Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1928/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, zaminlik münasibətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1547/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnamə sindən Cavabdeh2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcalana 34 ay müddətinə illik 1,9167 % ödəmək şərti ilə 8.000 manat məbləğində kredit verilmişdir.
2. Bundan başqa, bəhs edilən kredit xətti müqaviləsi üzrə kredit borcunun qaytarılmasının təminatı olaraq digər Cavabdeh1 ilə xx.xx.2029-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bankın qarşısında tam məsuliyyəti öz üzərinə götürmüdür.
3. İddiaçı Bank müqavilə üzrə üzərinə düşə n öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə krediti Cavabdeh2 versə də, Cavabdeh2 ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 7.128,57 manat əsas borcu, 6.391,1 manat faiz borcu və 6.611,45 manat cərimə borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı, yaxud Bank) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada müştərək qaydada iddiaçının xeyrinə 7.128,57 manat məbləğində kredit bоrcu, 6.391,1 manat məbləğin də faiz bоrcu, 6.611,45 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20.131,12 manat məbləğində bоrcun və ödənilmiş 150.39 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçı Bank ilə xx.xx.2019-cu il tarixdə bağladığı 001A********** nömrəli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 34 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8.000 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və fa iz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 871,43 manat ödəniş etmiş və iddiaçıya 7.128,57 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 1.380 gün üçün hesablanmış faiz borcu 6.391,1 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq, bоrclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 1.380 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 6.611,45 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. xx.xx.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyə t daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.
6. Məhkəmənin 23 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2024-cü il tarixli 9/964 nömrəli ekspert rəyinə ilə Cavabdeh2 müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borc üzrə 6.755,93 manat, faiz borcu üzrə - 3.327,86 manat, cəmi 10.083,79 manat borcu müəyyən edilmişdir.
7. İş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 2 avqust 2024-cü il tarixli 9/5573 nömrəli ekspert rəyi ilə Cavabdeh2 Banka xx.xx.2022-ci il (müqavilənin müddətinin bitdiyi) tarixə əsas borc üzrə - 6.755,95 manat, faiz borcu üzrə - 3.327,93 manat müəyyən edilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-1094/2024 nömrəli, 3 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbi qismən təmin edilərək Cavabdeh2 6.755,95 manat əsas, 3.327,93 manat faiz, 338 manat cərimə borcu olmaqla, cəmi 10.421,88 manat məbləğində pulun alınaraq iddiaçı Banka verilməsi, ödənilmiş dövlət rüsumunun 77 manat hissəsinin Cavabdeh2 alınaraq iddiaçı Banka verilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə iddiaçı Bank arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuş, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam və vaxtında icra etməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirildiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur. Məhkəmə Cavabdeh2 tutulan kedit borcunun məbləği ilə bağlı iş üzrə sonuncu ekspet rəyini mötəbər hesab etmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki iddiaçının zamin Cavabdeh1 qarşı xx.xx.2023-cü il tarixinədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməməsi, yəni əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməməsi, bu hüququnu məhz xx.xx.2023-cü il tarixdə h azırki iddia ərizəsi ilə həyata keçirməsi müəyyən edilmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 445.2, 448.1, 462.1, 465.2, 467, 470.1, 472.1, 477.0.4, 739.1 və 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 101.7, 103.1, 106.1, 107, 115.0.1, 217-3, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Qətnamədən Cavabdeh 2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddia müddətinin keçməsi barədə ərizənin tətbiq edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilə üzrə cərimənin məbləğini 338 manat məbləğinədək azaltmış olsa da, cərimə olaraq həmin məbləğ də özlüyündə böyük məbləğdir. Ona görə də, həmin məbləğ miniumuma endirilməli və ya ümumiyyətlə cərimə borcu hesablanmamalıdır. O, məhkəmədə üzrlü səbəbdən iştirak etməmişdir. Bir azyaşlı uşağı var və onun səhhəti ilə bağlı məhkəməyə gələ bilməmişdir. İddiaçı illər öncə kredit müqaviləsi bağlamış, kredit müqaviləsi üzrə müəyyən qism ödəniş etsə də, sonradan maddi vəziyyəti bank ödənişlərini ödəməyə imkan ve rməmişdir. Bununla yanaşı bankdan kredit müqaviləsi üzrə kredit götürdüyü vaxtdan uzun illər keçməsinə baxmayaraq, iddiaçı bank tərəfindən pulun ödənilməsi ondan tələb olunmurdu. Amma təbii ki, maddi vəziyyəti imkan versəydi kredit borcunu ödəyib başa çatdıracaqdı. Bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Məhkəmə baxışına gələrək iddia müddətinin keçməsinin tətbiqi ilə əlaqədar nəzərdə tutuduğu ərizəni üzrlü səbəblərdən verə bilməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1547/2025 nömrəli iş üzrə 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva-sədrlik edən və məruzəçi, Fuad Abdıyev və Fuad Babayev) cavabdehin apellyasiya şikay əti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi, borc məbləğinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2024-cü il tarixli 9/964 nömrəli ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borcunun - 6.755,93 manat, faiz borcunun 3.327,86 manat; 2 avqust 2024-cü il tarixli 9/5573 nömrəli ekspert rəyinə əsasən - əsas borcunun - 6.755,95 manat, faiz borcunun - 3.327,93 manat təşkil etdiyi müəyyən edilmişd ir.
17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 tutulmalı olan kedit borcunun məbləğinin müqavilə müddətinin bitdiyi tarixə nə qədər təşkil etdiyini müəyyən etmiş, iş üzrə tərtib edilmiş iki ekspet rəyindən sonuncunu daha mötəbər sayaraq müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddia ərizəsində qeyd edilən kimi deyil, ekspert rəyi ilə daha az məbləğdə müəyyən edildiyindən, ekspert rəyi ilə müəyyən olunan məbləğdə tutmuşdur.
18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş və məhkəmənin əsas götürdüyü ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyin mötəbərsizliyini təsdiq edən hər hansı sübutun olmaması qənaətinə gəlmişdir.
19. Məhkəmə k ollegiyası cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləğinin 338 manat həddində müəyyənləşdirilməsini də ağlabatan və ədalətli hesab etmişdir. Belə ki, mülki qanunvericiliyə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin hаllаrı nəzərə аlınmaqla tənаsübsüz surətdə yüksək dəbbə pulunun аzаldılа bilməsi mümkündür. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır.
20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, göründüyü kimi kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti də ondan ibarətdir ki, dəbbə pulu qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, müəyyən hədlərdə borclunun hüquqlarına təsirsiz ötmür. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, həm də borclu şəxsin maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Belə ki, dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəməni n işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hazırki işdən göründüyü kimi tərəflər müqavilədə dəbbə pulu formasında məsuliyyət tədbirini nəzərdə tutmaqla, əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.
22. Məhkəmə kollegiyası cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 338 manat həddində müəyyənləşdirilməsinin daha ağlabatan və ədalətli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilər. Bu məbləği ədalətli hesab edərkən məhkəmə kollegiyası, borcalanın aldığı kredit borcunun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə aldığını qeyd etmişdir.
23. Cavabdehin apellyasiya şikayətində iddia müddətinin tətbiq edilməli olduğuna dair istinadı ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər kredit müqaviləsində və hazırda müraciət etdiyi apellyasiya şikayətində ca vabdehin göstərdiyi ünvana göndərilmiş, o, həmçinin bu barədə apellyasiya şikayətində göstərilən telefon nömrəsinə ünvanlanmış SMS-bildirişi vasitəsilə məlumatlandırılmışdır. Beləliklə, məhkəmə cavabdehi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmaqla xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında iştirakını təmin etmişdir. Cavabdehin digər məhkəmə iclaslarında isə heç bir üzrlü səbəb təqdim etmədən iştirak etmədiyi müəyyən edilmişdir.
24. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi barədə ərizənin birinci instansiya məhkəməsində təqdim edə bilmədiyi barədə arqumentini əsassız hesab etmişdir. Çünki, məlumatlı olduğu halda, məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessua l pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh1 qarşı irəli sürülmüş iddia tələbinə münasibətdə məhkəmə tərəfindən tətbiq edilmiş kəsici müddətdən fərqli olaraq iddia müddəti, cavabdehin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 müvafiq prosessual imkanlara malik olduğu təqdirdə vaxtında iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədiyi üçün hazırda onun bu hala istinad etməsi yolverilən deyildir. Bu səbəbdən istinad olunan ərizənin məzmununa münasibət bildirilmədən, iddia müddətinin tətbiqinidən imtina edilməlidir.
27. Apellyasiya in stansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 372, 373.2, 375.2, 377.2, 380.1, 324.1, 385.1, 386.1, 425, 442, 443.1 və 443.2, 445.2.1, 448.1-ci və 448.2, 739-cu və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 217.1, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
28. Qətnamədən Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tamamilə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, cərimə məbləği miniumuma endirilməli və ya ümumiyyətlə cərimə borcu hesablanmamlıdır.
30. Bundan başqa, məhkəmənin baxış içlası nda üzürlü səbəbdən iştirak etməmişdir. Bir azyaşlı uşağı var. Onun səhhəti ilə bağlı məhkəməyə gələ bilməmişdir. Ona görə də, iddia müddətinin keçməsi ilə bağlı vəsatəti apellyasiya instasnsiyası məhkəməsinə vermişdir. Lakin göründüyü kimi apellyasiya instansiyası məhkəməsi vəsatəti müzakirə etməmişdir. Kredit Müqaviləsinin bitmə tarixi xx.xx.2022-ci il tarixidir. İddia ərizəsi məhkəməyə 22 dekabr 2023-cü il tarixində daxil olmuşdur. Beləliklə iddiaçı məhkəməyə verdiyi tələb üzrə iddia müddətini ötürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
31. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
32. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müdd ətinin axımı icra müddəti bitdikdə başlanır.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və b u Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
36. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
37. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
38. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
39. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
40. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
41. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
42. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
43. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
44. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşı yırlar.
45. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
46. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
47. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
48. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayd ada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh2 tərəfindən qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Məhkəmə kollegiyası kassasiya şikayətinin kredit müqaviləsi üzrə iddia müddətinin ötməsi ilə bağlı dəli linə münasibət bildirərək, həmin dəlili əsassız hesab edir.
64. Belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
65. Hazırki iş üzrə iddiaç Bnkla Cavabdeh2 arasında 34 ay müddətinə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən, iddia müddətinin axımı da məhz həmin tarixdən başlayır. İdiaçı Bank hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş müqavilə tələbləri üzrə üç illki iddia müddəti keçməmişdir.
66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi t ərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
67. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Məhkəmə kollegiyası bundan başqa qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərar ı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisə nin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
70. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1547/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.