Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1923/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “XXX” SKB-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, şikayətin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı “XXX” SKB-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)548/2*12 nömrəli iş üzrə 23 fevral 2*23-cü il tarixli qərardadından Ərizəçi kassasiya şikayətinə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1*.*7.2**9-cu il tarixli qətnaməsi ilə (hakim A.İsgəndərov) iddia təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə cəmi 36.818,2* manatın tutulması, tutmanın ünvan nömrəli evə yönəldilməsi və evin boşaldılması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
2. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.
3. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-548/2*12 nömrəli iş üzrə *6.*6.2*12-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlan ılmışdır.
4. Cavabdehin arvadı Ərizəçi onun hüquqi varisi qismində 27.*1.2*23-cü il tarixdə buraxılmış prosessual müddətin bərpasına dair ərizə və kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizənin əsaslarına görə, uzun müddət xəstə olduqları üçün xaricdə müalicə olmuşlar və qətnamədən xəbərdar olmamışlar.
6. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-548/2*12 nömrəli iş üzrə 23.*2.2*23-cü il tarixli qərardadı ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) ərizə təmin edilməmiş, kassasiya şikayəti qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, iş materiallarının 148 və 151-ci vərəqlərində olan sifarişli xəbərnamələrdən görünür ki, qətnamə cavabdeh və onun nümayəndəsi tərəfindən 17.*6.2*12-c i il tarixdə rəsmi məhkəmə “Poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə şəxsən imza edilməklə qəbul edilmişdir. Həmçinin, Ərizəçi qətnamə qanuni qüvvəsini aldıqdan sonra ödənişlər etdiklərini, ipoteka predmeti olan yaşayış evinin Bankın mülkiyyətinə keçməsini, 2*22-ci ilin avqust ayında hazırkı məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzildən çıxarılmalarını, səhhətində yaranmış problemlə əlaqədar şikayət verə bilmədiklərini göstərmişdir. Lakin uzun müddət xəstələnmələri barədə mötəbər sübutlar təqdim edilməmişdir. Odur ki, qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilməsinə əsaslar yoxdur.
8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 13*.1, 133, 4*5.* və 4*5.*.1- ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
9. Qərardadla razılaşmayan Ərizəçi ondan kassasiya şikayəti verərək, ləğv edilib, qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək, kassasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinin dəlillərinə görə, qətnamə əsassızdır, 2*22-ci ilin avqustuna qədər banka pul ödəməklə həmin mənzildə yaşamışlar, cavabdeh 2*19-cu ildə dünyasını dəyişmişdir, qəbul edilmiş qərardad qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri işin mahiyyəti ilə bağlı olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
14. MPM: Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 13*.1. Qanunla müəyy ən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər; Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünv an sahibinə verməlidir; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 4*5. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 4*5.*.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 4*8.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 4*8.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
15. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin Plenumunun qərarları “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.*2.2**7-ci il tarixli Qərar: “Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 13*.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.... Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mö vcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüf i deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.... Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.... Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2**6-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” *8.*5.2**8-ci il tarixli Qərar: “... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımında n şübhə altına alınmasın.”
16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28.1*.1999-cu il tarixli Qərar: “Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.” “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24.*7.2**3-cü il tarixli Qərar: “Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansi yasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyasının məhkəmə aktı şikayətdə irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.
19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
21. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və v ətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 6*-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Bu kontekstdə nəzərə alınma lıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və sözügedən hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri də MPM-in 4*5.*.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilməsi müəyyən olunur.
22. İşin 148 və 151-ci vərəqlərində olan sifarişli xəbərnamələrdən görünür ki, *6.*6.2*12-ci il tarixli qətnaməni cavabdehin həyat yoldaşı və nümayəndəsi qismində məhz Ərizəçi 17.*6.2*12-ci il tarixdə poçt göndərişinin verilməsi haqqı nda xəbərnamələrə şəxsən imza etməklə rəsmi qaydada qəbul etmişdir.
23. Həmçinin, Ərizəçi qətnamə qanuni qüvvəsini aldıqdan sonra ödənişlər etdiklərini, ipoteka predmeti olan yaşayış evinin Bankın mülkiyyətinə keçdiyini, 2*22-ci ilin avqust ayında hazırkı məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzildən çıxarıldıqlarını, habelə, səhhətində yaranmış problemlə əlaqədar şikayət verə bilmədiklərini göstərsə də, uzun müddət davam edən xəstəliklə bağlı mötəbər sübutları da apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir.
24. Bu xüsusatlar da ona dəlalət edir ki, qanunla nəzərdə tutulan prosessual müddətin bərpası məqsədilə Ərizəçi ərizədə göstərdiyi səbəblərin ondan asılı olmaması və onun tərəfindən dəf edilməli imkanlardan kənara çıxması sübuta yetirilmir, qəbul edilməsindən keçən 11 il k imi uzun müddətdə onun *6.*6.2*12-ci il tarixli qətnamənin mövcudluğundan məlumatlı olmaması inkarolunmaz, ağlabatan və inandırıcı deyil. Odur ki, qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılmasına əsaslar yoxdur.
25. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün, qərardad dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-548/2*12 nömrəli iş üzrə 23 fevral 2*23-cü il tarixli qərardadı dəyişiklik edil mədən saxlanılsın. Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.