Məhkəmə qərarları › İş №2(102)-1932/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1932/2019

29.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1932/2019 29.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İbayev Vəfaddin Ələm oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh3 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.06.2017-ci il tarixli, 2(103)6936/2017 nömrəli qətnaməsindən Cavabdeh3 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L.Talıbova) 29.03.2017-ci il tarixli, 2(0 11)-1414/2017 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz borcunun ödənilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada 03.11.2014-cü il tarixli *********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5658.36 manat, hesablanmış faiz borcu üzrə 698.50 manat,cərimə borcu üzrə 100 manat, cəmi 6456.86 (altı min dörd yüz əlli altı manat, səksən altı qəpik) manatın və 30 (otuz) manat dövlət rüsumun tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, İ.Şirinov,T.Əliyev) 22.06.2017-ci il tarixli, 2(103)-6936/2017 nömrəli qətnaməsi ilə Cavabdeh 2 tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi və Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə olan 29 mart 2017-ci il tarixli qətnaməsinin Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh3 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.06.2017-ci il tarixli, 2(103)-6936/2017 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı ASC kredit müqaviləsi üzrə borcun və faizlərin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada 5658.36 manat əsas borc, faiz borcu 698.50 manat, cərimə borcu 714.39 manat, cəmi 7071.25 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çı xarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 arasında bağlanmış 03.11.2014-cü il tarixli *********** saylı kredit müqaviləsinə əsasən bank borcluya illik 28% olmaqla 12 ay müddətinə 10000 manat məbləğində kredit vermişdir. Borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borclunun banka olan 5658.36 manat əsas, 698.50 manat faiz, cərimə borcu 714.39 manat, cəmi 7071.25 manat təşkil edir.Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman ədalət mühakiməsinin çəkişmə prinsipi pozulmuş, sübutlara düzgün hüquqi qiymət verilməmiş, işin halları tam araşdırılmamış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.06.2017-ci il tarixli, 2(103)-6936/2017 nömrəli qətnaməsinin qismən ləğv edilərək Cavabdeh3 zaminlikdən azad edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, ddiaçı İddiaçı ASC-nin nümayəndəsi və digər cavabdehlər Cavabdeh2, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşinhallarından görünür ki, tərəflər arasında kreditvəzaminlikmüqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-cimaddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasınıntələbetməkhüququvardır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2.-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -741-ci maddəsinə əsasən uyğun olaraq əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. -448-ci maddəsinə müvafiq olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqa viləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh2 ilə “xxxx” ASC arasında 03.11.2014-cü il tarixli *********** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə bank borcluya illik 28% olmaqla 12 ay müddətinə 10000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təmi natı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncular bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi borcun vaxtında ödənilməməsinə görə 714.39 manat məbləğində cərimə pulunun alınması tələbini qismən təmin edərək, tələb olunan penya məbləğinin ödənilməsini tənasübsüz hesab edərək, habelə gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ baxımından, tələbi olunan məbləğin 100 manat məbləğinədək azaldılması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən mə hkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermiş, tərəflər arasındakı mübahisənin həlli üçü n tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, kassator Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Beləliklə, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti tə min etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.06.2017-ci il tarixli, 2(103)-6936/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar