Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-193/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: alimentin artırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3765/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıla rı müəyyən etmişlər:
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2208/2022 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X8 atası olması faktı müəyyən edilmiş, X6 və X8 doğum haqqında şəhadətnaməsində ata adı qrafasında Cavabdeh qeyd olunması, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir;
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1611/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ilə X6 və X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş hər bir uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin artırılaraq hər uşağa münasibətd ə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir;
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Cavabdeh adına ünvan 4; Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 52, mənzil 31; ünvan 6; Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 8; Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 81 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 7; ünvan 2; ünvan 3 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir;
5. BDYPİ-nin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Cavabdeh adına “Kia Sportage” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır;
6. Cavabdeh ilə "xxxx" MM C arasında bağlanmış 11 fevral 2019-cu il tarixli vasitəçilik xidmətlərinin göstərilməsinə dair müqavilə ilə vasitəçi sifarişçinin tapşırığına əsasən, sifarişçi tərəfindən satın alınması üçün Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 №-li binanın, 83A №-li mənzildəki 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, ümumi 51.62 kv.m olan 3 otaqlı yaşayış sahəsinin tapılmasını, sifarişçi isə bunun müqabilində vasitəçiyə 1400 manat məbləğində mükafat ödəməyi öhdəsinə götürmüşdür; 7. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13/1-23 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin işçisi İddiaçı aylıq əmək haqqı 450 manat təşkil edir; 8. 4 saylı Bakı Dost Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışına görə Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini n “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir;
9. Qiymətləndirmə və Consulting Mərkəzinin 15 yanvar 2024-cü il tarixli qiymətləndirmə barədə hesabatlarına görə ünvan 2 ünvanına yaxın ərazilərdə, köhnə tikili 9 mərtəbəli binaların 8-ci mərtəbəsində yerləşən, eksperimental layihəli binalarda 2 yaşayış otağından ibarət, yaxşı təmirli, təchizatlı mənzillərin hazırkı tarixə orta aylıq kirayə haqqının dəyəri 500 manat, ünvan 3 ünvanına yaxın ərazilərdə, köhnə tikili 5 mərtəbəli binaların 2-ci mərtəbəsində yerləşən, eksperimental layihəli binalarda 2 yaşayış otağından ibarət, orta təmirli, təchizatlı mənzillərin hazırkı tarixə orta aylıq kirayə haqqının dəyəri 450 manat, ünvan 4 ünvanına yaxın ərazilərdə, köhnə tikili 5 mərtəbə li binaların 3cü mərtəbəsində yerləşən, eksperimental layihəli binalarda 1 yaşayış otağından ibarət, orta təmirli, təchizatlı mənzillərin hazırkı tarixə orta aylıq kirayə haqqının dəyəri 480 manat, ünvan 5 ünvanına yaxın ərazilərdə, köhnə tikili 9 mərtəbəli binaların 8-ci mərtəbəsində yerləşən, eksperimental layihəli binalarda 3 yaşayış otağından ibarət, yaxşı təmirli, təchizatlı mənzillərin hazırkı tarixə orta aylıq kirayə haqqının dəyəri 700 manat, ünvan 6 ünvanına yaxın ərazilərdə, köhnə tikili 9 mərtəbəli binaların 8-ci mərtəbəsində yerləşən binalarda 2 otaqdan 3 otağa düzəlmə, əla təmirli, təchizatlı mənzillərin hazırkı tarixə orta aylıq kirayə haqqının dəyəri 550 manat, ünvan 7 ünvanına yaxın ərazilərdə, köhnə tikili 5 mərtəbəli binaların 3-cü mərtəbəsində yerləşən, alman layihəli binalarda 3 otaqdan artırma ilə 5 otağa düzəlmiş, əla təmirli, tam təchizatlı mənzillərin hazırkı tarixə orta aylıq kirayə haqqının dəyəri 2800 manat, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 8 ünvanına yaxın ərazilərdə, köhnə tikili 5 mərtəbəli binaların 1-ci mərtəbəsində və zirzəmi sahəsində yerləşən faktiki qeyri-yaşayış sahələrinin birlikdə orta aylıq kirayə haqqının dəyəri 2500 manat təşkil edir; 10. 10.xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ilə Cavabdeh Yasamal rayonu, H.ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 29.74 kv/m olan sahəni X4 xx.xx.2024-cü ilədək aylıq 300 manat məbləğə icarəyə vermişdir;
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********291100 saylı məktubunda göstərilmişdir ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN: **********) qismində uçotda olması barədə məlumat mövcuddur. Reyestrdə İddiaçı hər hansı hüquqi şəxsin təsisçisi və rəhbəri olması barədə məlumat mövcud deyildir;
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
13. Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, İddiaçı adına Ağsu rayonu, Hinqar kəndi ərazisində yerləşən 0,12 ha (yaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir;
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, “Nissan X-trail” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən İddiaçı adına qeydiyyatdadır;
15. Atatürk Liseyinin xx.xx.2024-cü il tarixli, 428 nömrəli və 427 arayışları ilə müəyyən edilmişdir ki, X9 hal-hazırda Vİİİ B sinifində təhsil alır, illik təhsil haqqı 1100 manat təşkil edir, X10 hal-hazırda Vİ A sinifində təhsil alır, illik təhsil haqqı 880 manat təşkil edir;
16. Atatürk Liseyinin xx.xx.2024-cü il tarixli, 540 nömrəli və 539 nömrəli arayışları ilə müəyyən edilmişdir ki, X9 hal-hazırda Vİİİ sinifində təhsil alır, illik təhsil haqqı 1100 manat təşkil edir. 2024-2025-ci tədris ilində təhsil haqqı 2300 manat təşkil edəcəkdir. X10 halhazırda Vİ sinifində təhsil alır, illik təhsil haqqı 880 manat təşkil edir. 2024-2025-ci tədris ilində təhsil haqqı 2500 manat təşkil edəcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 220 manat məbləğində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün aylıq 3000 manat olmaqla, cəmi aylıq 6000 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2009- cu ildə ailə qurmuşdur. Cavabdehin şəxsiyyət vəsiqəsinin müddəti ötdüyünə görə nikah rəsmiləşdirilmədən xx.xx.2009-cu ildən xx.xx.2021-ci ilədək cavadehlə birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə iki övladları dünyaya gəlmişdir. Lakin daha sonra aralarında olan faktiki nikah münasibətləri pozulmuşdur. Bundan sonra, tərəfindən cavabdehə qarşı “atalıq faktının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və bununla bağlı məhkəmə qətnaməsi mövcuddur. Hal-hazırda hər uşaq üçün 193 manat olmaqla 386 manat iki uşağın saxlanılması üçün kifayət etmir. Cavabdehin mülkiyyətində çoxsaylı daşınmaz əmlak və “Kia Sportage” minik markalı, 90MS-889 dövlət qeydiyyat nişanlı avtomobil vardır. Bundan əlavə, cavabdeh də ona qarşı iddia ərizəsi ilə Abşeron Rayon M əhkəməsinə müraciət edərək, uşaqları ilə ünsiyyət saxlaması üçün görüşün verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Hazırda həmin məhkəmə mübahisəsinə baxılır. Həmin mülki işin araşdırılması zamanı da 14 dekabr və 28 dekabr 2023-cü il tarixində keçirilən məhkəmə iclasında cavabdeh şəxsən etiraf etmişdir ki, hazırda daşınmaz əmlakların icarəyə verilməsi ilə məşğuldur və əsas gəlirini buradan əldə edir. Bu da onu göstərir ki, Cavabdeh aylıq gəliri ölkə üzrə bir uşaq üçün müəyyən olunmuş yaşayış minimumundan qat-qat yüksəkdir. Həmçinin, hazırda hər iki övladı Atatürk liseyində təhsil alır və onların təkcə təhsil haqları hər uşaq üçün illik 2000 manat təşkil edir. Bundan əlavə, onlar əlavə məşğələlərə gedirlər. Uşaqlardan biri əlavə olaraq “Celt” ingilis dili kurslarına gedir və buna görə aylıq 650 manat məbləğində xidmət haqqını həmin kurslara ödəyir.
19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(006)1101/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia qismən təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(004)-1611/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdehdən iddiaçının xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşaq üçün hər ay 500 manat olmaqla, cəmi 1000 manat sabit pul məbləğində alimentin tutulması, miqdarı dəyişdirilmiş alimentlərin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
20. Məhkəmənin m övqeyi ondan ibarət olmuşdur ki, tərəflər faktiki nikah münasibətlərində olmuşlar və hər iki valideyn uşaqlarının maddi təminatını yüksək səviyyədə saxlamışlar. Belə ki, iddiaçının fərdi sahibkar olması, cavabdehin də öz növbəsində mövcud reallıq üçün yetərli sayda daşınmaz əmlaka sahib olması ailənin maddi təminatının yüksək olmasını və yetkinlik yaşına çatmayanların məhz belə bir şəraitdə böyüməsini təsdiqləyən faktdır.
21. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, uşaqların valideynlər arasındakı münasibətlər normal olduğu dövrdə yaşadıqları ev onların təhsil aldığı müəssisəyə daha yaxın olmuş, tərəflər münasibətlərin pozulması nəticəsində uşaqlar anaları ilə birlikdə cavabdehin mülkiyyətində olan həmin yaşayış sahəsini tərk edərək təhsil müəssisəsindən daha uzaq məsafədə olan yaş ayış sahəsinə köçmüşlər ki, bu da uşaqlar üçün əlavə çətinlik yaradan haldır. İddiaçı ana ilə cavabdeh atanın faktiki nikah münasibətləri normal olduğu dövlərdə cavabdeh uşaqlarının ödənişli təhsil müəssisəsində təhsil almasına qarşı çıxmamışdır, odur ki, cavabdeh tərəfin irəli sürdüyü kimi ölkədə dövlət tərəfindən təmin edilən ödənişsiz təhsilin mövcudluğu yetkinlik yaşına çatmayanların hüquqlarının məhdudlaşdırılmasına əsas vermir.
22. Məhkəmə qeyd etmişdir ki, cavabdehin irəli sürdüyü dəlil olaraq iddiaçının özünün də maddi durumunun qənəatbəxş olması cavabdehin uşaqlarının saxlanması xərclərindən kənarda qalmasına əsas verən hal deyildir. Cavabdehin kifayət qədər maliyyə imkanları olduğu halda, heç bir əmlaka (gəlirə) malik olmayan şəxs kimi uşaqlar üçün yaşayış minimumu həddində alime nt ödənilməsinə cəlb edilməsi ağlabatan deyildir. Cavabdeh məqsədli şəkildə öz əmlakından gəlir əldə etməkdən imtina edir ki, bu halda nəticə etibarilə yetkinlik yaşına çatmayan övladlarının yaşayış təminatına mənfi təsir yaradır, məhkəmə isə uşaqların hüquqlarının bu cür məhdudlaşdırılmasının yolverilməz olduğunu xüsusilə vurğulamışdır.
23. Məhkəmə hesab etmişdir ki, işin faktiki əsasları baxımından iddia tələbi cavabdehə qarşı alimentin məbləğinin artırılması nöqteyi-nəzərindən əsaslıdır. Baxmayaraq ki, sonuncu dəfə məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən aliment məbləği bir uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində müəyyən edilmişdir, məhkəmə müəyyən edilmiş məbləği tərəflərin faktiki vəziyyətinə uyğun məbləğ hesab etməmişdir.
24. Eyni zamanda məhkəmə iddi açı tərəfindən irəli sürülmüş alimentin bir uşaq üçün 3000 manat olmaqla, iki uşağa görə isə 6000 manat müəyyən edilməsini isə ağlabatan hesab etməmişdir.
25. Məhkəmənin qənaətinə görə, uşaqların maddi məişət şəraitinin yüksək səviyyədə saxlanması hər iki valideynin vəzifəsidir və həmçinin tərəflər arasında münasibətlərin pozulması halında uşaqlarla bağlı məsələ qarşı tərəfi cəzalandırmaq metodu kimi istifadə edilə bilməz. Məhkəmə hər bir halda uşaqların mənafeyini üstün hesab edərək, normal mühakimə ilə məhkəmə qətnaməsinin də icra olunabilənlik meyarına cavab verməsini nəzərə almışdır.
26. Məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş aliment məbləği artırılmalı, lakin bu məbləğ bir uşağa görə 3000 manat olmaqla, iki uşağa görə 6000 manat həddində müəyyə n edilməməlidir.
27. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 78.1, 112.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8 nömrəli qərarına, “Uşaq hüquqları haqqında” Konvensiyaya istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. İddiaçı apellyasiya şikayət verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin yetərli sayda daşınmaz əmlaka sahib olması ailənin maddi təminatının yüksək olmasını və yetkinlik yaşına çatmayanların məhz belə bir şəraitdə böyüməsini təsdiqləyən faktdır. Real olaraq 8000 manatdan çox aylıq gəliri olduğu və qanunvericiliyin tələbinə görə gəlirlərin üçdə biri olduğu halda səkkizdə biri kimi təyin olunmuşdur.
30. Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının uşaqlarla yaşadıqları ünvana yaxın (Masazır qəsəbəsi Ordubadi küç 44) çoxlu sayda ödənişsiz orta təhsil məktəbləri olduğu halda, uşaqları ödənişli təhsilə qoyması iddiaçının öz şəxsi təşəbbüsüdür. Faktiki nikah münasibətlərində olduqları vaхt uşaql arının maddi təminatını yüksək səviyyədə saxlamaları halı təsdiq edilməmişdir. Bundan başqa, xx.xx.2021-ci ildən birgə yaşamırlar. Həmin vaхtdan uşaqların hər birinin maddi təminatı tərəfindən əvvəl 193 manat, sоnra isə 220 manat səviyyəsində təmin edilmişdir. Alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən hər hansının ailə və ya maddi vəziyyətində dəyişiklik olması halı təsdiq edilməmişdir. İş üzrə sübutlarla onun kifayət qədər maliyyə imkanları olması halı təsdiq edilməmişdir. İddiaçı ilə arasında heç bir ailə münasibəti, birgə nikah, ər-arvad münasibəti, birgə yaşayış, faktiki münasibət (faktiki nikah) olmamış, birgə təsərrüfat aparılmamışdır. İndiyə qədər keçirilən bütün məhkəmə proseslərində bu hallar (faktlar) iddiaçı tərəfindən bildirilmiş və məhkəmələr tərəfindən çıxarılan qətnamə və qərardadlarda bu faktlar təsdiqlənmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3765/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov-sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, tərəflərin faktiki nikah münasibətlərindən iki uşaqları doğulmuşdur. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən hər uşağa 220 manat olmaqla, ayda cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırda isə iddiaçı alimentin məbləğinin artırılmasını və hər uşağa görə 3 000 manat olmaqla, 6000 manat aliment tutulmasını tələb edir.
34. Məhkəmə kollegiyası isə hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gələrək və alimentin məbləğini artıraraq, aliment məbləğini hər ay hər uşaq üçün 500 manat olmaqla, 1000 manat müəyyən etmişdir.
35. Məhkəmə kollegiyası eyni zamanda hər iki apellyasiya şikayətini əsasız hesab etmişdir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından da müəyyən edildiyi kimi, cavabdehin adına 7 mənzil, 1 qeyri-yaşayış sahəsi var.
37. Eyni zamanda iddiaçı da fərdi sahibkardır, adına aktiv VÖEN-i var, "xxxx" MMC-də “baş konstruktor, layihə” vəzifəsində işləməklə 450 manat əmək haqqı, "xxxx" MMC-də isə “texniki nəzarətçi” vəzifəsində işləməklə 500 manat əmək haqqı alır.
38. Bu baxımdan məhkəmə kollegiyası, “uşaq ların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olduğunu, işin konkret hallarını əsas götürərək məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğini (hər uşaq üçün 500 manat olmaqla, cəmi 1000 manat) ədalətli və ağlabatan hesab etmişdir.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
40. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 75.1, 76.2, 112.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərə k apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilib iddianın tam təmin edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə oaraq iddiaçı qeyd etmişdir ki, apellyasiya şikayətinin təmin edilməməsinin iki əsasından biri qətnamənin 10-cu səhifəsində, 46-cı paraqrafda qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsi iddiaçının VÖEN-nin olmasını aktiv sahibkarlıq fəaliyyəti kimi qəbul etməklə səhvə yol vermişdir. Belə ki, onun VÖEN-i olsa da, həmin VÖEN əsasında heç bir sahibkarlıq fəaliyyəti həyata keçirmir və heç bir gəlir əldə etmir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin alimentin miqdarının ağlabatan həddə olması əsası ilə razılaşmışdır. Lakin bu ağlabatanlıq mövqeyi hər iki instansiya tərəfindən əsaslandırılmamaqla, yalnız formal qəbul edilmişdir. Cavabdehlə iddiaçının faktiki ailə münasibətləri yaşadıqları dövr də daxil olmaqla onların yetkinlik yaşına çatmayan övladları Atatürk Liseyində təhsil alır. Həmin liseyin 17 aprel 2024-cü il tarixli 539 nörməli arayışından görünür ki, 2024-2025 tədris ilində X7 illik təhsil haqqı 880 manatdan artırılaraq 2500 manat təşkil edir. X5 təhsil haqqı isə 1100 manatdan artırılaraq 2300 manata çatdırılmışdır.Cavabdeh aylıq 1000 manat ödəyəcəyi halda alimentin məbləği illik 12 000 manat təşkil edəcəkdir. Həmin məbləğin 4800 manatı təhsil haqqına ödəniləcəkdir. Geri qalan hissədə Ayan və Ayselin təhsil ləvazimatları, kitabları, qidalanması, istirahət və müalicə xərcləri də qarşılanmalıdı r. Bu baxımdan iddiaçı qeyd etmişdir ki, aylıq 1000 manat aliment məbləği ağlabatan hesab edilə bilməz.
43. Apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş aliment məbləğini (hər uşaq üçün 500 manat olmaqla cəmi 1000 manat) ədalətli və ağlabatan hesab etmişdir. Lakin bu mövqeyini əsaslandırmamış, niyə bu məbləğin ədalətli və ağlabatan olmasını sübut edən dəlilləri, rəhbər tutduğu qanunları qətnamədə göstərməmişdir.
44. Bundan baçqa,14 dekabr və 28 dekabr 2023-cü il tarixində keçirilən məhkəmə iclasında cavabdeh şəxsən etiraf etmişdir ki, hazırda daşınmaz əmlakların icarəyə verilməsi ilə məşğuldur və əsas gəlirini buradan əldə edir. Bariz şəkildə görünür ki, apellyasiya məhkəməsinin qətnaməsi Məcəllənin 76.1.2-ci maddəsi və mövcud faktlarla uzlaşmır. Belə ki, cavabdehin aylıq qazancı 8000 (səkkiz min) manatdan çox olduğu üçün, uşaqlara təyin olunan məbləğ üçdə birə(1/3) yox, səkkizdə birə(1/8) bərabər olur. Cavabdehin yetərli sayda daşınmaz əmlaka sahib olması ailənin maddi təminatının yüksək olmasını və yetkinlik yaşına çatmayanların məhz belə bir şəraitdə böyüməsini təsdiqləyən faktdır.
45. Kassator şikayətini Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
46. Cavabde h (Vəkil2) də kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavadeh arasında heç bir ailə münasibəti, birgə nikah, ər-arvad münasibəti, birgə yaşayış, faktiki münasibət (faktiki nikah) olmamış, birgə təsərrüfat aparılmamışdır. İndiyə qədər keçirilən bütün məhkəmə proseslərində bu hallar (faktlar) iddiaçı tərəfindən bildirilmiş və məhkəmələr tərəfindən çıxarılan qətnamə və qərardadlarda bu faktlar təsdiqlənmişdir.
48. Qətnamədə “Görünən hal ondan ibarətdir ki, cavabdeh məqsədli şəkildə öz əmlakından gəlir əldə etməkdən imtina edir ki, bu halda nəticə etibarilə yetkinlik yaşına çatmayan övladlarının ya şayış təminatına mənfi təsir yaradır.” barədə qeyd edilənlər qəbul edilməzdir. Belə ki, iş üzrə sübutlarla, cavabdehin məqsədli şəkildə öz əmlakından gəlir əldə etməkdən imtina etməsi halı təsdiq edilməmişdir.
49. Qətnamədə “Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallar ondan ibarətdir ki, tərəflər faktiki nikah münasibətlərində olmuşlar və hər iki valideyn uşaqlarının maddi təminatını yüksək səviyyədə saxlamışlar” barədə qeyd edilənlər də qəbul edilməzdir. Belə ki, iş üzrə sübutlarla, tərəflər faktiki nikah münasibətlərində olduqları vaхt uşaqlarının maddi təminatını yüksək səviyyədə saxlamaları halı təsdiq edilməmişdir. Məhkəmə qətnaməsi ilə aliment məbləği əvvəl 193 manat, sоnra isə 220 manat səviyyəsində təmin edilmişdir. Alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən hər h ansının ailə və ya maddi vəziyyətində dəyişiklik olması halı təsdiq edilməmişdir. Qətnamədə “cavabdehin də öz növbəsində mövcud reallıq üçün yetərli sayda daşınmaz əmlaka sahib olması ailənin maddi təminatının yüksək olmasını və yetkinlik yaşına çatmayanların məhz belə bir şəraitdə böyüməsini təsdiqləyən faktdır” barədə qeyd edilənlər də qəbul edilməzdir. Belə ki, cavabdehin hər hansı sayda daşınmaz əmlaka sahib olması həmin əmlaklardan gəlir əldə etməsi оlaraq dəyərləndirilə bilməz və qətnamədə qeyd edilənlərin əksinə оlaraq bu fakt deyil, sübut edilməli оlan haldır ki, bu barədə də sübut təqdim edilməmişdir. İddiaçı cavabdehin adında olan 1940, 1950 və 1960-cı illərdə inşa olunmuş köhnə binalarda olan mənzillərinin siyahısını qeyd etmişdir. Həmin mənzillərin biri yarımçıq təmirli, digərl əri isə tam təmirsiz, yaşayışa yararsızdır. Əksinə iddiaçının isə Masazır qəsəbəsində 2 mərtəbəli yaşayış evi, 2 mərtəbəli ticarət obyekti (aylıq gəliri 4000 manat), Ağsu rayonunda evlə birikdə torpaq sahəsi, **-HG-*** nömrə nişanlı NİSSAN markalı avtomobili, Minera Şirkətində faktiki 450 manat, "xxxx" MMC-də 500 manat maaş, halhazırda bank hesablarında küllü miqdarda depozit hesabında pul vəsaitləri mövcuddur. Qeydiyyatdan keçərək əlavə qazanca da malikdir.
50. Bundan başqa, o, 1978-ci ildən bu günə kimi anası ilə birlikdə ünvan 10 ünvanda (2019-cu ilin fevral ayında cavabdeh tərəfindən alınmış ünvanda) 2019-cu ildən bu günə kimi heç bir yaşayış olmamışdır, iddiaçı uşaqlarla birlikdə iddiaçının Masazır qəsəbəsi, ünvan 11 ünvanında qeydiyyatda olublar və bu günə kimidə orada yaşayırlar. Bu hallar məhkəmə tərəfindən ciddi şəkildə təhrif olunmuşdur.
51. Qeyd edilənlədən başqa, uşaqların ödənişli təhsil müəssisəsində təhsil almalarında cavabdehin heç bir iştirakı olmayıb, onun tərəfindən heç bir təhsil haqqı ödənilməyib. Sübut kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən (8-ci abzasında) də görünür ki, uşaqların təhsil aldığı müəsisisədə psixoloq kimi işləyən X1 məhkəmədə izahatında göstərmişdir ki, bu günə qədər uşaqların atalarını məktəbdə görməyib. Məhkəmə eyni zamanda Atatürk Liseyində ödənişli əsaslarla təhsil alan xx.xx.2010-cu il təvəllüdlü Aysel və xx.xx.2012-ci il təvəllüdlü Ayanın təhsillərini Dövlət təhsil müəssisələrində davam etdirməklə, malik оlduqları pulsuz ümumi təhsil almaq hüquqlarını həyata keçirmək imkanlarının оlmasını müəyyən etsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
52. Həmçinin məhkəmənin “cavabdehin kifayət qədər maliyyə imkanları olduğu halda” qeyd etməsinin heç bir əsası yoxdur, əksinə məhkəmə iclasında çıxışı zamanı bildirmişdir ki, 440 manat alimenti çox çətinliklə, borcla, hissə-hissə ödəyir, imkanı yoxdur, himayəsində 84 yaşlı anası var, adında olan əmlakdan yalnız birindən yararlana bilir və ondan da qazncı cəmi ayda 300 manat təşkil edir, heç yerdə işləmir. Apellyasiya instansiya məhkəməsi cavabdehin uşqaların təhsilə başladıqları vaхt ödənişli təhsil müəssisəsində təhsil almalarına qarşı çıxmaq hüququnun yaranıb-yaranmaması halını belə aydınlaşdırmamışdır.
53. Kassator şikayətini Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə, Ailə Məcəlləsinin 110.1, 112.1-ci ma ddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
55. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
56. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəm iyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
57. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
58. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məh kəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağ ı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən qismən, cavabdeh tərəfindən isə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin əmlak vəziyyəti barədə iddiaçının hazırkı işdə istinad etdiyi məlumat və təqdim etdiyi sübutlar əsasında uşaqlar üçün sabit pul məbləğində tələb edilən alimentin hər uşaq üçün hər ay 500 manat olmaqla, cəmi 1000 manat məbləğində tutulması qanuni və əsaslıdır.
68. Məhkəmə tərkibi iddiaçının kassasiya şikayətinin dəlillərini qətnamənin ləğv edilməsi üçün əsas hesab etmir, ona görə ki, hazırkı iş üzrə tələb alimentin cavabdehin qazancın (başqa gəlirlərin) bir hissəsi həcmində tutulması kimi yox, sabit pul məbləğində alınması kimi qaldırılmışdır. Sabit məbləğdə tutula n alimentin həcmini isə mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə işdəki sübutlar əsasında müəyyənləşdirir. Digər tərəfdən, uşaqların ödənişli təhsil alması onların təhsil haqqının aliment kimi tutulmasına əsas vermir.
69. Cavabdehin kassasiya şikayəti də əsaslı hesab edilməmişdir, ona görə ki, hazırkı işdə cavabdehin əmlak vəziyyətinin alimentin artırılmasına imkan verməsi barədə sübutlar təqdim və tədqiq olunmuş, artırılma üçün əsaslar müəyyən edilmişdir.
70. Məhkəmələr tərəflərin dəlillərini, əmlak vəziyyətlərinə dair işdəki sübutları tədqiq edərək alimentin artırılan məbləğinin 1000 manat həcmində müəyyənləşdirilməsinin səbəblərini əsaslandırmışlar. İşdən görünür ki, alimentin artırılmasında uşaqların təhsil haqqının ödənilməsi zərurəti deyil, cavabdehin əmlak vəziyyəti nəzərə alınmışd ır.
71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
72. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş h allara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3765/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.