Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1926/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: delikt nəticəsində vurulmuş maddi zərərin ödənilməsi, tibb müəssisəsinin vurduğu ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sağlamlığın pozulması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 9 fevral 2024-cü il tarixli 2(103)1462/2024 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X4-1” Cavabdeh1 şəxsində və İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış pasiyentin razılığına əsasən sonuncu öz azad iradəsi ilə bu əməliyyatın keçirilməsini qəbul etmiş, həmçinin əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyyətsizliyini (həkim səhvi istisna olmaqla) maddi və hüquqi məsuliyətini öz üzərinə götüməsi, əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödədiyi məbləğin ona geri ödənilməyəcəyini qəbul etməsinə razılıq vermişdir.
2. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 X13 tərəfindən verilmiş komisyon-tibbi ekspertizasının xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli rəylərində qeyd edilmişdir ki: - cərrahiyyə əməliyyatı zamanı aseptika qaydalarına düzgün əməl olunmadığından, sonradan xəstədə sepsis yaranmış, toxumaların qidalanması pozulmuş və bu da vəziyyətinin ağırlaşmasına gətirib çıxartmışdır. İddiaçı göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirlir. Buna məsul şəxs “X4-1” klinikasını həkim plastik-cərrahıdır. - xəstə “Rekonstruktiv abdominoplastika” cərrahiyyə əməliyyatına məruz qalmışdır. Bu da müxtəlif səbəblərdən, yəni ilkin cərrahiyyə əməliyyatın texniki icrası, orqanizmdə immun sistemin zəifləməsi hesabına hər hansı bir infeksiya ilə əlaqədar ola bilərdi. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. - Cərrahiyyə əməliyyatdan sonra İddiaçı sepsisin olduğu müəyyən edilmişdir ki, bu da müxtəlif səbəblərdən, yəni əməliyyat zamanı aseptika qaydalarına düzgün əməl olunmadığından, hər hansı bir infeksiyadan (pnevmoniya, abdominal, qan, böyrək infeksiyaları və s.) yarana bilər. - İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir.
3. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış materialda cin ayət hadisəsinin olması müəyyən edilmədiyindən, cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, İddiaçı müraciətində düzgün əməliyyat olunmamasına görə əlavə maddi xərclər ödəmək məcburiyyətində qalması ilə bağlı xüsusat mülki mübahisə xarakterli olduğundan bu məsələnin həlli üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ ona izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiаçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən səhhətinin pozulması nəticəsində ona dəymiş 20.000 manat maddi ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsasland ırılmışdır ki, o, şəkərli diabet xəstəsi olmaqla, həmçinin parkinson xəstəliyindən əziyyət çəkir, sonuncunun artıq çəkisi olduğundan 2022-ci ilin may ayında televiziya kanallarında tez-tez reklamı göstərilən və Bəşir Səfəroğlu küçəsi 183 ünvanında yerləşən “X4 1” Tibbi klinikasında işləyən plastik cərrah, regenerativ tibb-kök hüceyrə uzmanı Cavabdeh1 müraciət etmişdir. Ona səhhəti barədə tam və ətraflı məlumat verərək qarın nahiyyəsində artıq piylərin götürülməsi əməliyyatı keçirə bilib-bilməyəcəyini soruşmuş, laborator müayinələrdən keçmiş və nəticələr doktor Cavabdeh1 təqdim olunmuşdur. Doktor Cavabdeh1 laborator müayinələri incələdikdən sonra İddiaçı əməliyyat olunması üçün əks göstəriş olmadığını demişdir. 24 may 2022-ci il tarixində “X4 1” Tibbi Klinikasında doktor Cavabdeh1 tərəfində n İddiaçı üzərində “qarının ön divarında “Liposaksiya, Abdominoplastika” əməliyyatı icra olunmuş və xəstə 4 gün xəstəxanada qaldıqdan sonra xx.xx.2022-ci il tarixində ambulator müalicəyə yazılmışdır. Əməliyyatdan sonra iddiaçının əməliyyat nahiyyəsi tikilməmişdir. İddiaçı iki gün həmin xəstəxanaya sarğıya getmiş, 3-cü gün sarğıya gedib-gələndən sonra halı pisləşmişdir. Cavabdeh1 müraciət edərək halının pisləşdiyini bildirmiş, sonuncu ona şəkərinin yüksək olma ehtimalını deyərək endokrinoloqun yanına göndərmişdir. Endokrinoloq müayinədən sonra İddiaçı şəkərinin normada olduğu deyilmişdir. İddiaçı halsız vəziyyətdə evə qayıtmış, axşam vəziyyəti anidən pisləşmiş və təcili tibbi yardım vasitəsi ilə 38 bədən hərarətilə Respublika Diaqnostika Mərkəzinə reanimasiya və intensiv terapiya şöbəsinə t ibbi təxliyyə olunmuşdur. Ona xx.xx.2022-ci il tarixində “Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sepsis. Digər kəskin böyrək çatışmazlığı, essensial hipertenziya, Parkinson xəstəliyi” diaqnozu qoyulmuşdur. Müayinə zamanı xəstənin qarnının ön divarında irinli möhtəviyyat olduğu müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixinədək xəstəxanada stasionar müalicədə olmuşdur. Diaqnostika Mərkəzində verdiyi laborator müayinələr zaman İddiaçı qanına əməliyyat zamanı infeksiya salınması, qanında Sepsis olması müəyyən edilmişdir. Diaqnostika Mərkəzində 5 gün qaldıqdan sonra orada görülmüş tədbirlər nəticəsində xəstə ağır vəziyyətdən çıxarılmışdır. İddiaçı Cavabdeh2 də əməliyyat olunsa da, orada əməliyyat antiseptik şəraitdə, keyfiyyətsiz icra olunmuş, xəstənin qanına infeksiya salınmış, həm də ə məliyyat özü də lazımı keyfiyyətdə icra olunmamışdır. Belə ki, əməliyyatdan sonra xəstənin öz hesabına əməliyyat olan nahiyyəsinə əməliyyatın yerindən gələn çirkli sumayenin təmizlənməsi üçün cihaz qoşulmuş və həmin cihaz vasitəsi ilə çirkli maye qandan təmizlənmişdir. Bu prosedurların hamısı pullu olmuşdur və hamısının xərci iddiaçının öz vəsaiti hesabına ödənilmişdir. İddiaçı Diaqnostika Mərkəzindən qayıtsa da, Cavabdeh2-yə sarğıya getməkdə davam etmiş, onun yarasına tikiş vurulmamışdır. Xüsusi olaraq bu məqsədlə Klinikanın baş həkimi Qəhrəman adlı şəxs tərəfindən Sumqayıt şəbərində yerləşən klinikadan Fuad adlı həkim çağırılmış və yalnız 18 iyul 2022-ci il tarixində iddiaçının yarasına tikiş atılmışdır və iddiaçı 5 gün yenidən klinikada qalmaq məcburiyyətində qalmışdır. Sonradan yenidən yaraya çirkli maye yığıldığından tikiş bir neçə barmaq sökülərək yaranın yerinə dərman tökülmüşdür, əməliyyatdan aylarla vaxt keçməsinə baxmayaraq uzun müddət X4 1-ə sarğıya getmiş, tikişləri olduqca kobud və bərbad vəziyyətdə qoyulmuşdur. Həkim Cavabdeh1 işinə səhlənkar münasibəti və Cavabdeh2nin rəhbərliyinin qeyri-peşəkarlığı nəticəsində iddiaçı səhhətinə dəymiş zərərin aradan qaldırılması ilə bağlı maddi xərclər çəkmişdir və hazırda da çəkməkdə davam edir. Həkim Cavabdeh1 qanunsuz hərəkətləri ilə bağlı tərəfindən Nəsimi Rayon Prokurorluğuna müraciət olunmuşdur. Prokurorluqda aparılan araşdırma zamanı komisyon məhkəmə tibbi ekspertizası təyin olunmuş və ekspertizanın xx.xx.2022-ci il tarixli, 592/keş saylı rəyindən məlum olmuşdur ki, 1954-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, məhkəmə tibbi və mütəxəssis müayinəsinə əsaslanaraq qeyd olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixində “bədəninin müxtəlif nahiyyələrinin piylənməsi, qarının ön divarının sallanması” diaqnozu ilə klinikanın cərrahiyyə şöbəsinə daxil olmuşdur. Xəstənin üzərində “liposaksiya abdominaplastika” cərrahiyyə əməliyyatı icra olunmuş, xx.xx.2022-ci il tarixində xəstə evə buraxılmışdır. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək “cərrahi əməliyyatdan sonrakı vəziyyət, sepsis, kəskin böyrək çatışmazlığı, essensial hipertenziya, parkinson xəstəliyi” diaqnozu ilə mərkəzdə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixində yenidən Medical Centre 1-ə müraciət etmiş, müayinə zamanı xəstənin qarnının ön divarında irinli möhtəviyyatın olduğu müəyyən edilmiş, yara antiseptik məhlullar ilə yuyulmuş, təmizlənmişdir. Daha sonra müxtəlif tarixlərdə yara yuyulub məhlullanmışdır. Xəstə İddiaçı xx.xx.2022- ci il tarixində "abdominaplastikadan sonra yararsız çapıq” diaqnozu ilə klinikanın cərrahiyyə şöbəsinə daxil olmuş, xəstənin üzərində “rekonstruktiv abdominaplastika” əməliyyatı icra olunmuş, xx.xx.2022-ci il tarixində xəstə evə yazılmışdır. Həmçinin rəydə qeyd olunur ki, İddiaçı məhkəmə tibbi və mütəxəssis müayinələri zamanı onda qarın nahiyyəsində aşağı kəsik boyu cərrahiyyə əməliyyatından sonrakı kobud çapıq toxumasının, assimmetriyanın olduğu və göbək dəliyinin olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar xəstə rekonstruktiv abdominaplastika əməliyyatına məruz qalmışdır. Bu da ilkin əməliyyat zamanı asseptika qaydalarına riayət olunmadığından xəstə də sepsis yaranmış, toxumaların qidalanması pozulmuş və bu da vəziyyətin ağırlaşmasına gətirib çıxartmışdır. Həmçinin qeyd olunan araşdırma çərçivəsində aparılmış əlavə araşdırma zamanı Səhiyyə Nazirliyinin MTE və PAB X12dən verilmiş xx.xx.2023-cü il tarixli 268/KEŞ saylı komisyon məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, İddiaçı Hacibaba qızı üzərində icra edilmiş əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilməmişdir. Bu da Səhiyyə sistemi üzrə qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. İddiaçı əməliyyatdan sonra sepsisin olması müəyyən edilmişdir ki, bu da asseptika və antiseptika qaydalarına düzgün riayət olunmaması və ya hər hansı bir infeksiya səbəbindən baş verə bilərdi. Lakin elə həmin rəydə də göstərilir ki, həmin pat alogiya cərrahiyyə əməliyyatın qüsurlu texniki icrası nəticəsində olmuşdur. Nəsimi Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunmasına dair qərarından görünür ki, Cavabdeh1 barəsində Səhiyyə Nazirliyinə verilmiş təqdimata baxılaraq bununla bağlı Nəsimi rayon prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 fəaliyyətində nöqsanların olması müəyyən edilmiş, həmçinin aparılmış araşdırma zamanı cərrahiyyə əməliyyatı zamanı əməliyyat jurnalına qeydlər tam aparılmamış, sterilizasiya və dezinfeksiya işlərinə dair jurnalda qeydlər aparılmamışdır. Həmçinin Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş təqdimata baxılmasının nəticələrinə dair məktubdan görünür ki, əməliyyat zamanı dezinfeksiya və sterilizasiya qaydalarına riayə t edilməmişdir və bununla bağlı müvafiq qeydlər də jurnalda aparılmamışdır. Araşdırma materialı üzrə verilmiş xx.xx.2022-ci il tarixli 592/KEŞ saylı komisyon məhkəmə tibbi ekspertizasının rəyində vət. İddiaçı, yəni göstərilmiş qüsurlu tibbi xidmətin səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması ilə icra olunması göstərilmişdir. "X4”nin və onun həkimi Cavabdeh1 öz işinə vicdansız və ya laqeyd münasibəti, həmçinin həkim Cavabdeh1 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi iddiaçının səhhətinə, hüquqlarına mühüm zərər vurulmasına səbəb olmuşdur. İddiaçının adı keçən klinikanın və onun həkimi Cavabdeh1 səhvi ucbatından səhhətinə zərər vurulmuş və iddiaçı böyük maddi xərclə üzləşmişdir. Klinikanın rəhbərliyi və həkim Cavabdeh1 iddiaçının çəkd iyi maddi xərcləri qaytarmaqdan imtina etmişdir. İddiaçı uğursuz tibbi əməliyyatdan sonra səhhətinin bərpa olunmasına, tibbi prosedurlara, müayinələrə, dərmanların və tibbi vasitələrin alınmasına 14302 xərcləyərək maddi ziyana düşmüşdür. Bundan əlavə, həmin xərclərin ödənilməsi üçün “Kapitalbank”la imzalanmış iki kredit müqaviləsi üzrə götürülmüş kreditlərlə bağlı hazıradək 5068 manat aylıq ödəmə etmişdir. Ümumilikdə iddiaçıya hazıradək 20000 manat maddi ziyan dəymişdir. Hazırda da cavabdeh kapital bankla bağlanılmış GTZK59294304 103 saylı, kredit müqaviləsi üzrə bankdan götürdüyü kredit üzrə ödənişləri davam etdirir.
6. Cavabdeh2 MMC-nin direktoru X11 məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı xx.xx.2022ci il tarixdə bədənin müxtəlif nahiyələrinin piylənməsi diaqnozu ilə “X4-1” klinikasına müraciət etmişdir. Aparılan müayinələrdən və toplanan anamnezlərdən sonra şəxsin şəkər və parkinson xəstəsi olması nəzərə alınaraq əməliyyatdan öncə konsilium keçirilmiş və xəstənin əməliyyat olunması üçün heç bir maneənin olmaması müəyyən olunmuşdur, lakin şəkər xəstəsi olduğu üçün yaralarının yerinin sağalmasında gecikmələrin olması ehtimalı özünə bildirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə qarnın ön divarının sallanması əməliyyatı icra olunmuşdur. Əməliyyatdan 3 gün sonra xəstənin son müayinələri aparılmaqla kafi vəziyyətdə olması qənaətinə gəlinmiş və evə buraxılmışdır. Həmçinin İddiaçı evə yazıldıqdan sonra mütəmadi olaraq klinikaya gəlmiş və sarğıları dəyişilməklə, əməliyyatdan sonrakı qulluqları vaxtı-vaxtında olmuşdur. Daha sonra İddiaçı narahatlıqlarının olması b arədə “X4-1” klinikasının səlahiyyətli şəxslərinə müraciət etmədən Respublika Diaqnostik Mərkəzə müraciət etmiş və həmin tibb müəssisəsində İddiaçı əməliyyatdan sonrakı vəziyyət, sepsis, kəskin böyrək çatışmazlığı və parkinson xəstəliyi diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixədək RDM-də stasionar müalicə aldıqdan sonra evə yola salınmışdır. Lakin sənədlərdən laborator müayinələrin (Medikus clinic: xx.xx.2022-ci il tarixli) vaxtına diqqət yetirdikdə görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Medikus klinikasında yara möhtəviyyatının bakterioloji analizi götürülmüş və xx.xx.2022-ci ildə verilmiş nəticədə xəstədə “escherichia coli” mikroorqanizmi aşkarlandığı məlum olmuşdur. Bu isə əməliyyatdan təxmini 40-45 gün sonraya təsadüf edir. Yəni İddiaçı əməliyyatdan sonra RDM və “X4-1 ” klinikasına müraciətinin səbəbi infeksiyaya yoluxması yox, yaşlı olması, şəkər və parkinson xəstəsi olduğuna və yaralarının sağlam insanlara nisbətən daha gec sağaldığına görə olmuşdur. Xəstəni köməksiz vəziyyətdə qoymamaq üçün “X4-1” klinikası və həkim Cavabdeh1 öz büdcələrindən ümumilikdə 14000 manata yaxın vəsait ayıraraq xəstənin əməliyyatdan sonrakı yara izlərinin tez sağalması, baxımsızlıqdan yoluxmuş olduğu infeksiyanın təmizlənməsi, həmçinin təkrar əməliyyat olması kimi xərcləri qarşılamışdır. Yara tam formada təmizləndikdən, xəstənin bütün narahatlıqları aradan qaldırıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Rzayeva X1 yararsız çapıq əməliyyatı olmuş və bütün problemlər aradan qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsində göstərilmişdir ki, tibb müə ssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İddia ərizəsində qeyd olunan infeksiya İddiaçı “X4-1” klinikasında yoluxmamışdır, çünki həmin dövrdə onlarla xəstə əməliyyat olunmuşdur və heç bir xəstədə analoji vəziyyət müşahidə olunmamışdır. X4-1 klinikası və həkim Cavabdeh1 heç bir xərcdən yayınmayaraq xəstənin səhhətinin yaxşılaşdırması üçün bütün lazımi tədbirləri görmüşdür.
7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X7” X10 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi səhiyyənin təşkili şöbəsinə ünvanladığı xx.xx.2013-cü il tarixli məktubunda göstərilmişdir ki, “X5-1” özəl tib b müəssisəsində vətəndaş İddiaçı aparılmış əməliyyatdan sonra səhhətində yaranmış problemlərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini cənab E.Məmmədovun Səhiyyə Nazirliyinə ünvanladığı məktuba aidiyyəti üzrə X7 X12də baxılmış və müvafiq olaraq araşdırılmışdır. Məktubda qeyd olunan faktların yerində araşdırılması məqsədi ilə qeyd olunan “X6” MMCyə məxsus özəl tibb müəssisəsində 25-26 yanvar 2023-cü il tarixlərində Mərkəzin əməkdaşları, Səhiyyə Nazırlıyınin plastik, estetik və rekonstruktiv cərrah mütəxəssiseksperti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) mütəxəssislərinin iştirakı ilə plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama zamanı tibb müəssisəsində 2022-ci ilin may və iyul aylarında iki dəfə stasionar və iyun ayında bir dəfə ambul ator müalicə almış İddiaçı aid xəstəlik tarixləri, ambulator tibbi kart, müayinə və müalicəsinə dair digər tibbi qeydiyyat sənədləri araşdırılmış, həmçinin, müalicə həkimi plastik-cərrah Cavabdeh1 ilə müvafiq söhbət aparılmışdır. Araşdırmanın nəticələrinə əsasən qeyd olunur ki, müalicə həkimi tərəfindən xəstənin “Bədənin müxtəlif nahiyələrinin piylənməsi. Qarının ön divarının sallanması" diaqnozu ilə təyin olunan ilk estetik cərrahi əməliyyata hazırlıq uyğun aparılmamışdır, belə ki, xəstənin anamnezi və əməliyyatoru dəyərləndirilməsi tam şəkildə icra olunmamışdır, xəstədə Parkınson xəstəliyinin olması müalicə həkimi və həkim-anestezioloq-reanimatoloq tərəfindən nəzərə alınmamışdır. Əməliyyatdan öncə və sonrakı müayinə və mualicənin gedişatında bəzi zəruri laborator muayinələr, qan qrupu təyin olunmamışdır. Bundan əlavə əməliyyatın icrasında və əməliyyatdan sonrakı xəstənin aparılmasında nöqsanlara yol verildiyindən evə yazıldıqdan sonra xəstədə yaranmış əməliyyatdan sonrakı “Septik vəziyyət, Digər kəskin böyrək çalışmazlığı” və yaradakı nekrotik fəsadlarla əlaqəli digər müalicə müəssisəsində müalicə aldıqdan sonra yenidən bu müəssisədə əməliyyatdan sonrakı vəziyyətlə bağlı ambulator qaydada müalicə-bərpa prosedurları almışdır. Xəstə ikinci dəfə ilk cərrahi əməliyyatdan sonrakı yararsız çapıq ilə əlaqəli cərrahı əməliyyat üçun həmin tibb müəssisəsinə stasionar müalicəyə qəbul olunmuşdur. Tibbi qeydiyyat sənədlərinin təhlili nəticəsində müəyyən olunmuşdur ki, xəstəlik tarixi və digər sənədlər bir neçə bənd üzrə natamam aparılmış tələb, olunan qaydada doldurulmamış və bağlan mamışdır, çıxarış epikrizləri hazırlanmamışdır cərrahi əməliyyata dair əməliyyat jurnalında qeydlər aparılmamışdır. Müəssisədəki sterilizasiya və dezinfeksiya işlərinə dair sənədlərdə qeydlərin tam aparılmadığı müəyyən olunaraq RGEM-in mütəxəssisləri tərəfindən tibb müəssisəsinin sterilizasiya sahəsində, əməlliyyatonu və əməliyyat otaqlarında hava nümunələri, bundan əlavə, steril alətlərdən səthlərdən və mexanikı ventilyasiya sisteminin havaverici mənfəzlərinin çıxışlarından yaxmalar götürülərək laborator müayinəyə göndərilmişdir. Aşkar olunmuş nöqsanlar muəssisə rəhbərliyinə və müalicə həkiminə çatdırılaraq yoxlama nəticələrinin qısa müddətdə aradan qaldırılmasının zəruriliyi izah olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubunda qeyd olunan faktlar və araşdırmanın nəticə ləri nəzərə alınmaqla, keçirilmiş yoxlamanın nəticələrinə uyğun olaraq "X4” MMC-yə (“X5-1”) məxsus özəl tibb müəssisəsində çalışan xəstə İddiaçı müayinə və müalicəsini icra etmiş plastik-cərrah Cavabdeh1 Abısalam qızının fəaliyyətindəki nöqsanları həmçinin daha əvvəllər də daxil olmuş və araşdırılmış şikayətləri nəzərə alaraq barəsində intizam tənbeh tədbirinin görülməsi məqsədəmüvafq hesab olunur.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilmişdir ki, X3 xx.xx.2021-ci il tarixdə qanunvericiliyə uyğun olaraq plastik cərrahiyə ixtisası üzrə sertifikasiyadan keçərək 5 il müddətinə praktik fəaliyyətlə məşğul olmaq icazəsi almışdır.
9. İş materiallarında olan sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə hək imlərin sertifikasıyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.
10. Cavabdeh1 adına “Əmək və Məşğulluq” altsisteminə işəgötürən Cavabdeh2 MMC ilə xx.xx.2018-ci il tarixdən qüvvədə olan əmək müqaviləsi bildirişi qeyd edilmişdir.
11. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 22 manat, xx.xx.2022-ci il tarixdə 98 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 60 manat, xx.xx.2022-ci il tarixdə 233 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 92 manat, xx.xx.2022-ci il tarixdə 180 manat, xx.xx.2022-ci il tarixdə 520 manat, xx.xx.2022-ci il tarixdə 63 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.x x.2022-ci il tarixdə 1630 manat, xx.xx.2022-ci il tarixdə 1200 manat, xx.xx.2022-ci il tarixdə 208 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022ci il tarixdə 1307 manat, xx.xx.2022-ci il tarixdə 4236 manat, xx.xx.2022-ci il tarixdə 63 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 585 manat, xx.xx.2022- ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 335 manat, xx.xx.2022-ci il tarixdə 494 manat ödəniş edilmişdir.
12. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə 1-ci vac cihazı qoşuldu-350 manat, xx.xx.2022-ci il tarixdə yara işlənilmiş-151 manat, xx.xx.2020-ci il tarixdə 2-ci vac cihazı qoşulmuşdur-350 manat, xx.xx.2022-ci il tarixdə 3-cü vac cihazı qoşulmuşdur-350 manat, xx.xx.2022-ci il tarixdə yaraya müasir sarğı vasitəsi ilə sarğı qoyulmuşdur-200 manat, xx.xx.2022-ci il tarixdə yaraya müasir sarğı vasitəsi ilə sarğı qoyulmuşdur-100 manat, xx.xx.2022-ci il tarixdə 4-cü vac cihazı qoşulmuşdur-350 manat, 30.06. 2022-ci il tarixdə 5-ci vac cihazı qoşulmuşdur-350 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə yaraya müasir sarğı vasitələri ilə sarğı qoyulmuşdur – 100 manat, xx.xx.2022-ci il tarixdə yaraya müasir sarğı vasitəsi ilə sarğı qoyulmuşdur-100 manat, xx.xx.2022-ci il tarixdə yaraya kollajen tökülmüşdür - 150 manat, xx.xx.2022-ci il tarixdə yaraya kollajen tökülmüşdür-50 manat, xx.xx.2022-ci il tarixdə yaraya polimerlə sarğı qoyulmuşdur - 150 manat, xx.xx.2022-ci il tarixdə yaraya polimerlə sarğı qoyulmuşdur - 130 manat, xx.xx.2022-ci il tarixdə polimerlə sarğı qoyulmuşdur-130 manat, xx.xx.2022-ci il tarixdə 180 manat, xx.xx.2022-ci il tarixdə yara işlənilmiş - 100 manat, xx.xx.2022-ci il tarixdə yara işlənilmiş kollajen tökülmüşdür - 100 manat, xx.xx.2022-ci il tarixdə yara işlənilmiş-150 manat, xx.xx.2022-ci il tarixdə yara işlənilmiş kollajen tökülmüş - 120 manat, xx.xx.2022-ci il tarixdə yara işlənilmiş kollajen tökülmüşdür - 150 manat.
13. İş materiallarında olan cavabdeh tərəfindən yazılı şəkildə təqdim edilən mülahizələrində qeyd edilir ki, xəstəni köməksiz vəziyyətdə qoymamaq, əməliyyatdan sonrakı yara izlərinin tez sağalması, baxımsızlıqdan yoluxmuş olduğu infeksiyanın təmizlənməsi üçün “X4-1” klinikası və Cavabdeh1 öz büdcələrindən ümumilikdə 14.000 manata yaxın vəsait xərcləmişlər. Bunu əlyazma formasında aparılan qeyd və hesablamalarla təsdiq etmişlər.
14. Ba kı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3139/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbinin qismən təmin edilərək, cavabdeh “X4“ MMC-dən 20.000 manat alınaraq, İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş materiallarına və icraat zamanı müəyyən edilmiş hallara istinadən onunla əsaslandırmışdır ki, iddiaçının cərrahi əməliyyatdan sonrakı vəziyyətinin qüsurlu tibbi xidmətin göstərilməsi nəticəsi kimi qiymətlədirilməklə, vurulmuş maddi ziyanın tələb etmə hüququ yaranmışdır.
16. Qeyd olunanlar Cavabdeh1 şəxsində Cavabdeh2 və İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış razılıq ərizəsində göstərilən halın, yəni həkim səhvinin öz təsdiqini tapması ilə m addi və hüquqi məsuliyyətin yaranmasına əsas olmuşdur. Əməliyyatdan sonra baş vermiş fəsadların aradan qaldırılması üçün əlavə xərclərin tələb edilməsi cavabdehin iddia tələbinə münasibətdə təqdim etdiyi mülahizələrlə də təsdiq olunur. Lakin pasientin vəziyyətinin bərpa edilməsi üçün Cavabdeh1 tərəfindən sərf edilmiş əlavə vəsaitin (14000 manat) məhkəməyə rəsmi təsdiq olunmuş sənədlərlə deyil, əlyazma formasında təqdim etməklə sübut etməyə çalışmışdır.
17. Məhkəmə vurulmuş maddi ziyanın məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdə toplanan məbləğ tələb edilən məbləği üstələdiyindən və məhkəmə verilmiş tələbə qiymət verməli olduğundan, 20 000 manat maddi ziyanın tutulması hissəsində iddia təmin edilməlidir.
18. Bundan əlavə nəzərə alınmalıdır ki, tibbi yar dım göstərilməsi ilə bağlı münasibətin subyektləri tibbi yardım alan subyekt və tibbi yardım göstərən subyektdir. Tibbi yardım alan subyekt pasiyent, tibbi yardım göstərən subyekt isə pasiyentə tibbi yardım göstərmək hüququna malik olan fiziki və ya hüquqi şəxsdir. Hazırki halda, Cavabdeh1 tibbi yardımı müstəqil deyil, tibb müəssisinin nəzdində göstərmişdir. Bu zaman tibb müəssisəsi - Cavabdeh2 MMC tibbi yardım göstərən subyekt kimi çıxış etməklə, maddi ziyan ondan tutulmalıdır.
19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 41ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1112-ci maddələrinə istinadən əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh “X4“ MMC (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayəti vererək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının üzərində aparılmış cərrahi əməliyyatın taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsi, bunun da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirildiyini müəyyən etmiş, lakin bu zaman cərrahi əməliyyatı aparmış həkimin deyil, sonuncunun şəxsində tibb müəssisəsinin iddiaçıya vurulmuş zərərə görə məsuliyyət daşımalı olması qənaətinə gəlmiş, cərrahi əməliyyatı aparmış həkimi isə tamamilə məsuliyyətdən kənarda saxlamışdır. Əgər iddiaçının üzərində aparılmış cərrahi əməliyyatın taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsini birinci instansiya məhkəməsi mülki hüquq pozuntusu hesab etmişdirsə, bu zaman birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 1113-cü maddəsinə müraciət etməməsi də anlaşılmazdır. Belə ki, həmin maddənin tələblərinə görə birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulumuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Digər tərəfdən əgər iddiaçının üzərində aparılmış cərrahi əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdirsə və bu mülki hüquq pozuntusu hesab olunursa, o halda bu pozuntunu törətmiş olan şəxs tibb müəssisəsi deyil, həmin əməliyyatı aparmış olan tibb işçisidir. Yəni tibb müəssisəsi mülki hüquq pozuntusunun subyekti deyil. Birinci instansiya məhkəməsi qətnamədə «Əhal inin sağlamlığının qorunması haqqında» Qanununa istinad edərək belə bir nəticə çıxarmışdır ki, “həmin Qanunun təhlilindən görünür ki, tibb müəssisəsində tibbi yardım göstərildiyi halda düzgün olmayan diaqnoz, müalicə və s. nəticəsində pasiyentin sağlamlığına vurulmuş zərərə görə tibb müəssisəsi mülki məsuliyyət daşıyır.” Lakin mülki işdə olan Cavabdeh2 MMC tərəfindən məhkəməyə ünvanlanmış müraciətdə bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixədək RDM-də stasionar müalicə aldıqdan sonra evə yola salınmışdır. Sənədlərdə laborator müayinələrin tarixlərinə diqqət yetirdikdə (Medikus clinic: xx.xx.2022-ci il) görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdə Medikus klinikasında yara möhtəviyyatının bakterioloji analizi götürülmüş və xx.xx.2022-ci il tarixdə verilmiş nəticədə xəstədə «escherich ia coli» mikroorqanizmi aşkarlandığı məlum olmuşdur. Bu isə əməliyyatdan təxminən 40-45 gün sonraya təsadüf edir. Yəni İddiaçı əməliyyatdan sonra RDM və «X4-1» klinikasına müraciətinin səbəbi infeksiyaya yoluxması deyil, yaşlı olması, şəkər və parkinson xəstəsi olduğu üçün yaralarının sağlam insanlara nisbətən daha gec sağaldığına görə olmuşdur. Digər tərəfdən mülki işdə olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 xx.xx.2023-cü il tarixli 114/KEŞ saylı rəyindən görünür ki, xəstə «Rekonstruktiv abdominoplastika» əməliyyatına məruz qalmışdır. Bu da müxtəlif səbəblərdən, yəni ilkin cərrahiyyə əməliyyatının texniki icrası, orqanizmdə immun sisteminin zəifləməsi hesabına hər hansı bir infeksiya ilə əlaqədar ola bilərdi. Göründüyü kimi birinci instansiya məhkəməsi Cavabdeh2 M MC-ni təqsirli hesab etməkdə haqlı olmamışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1462/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyanın qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, maddi zərər vurulması üçün cavabdehlər iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçıya zərər vurulduğu işin mübahisəsiz halıdır və bunu cavabdeh tərəf də təkzib etmir.
24. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim edilməsi mümkün olan sübutlar təqdim edilmişdir. Belə ki, iddiaçının şikayəti əsasında prokurorluq orqanında aparılmış cinayət təqibi zamanı komisyon məhkəmə tibb ekspertizaları təyin edilərək rəylər alınmışdır. Həmin rəylərdə birmənalı şəkildə iddiaçının üzərində aparılmış cərrahi əməliyyat və müalicə zamanı ona zərər vurulduğu öz təsdiqini tapmışdır. Qeyd olunduğu kimi, bunu, apellyasiya şikayəti verən cavabdeh də mübahisələndirmir, mübahisələndirdiyi hal yalnız apellyasiya şikayətində göstərdikləri olmuşdur.
25. Bununla yanaşı, mülki hüquq pozuntusunun tərkibi yarandığından, Cavabdeh2 MMC-nin mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsas olmuşdur. Birinci instansiya məhkəməsi də cavabdehlər tərəfindən cərrahi əməliyyat və müalicənin düzgün aparılmadığı və bunun da ekspert rəyləri ilə öz əksini tapdığı qənaətinə gələrək maddi ziyanla bağlı iddianı tibb müəssisəsinə münasibətdə təmin etmişdir.
26. Cavabdeh tibb müəssisəsi şikayətində birinci instansiya məhkəməsinin cərrahi əməliyyatı aparmış həkimin deyil, sonuncunun şəxsində tibb müəssisəsinin iddiaçıya vurulmuş zərərə görə məsuliyyət daşımalı olması qənaətinə gəldiyini, cərrahi əməliyyatı aparmış həkimi isə tamamilə məsuliyyətdən kənarda saxladığını göstərsə də bu dəlillər əsaslı sayıla bilməz. Çünki, məhkəmə cərrahi əməliyyatı aparmış həkimi tamamilə hüquqi məsuliyyətdən kənarda saxlamamışdır. Ən azından qətnamədən məhkəmənin belə bir qənaətə gəlməsi görünmür. O başqa məsələ ki, hazırki iddia üzrə məsuliyyətə cəlb edilməli olan şəxsin tibb müəssisəsi olduğu qənaətinə həqiqətən məhkəmə gəlmiş, ona görə ki, Mülki Məcəllənin 1112-ci maddəsinin göstərişləri bunu tələb edir. İddiaçının üzərində aparılmış cərrahi əməliyyatın taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsini birinci instansiya məhkəməsi mülki hüquq pozuntusu hesab edərkən Mülki Məcəllənin 1113-cü maddəsinə müraciət etməməsi əslində cavabdeh tibb müəssisəsinin mənafeyinə uyğun olmuşdur. Çünki, həmin norma birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslərin birgə məsuliyyətini nəzərdə tutur. Ancaq cavabdeh tibb müəssisəsi bir tərəfdən mülki hüquq pozuntusunun subyekti olmadığını bəyan edir, digər tərəfdən isə həkimi deyil, yaxud həkimlə birlikdə deyil, yalnız tək onun mülki hüquqi m əsuliyyətə cəlb olunmasında məhkəməni qınayır.
27. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamədə «Əhalinin sağlamlığının qorunması haqqında» Qanuna istinad etməsi də yanlış olmamışdır. Çünki, Qanunun 51-ci maddəsinin tələbinə görə peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkiminin qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı, 57-ci maddəsinin tələblərinə görə vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borclu olduğu, vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmədiyini, 58-ci maddəsinin tələblərinə görə hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstə rilən tibbi yardımın xərcləri təqsirkar idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin müəssisələrinə ödənilməsi, vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşımaları, 59-cu maddəsinin tələblərinə görə tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşımalı olduqları da şikayətin əsaslı olduğuna dəlalət etmir və qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Başqa sözlə, sadalanan normalar da hazırki iddianın predmeti baxamından tibb müəssisəsini məsuliyyətdən azad etmir.
28. Cavabdeh tibb müəssisəsi zərərin onun, o cümlədən işçisi olan həkimin təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Ancaq iş materialları, o cümlədən cinayət təqibi üzrə aparılan araşdırma zamanı keçirilmiş komisyon məhkəmə tibb ekspertizalarının rəyləri ilə iddiaçının üzərində aparılan cərrahi əməliyyat və digər tibbi müdaxilələr nəticəsində ona zərər vurulduğu açıq-aşkar təsdiq olunur və işin mübahisəsiz halına çevrilib. Buna görə də, birinci instansiya məhkəməsi Cavabdeh2 MMC-ni təqsirli hesab etməkdə haqlı olmuşdur.
29. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1099.1, 1112 və 1114.1-ci maddəsinin tələblərinə əsasən hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan və məhkəmə tərəfindən müəyyən edilən maddi zərərin yalnız Cavabdeh2 MMC-dən tutulması və iddiaçıya ödənilməsi də düzgün olmuşdur. Çünki qeyd olunan maddələrin tələbinə əsasən həmin cavabdeh tibb müəssisəsi öz işçisi olan həkimin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı və və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, cavabdeh zərərin əvəzini ödədikdən sonra, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, 1112, 1113.1, 113.2, 1114.1 və 1114.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etira zın dəlilləri Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh2 MMC (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa et mək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
36. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən t am həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
38. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
39. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
40. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqno z və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
41. Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.
42. Maddə 1113.2. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir.
43. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayr ı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 MMC tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
54. Buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 fevral 2024-cü il tarixli 2(103)-1462/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.