Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1919/2019 29.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İbayev Vəfaddin Ələm oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi İddiaçı İKB ASC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.07.2018-ci il tarixli, 2(103)-879/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 26.10.2017-ci il tar ixli, 2(005)-3610/2017 nömrəli qətnaməsi ilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, “Bank hesab, kredit və zaminlik müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 6.158,86 ABŞ dollarının, kreditdən istifadəyə görə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 3.439 ABŞ dollarının, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 600 ABŞ dolları cərimə borcunun (məzənnəyə uyğun olaraq manatla), habelə ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehlərdən bankın xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmə dov, E.Nağıyeva, H.Həmidov) 20.07.2018-ci il tarixli, 2(103)-879/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2017-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni İddiaçı İKB ASC-nin xeyrinə tutulacaq əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və İddiaçı İKB ASC-yə ödəniləcək əsas borcun məbləğinin 6.151 (altı min yüz əlli bir) ABŞ dolları 41 (qırx bir) sent olaraq müəyyən edilməsi qət edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni faiz borcunun ödənilməsi məqsədi ilə 3.439 (üç min dörd yüz otuz doqquz) ABŞ do lları, tətbiq olunmuş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 600 (altı yüz) ABŞ dolları məbləğində pulun İddiaçı İKB ASC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı İKB ASC iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla borclu Cavabdeh1 arasında 11.12.2014-cü il tarixdə bağlanmış ********** №-li “Bank hesab, kredit və zaminlik müqaviləsi” əsasında yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məq sədi ilə 6.158,86 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 3.439 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin ödənilməsi məqsəd ilə 1.616,64 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 və onun bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər Cavabdeh2 bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydı nlaşdırılmamış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.07.2018-ci il tarixli, 2(103)-879/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı İKB ASC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bank ilə cavabdehlər arasında 11.12.2014-cü il tarixdə bağlanmış “Bank hesab, kredit və zaminlik müqaviləsinə” əsasən, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 28 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda borc alan Cavabdeh1 üzərinə düşməsinə baxmayaraq o, öhdəliyi vaxtında və lazımi qaydada icra edildiyini sübut edə bilməmiş və bu halı, ümumiyyətlə, mübahisələndirməmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 baş vermiş devalvasiyaya görə Banka olan borcunun ödənilməsində problem yaşamış, bununla əlaqədar güzəşt edilməsi üçün Banka müraciət etmiş, lakin müraciəti nəzərə alınmamışdır. İş materiallarından aydın olur ki, apellyasiya instansiyası məhkəməsinin 29.12.2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-müha sibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin hazırki iş üzrə verdiyi 08.06.2018-ci il tarixli, ***** №-li rəyinə görə, 11.12.2014-cü il tarixli “Bank hesab, kredit və zaminlik müqaviləsi” üzrə Banka olan ödənilməli olan əsas kredit borcu 6.151,41 ABŞ dolları, faiz borcu isə 3.444,81 ABŞ dolları məbləğindədir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə verilmiş ekspert rəyinin əsaslılığına hər hansı bir şübhə olmadığından bu rəy mötəbər sübut kimi qəbul edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeyd olunan ekspert rəyinə qismən, yəni əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində istinad etmi şdir. Belə ki, iş üzrə verilmiş ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, banka xeyrinə tutulmalı olan əsas borcun məbləği bankın tutulmasını tələb etdiyi əsas borc məbləğindən daha azdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, bu hal Cavabdeh1 xeyrinə nəzərə alınmalı və bankın xeyrinə tutulacaq əsas borc məbləği məhz rəydəki kimi, yəni 6.151,41 ABŞ dolları olaraq müəyyən edilməlidir. Faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyində təsbit olunmuş faiz borcu məbləği, iddiaçı bankın “iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizədə” göstərdiyi faiz borcunun məbləğindən fərqli (daha artıq) olsa da, Məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək “iddia tələbinin h əcminin dəyişdirilməsi barədə ərizədə” göstərilmiş məbləği əsas götürmüşdür. Həmin maddəyə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, faiz borcu olaraq Banka ödəniləcək məbləğ Bankın tələbi üzrə, yəni 3.439 ABŞ dolları olaraq müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi banka xeyrinə tutulacaq əsas borcun məbləğinin müəyyən edilməsində səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh1 bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və o, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilm əməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borc alan cavabdehin “Bank hesab, kredit və zaminlik müqaviləsi” üzrə bank qarşısında icra edilməmiş öhdəliyinin mövcud olması müəyyən edildiyindən əsas borc olaraq 6.151,41 ABŞ doları, əsas borc məbləğinə hesablanmış faiz borcu olaraq 3.439 ABŞ dolları məbləğində pul banka ödənilməlidir. İş materiallarından görünür ki, ödənişin gecikdirilməsinə görə bank tərəfindən cavabdeh tərəfə cərimə tətbiq edilmişdir ki, onun da məbləği 1.616,64 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi belə qən aətə gəlmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normasının tələbini nəzərə alaraq dəbbə pulunun məbləğini 600 ABŞ dolları müəyyən etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını düzgün müəyyən etməsinə baxmayaraq, bankın xeyrinə tutulacaq əsas borcun məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüq uq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.07.2018-ci il tarixli, 2(103)879/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1919/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1919/2019
29.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver