Məhkəmə qərarları › İş №2(102)-193/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-193/2018

11.01.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-193/2018 11.01.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 11 yanvar2018-ciil İş№ 2(102)-193/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi, kassator Cavabdeh və vəkili X1in iştirakları ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1256/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2016-cı il tarixl i qətnaməsi ilə (hakim A.B.Əliyev, iş № 2(005)-5674/2016)iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 117411-1-8859 nömrəli, 20.09.2013-cü il tarixli “Avtomobil krediti müqaviləsi”nin ləğv edilməsi, Cavabdehdən İddiaçının xeyrinə 15 639,38 ABŞ dolları əsas və 1483,68 ABŞ dolları faiz borcu, 15 ABŞ dolları cərimə, ümumilikdə 17138,06 ABŞ dolları məbləğində borcun ödəniş günü məzənnə ilə manatla və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutulacaq məbləğin kreditin təminatı kimi Cavabdehə məxsus “KİA Sportage” minik markalı ** FL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğin cavabdehin banka olan borcunun ödənilməsinə sərf edilməsi, borc ödənildikd ən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdehə qaytarılması,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Cəfərov, iş № 2(103)1256/2017) Cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5674/2016 saylı, 02 avqust 2016-cı il tarixli qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, İddiaçının xeyrinə Cavabdehdən 08.06.2016-cı il tarixə yaranmış 15.527,25 ABŞ dolları əsas borc, 1.224,50 ABŞ dolları faiz borcu və 15 ABŞ dolları cərimə, cəmi 16766,75 (on altı min yeddi yüz altmış altı dollar yetmiş beş sent) ABŞ dolları pul tutulmu ş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh dövlət büdcəsinə 50 (əlli) manat ekspertiza xərci tutulmuşdur. Göstərilən qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçının Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 08 iyun 2016-cı il tarixə Banka borclu olduğu 15639,38 ABŞ dolları məbləğində əsas borcun, 1483,68 ABŞ dolları məbləğində faizin, 73,00 ABŞ dolları məbləğində cərimənin, cəmi 17196,06 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdehdən alınaraq İddiaçıya ödənilməsi, tələbin Cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan və Banka ipoteka qoyulmuş, ipoteka predmeti olan “Kia Sportage minik” markalı, ** FL *** dövlət qeydiyyat n işanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun İddiaçı-yə ödənilməsi, qeyd edilən avtomobilin aşkar edildiyi yerdə dayandırılması və avtomobilin saxlanması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına yerləşdirilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 117411-1-8859 nömrəli, 20.09.2013-cü il tarixli “Avtomobil krediti müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 1174111-8859 saylı, 20.09.2013-cü il tarixli “Avtomobil krediti müqaviləsi”nə əsasən cavabdehə avtomobilin satın alınması üçün 48 ay müddətinə illik 17 faiz hesablanmaqla 26048 ABŞ dolları məbləğində kredit verilmişdir. “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh 117411-16-12682 saylı, 20.09.2013-cü il tarixli “İpoteka müqaviləsi”nə əsasən mülkiyyətində olan «Kia Sportage minik» markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya ipoteka qoymuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyindən bankın ipoteka predmetinə tutma yönəltmək hüququ yaranmışdır. İddiaçı qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 442, 385, 462, 449, 317-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili X5 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Mülki Məcəllənin 439.1, 556, 557, 741-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya inst ansiyası məhkəməsində işə baxılarkən kassator Cavabdeh və vəkili X5 ayrıayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahatlar verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1256/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsinə vəkassasiyaşikayətinintəminolunmasınadairqərarqəbuledilməsinixahiş etmişlər. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmasınabaxmaya raqiddiaçının nümayəndəsi heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişdir. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, kassatoru və vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərl iyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiyainstansiyasıməhkəməsitərəfindənmüəyyənolunmuşişinfaktikihallarındangörünürki, İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli № 117411-1-8859 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə avtomobilin satın alınması üçün illik 17 % hesablanmaqla 48 ay müddətinə 26048 ABŞ dolları məbləğində kredit verilmişdir. 25528 ABŞ dolları məbləğində pul Cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. İş materiallarında olan 2 0.09.2013-cü il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 26048 ABŞ dolları məbləği illik 17 %-lə, 48 ay müddətinə aylıq 756,02 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 20 sentyabr 2013-cü il tarixli 117411-16-12682 nömrəli ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq cavabdehə mülkiyyət hüququ ilə məxsus olan “KİA” markalı minik avtomobili ipoteka ilə yüklü edilmişdir, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 13.06.2016-cı il tarixli, № 12390 nömrəli arayışdan görünür ki, borcalan Cavabdeh 08.06.2016-cı il tarixədək banka 15639,38 ABŞ dolları ödənilməmiş əsas borcu, 1483,68 ABŞ dolları ödənilməmiş faiz borcu, 73 ABŞ dolları cərimə, cəmi 17196,06 AB Ş dolları borcu vardır. məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 23.06.2017-ci il tarixli, 28374 saylı ekspert rəyində cavabdehin 08.06.2016-cı il tarixə Banka Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə 15.527,25 ABŞ dolları əsas borc, 1.224,50 ABŞ dolları faiz borcu və 73 ABŞ dolları cərimə məbləğində borcu olduğu müəyyən edilmişdir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc mü qaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və y a öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməməsivəicramüddətiçatanadəkkredit orunetdiyixəbərdarlıqdansonradaöhdəliyinicraedilməməsiborclununicranıgecikdirməsisayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatm aya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (A zərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1-ci maddələri). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələ blərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlaya na ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdehin iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Bundan başqa əsas öhdəlik icra edilmədiyindən borcu n tutulması iddiaçının tələbinə əsasən ipoteka və girov predmetinə yönəldilməsi üçün əsasdır. İddiaçı bank isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş və heç bir prosedur qaydalarının pozuntusuna yol verməmişdir. Lakin, cavabdeh mütəmadi olaraq ödəmə qaydalarını pozmuş və nəticədə iddiada göstərilən qaydada borcları yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1256/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar