Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1916/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Ələsgər Əliabbas oğlundan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, cavabdeh x5nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli, 2(011)604/2016 saylı qətnaməsi ilə (hakim İ.Abbasova) ilk iddia təmin edilərək, ilk iddia tələbi üzrə cavabdeh x2 ilə x1-nin Əhmədli filialı arasında bağlanmış 06.11.2014-cü il tarixli 009CASA143100003 saylı kredit müqaviləsi və h əmin müqavilənin restrukturizasiyasına dair 01 sentyabr 2015-ci il tarixli razılaşmanın ləğv edilməsi, ilk iddia tələbi üzrə cavabdehlər x2ndan, x3, x4 və x5ndan müştərək qaydada (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) 27780 ABŞ dolları məbləğində əsas borc, 1070.10 ABŞ dolları məbləğində faiz borcu, 28.70 ABŞ dolları məbləğində penya olmaqla cəmi 28878.80 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq x1-yə ödənilməsi, x2nun x1-si ilə x2 arasında 06 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin və 01 sentyabr 2015-ci il tarixli razılaşmanın etibarsız hesab olunmaqla ləğv edilməsi” barədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7048/2016 saylı, 11 oktyabr 2018 -ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Hüseynov, İ.Şirinov, İ.Xəlilov) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli, 2(011)-604/2016 saylı qətnaməsi cavabdeh x3 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10633/2016 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Nəbiyev, R.Qurbanov, A.İmanov) qətnamə cavabdeh x5 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x5 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10633/2016 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2, x3, x4 və x5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair” tələbinə dair i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x2 ilə x1 arasında bağlanmış 009CASA143100003 saylı, 06 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilənin restrukturizasiyasına dair 01 sentyabr 2015-ci il razılaşmanın ləğv edilməsi, həmçinin cavabdehlər x2ndan, x3, x4 və x5ndan müştərək qaydada x1-nin xeyrinə 27780 ABŞ dolları əsas borc, 1070.10 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 28.70 ABŞ dolları penya, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla, cəmi 28878.80 ABŞ dolları məbləğində vəsaitin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 45 manat notarius xərcinin ödənilməsi haqqında qətnamə çıxarılması nı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 noyabr 2014-cü il tarixli 009CASA143100003 saylı kredit müqaviləsinə əsasən x1-si tərəfindən cavabdeh x2 36 ay müddətinə illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 25495 ABŞ dolları məbləğində nağd pul şəklində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi cavabdeh x3 ilə iddiaçı arasında bağlanmış 06 noyabr 2014-cü il tarixli 009FİZAM47585301 saylı və digər cavabdeh x4 ilə iddiaçı arasında bağlanmış 06 noyabr 2014-cü il tarixli 009FİZAM47584001 saylı zaminlik müqavilələrinə əsasən onlar cavabdeh x2nun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh x2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdeh x2 01 sentyabr 2015-ci il tarixdə x1-yə ərizə ilə müraciət edərək 06 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiya edilməsini xahiş etmişdir. Bundan sonra böyük kredit komitəsinin qərarı ilə cavabdeh x2 ilə iddiaçı arasında qeyd olunan kredit müqaviləsinin restrukturizasiyana dair razılaşma bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh restrukturizasiyanın nəticəsində yeni şərtlərə əməl edərək restrukturizasiya olunmuş kreditləri və kreditdən istifadəyə görə aylıq faiz məbləğini hissəhissə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi cavabdeh x5 ilə 00 9FİZAM50631501 saylı 01 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, restrukturizasiya olunmuş kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdeh x2 müqaviləyə əsasən bank kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməmiş və nəticədə onun 26 noyabr 2015-ci il tarixə x1-yə 27780 ABŞ dolları əsas kredit borcu, 1070.10 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 28.70 ABŞ dolları penya, cəmi 28878.80 ABŞ dolları borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Cavabdeh x2 x1-yə qarşı “müqavilənin və razılaş manın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla x1-si arasında 06 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin və 01 oktyabr 2015-ci il tarixli razılaşmanın etibarsız hesab olunmaqla ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşıqlılı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin 1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasında pul vahidi manatdır. Həmin maddənin 3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Göstərilənlərə və bankın bütün reklamlarında kreditin manatla verilməsinin elan edilməsinə baxmayaraq, x1-si onları aldadaraq müqaviləni ABŞ dolları i lə bağlamışdır. Həmin halı şahidlərdə təsdiq edə bilərlər. Beləliklə x1-si kredit üzrə ödənişləri manatla qəbul etmiş, lakin mədaxil edilən vəsaiti ABŞ dolları ilə rəsmiləşdirmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 556.1-ci maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərdən heç birinin olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Belə ki, milli valyuta 1 il ərzində 200%-ə yaxın ucuzlaşmış və dəyərini itirmişdir. O, hesab edir ki, x1-si manatla verməli olduğu krediti ABŞ dollarına çevirərək onların hesabına varlanmaq istəyir. Həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə cavabdeh x2 qarşılıqlı iddia ərizəsində onu da qeyd etmişdir ki, Azərbayca n Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu qanunla qadağan edilməyibsə, xarici valyutada müəyyənləşdirilə bilər. Göründüyü kimi nə x1-si, nə də onlar xarici fiziki şəxs deyirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)10633/2016 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmi şdir. Prosesiştirakçılarının izahatları: İddiaçının nümayəndəsi x6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan x1-nin Əhmədli filialı ilə x2 arasında bağlanmış 06.11.2014-cü il tarixli 009CASA143100003 saylı kredit müqaviləsindən gö rünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 20 % ödəmək şərtilə 25495 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan x1-nin Əhmədli filialı ilə x3 arasında bağlanmış 06.11.2014-cü il tarixli 009FİZAM47585301 saylı zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zamin x3 bank ilə x2 arasında bağlanmış 06.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə x2nun bank qarşısında öhdəliklərinin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan x1-nin Əhmədli filialı ilə x4 arasında bağlanmış 06.11.2014-cü il tarixli 009FİZAM47584001 saylı zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zamin x4 bank ilə x2 arasında bağlanmış 06.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə x2nun bank qarşısında öhdəliklərinin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan x1-nin Əhmədli filialı ilə x5 arasında bağlanmış 06.11.2014-cü il tarixli 009FİZAM50631501 saylı zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zamin x5 bank ilə x2 arasında bağlanmış 06.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə x2nun bank qarşısında öhdəliklərinin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan x1-nin Əhmədli filialı ilə x2 arasında bağlanmış 06 noyabr 2014-cü il tarixli Kredit müqaviləsinin restrukturizasiyasına dair 01 sentyabr 2015-ci il tarixli Razılaşmadan məlum olur ki, 06 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə verilmiş kreditin restrukturizasiyası keçirilmişdir. İş materialında olan kreditin verilməsi barədə kassa məxaric orderinin surətindən görünür ki, x2 25495 ABŞ dolları məb ləğində krediti şəxsən almışdır. İş materiallarında olan x1-nin cavabdehlər x2, x3 və x5 ünvanladığı 16.10.2015-ci il tarixli bildirişə və 02 noyabr 2015-ci il tarixli pretenziyaya əsasən məlum olur ki, bank tərəfindən cavabdehlərə banka olan borcunun ödənilməsi, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materialında olan x1-nin x2nun x1-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında” arayışının surətindən görünür ki, 26.11.2015-ci il tarixə x2nun banka 27780 ABŞ dolları əsas borcu, 1070.10 ABŞ dolları faiz borcu, 28.70 ABŞ dolları penya borcu vardır. İşdən göründüyü kimi x1 ilə x2 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin mü qaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh x2 isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunan kredit müqaviləsinin təminatı olaraq x3, x4, x5 ilə bank arasında borcalanın bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmələri barədə zaminlik müqavilələri bağlanmışdır. İş üzrə cavabdehlər üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağ ı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı tə sadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafıq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsas ən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilər kən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən müştərək qaydada 28.70 ABŞ dolları məbləğində cərimə borcu tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalı olduğundan, Azərbaycan Respublikasının pul vahidi manat olduğundan, hazırki iddia tələbi xarici valyuta ilə göstərilərsə də, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan ABŞ dollarının manat məzənnəsi ilə hesablanıb manatla tutulmalıdır. Belə k i, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiy məti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətna mənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə ə sasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x5nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1916/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1916/2019
14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver