Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-192/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: "xxxx" QSC Cavabdeh1 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-192/22 (Açar sözlər: iddiadan imtina əsasına görə işin icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 mart 2021-ci il tarixli, 2(104)232/2021 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" QSC məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06R000014188 saylı kredit razılaşması üzrə əsas borca görə 29.402,33 ABŞ dolları, faiz borcuna görə 8.728,78 ABŞ dolları, cəriməyə görə 8.851,58 ABŞ dolları olmaqla, cəmi 46.982,69 ABŞ dolları, 06R000015200 saylı kredit razılaşması üzrə əsas borca görə 58.429,54 ABŞ dolları, faiz borcuna görə 16.839,20 ABŞ dolları, cəriməyə görə 18.839,6 ABŞ dolları olmaqla, cəmi 94.108,34 ABŞ dolları, ümumilikdə hər iki müqavilə üzrə 141.091,03 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutulmanın Cavabdeh1 mülkiyyətində olan Goranboy şəhəri, Civəzadə küçəsində yerləşən 0. 01516 ha torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri yaşayış binasına və Goranboy şəhəri, Rəsul Rza küçəsində yerləşən 0.08 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 9 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Cavabdeh1 məxsus Goranboy şəhəri, Civəzadə küçəsində yerləşən 0.01516 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin qeyri yaşayış sahəsindən çıxarılması, qeyri yaşayış sahəsinin boşaldılması və i ddiaçıya təhvil verilməsi, Cavabdeh1 məxsus Goranboy şəhəri, Rəsul Rza küçəsində yerləşən 0.08 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 9 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Goranboy Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.X.Abdurəhmanlı) iddia qismən təmin edilib. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev sədrlik edən, məruzəçi, L.S.Süleymanov və A.H.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Goranboy Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilib, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəm əsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" QSC, Cavabdeh1, vəkili Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafıq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2.-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafıq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa mə hkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1.5-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin...261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. 11 yanvar 2022-ci il tarixdə iddiaçı "xxxx" QSC İdarə Heyətinin sədrinin 1-ci müavini Evgenia Gashikulina yazılı ərizə ilə Ali Məhkəməyə müraciət edərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar olaraq icraatda olan 2(102)3288/2021 saylı mülki iş üzrə Cavabdeh1 tərəfindən 20 noyabr 2013-cü il tarixli kredit müqaviləsi və 27 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcunu tam şəkildə Banka ödədiyi üçün iddia tələblərindən imtina edib. Qeyd olunanları nəzərə almaqla mülki işin icraatına xitam verilməsini xahiş edib. Ərizə iddiaçının rəsmi rekvizitlərini özündə əks etdirən blankda hazırlanmaqla, iddiaçının dairəvi möhürü ilə təsdiq edilib. Ərizə iddiaçının qanuni təmsilçisi tərəfindən imzalanıb. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya ins tansiyası məhkəməsi, mülki iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara görə iddiaçı iddiasından imtina etdiyi üçün onun iddiadan imtinası qəbul edilməklə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdən görünür ki, 11 yanvar 2022-ci il tarixdə iddiaçı "xxxx" QSC İdarə Heyətinin sədrinin 1-ci müavini Evgenia Gashikulina yazılı ərizə ilə Ali Məhkəməyə müraciət edərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar olaraq icraatda olan 2(102)-3288/2021 saylı mülki iş üzrə Cavabdeh1 tərəfindən 20 noyabr 2013-cü il tarixli kredit müqaviləsi və 27 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcunu tam şəkildə Banka ödədiyi üçün iddia tələblərindən imtina edib. Qeyd olunanları nəzərə almaqla mülki işin icraatına xitam verilməsini xahiş edib. Ərizə iddiaçının rəsmi rekvizitlərini özündə əks etdirən blankda hazırlanmaqla, iddiaçının dairəvi möhürü ilə təsdiq edilib. Ərizə iddiaçının qanuni təmsilçisi tərəfindən imzalanıb. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci ma ddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafıq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Göründüyü kimi Cavabdeh1 20 noyabr 2013-cü il və 27 yanvar 2014-cü il tarixli kredit müqavilələri üzrə iddiaçıya olan kredit borcunu tam məbləğdə ödədiyi üçün iddiaçı yazılı ərizə ilə Ali Məhkəməyə müraciət edərək iddia tələblərindən imtina etdiyini bildirib. İddiaçının iddia tələblərindən imtina etm əsi qanuna zidd deyil və bu imtina hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Qeyd olunan hərəkətlərin qanuna zidd olması iki mənada başa düşülməlidir: birincisi, müvafiq prosessual hərəkətin qanunvericiliyin tələbi pozulmaqla edilməsi; ikincisi, həmin hərəkətin mahiyyətinin qanuna zidd olması. Eyni zamanda işdə, iddiaçının iddia tələblərindən imtina etməsini istisna edən hallar yoxdur və bu imtina bilavasitə iddiaçının iradəsini ifadə edir. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafıq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə v ə ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1.5-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin...261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, sadalanan prosessual normaların tələblərini əsas tutub hesab edir ki, iddiaçı iddia tələblərindən imtina etdiyi üçün onun iddiadan imtinası qəb ul edilməklə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı "xxxx" QSC-nin iddia tələblərindən imtina etdiyi üçün onun iddiadan imtinası qəbul edilsin, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 mart 2021-ci il tarixli, 2(104)-232/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" QSC Cavabdeh1 və digərlərinə qarşı “kredit müqavilələri üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və sair” iddia tələblərinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-192/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-192/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver