Məhkəmə qərarları › İş №2(102)-1918/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1918/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1918/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə ASC-nin ləğvedicisi Əmanətlərin QƏRARİ iş № 2(102)-*****/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1982928,31 manat əsas borc, 190030,6 manat faiz borcu, 97742,01 manat cərimə borcu olmaqla, ümumilikdə 2270700,92 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ****** saylı «Kredit müqaviləsi»nə əsasən, cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə, illik 10 % dərəcəsi olmaqla 1982928,31 manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka 1 982 928,31 manat m əbləğində əsas borcu, 190030,6 manat məbləğində faiz borcu, 97742,01 manat cərimə borcu, ümumilikdə 2270700,92 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxx 2018-ci il tarixli 2(009)-******/2018 nömrəli qərardadı ilə (hakim – Zaur Əliyev) məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, **** nömrəli ekspert rəyinə görə, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx.xx.2015-ci il tarixli****** saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu əsas borc üzrə 1701060,81 manat, faiz borcu üzrə 71822,57 manat hesablanmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-113/2019 nömrəli qərardadı ilə (hakim – Ülviyyə Şükürova) təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, *** nömrəli ekspert rəyinə görə, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx.xx.2015-ci il tarixli****** saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu əsas borc üzrə 1701060,81 manat, faiz borcu üzrə 71822,57 manat hesablanmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-*****/2019 nömrəli qətnaməsi ilə (hakim – Ülviyyə Şükürova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1701060,81 manat əsas borc, 71822,57 manat faiz borcu, 20.000 manat cərimə borcu olmaqla, ümumilikdə 1792883,38 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 245 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2015-ci il tarixli ****** nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 12 ay müddətinə illik faiz dərəcəsi 10 faiz, vaxtı keçmiş kredit faizi illik 20 faiz, cərimə faizi 1 faiz olmaqla, 1982928,31 manat məbləğində kredit vermişdir. İş üzrə İddiaçı ASC həmin kredit məbləğini cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh xx.xx.2015-ci il tarixli****** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək və ekspert rəyi ilə razılaşaraq hesab edir ki, iddiaçının əsas və faiz borcunun tutulması tələbi 1701060,81 manat, faiz borcu üzrə 71822,57 manat hissəsində təmin edilməlidir. Bundan başqa məhkəmə iddianın 97742,01 manat məbləğində cərimə borcunun tutulması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində azaldılmalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun id diasının 97742,01 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə məbləği təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 20.000 manat məbləğində pul tutulmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 462.1, 465.2, 367, 739.1, 739.2, 741-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 107, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilm əsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə, Ülvi Mayılov) xx xxxx 2020-ci il tarixli, 2(103)-****/2020 saylı qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/\88888888 nömrəli ekspert rəyinə görə, xx.xx.2015-ci il tarixli****** saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu əsas borc üzrə 1701060,81 manat, faiz borcu üzrə 71822,57 manat hesablanmışdır. Bakı Apelyasiya Məhkəm əsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə, Şeyda Məhərrəmova) xx xxxxxxx 2020-ci il tarixli, 2(103)****/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-***/2019 nömrəli qətnaməsinin mübahisələndirilən-iddianın təmin edilmədiyi hissələrdə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri qismində 200 manat məbləğində pulun ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə məhkəmə qətnaməsi i ddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissələrdə mübahisələndirilərkən əsas və faiz borcunun ekspert tərəfindən düzgün hesablanmadığına, cərimənin düzgün müəyyən edilmədiyinə istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətindəki mövqeyinə uyğun olaraq xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və onun tərkib hissəsi olan 1 saylı ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş şərtləri nəzərə alınmaqla müqavilə müddətinin sonuna, yəni xx.xx.2016-cı il tarixə cavabdehin Banka məhz hansı məbləğdə borcunun yarandığını müəyyən etmək üçün məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini qərara almış, Məhkəmə Ekspertizası Mərkəzinin 09/***** saylı xx.xx.2020-ci il tarixli ekspert rəyi əsasında müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materillarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə kimi Cavabdeh Banka olan əsas borcu 1701060.81 manat, faiz borcu 71822.57 manat təşkil edir. Kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyi üçün hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Hazırki işdə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulmuş əsas və faiz məbləğlərinin miqdarı ilə razı olmasa da, həmin əsas və faiz borcunun fərqli olması, yəni cavabdehdən tutulmalı olan əsas və faiz borcunun daha çox olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkə mə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək qətnamədə əsas və faiz borcunun tutulması ilə bağlı gəldiyi nəticəni düzgün hesab edir və onunla razılaşır. Qətnamə ilə tutulmuş 20000 manat məbləğində cərimənin miqdarı ilə bağlı iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdən göründüyü kimi, iddiaçı iddia ilə məhkəməyə müraciət edərkən cavabdehdən 97742,01 manat cərimənin tutulmasını tələb etmiş, lakin birinci instansiya məhkəməsi həmin məbləği azaldaraq 20000 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası 97742,01 manat cərimənin azaldılaraq 20000 manat müəyyən edilməsini həm Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, həm də işin halları, o cümlədən 71822,57 manat faiz məbləğinə nisbətdə ədalətli və məqsədəuyğun hesab edir. Qeyd olunmalıdır ki, cərimə məbləğinin tutulması zamanı kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Lakin cərimə məbləğinin iddia tələbində olduğu kimi təmin edilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlili məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, həmin dəlil məhkəmə qətnaməsinin həmin tələblə bağlı hissədə ləğv və ya dəyişdirilməsi üçün əsas yaratmır. Beləliklə, hazırki işə apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə qətnaməsi ilə iddianın təmin olunmadığı hissələrdə əsaslı olduğunu təsdiq edə biləcək müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilərək cavabdehdən əsas borc üzrə 1982928.31 manat, 190030.6 manat faiz borcu məbləğində borcun müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsas və faiz borcunun azaldılması hissəsində əsassız və qanunsuzdur. Belə ki, tərəflər arasında bağlanan müqaviləyə əsasən Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikində (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə illik faiz dərəcəsi ilə 20% cərimə faizi ödəməlidir. Lakin bu halı ekspert nəzərə almamışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları qiymətləndirmədən yalnız ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir.Göründüyü kimi, sübutlar arasında ziddiyyət vardır. Belə olan halda məhkəmə iddiaçıdan əlavə sübutlar tələb edə bilərdi və ya təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edə bilərdi. Məhkəmə iddiaçının təqdim etdiyi maliyyə arayışını hansı səbəbə görə nəzərə almasını əks etdirməmişdir. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdi r. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilmə məsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Madd ə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə əsas və faiz borcunun təmin edilməyən hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissələrdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı bank özünün məhkəməyə təqdim etdiyi sübutları əsas hesab etməklə ekspert rəyinin qeyri-mötəbərliyinə istinad etsə də, kassasiya kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı bankın istinad etdiyi məhkəməyə təqdim etmiş olduğu sübutlar (maliyyə arayışı və s.) bankın özü tərəfindən tərtib edildiyindən və bankın mənafeyinə xidmət etdiyindən, həmin sənədlər üzrə müəyyən edilmiş əsas və faiz borcunun ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcu məbləğindən daha düzgün olması qənaətinə gəlməyə əsas verə bilməz. Borc məbləğinin hesablanması xüsusi bilik tələ b edən sahəyə aid olduğundan məhkəmənin bununla bağlı ekspertiza təyin edib əldə etdiyi ekspert rəyinə istinad etməsi prosessual qanunvericiliyin tələblərinin pozuntusu hesab edilə bilməz. Hazırki halda iddiaçı ekspert rəyi ilə razılaşmasa da, ekspert rəyinin qeyri-mötəbərliyi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş və ya hər hansı sübuta istinad edə bilməmişdir. Odur ki, iddiaçının da kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin qeyd edilən hissələr üzrə dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələ rini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar