Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1918/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 noyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh3 və onun vəkili X3ün kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayev, iş № 2(006)-106/2017 saylı mülki iş) iddia tələbi qismən təmin edilərək Cavab deh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 06 dekabr 012-ci il tarixli 01R000008367 saylı kredit razılaşması üzrə 118543 (yüz on səkkiz min beş qırx üç) ABŞ dolları 74 (yetmiş dörd) sent əsas borc, 22075 (iyirmi iki min yetmiş beş) ABŞ dolları 48 (qırx səkkiz) sent faiz borcu, 10000 (on min) ABŞ dolları cərimə, cəmi 1506 1 9 (yüz əlli min altı yüz on doqquz) ABŞ dolları 22 (iyirmi iki) sent məbləğində pul bsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi hanat məzənnəsinə uyğun olaraq tutulması, Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 01 iyul 2014- tüil tarixli, 01R********** saylı kredit razılaşması üzrə 69504 (altmış doqquz min beş yüz dörd) ABŞ dolları 26 (iyirmi altı) sent əsas borc, 13252 (on üç min iki yüz əlli iki) ABŞ dolları 15 (on beş) sent faiz borcu, 6000 (altı min) ABŞ dolları cərimə borcu, cəmi 88756 səksən səkkiz min yeddi yüz əlli altı) ABŞ dolları 41 (qırx bir) sent məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulması, Cavabdeh1 100 (yüz) manat məbləğində keçirilmiş ekpertiza xərci dövlət nəfinə tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Vəliyev(sədrlik edən, məruzəçi), X.Mərdanova və E.Həsənov, 2(103)9839/2017 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhər i Nəsimi Rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 12 aprel 2018-ci il tarilxi qərarı ilə (hakimlər Q.Allahverdiyev sədrlik edən, məruzəçi İ.Xələfov və Ə.Şadiyev) Cavabdeh1 kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 08 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 01R000008367 saylı kredit razılaşması üzrə 119620 (yüz on doqquz min altı yüz iyirmi) ABŞ dolları 13 (on üç) sent əsas bo rc, 22541 (iyirmi iki min beş yüz qırx bir) ABŞ dolları 13 (on üç) sent faiz borcu, 106933 (yüz min doqquz yüz otuz üç) ABŞ dolları 12 (on iki) sent cərimə, cəmi 249094 (iki yüz qırx loqquz min doxsan dörd) ABŞ dolları 38 (otuz səkkiz) sent borcun, 01R000013891 saylı kredit razılaşması üzrə 69687 (altmış doqquz min altı yüz səksən yeddi) ABŞ dolları 64 altmış dörd) sent əsas, 13441 (on üç min dörd yüz qırx bir) ABŞ dolları 02 (iki) sent faiz borcu, 64774 (altmış dörd min yeddi yüz yetmiş dörd) ABŞ dolları 50 (əlli) sent cərimə olmaqla, cəmi 148903 (yüz qırx səkkiz min doqquz yüz üç) ABŞ dolları 16 (on altı) sent, ümumilikdə hər iki müqavilə üzrə cəmi 397997 (üç yüz doxsan yeddi min doqquz yüz doxsan yeddi) ABŞ dolları 54 (əlli dörd) sent məbləğində borcun və ödənilmiş 30 (otuz) anat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh3 və onun vəkili X3 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş və səhv tətbiq etmiş, sübutları düzgün qiymətləndirməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2017-ci il tarixli qətnaməsinin Cavabdeh3 aid hissədə ləğv edilərək 03 iyun 2009-cu il tarixli Zaminlik müqaviləsinə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzr lü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 noyabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən C avabdeh1 120 ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 aylıq 1.3333 faiz dərəcəsi ilə 60 ay müddətinə 180000 (yüz səksən min) ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 qızma aylıq 1.3333 faiz dərəcəsi ilə 42 ay müddətinə 80000 (səksən min) ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" QSC ilə Cavabdeh2 arasında 03 iyun 2009-cu il tarixdə bağlanmış 01S000002108 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. "xxxx" QSC ilə Cavabdeh2 arasında 01 iyul 2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 'xxxx" QSC-dən 79200 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə 14 yanvar 2013-cü il tarixdən 12 dekabr 2017-ci il tarixədək hər ay 411 (dörd min dörd yüz on bir) ABŞ dolları 04 (dörd) sent məbləğində ödəniş edilməli idi. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə 01 avqust 2014-cü il tarixdən 02 yanvar 2018-ci il tarixədək hər ay 2510 (iki in beş yüz on) ABŞ dolları 79 (yetmiş doqquz) sent məbləğində ödəniş edilməli idi. Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 06 dekabr 2012-ci il tarixli, 01R000008367 saylı kredit razılaşması üzrə 19620 (yüz o n doqquz min altı yüz iyirmi) ABŞ dolları 13 (on üç) sent əsas borc, 22541 (iyirmi iki min beş yüz qırx bir) ABŞ dolları 13 (on üç) sent faiz borcu, 106933 (yüz altı min doqquz yüz otuz üç) ABŞ dolları 12 (on iki) sent cərimə, cəmi 249094 (iki yüz qırx doqquz min doxsan dörd) ABŞ dolları 38 (otuz səkkiz) sent borcu yaranmı.dır. Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 01 iyul 2014-cü il tarixli, 01R000013891 saylı kredit razılaşması üzrə 69687 (altmış doqquz min altı yüz səksən yeddi) ABŞ dolları 64 (altmış dörd) sent əsas, 13441 (on üç min dörd yüz qırx bir) ABŞ dolları 02 (iki) sent faiz borcu, 64774 (altmış dörd min yeddi fıiz yetmiş dörd) ABŞ dolları 50 (əlli) sent cərimə olmaqla, cəmi 148903 (yüz qırx səkkiz miicn doqquz yüz üç) ABŞ dolları 16 (on altı) sent borcu yaranmışdır. Həmç inin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2017-ci il tarixli 22555 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyindən görünür ki, iş materiallarında olan kassa mədaxil orderləri, cari hesabdan çıxarış məlumatları, 03 iyun 109-cu il tarixli 01L000001868 nömrəli kredit xətti müqaviləsi üzrə bağlanmış 06 dekabr 2012-ci il tarixli 01R000008367 saylı və 01 iyul 2014-cü il tarixli 01R********** saylı kredit razılaşmalarının qeyd olunan şərtləri nəzərə alınmaqla iddia ərizəsində borc məbləği tələb edilən tarixə, yəni 11 aprel 2016-cı il tarixinə cavabdeh X2 iddiaçının "xxxx" QSC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən 06 dekabr 2012-ci il tarixli 01R000008367 saylı kredit razılaşması üzrə əsas b orc üzrə 118543 (yüz on səkkiz min beş yüz qırx üç) ABŞ dolları 74 (yetmiş dörd) sent, faiz borcu üzrə 22075 (iyirmi iki min yetmiş beş) ABŞ dolları 48 (qırx səkkiz) sent, cərimə borcu üzrə 106933 (yüz altı min doqquz yüz otuz üç) ABŞ dolları, 01 iyul 2014-cü il tarixli, İR********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 69504 (altmış doqquz min beş dörd) ABŞ dolları 26 (iyirmi altı) sent, faiz borcu üzrə 13252 (on üç min iki yüz əlli iki) ABŞ dolları 15 (on beş) sent, cərimə borcu üzrə 65774 (altmış beş min yeddi yüz yetmiş dörd) ABŞ dolları 50 (əlli) sent. Cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun ris k dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bır təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödənməlidir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı bankın xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öhdəliyi vaxtında və lazımı qaydada icra etmədikdə və ya pozduqda borc verən ödənilməmiş məbləğin vaxtından əvvəl qaytarılmasını, faizlərin və hesablanmış dəbb ə pulunun (cərimənin, peniyanm) ödənilməsini və öhdəliyin icrasını borcalandan tələb etmək hüququ vardır. Beləliklə, cavabdeh tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı tutarlı sübutu nə birinci instansiya məhkəməsinə, nə məhkəmə kollegiyasına təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə haqlı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmi n kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayəti formal mülahizə olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Bank tərəfindən hesablanmış cərimə cavabdehlərin hazırda ödənilməmiş faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq, 06 dekabr 2012-ci il tarixli 01R000008367 saylı kredit razılaşması üzrə 10000 (on min).ABŞ dolları, 01 iyul 2014-cü il tarixli, 01R********** kredit razılaşması üzrə 6000 (altı min) ABŞ dolları məbləğində tutulması barədə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Buna görə də, iddia tələbi qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 pundan müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 06 dekabr 2012-ci il tarixli İR000008367 saylı kredit razılaşması üzrə 118543 (yüz on səkkiz min beş yüz qırx üç) ABŞ dolları 74 (yetmiş dörd) sent əsas borc, 22075 (iyirmi iki min yetmiş beş) ABŞ dolları (qırx səkkiz) sent faiz borcu, 10000 (on min) ABŞ dolları cərimə, cəmi 150619 (yüz əlli in altı yüz on doqquz) ABŞ dolları 22 (iyirmi iki) sent, 01 iyul 2014-cü il tarixli, İİR********** saylı kredit razılaşması üzrə 69504 (altmış doqquz min beş yüz dörd) ABŞ olları 26 (iyirmi altı) sent əsas borc, 13252 (on üç min iki yüz əlli iki) ABŞ dolları 15 (on leş) sent faiz borcu, 6000 (altı min) ABŞ dolları cərimə borcu, cəmi 88756 (səksən səkkiz nin yeddi yüz əlli altı) ABŞ dolları 41 (qırx bir) sent məbləğində pul vəsaiti Azərbaycan Rep ublikasmm Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh3 kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərə findən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 08 noyabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1918/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1918/2019
01.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver