Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1926/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin (hakim Y.Həşimov) xx xxxx 2018-ci il tarixli, 2(043)-2522/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cava bdeh 11198,20 manat pulun iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər L.Süleymanov - sədrlik edən və məruzəçi, R.Muradov, A.Bayramov) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakimlər Ə.Nurməmmədov, M.Əhmədova və Ə.Rüstəmov, iş No2(104)-3181/19 saylı mülki iş) Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-4092/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.Əliyeva və F.Mehtiyev, 2(104)-3181/2019 saylı mülki iş) hazırki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2522/2018 saylı mülki iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X1 Ramin İsmayıl oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əvəzinə banka ödədiyi 11.498,20 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normasının düzgün tətbiq etməmişdi. Cavabdeh qeyd etmişdir ki, “xxxx” ASC -nə ödəniləcək məbləğ 11 198.20 manat deyil, 10873 manat olmuşdur. “xxxx” ASC-nin verdiyi iddia ərizəsində də borc məbləği cərimə və faiz daxil 10873 manat olmuşdur. Əslində iddiaçı özü də etiraf etmişdir ki, 11000 manat məbləğdə kredit Cavabdeh deyil, İsmayıl Tağıyevin xahişi ilə götürülmüş və pullar ona çatmışdır. X5 də ifadəsində bildirmişdir ki, ona pul lazım olduğundan və Raminin əmək haqqı olduğu üçün kreditin onun adına rəsmiləşdirilməsini məhz İsmayıl iddiaçıdan xahiş etmişdir. İşə yenidən baxılarkən əsl cavabdeh (İsmayıl Tağıyev) işə cəlb edilməlidir. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Cavabdeh ilə bank arasında 11000 manat kreditin verilməsinə dair kredit müqaviləsinin bağlanması, götürülmüş pulun banka ödənilməməsinə görə borcun yaranması, iddiaçının cavabdehin əvəzindən bu borcu banka ödəməsi işin mübahisəsiz hallarıdır. Ödənilmiş pulun məbləği işdə olan sənədlərlə də təsdiq olunur. Beləki, xx.xx.2016-cı il tarixli 350 saylı qəbzin surətindən görünür ki, X4 tərəfindən Cavabdeh adından «xxxxı» ASC-yə 11.498,20 manat ödənilmişd ir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh kreditor «xxxx» ASC qarşısındakı kredit öhdəliyini üçüncü şəxs, yəni iddiaçı xxx icra etmiş və tələb hüququ ona keçdiyindən haqlı olaraq kreditora ödədiyi pulu Cavabdeh tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etmişdir. Belə ki, hazırki işdə öhdəlik hüquq münasibətləri kredit müqaviləsinə əsasən bankla cavabdeh arasında yaranmış, həmin öhdəlik isə iddiaçı tərəfindən təmin edilmişdir. Kredit müqaviləsinin etibarlılığı mübahisələndirilməmişdir. Alınmış borcun əslində Cavabdeh deyil, xxx istifadə etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bankla və sonradan iddiaçı ilə öhdəlik münasibətləri Cav abdeh ilə yaranmışdır. Ona görə də, iddiaçı tələbini Cavabdeh yönəltməkdə haqlı olmuşdur. Cavabdeh da öz növbəsində həmin pulu xxxdən tələb etmək hüququ vardır ki, bu hal hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1 maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəl iyin şərtlərinə və Bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işğüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllnin 431-ci maddəsinin mətn və məzmumuna əsasən, öhdəliyin üçüncü şəxs tərəfindən icrası nəzərdə tutulmuşdur. Həmin qanun normasında həmçinin nəzərdə tutulmuşdur ki, öhdəliyin üçüncü şəxs tərəfindən icra edilməsi zamanı borclunun razılığının olması tələb olunmur. Həmin Məcəllənin 431.3. maddəsinə əsasən 3-cü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. İşə baxan məhkəmə haqlı olaraq qeyd olunan maddi hüquq normalarını tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehin əvəzinə banka ödəmiş olduğu pulu tələb etməkdə haqlıdır. Cavabdeh bankdan götürdüyü pulun barəsind ə sərəncam verərək onu hər-hansı 3-cü şəxsə vermişdirsə, onda həmin şəxsə qarşı pul tələbi irəli sürə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q
Məhkəmə qərarları › İş №2(102)-1926/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1926/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver