Məhkəmə qərarları › İş №2(102)-1930/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1930/2022

18.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1930/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(103)9149/2021 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfi ndən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok 9-cu mərtəbəsində yerləşən sahəsi 111,4 kv.m olan, 3 otaqdan ibarət 285 saylı mənzilin üzərində onun sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi və mənzildən sərbəst istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(010)913/2020 nömrəli qətnaməsi ilə iddia təmin e dilmiş, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1massivinin şərq hissəsində tikilməkdə olan yaşayış binasının 4 giriş, 9cu mərtəbəsində ümumi sahəsi 111,4 kv.m. olan 3 otaqlı 285 saylı mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin İddiaçı təhvil verilməsi və qeyd edilən mənzildən İddiaçı istifadə etməsinə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Qətnamədən işdə iştirak etməyən, lakin qətnamə ilə hüquq və vəzifələrinə toxunulduğunu bildirən "xxxx" MMC apellyasiya şikayəti verərək, ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(103)-9149/2021 nömr əli qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(010)913/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin ona təhvil verilməsi” tələbi təmin edilməmişdir. Cavabdeh MTK kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(103)-9149/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in: 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göründüyü kimi MPM-in 403.1-ci maddəsinin mənasına görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız tələbləri (iddiası və ya şikayəti) təmin olunmayan şəxsə kassasiya şikayəti vermək hüququ vermişdir. Yəni kassasiya şikayətinin verilməsi üçün yalnız şəxsin işdə iddiaçı və ya cavabdeh qismində iştirak etməsi faktı kifayət etmir, apellyasiya instansiyası məhkəməsinin qətnaməs i ilə onun hüquq və vəzifələrinin pozulması iddia olunmalı, ya da ki, həmin qətnamə maraq və mənafelərinə toxunmalıdır. Hazırki işdən müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə İddiaçı hazırda kassator olan Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddiası rədd edilmişdir. Yəni məlum olur ki, Cavabdeh MTK-nın apellyasiya məhkəməsinə hər hansı tələbi olmamış, əksinə ona qarşı yönəldilən tələb rədd olunmuşdur. Başqa sözlə MPM-in 403.1-ci maddəsinin tələblərinə əsasən hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(103)9149/2021 nömrəli qətnaməsindən Cavabdeh MTK-nın kassasiya şikayəti verməyə hüququnun olması müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 28 fevral 2022-ci il tarixli qərardadı ləğv edilməli və Cavabdeh MTK-nın kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MTK-nın kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(102)-1930/2022 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh MTK-nın Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(103)-9149/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxa rılaraq, qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar