Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1921/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlunun iştirakı ilə, İddiaçı cavabdeh YYYna qarşı «pul» tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2969/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh YYY və vəkili Əsgərov Hüseyn Vilayət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə ic lasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(039)-870/2019 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Əlizadə) İddiaçı cavabdeh YYYna qarşı «pul» tələbinə dair iddiаsının təmin edilməsi, cavabdeh YYYndan 750.000 (yeddi yüz əlli min) rus rublunun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2969/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli, İ.F.Quliyev) cavabdeh YYYnın apelyasiya şikayəti qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(039)-870/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiаçı İddiaçı cavabdeh YYYna qarşı «pul» tələbinə dair iddiasının təmin edilməsi və cavabdeh YYYndan 750.000 (yeddi yüz əlli min) rus rublunun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınıb İddiaçı verilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh YYYna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh YYYdan 750.000 (yeddi yüz əlli min) rus rublu məbləğində pulun və 2000 manat itirilmiş faydanın alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdeh YYYndan 750.000 (yeddi yüz əlli min) rus rublu məbləğində məzənnə üzrə pulun alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş e tmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Rusiya Federasiyasının Moskva şəhərində bazarda alver edir. Cavabdehlə də orada tanış olmuşlar. Onlar bir neçə nəfərlə 2017-ci ildə el arasında “lotareya” adlanan oyun oynamağa başlamışlar. Pulları cavabdeh yığırmış və hər kəs öz növbəsi çatanda pulu götürmüşdür. 28 oktyabr 2017-ci il tarixdə onun növbəsi çatan vaxt cavabdeh həmin pulları (750.000 rus rublu) götürüb yoxa çıxmışdır. Cavabdehlə əlaqə saxlayıb pullarını geri istəsə də, cavabdeh pulunun olmamasını əsas gətirərək, evini satıb pulu qaytaracağını bildirmişdir. Lakin vədinə əməl etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh YYY həmin qətnamədən Ali Mə hkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib faktiki aldığı 250.000 rus rublunun iddiaçıya hissə-hissə verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh YYY və vəkili Əsgərov Hüseyn Vilayət oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası hüququn tətbiqində səhvə yol vermiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh YYY üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh YYYnın kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Res publikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni fak tların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşdə оlаn notarial qaydada təsdiq edilmiş ərizədən məlum olur ki, Rusiya Federasiyasının Moskva şəhərində bir qrup şəxs qara kassa oyunu oynamışlar. YYY 28 oktyabr 2017-ci il tarixdə 750.000 rublu məbləğində pulu götürüb naməlum istiqamətdə yoxa çıxmışdır. İş materiallarında olan Ağdaş RİHB-nın Orta Ləkikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29 yanvar 2019-cu il tarixdə verilmiş 62 saylı arayışdan məlum olur ki, İddiaçı hal-hazırda 000 kəndində yaşayır və təsərrüfatbaşına kitabda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. İşdə оlаn ödəniş qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İşdə оlаn Yevlax RPŞ-si tərəfindən 12 oktyabr 2011-ci il tarixdə verilmiş AZE seriyalı, 08166019 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, YYY 26 sentyabr 1960-cı il tarixdə Yevlax şəhərində anadan olmaqla Yevlax şəhəri, C.Mustafayev küçəsi, mənzil 29da qeydiyyatdadır. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh Baxşalıyeva Mələk Emin qızı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək iddiaçıya 750.000 rubl borcunun olduğunu təsdiq etmişdir (i/v 18). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 739.1, 739.2 və 740-cı maddələrinə, Azərbaycan Respublikası MPM-nin 106.1, 124 və 191.3-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tərəflər arasındakı münasibətləri əsassız varlanma kimi deyil, borc kimi qiymətləndirmiş və buna uyğun normalara istinad etməklə mübahisəni həll etmişdir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları il ə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. -777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. -778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə et məlidir. -779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İşin şərh olunan hallarından göründüyü kimi, ona etibar edilən pul vəsaitini müəyyən müddətə saxlamaq tapşırığı almış cavabdeh bu tapşırıqdan doğan öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, x idmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. -445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Daha öncə qeyd olunduğu kimi cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi icra etməyərək ona etibar edilmiş pul vəsaitini qaytarmaqdan imtina edərək əsassız varlanmışdır. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi digər hallara münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, YYY öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi və tapşırıq müqaviləsinin mahiyyətinə zidd olaraq qəbul olunan pul məbləğlərini qaytarmaması onun əsassız varlanmasına, habelə iddia tələbinin əsasl ı olmasına dəlalət edir Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən hüququn tətbiqində səhvə yol verildiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh YYY tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2969/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbu
Məhkəmə qərarları › İş №2(102)-1921/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1921/2020
23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver