Məhkəmə qərarları › İş №2(102)-1924/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1924/2019

15.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1924/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı “xxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3443/2018 nömrəli iş üzrə 23 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Suraxanı rayon məhkəməsinin (Hakim Gülsarə İmanova) 22 dekabr 2017ci il tarixli qətnaməsi ilə “xxxx” İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 1546,90 ABŞ dolları əsas, 2228,60 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4075,5 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İsmayıl Xəlilov) 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 22 dekabr 2017-ci il tar ixli qətnaməsi mübahisələndirilən hissədə - faiz borcu və dəbbə pulu tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı “xxxx” İKB Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: İddiaçı “xxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2015-ci il tarixli, 6-M2Z1-3-0-1021-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən, Bank borcalana 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 9500 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq eyni müqavilə ilə Cavabdeh2 zamin qismində birgə məsuliyyəti öz üzərlərinə götürmüşdür. 24.02.2016-cı il tarixdə müqaviləyə əlavə edilərək, kreditin illik faiz dərəcəsi 24 faiz müəyyən edilmişdir. İşin apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə ekspertiza mərkəzinin 12.09.2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə borclunun kredit müqaviləsinin müddətinin bitdiyi 24.08.2017-ci il tarixə Banka olan əsas borcu 1750,53 ABŞ dolları təşkil edir, faiz borcu isə yoxdur. Pulun verilmə müddəti bitdikdən sonrakı tarixlərdə ümumilikdə 2000 ABŞ dolları ödəniş edilmiş, lakin ekspertiza qarşısında sonrakı ödənişlərin hesablanması barədə sual qoyulmadığından rəy verilərkən nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 739 və 467-ci maddələrini tətbiq etməklə faiz tələbini 2228,60 ABŞ dollarından artıq hissədə və cərimə tələbini 300 ABŞ dollarından artıq hissədə təmin etməməklə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin apellyasiya baxışı zamanı faiz və cərimə borcunun düzgün hesablanıb-hesablanmadığının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, ekspertiza rəyinə əsasən cavabdehin daha artıq məbləğdə faiz borcunun olduğu öz təsdiqini tapmamışdır. Əksinə rəydə kredit müqaviləsi üzrə faiz borcunun olmadığı müəyyən edilmişdir. İddiaçının nümayəndəsi ekspert rəyi ilə razı olmadığını bildirsə də, rəy kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehlər apellyasiya şikayəti vermədiklərindən və qətnamə yalnız faiz və cərimə tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyindən hazırkı apellyasiya baxışı çərçivəsində iddianın təmin olunmuş hissəsinə qiymət verilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “xxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3443/2018 nömrəli iş üzrə 23 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar