ci il tarixli qərardadının ləğv olunmasını Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qərardadından təqdim edilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: iddiaçı “KapitalBank” Açıq Səmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməy ə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 13 yanvar 2020-ci il tarixli qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi K.İsmayılovanın verdiyi kassasiya şikayətini geri qayt ararkən aşağıdakılara istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi prosessual qanunvericilikdə apelyasiya şikayətinin qaytarılması haqqında qərardadlardan, o cümlədən apelyasiya məhkəməsinin şikayət verilməsi mümkün olmayan qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və məhz həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tari xli qərardadından kassasiya şikayəti vermək hüququ verilməmiş, həmin qərardaddan isə verilmiş kassasiya şikayəti isə haqlı olaraq geri qaytarılmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qərardadın ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qərardad həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan R espublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs XXXnın kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 13 yanvar 2020-ci il tarixli 2(106)3841/2019) saylı qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar