Məhkəmə qərarları › İş №2(102)-1929/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1929/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1929/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxx” QSC-nin vəkili X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şamil oğlu və Cavabdeh4 qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(104)-3514/2019 nömrəl i qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 Şamil oğlu və vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şamil oğlu və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 016R********** saylı kredit razılaşması üzrə 23519,0 ABŞ dolları əsas, 5870,37 ABŞ dolları faiz, 14078,55 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 43467,92 ABŞ dolları məbləğində kredit borcunun, 316KK**********01 saylı kredit razılaşması üzrə 996,37 ABŞ dolları əsas, 209,38 ABŞ dolları faiz, 225,61 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1431,36 ABŞ dolları məbləğində borcun, ümumilikdə 44899,28 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsum unun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün edənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulması, tələbin Qazax şəhəri, H.Əliyev küçəsində Cavabdeh1 mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 80,8 kv.m yaşayış sahəsindən ibarət 151 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və 44899,28 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına “xxxxxxxxxx” QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cav abdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Qazax şəhəri, H.Əliyev küçəsində Cavabdeh1 mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 80,8 kv.m yaşayış sahəsindən ibarət 151 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sanra Cavabdeh1 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin bo.aldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan tələbini dəyişdirmiş, digər tələblər yerində qalmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 016R********** saylı kredit razılaşması üzrə 23519,0 ABŞ dolları əsas, 12108,13 ABŞ dolları faiz, 24280,70 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 59907,83 ABŞ dolları məbləğində kredit borcunun, 316KK**********01 saylı kredit razılaşması üzrə 996,37 ABŞ dolları əsas, 209,38 ABŞ dolları faiz, 652,87 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1858,62 ABŞ dolları məbləğində borcun, ümumilikdə isə 61766,45 ABŞ dolları məbləğində borcun tutulmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-5/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx xxxxxx 2015-ci il tarixli, 016KK**********01 saylı kredit razılaşması üzrə 996,37 ABŞ dolları əsas, 209,38 ABŞ dolları faiz, 152,0 ABŞ dolları cərimə, cəmi 1357,75 ABŞ dolları, xx xxxxx 2015-ci il tarixli, 016R********** saylı kredit müqaviləsi üzrə 23519,0 ABŞ dolları əsas, 5240,89 ABŞ dolları faiz, 1280,0 ABŞ dolları cərimə, cəmi 30039,89 ABŞ dolları məbləğində kr edit borcunun icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutularaq “xxxxxxxxxx” X3 xeyrinə ödənilməsi, borcun ödənilməsinin Cavabdeh1 məxsus, Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 80,8 kv.m yaşayış sahəsindən ibarət 151 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin 32000 (otuz iki min) manat məbləğində müəyyən edilməsi, Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 80,8 kv.m yaşayış sahəsindən ibarət 151 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması, həmin əmlakın satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsi, Qazax şəhəri, H.Əliyev küçəsi ndə yerləşən 1 mərtəbəli 2 otaqlı, 80,8 kv.m yaşayış sahəsindən ibarət 151 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan bir ay sonra Cavabdeh1 və Cavabdeh4 Şofıq qızının həmin yaşayış evi üzərində istifadə hüquqlarının itirilməklə evdən çıxarılmaları, Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 80,8 kv.m yaşayış sahəsindən ibarət 151 nömrəli fərdi yaşayış evinin boşaldılması və “xxxxxxxxxx" X5 təhvil verilməsi, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pulun Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə ləsnifatının kodu 142319, b üdcə səviyyəsinin kodu 3 hesabına köçürülməsi, 200 (iki yüz) manat pulun Cavabdeh1 alınaraq H\h AZ66AİİB********************, KOD 200093, VÖEN **********, S.W.İ.F.T AİİBAZ2X, M/h: AZ37NABZ03501**********1944 hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Nemət Musayev) Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3514/2019 saylı, xx xxxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Qazax Rayon Məhkəməsinin 2(104)-3514/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azər Bayramov(sədrlik edən və məruzəçi) Loğman Süleymanov, Fikrət Mehdiyev) Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Şamil oğlu və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmiş, dolların məzənnəsinin qalxması ilə əlaqədar maddi imkanlarının azalmasını, bu səbəbdən də borcu ödəyə bilməmələrini məhkəmə nəzərə almamış, cərimə borcunun bir qədər də azaldılmasını xahiş etsələr də, məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxxxxxxxx” QSC-nin vəkili X1 şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından x ahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, kassator Cavabdeh3 teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməməsini bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətini cavabdehlər Cavabdeh1 və Cavabdeh3 verdiyindən apelyasiya instansiyasının qətnaməsi yalnız hə min şəxlərin kassasiya şikayəti həddində yoxlanılır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayətitəmin edilməməli,həmin şəxslərə münasibətdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi, həmin müqavilənin çərçivəsində kredit razılaşmaları bağlanmasını, kredit razılaşmalarına uyğun olaraq Cavabdeh1 kredit verilməsini, həmçinin kredit razılaşmaları üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus daşınmaz əmlakın bankın xeyrinə ipoteka ilə yüklü edilməsini, zaminlik müqavilələri bağlanması nı, kredit müqaviləsinin şərtlərinə əməl edilməməsi nəticəsində hər iki razılaşma üzrə Cavabdeh1 kredit borcunun yaranmasını, birinci instansiya məhkəməsi tərəfindən həm mühasibatlıq, həm də qiymətləndirmə ekspertizalarının keçirilməsini, borc məbləğinin və ipoteka predmetinin ilkin satış qiymətinin də ekspert rəylərinə uyğun təyin edilməsini müəyyən edərək, apelyasiya şikayətini təmin etməmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 429.1, 442, 45.2.1., 448.1, 449, 462.1, 464.1, 467, 470.1, 472 və 739-cu, “İpoteka haqqında” Qanunun 33, 34.1, və 36-cı maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, apely asiya instansiyası məhkəməsi apelyasiya şikayətində göstərilən dəlilləri araşdırmış, apelyasiya şikayətini təmin etməyərkən kredit razılaşmaları üzrə tələb edilən borc məbləğinin və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilən ekspert rəyləri ilə təsdiq edilməsinə, qiymətləndirmə rəyinin ipoteka predmeti olan evin sahəsi, otaqların sayı, yerləşdiyi ərazi və təmir vəziyyəti nəzərə alınmaqla verildiyi üçün obyektiv rəy olmasına, həmçinin cərimə məbləğinin düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən yetərincə azaldılmasına istinad etmişdir. Məhkəmə kollegiyası kassatorların dəlillərini – dolların məzənnəsinin qalxması ilə əlaqədar maddi imkanlarının azalması, bu səbəbdən də borcu ödəyə bilməmələrinin apelyasiya instansiy ası məhkəməsi tərəfindən nəzərə alınmaması, cərimə borcunun bir qədər də azaldılmasını xahiş etsələr də, buna əhəmiyyət verilməməsi – əsassız sayır. Əvvəla, kredit müqaviləsi üzrə aldığı valyutanın məzənnəsinin manata münasibətdə artması iddianın rədd edilməsi və ya cavabdehlərin öhdəlikdən hər hansı formada azad edilməsinə əsas verən hal deyil. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı cavabdehlərdən 016R********** saylı kredit razılaşması üzrə 14078,55 ABŞ dolları cərimə borcu, 316KK**********01 saylı kredit razılaşması üzrə 225,61 ABŞ dolları cərimə borcu, tələbin dəyişdirilməsi barədə ərizədə isə (İ cild, i.v.157) 016R********** saylı kredit razılaşması üzrə 24280,70 ABŞ dolları cərimə, 316KK**********01 saylı kredit razılaşması üzrə 652,87 ABŞ dolları məbləğində cərimə borcu tutulmasını tələb etsə də, birinci instansiya məhkəməsi cərimə məbləğlərini müvafiq olaraq 1280 və 152 ABŞ dollarına qədər azaltmış, apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni haqlı olaraq Mülki Məcəllənin 467-ci maddəsinə əsasən düzgün hesab etmişdir. Qeyd edilməlidir ki, 016R********** saylı kredit razılaşması üzrə ilkin olaraq 14078,55 ABŞ dolları, daha sonra isə 24280,70 ABŞ dolları cərimə məbləğinin birinci instansiya məhkəməsi tərəfindən 20 dəfədən çox məbləğdə azaldılaraq 1280 ABŞ dolları müəyyən edilməsi ilə artıq borcluların maddi vəziyyəti nəzərə alınmışdır, bu baxımdan, həmin məbləğin bir qədər də azaldılması barədə apelyasiya şikayətinin dəlillərini apelyasiya instansiyası haqlı olaraq əsassız saymışdır. Kassasiya və apellyasiya şik ayətlərində istinad edilən digər dəlillər eyni olduğu və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiyindən və məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirək əsassız hesab edir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcə llənin 417.1.1-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayətitəmin edilməməli,həmin şəxslərə münasibətdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehlər (kassatorlar) Cavabdeh1 və Cavabdeh3 Şamil oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(104)-3514/2019 nömrəli qətnaməsi kassatorlara münasibətdə dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar