Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1925/2019 29.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3,iddiaçının vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı X Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 may 2018-cı il tarixli qətnaməsi ilə (hakim Ş.Məhərrəmova) iddiaçı X Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilmiş, X ilə X4 arasında bağlanmış 04 iyun 2014-cü il tarixli, 126004-CNS-5178 saylı nagd krediti müqaviləsinə əsasən ödəniş gününə olan məzənnə üzrə 10002,94 ABŞ dolları əsas, 2483,87 ABŞ dolları məbləğində faiz borcu, 260,95 ABŞ dolları cərimə borcunun, ümumilikdə 12747,76 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulub X xeyrinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseynov, hakimlər X.Cəmilova və İ.Xəlilov) Binəqədi rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, 2868,09 manat pul və ödənilmiş döv lət rüsumunun 4 manatı, cəmi 2872 (iki min səkkiz yüz yetmiş iki) manat 09 (doqquz) qəpik pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi nə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X Cavabdeh qarşı iddia ərizəsi verərək, Bank ilə X4 arasında bağlanmış 04 iyun 2014-cü il tarixli, 126004-CNS-5178 saylı kredit müqaviləsinə əsasən 04.06.2017-ci il tarixə banka borclu olduğu 10002,94 ABŞ dolları əsas, 2483,87 ABŞ dolları məbləğində faiz, 260,95 ABŞ dolları cərimə borcu, ümumilikdə 12747,76 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun qanun üzrə vərəsə cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansi yası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 04 iyun 2014-cü il tarixli nağd pul krediti müqaviləsinə əsasən, Bank borcalana illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 13100 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin halları ilə müəyyən edilir ki, Ələkbər Həsənov 30 may 2015-ci il tarixdə ölmüşdür. Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənaf elərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Baxılan iş üzrə X1 arasında bağlanmış 04 iyun 2014-cü il tarixli krediti müqaviləsi üzrə tələb olunan məbləğdə kredit borcunun yarandığı və həmin şəxsin vərəsəsi olan cavabdehin qeyd olunan öhdəliyə görə məsuliyyət daşıdığı müəyyən edilir. Ələkbər Həsənovun ölümü ilə əlaqədar 23 iyun 2015-ci il tarixdə vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan arvadı Cavabdeh 01 dekabr 2015-ci il tarixdə əmək haqqından ibarət olan miras əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, X vəfat etməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərkən hesablanmış son haqq-hesab məbləği 2868,09 manat təşkil etmiş və 2015-ci ilin iyun ayı nda işçinin həyat yoldaşı Cavabdeh xəzinə və bank köçürməsi yolu ilə ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mərhum Ələkbər Həsənovun öhdəlikləri üzrə vərəsə qismində Cavabdeh qəbul etdiyi aktivlər həcmindən məsuliyyət daşıdığından X5rşında yaranmış kredit öhdəliyinə görə 2868,09 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1925/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1925/2019
29.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver