Məhkəmə qərarları › İş №2(102)-1932/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1932/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1932/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğve dicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 15446.45 manat əsas, 5705.91 manat faiz, 110.55 manat cərimə olmaqla, ümumilikdə cəmi 21262.91 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx xx 2015-ci il tarixli ***** №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 20%-lə 48 ay müddətinə 17900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2015ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxxx 2015-ci il tarixdə tərəflər arasında əlavə saziş bağlanaraq, kreditin qalıq məbləği 16084,08 ABŞ dolları müəyyən edilməklə, kreditin müddəti 60 ay müddətinə uzadılmışdır. xx xxxxxx 2017-ci ildə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 01 saylı əlavə saziş bağlanaraq keditin şərtləri dəyişdirilmişdir. Dəyişikliyin məzmununa əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc üzrə qalığı (konvertasiya edilməklə (1 USD=1.40 7N) 17442,88 manat təşkil edir. Bu əlavə saziş qüvvəyə minənədək hesablanmış 2638.95 SD faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Restruktruzasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Pirallahı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2019-cu il tarixli qərardadı ilə (hakim Rəşad Mustafayev) iş üzrə icraatın dayandırılması qərara alınmış, xx xxxx 2020-ci il tarixli qərardadla iş üzrə icraat təzələnmişdir. Birinci instansiya məhkəməsinin 2(094)-***/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia tələbi təmin edilərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 15446.45 manat əsas, 5705.91 manat faiz, 110.55 manat cərimə olmaqla, ümumilikdə cəmi 21262.91 manat məbl əğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, kredit götürən Cavabdeh1 öldüyündən bağladığı müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti zamin Cavabdeh2 daşıyır və kreditora olan borcu o, ödəməlidir. Ona görə də iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 427.3, 442, 470.1, 472-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 108.2-ci maddələri ilə əsaslandırmışdır. İddiaçı ləğv prosesinə olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Ziya Şirinov) 2(103)-*****/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Pirallahı Rayon Məhkəməsinin 2(094)-***/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəl i şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qa yda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş ş əxsdən tələb edə bilər. Göründüyü kimi, iddiaçı mirası qəbul etmiş vərəsələr və miras barədə sübutlar təqdim etmədən onların məsuliyyəti barədə düşüncələrini ərz etmişdir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə sübutlar əldə etmir və tələb həddində işə baxmalıdır. Bundan əlavə, zaminin kreditor qarşısında tam məsuliyyət daşıması prosessual hüquq varisin axtarmasına prosessual zərurət yaratmır və vərəsələrin kreditor qarşısında mülki məsuliyyət məsələləri başqa iddianın predmeti ola bilər. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini n iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə icraatının gedişatında Cavabdeh1 xx.xx.2019-cu il tarixdə öldüyü müəyyən edilmiş, məhkəmə tərəfindən hüquq varisliyinə yol verilməsi halı müəyyən edilməmiş, bununla bağlı Notariat orqanlarına sorğu ilə müraciət edilməmiş, məhkəmə işi hərtərəfli araşdırmadan, hüquq varisliyinə yol verən halların mövcud olub-olmadığını müəyyən etmədən borc tələbinin yalnız zamin Cavabdeh2 Bankın xeyrinə tutulmasını müəyyən etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçıların ın izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə (səh 138), birinci instansiya məhkəməsində məhkəmə mübahisəsi davam etdiyi zamanda ölmüşdür. Birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadı ilə hüquq varisi müəyyən edilənədək iş üzrə icraatı dayandırmış, Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubuna istinad edərək, xx.xx.2020-ci il tarixdə iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul etmişdir. Halbuki, həmin məktubda Cavabdeh1 adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılmasının aşkar olunmadığı qeyd edilmişdir. Bu isə Cavabdeh1 hüquq varisinin olmadığı və ya hüquq varisinin müəyyən edilmədiyi anlamına gəlmir. İş materiallarından (səh 142, 143, 144) da görünür ki, Cavabdeh1 X1 adlı arvadı və X2 adlı oğlu vardır. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi bununla bağlı araşdırma aparmamış, apelyasiya kollegiyası da birinci instansiya məhkəməsinin qənaətini təkrarlamaqla qənaətini əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası MülkiProsess ual Məcəlləsinin 58.1-ci maddəsində təsbit olunmuşdur ki, mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. MPM-nin 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, hakim iş üzrə icraatı dayandırmalıdır. Göründüyü kimi, apelyasiya kollegiyası hüquq vari sliyinin müəyyən edilməsi ilə əlaqəli işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin tələblərinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-*******/2020 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici si Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)*******/2020 saylı qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar